Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-230/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Samux Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli orderinə əsasən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 yaşayış mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət və ümumi yaşayış sahəsi 32,0 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir.
2. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizəyə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə edilmədiyi, həmçinin, orderdə pozuntular olduğu və arxiv arayışı əlavə edilmədiyi üçün ərizənin icrasından imtina edilir.
3. Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixi 51 nömrəli arayışında qeyd olunur ki, Samux rayon Əhmədbəyli kənd sakini İddiaçı və onun ailə üzvlərinə xx.xx.1985-ci il tarixdə order ilə verilmiş mənzilin sənədlərində mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə X1, adı və ata adının düzgün yazılışı X5r.
4. Samux Rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 125 nömrəli arayışından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Samux rayonu, Əhmədbəyli kəndində yaşayır və ailə tərkibi arvadı X8, oğlu X11, oğlu X6, gəlini X17, nəvəsi X18, nəvəsi X9 və nəvəsi X2 ibarətdir.
5. Samux Rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 126 nömrəli arayışından (forma №2) görünür ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Samux rayonu, Əhmədbəyli kəndində 2 mərtəbəli 12 yaşayış mənzili yaşayış binasında iki otaqdan ibarət yaşayış sahəsi 32 kv.m olan yaşayış mənzili var və mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzil dövlət fondunda məxsusdur. Mənzil sahibinin ailəsi 8 nəfərdən ibarətdir: arvadı X8, oğlu X11, oğlu X6, gəlini X17, nəvəsi X18, nəvəsi X9 və nəvəsi X12. İddiaçı, X8, X11 və X6 1985-ci ildən, X17 2007-ci ildən, nəvələr isə doğulduqları vaxtdan həmin ünvanda yaşayırlar.
6. X8, X11, X6 və X7 Samux rayonu, Əhmədbəyli kəndində yerləşən dövlət mənzil fonduna məxsus mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermələrinə dair yazılı ərizələri xx.xx.2023-cü il tarixdə notariat ofisində təsdiqlənmişdir.
7. Məhkəmənin sorğusuna X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1581/8/2023 nömrəli arxiv arayışı formasında cavab məktubundan görünür ki, Samux rayonu, Əhmədbəyli kəndində 12 yaşayış sahəli yaşayış binasından 2 otaqlı mənzilinin İddiaçı verilməsi barədə Zak.QMİS-in yerli komissiyasının xx.xx.1985-ci il tarixli 10 nömrəli iclas protokolu Xanlar rayon X10 xx.xx.1985-ci il tarixli 4 nömrəli protokolu ilə təsdiq edilmişdir.
8. Məhkəmənin sorğusuna Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il 5-72-24/2-41/23 nömrəli cavab məktubunda qeyd edilir ki, Samux rayonu Əhmədbəyli kənd sakini İddiaçı ayrılmış 2 otaqlı mənzil barəsində heç bir məlumat yoxdur, çünki Samux rayonu Əhmədbəyli kəndində yerləşən dövlət binaları Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında deyil.
9. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-72/2-1375/2023 nömrəli cavab məktubunda qeyd edilir ki, Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının balans saxlayıcısı Samux Rayon İcra Hakimiyyətinin Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyidir və həmin binada yerləşən mənzillər dövlət mənzil fonduna aiddir. Vətəndaş İddiaçı yaşadığı Samux rayonu Əhmədbəyli kəndində 2 mərtəbəli 12 mənzilli binada yerləşən mənzili xüsusi təyinatlı mənzil fonduna (xidməti mənzil) aid olmadığı üçün İddiaçı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və özəlləşdirilməsinə Samux Rayonu İcra Hakimiyyəti etiraz etmir, həmin mənzil İddiaçı o vaxtki Samux rayonu X16 21 fevral 1985-ci il tarixli 13/58 nömrəli qərarı ilə təsdiq edilmiş yaşayış komissiyasının xx.xx.1985-ci il tarixli 4 nömrəli protokoluna əsasən xx.xx.1985-ci il tarixli orderlə verilmişdir. - Həmin məktuba əlavə edilmiş Zak.DMSS-nin təcrübə təsərrüfatı üzrə xx.xx.1985ci il tarixli 45 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, təsərrüfatda yeni tikilib istifadəyə verilmiş 12 mənzilli yaşayış binasında mənzillər Xanlar RXDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 13/58 nömrəli qərarı ilə təsərrüfatın aşağıdakı fəhlə və qulluqçularına paylanmışdır: 8. İddiaçı.
10. Həmin məktuba Samux rayonu X16 21 fevral 1985-ci il tarixli 13/58 nömrəli qərarı və İddiaçı adına verilmiş Xanlar şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli orderi əlavə edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli, 12 yaşayış mənzili, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət və ümumi yaşayış sahəsi 32,0 kv.m olan mənzilin özəlləşdirilərək onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 yaşayış mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət və ümumi yaşayış sahəsi 32,0 kv.m olan yaşayış mənzili həmin kənd sakini olaraq o və ailə üzvlərinə 15 fevral 1985 ci il tarixli orderlə yaşamaq üçün verilmişdir. Ona məxsus mənzil dövlət fonduna məxsusdur. Həmin mənzildə yaşamaq hüququ olanlar o, onun həyat yoldaşı X13, oğlu X11, oğlu X6 1985-ci ildən həmin mənzildə qeydiyyatda olmaqla yanaşı bu günə kimi yaşayırlar. Hal-hazırda onunla birlikdə həmin mənzildə 2007ci ildən iddiaçının gəlini X17 və 3 azyaşlı nəvələri yaşamaqda davam edirlər. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə 23 avqust 2022-ci il tarixdə ərizə ilə mənzilin özəlləşdirilməsinə dair müraciət etmiş, İdarə onun müraciətinə cavab olaraq bildirmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə mənzilə hüququ olan şəxslər və mənzilin komunal-məişət vəziyyəti mənzil istismar təşkilatının arayışının (2№-li forma) əlavə edilmədiyi, həmçinin, orderdə pozuntular olduğu və arxiv arayışının əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Lakin, onun tərəfindən həmin ərizəyə mənzilin komunal-məişət vəziyyəti mənzil istismar təşkilatının arayışını (2№-li forma) və mənzilə hüququ olan şəxslərin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri əlavə olunmuşdur. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin onun rəsmi müraciətinə imtina etmə səbəbinin vətəndaş olaraq ona heç bir aidiyyəti yoxdur. O, bu barədə aidiyyəti üzrə dövlət orqanlarına müraciət etsə də, onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır və get-gələ salınaraq konstitusion hüquqları pozulur.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Samux Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
21. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərmişdir ki, onun yaşadığı mənzilin heç bir yerli icra hakimiyyəti orqanının balansına verilməməsi onun günahı ucbatından deyildir. O, 1985-ci ildə ona verilmiş order əsasında sözügedən mənzilə köçərək, 40 ilə yaxın müddətdir ki, həmin mənzildə yaşayır. Ona görə də, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. Üçüncü şəxs Samux Rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, göstərmişdir ki, Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-72/2-1375/2023 nömrəli məktubunda Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının balans saxlayıcısının Samux Rayon İcra Hakimiyyətinin Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi olması göstərilsə də, əslində həmin bina nümayəndəliyin balansında deyildir. Nəinki iddiaçının yaşadığı bina, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən yaşayış binalarının heç biri yerli icra hakimiyyətinin və ya hər hansı dövlət orqanının balansına verilməmişdir. Lakin həmin binalardakı mənzillər dövlət mənzil fonduna aiddir və iddiaçı həmin mənzilə köçürüldüyü vaxtdan orada yaşayır. Ona görə də, iddianın təmin edilməsinə heç bir etirazının olmadığını bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 2). Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli orderi; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********84 nömrəli imtina məktubu; - Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixi 51 nömrəli arayışı; - Samux Rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 125 və 126 nömrəli (forma №2) arayışları; - X8, X11 və X6 və X7 notarial təsdiqli razılıq ərizələri; - Məhkəmənin sorğusuna X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1581/8/2023 nömrəli cavab məktubu (arxiv arayışı); - Məhkəmənin sorğusuna Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il 5-72-24/2-41/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5- 72/2-1375/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xanlar şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli orderinə əsasən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 yaşayış mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət və ümumi yaşayış sahəsi 32,0 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmiş, sonuncu həmin tarixdən sözügedən mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən mənzil üzərində hüquqlarının dğvlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubu ilə ərizəyə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə edilmədiyi, həmçinin, orderdə pozuntular olduğu və arxiv arayışı əlavə edilmədiyi üçün ərizənin icrasından imtina edilmişdir.
28. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
30. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli X19nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
32. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
33. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Samux rayonu X16 21 fevral 1985-ci il tarixli 13/58 nömrəli qərarı ilə təsdiq edilmiş yaşayış komissiyasının xx.xx.1985-ci il tarixli 4 nömrəli protokoluna əsasən xx.xx.1985-ci il tarixli orderlə Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 yaşayış mənzilli yaşayış binasından dövlət mənzil fonduna məxsus 2 otaqlı mənzil yaşamaq üçün verilmişdir.
34. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, ərizəyə mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə edilmədiyini, həmçinin, orderdə pozuntular olduğu və arxiv arayışının əlavə edilmədiyini əsas götürmüşdür.
35. Lakin hazırkı iş materiallarına Samux Rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 126 nömrəli arayışı (forma №2) əlavə edilmişdir ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: - xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Samux rayonu, Əhmədbəyli kəndində 2 mərtəbəli 12 yaşayış mənzili yaşayış binasında iki otaqdan ibarət yaşayış sahəsi 32 kv.m olan yaşayış mənzili var və mənzil 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzil dövlət fondunda məxsusdur. Mənzil sahibinin ailəsi 8 nəfərdən ibarətdir: arvadı X8, oğlu X11, oğlu X6, gəlini X17, nəvəsi X18, nəvəsi X9 və nəvəsi X12. İddiaçı, X8, X11 və X6 1985-ci ildən, X17 2007-ci ildən, nəvələr isə doğulduqları vaxtdan həmin ünvanda yaşayırlar.
36. Həmin forma 2 arayışında adı qeyd edilən yetkinlik yaşına çatmış şəxslərin hər biri - X8, X11, və X6 və X7 Samux rayonu. Əhmədbəyli kəndində yerləşən dövlət mənzil fonduna məxsus mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermiş və yazılı ərizələri xx.xx.2023-cü il tarixdə notariat ofisində təsdiqlənmişdir.
37. Orderdəki pozuntularla bağlı isə Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixi 51 nömrəli arayışında qeyd olunmuşdur ki, Samux rayon Əhmədbəyli kənd sakini İddiaçı və onun ailə üzvlərinə xx.xx.1985-ci il tarixdə order ilə verilmiş mənzilin sənədlərində mülkiyyətçilərin soyadı, adı və ata adı qeyd olunan səhifədə X1, adı və ata adının düzgün yazılışı X5r.
38. Arxiv arayışının təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilməli olduğu təsbit edilmişdir ki, hazırkı işdə iddiaçıya verilmiş order mövcuddur və istifadəyə yararsız deyildir.
39. İkinci tərəfdən isə, məhkəmə bununla bağlı müvafiq orqanlara sorğular vermiş, məhkəmənin sorğusuna X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-1581/8/2023 nömrəli arxiv arayışı formasında cavab məktubundan müəyyən edilmişdir ki, Samux rayonu, Əhmədbəyli kəndində 12 yaşayış sahəli yaşayış binasından 2 otaqlı mənzilinin İddiaçı verilməsi barədə Zak.QMİS-in yerli komissiyasının xx.xx.1985-ci il tarixli 10 nömrəli iclas protokolu Xanlar rayon X10 xx.xx.1985-ci il tarixli 4 nömrəli protokolu ilə təsdiq edilmişdir. Həmçinin, məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-72/2-1375/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, həmin mənzil İddiaçı o vaxtki Samux rayonu X16 21 fevral 1985-ci il tarixli 13/58 nömrəli qərarı ilə təsdiq edilmiş yaşayış komissiyasının xx.xx.1985-ci il tarixli 4 nömrəli protokoluna əsasən xx.xx.1985-ci il tarixli orderlə verilmişdir. Həmin məktuba əlavə edilmiş Zak.DMSSnin təcrübə təsərrüfatı üzrə xx.xx.1985-ci il tarixli 45 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, təsərrüfatda yeni tikilib istifadəyə verilmiş 12 mənzilli yaşayış binasında mənzillər Xanlar RXDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 13/58 nömrəli qərarı ilə təsərrüfatın aşağıdakı fəhlə və qulluqçularına paylanmışdır: 8. İddiaçı. Həmin məktuba Samux rayonu X16 21 fevral 1985-ci il tarixli 13/58 nömrəli qərarı və İddiaçı adına verilmiş Xanlar şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli orderi əlavə edilmişdir.
40. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
41. Məhkəmə onu da qeyd edir ki, aparılmış araşdırma zamanı sözügedən mənzilin dövlət mənzil fonduna aid olması müəyyən edilsə, mənzilin balanssaxlayıcısı müəyyən edilməmiş, daha doğrusu mənzilin müvafiq yerli icra hakimiyyətinin balansında olması müəyyən edilməmişdir.
42. Belə ki, məhkəmənin sorğusuna Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il 5-72-24/2-41/23 nömrəli cavab məktubunda Samux rayonu Əhmədbəyli kəndində yerləşən dövlət binalarının Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmadığı, ona görə də Samux rayonu Əhmədbəyli kənd sakini İddiaçı ayrılmış 2 otaqlı mənzil barəsində heç bir məlumat olmadığı bildirilmişdir.
43. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-72/2-1375/2023 nömrəli cavab məktubunda Samux rayonu Əhmədbəyli kəndində yerləşən 2 mərtəbəli 12 mənzilli yaşayış binasının balans saxlayıcısının Samux Rayon İcra Hakimiyyətinin Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi olduğu bildirildiyi üçün məhkəmə həmin orqanı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb etmişdir. Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X14 məhkəmə iclasında həmin binanın nümayəndəliyin balansında olmadığını, nəinki iddiaçının yaşadığı binanın, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən yaşayış binalarının heç birinin yerli icra hakimiyyətinin və ya hər hansı dövlət orqanının balansına verilmədiyini göstərmişdir.
44. Lakin məhkəmə hesab edir ki, bu hal iddiaçının mənzil hüququnu gerçəkləşdirməsinə mane olan hal hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması ilə Samux rayonu Əhmədbəyli kəndində 2 mərtəbəli 12 mənzilli binada yerləşən 2 otaqlı mənzilin dövlət mənzil fonduna məxsus olması, iddiaçının 1985-ci ildən sözügedən mənzilə köçürülərək orada yaşaması müəyyən edilir.
45. Həm Samux Rayon İcra Hakimiyyəti, həm də Samux Rayon İcra Hakimiyyətinin Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı yaşadığı Samux rayonu Əhmədbəyli kəndində 2 mərtəbəli 12 mənzilli binada yerləşən mənzilin onun adına özəlləşdirilməsinə etiraz etməmişdir.
46. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
47. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
48. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
49. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Samux rayonu Əhmədbəyli kəndində 2 mərtəbəli 12 mənzilli binada yerləşən 2 otaqlı mənzil İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva