Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-23/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Ağstafa rayonu X9 (üçüncü şəxs X8) qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Ağstafa rayonu X9 (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-408/2021 nömrəli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-408/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ağstafa rayonu X9 (üçüncü şəxs X8) qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-23/2022 nömrəli qərardadı ilə İddiaçı Ağstafa rayonu, Dağkəsəmən Bələdiyyəsinə (üçüncü şəxs X8) qarşı qərarların ləğvi” tələbinə dair İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin icraatında olan 2-676/2020 saylı mülki iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnamə qəbul edildikdən sonra, qətnamə ilə tanış olduqdan sonra iş materiallarının surətinin ona verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə sənədləri alanda ona məlum olmuşdur ki., “Ə.Nəvai” adına sovxozun direktorunun onun adına verdiyi xx.xx.1992-ci il tarixli, 65 saylı əmrinə əsasən 0.06 ha və X7 xx.xx.2004-cü il tarixli, 57 saylı əmrinə əsasən verilmiş 0.03 həyətyanı torpaq sahəsinə dair cavabdeh Ağstafa rayonu, Dağkəsəmən Bələdiyyəsi 21 fevral 2013-cü ildə 01 saylı qərarla həmin torpaq sahəsinin 400 kv.m torpaq sahəsini, yəni 4 sotunu öz mülkiyyətinə tanınması ilə bağlı saxta, qanunsuz, sonradan qərar qəbul etmiş və həmin saxta qərar əsasında xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin müdiri Ələkbər İsgəndərovun adından saxta onun imzası olmadan, imzası saxtalaşdırmaqla torpaq sahəsinin planı və ölçüsü düzəltmişdir. Həmin plan ölçü həmin şöbədə qeydiyyatdan keçməmiş və bu barədə, qərarı qəbul etməzdən öncə müvafiq rəylər-Agstafa rayon İH-nin Memarlıq şöbəsinin və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin müvafiq rəyləri alınmamışdır. Onun adına torpaq sahələrinin verilməsinə dair cavabdeh orqanın 12 iyul 2004-cü il tarixli, 58 nömrəli əmri hazırki və vəzifə saxtakarlığı barəsində Qazax rayon Prokurorluğunda cinayət işi başlanılmış bələdiyyə sədrinin xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışı ilə tam təsdiq olunur. Həmin əmrlər bugünə kimi mübahisələndirilməmişdir. Bələdiyyənin xx.xx.2013-cü il tarixli qərarı ilə, həmçinin eyni torpaq sahəsinə təkrarən daha əvvəlki tarixə yenə bələdiyyənin adına xx.xx.2012-ci il tarixli, yenə 01 nömrəli qərarı ilə onun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, bilərəkdən vəzifə saxtakarlığı ilə qəbul edilmişdir. Həmin Bələdiyyə sədri Ariz Bayramov həmin torpağın ona xx.xx.2004-cü il tarixdə satılması barədə xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışı ilə bunu təsdiq etdiyi halda, belə bir saxtakarlıq etmişdir. Görünür ki, məqsədi belə bir saxtakarlıqla rüşvət alıb, həmin torpağı kiməsə satmaq olub. Bələdiyyə sədri Ariz Bayramov ona məxsus eyni torpaq sahəsinin bələdiyyə mülkiyvətinə mülkiyyət hüququnun tanınması ilə bağlı sonradan qəbul etdiyi xx.xx.2012-ci il tarixli, 01 nömrəli qərarla və 21 fevral 2013-cü il tarixli 01 saylı qərarları saxtakarlıqla, sonradan qəbul etməklə qanunsuzluq etmişdir. Hətta, bu azmış kimi sonradan, yenə heç bir ödəniş ödənilmədiyi halda, heç bir rəylər alınmadan ona məxsus torpaq sahəsinin 375 (175 rəqəmini, 375 etməklə) kv.m sahəsinin X2 ilə bağlı 18 oktyabr 2007-ci il tarixli, 87 nömrəli qərarla və "Torpaqların alqı-satqısına dair” aktla saxta yollarla alqı-satqı etmişlər. Həmin akt və qərarlar AR DTXK-nin Ağstafa rayon şöbəsinin müdiri tərəfindən imza edilməmiş və təsdiq olunmamışdır. Yuxarıda qeyd etdiyi hər 3 (üç) qərar və 1 akt saxtadır, qanunsuzdur, əsassızdır, heç bir rəyi, razılığı, ödənişi olmamışdır. Hər 3 qərar özü-özlüyündə bir-birini təkzib edən, saxta olduğunu təsdiq edən sənədlərdir. İşin şifahi məhkəmə baxışı iclası 13 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ağstafa rayonu X9 və üçüncü şəxs X5 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan: “Torpaqdan istifadə hüququna dair” aktın təsdiqlənmiş surətindən görünür ki, “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikilməsi məqsədilə İddiaçı verilmişdir. Ağstafa rayonu X7 xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, istifadəyə az yararlı 0,03 ha torpaq sahəsi həyətyanı sahəsinə bitişik olduğu üçün abadlaşdırmaq məqsədi ilə İddiaçı verilmişdir. Ağstafa rayonu X7 xx.xx.2005-ci il tarixli, 34 nömrəli arayışının təsdiqlənmiş surətindən görünür ki, həqiqətən İddiaçı adına “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha və X7 xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinə əsasən 0,03 ha – cəmi 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Ağstafa rayonu X7 xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarının surətindən görünür ki, bələdiyyənin alqı-satqı predmeti olan sair torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 175 kv.m torpaq sahəsinin X2 qərara alınmışdır. Ağstafa rayonu X7 xx.xx.2012-ci il tarixli, 01 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Ağstafa rayonu X7 mülkiyyətinə aid olan 400 kv.m torpaq sahəsinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün müsabiqəyə çıxarılması qərara alınmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2013-cü il tarixli, AA 007118 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətlərindən görünür ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli, 01 nömrəli qərarından çıxarışın surətindən görünür ki, 400 kv.m torpaq sahəsinin qeyri-kənd təsərrüfatı məqsədləri üçün müsabiqəyə çıxarılması qərara alınmışdır. A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli 01 saylı qərarı əsasında Ağstafa rayonu X9 sahibkarlıq məqsədi üçün verilmiş 400 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına “Ə.Nəvai” adına sovxozun direktorunun xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrinə əsasən 0,06 ha və X7 xx.xx.2004-cü il tarixli, 57 nömrəli əmrinə əsasən 0,03 ha – cəmi 0,09 ha həyətyanı torpaq sahəsi vardır. Lakin cavabdeh inzibati orqan tərəfindən İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsi üçüncü şəxs X1. Belə ki, "xxxx" MMC-nin Tovuz Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli, 15/M-155 nömrəli mütəxəssis rəyindən də görünür ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində olan əsas döngə nöqtələrinin koordinatlarının əmələ gətirdiyi cizgi ilə həmin nömrəli kadastrın torpaq sahəsinin planı hissəsindəki cizgisi arasında fərqlilik olduğundan və A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan torpaq sahəsinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron məlumat bazasında olmadığından İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində olan torpaq sahəsinə əsasən X4 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Ağstafa rayonu X7 yerquruluşu planından çıxarışa əsasən İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4573 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Tovuz Layihə Tədqiqat İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli, 15/M-155 nömrəli mütəxəssis rəyindən də görünür ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində olan əsas döngə nöqtələrinin koordinatlarının əmələ gətirdiyi cizgi ilə həmin nömrəli kadastrın torpaq sahəsinin planı hissəsindəki cizgisi arasında fərqlilik olduğundan və A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan torpaq sahəsinin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin elektron məlumat bazasında olmadığından İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunur ki, A 438089 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədində olan torpaq sahəsinə əsasən X4 istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 248 kv.m-ə qədər hissəsi Ağstafa rayonu X7 yerquruluşu planından çıxarışa əsasən İddiaçı həyətyanı məqsədilə verilməsi nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 6.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Göründüyü kimi bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaq sahələrinə dair qərar qəbul etmək səlahiyyətində olduqları halda, hazırkı iş üzrə Ağstafa rayonu X10 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Hazırkı iş üzrə cavabdeh Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarlarını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq üçüncü şəxs X2 barədə qərar qəbul edərək, iddiaçının xüsusi mülkiyyətin toxunulmazlılıq hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən inzibati aktlar- Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarları ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul cavabdehdən alınaraq SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağstafa rayonu X7 xx.xx.2013-cü il tarixli, 01 saylı, xx.xx.2012-ci il tarixli, 01 nömrəli və xx.xx.2007-ci il tarixli, 87 nömrəli qərarları ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul cavabdeh Ağstafa rayonu X6 alınaraq SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-23/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-23/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver