Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-230/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 60 nömrəli qərarı əsasında Xanlar bələdiyyəsinin Qızılqaya qəsəbə daxili ərazisindəki torpaq sahəsindən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.
3. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 882 nömrə ilə qeydiyyata alınmışdır.
5. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli A 254118 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
6. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8628/2023 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Araşdırma nəticəsində sözügedən torpaq sahəsi Torpaqların elektron uçot kadastr informasiya sistemində (TEKUİS) İslahat uqodiyasıüzümlüklər və faktiki uqodiyası-tikinti altıdır.Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli ********* nömrəli çıxarışa əsasən Xanlar rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.339096 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır.
8. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) A 254118 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 159.0 kv.m (0.0159 ha) hisəssi, **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Bax plan 1). JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən 2(iki) hissədən (3390.96 kv.m və 889.99 kv.m) ibarət 0.43 ha torpaq sahəsinin, ərazinin kompleks yerquruluşu layihəsinə və naturada yerləşmə vəziyyətinə istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmadı (Bax plan 2). 2) **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə vəziyyəti ilə üstüstə düşmür (Bax plan 3). 3) **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə koordinatlarına uyğun deyildir (Bax plan 3). 4) İddiaçı faktiki istifadəsində olan 880.0 kv.m torpaq sahəsinin 269.0 kv.m hissəsi, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür (Bax plan 4). 5) A 254118 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyət və məqsədli təyinatı barədə, konkret olaraq 2006-cı il tarixə dair məlumat olan xəritə və layihə sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. Lakin torpaq islahatı əsasında tərtib olunmuş 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kəndaltı (yaşayış təyinatlı) sahədir. X4 Uçotu İnformasiya sistemində (TEKUİS və AZCAD) həmin torpaq sahəsinin islahat uqodiyası (təsərrüfat yeri)-üzümlüklər, kateqoriyası isə kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd olunmuşdur. Bununla yanaşı TEKUİS və AZCAD məlumatlarına istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 317.0 kv.m hissəsinin başqa şəxsin xüsusi mülkiyyəti (reyestr nömrəsi **********66 olaraq göstərilmişdir), 283.0 kv.m hissəsinin bələdiyyə mülkiyyəti olaraq göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd edək ki, faktiki istifadədə olan 880.0 kv.m torpaq sahəsi, 2005- ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən kəndaltı (yaşayış təyinatlı) sahədir. Həmin faktiki istifadə sahəsi, TEKUİS VƏ AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, tikinti altında olan, kənd təsərrüfatlı təyinatlı, eyni zamanda fərdi yaşayış sahəsi olaraq göstərilmişdir. 6) Rəy hazırlanarkən, 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X4 uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinad olunmuşdur.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-5247/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında əks olunmamışdır. Həmin 0.339096 ha torpaq sahəsinin ərazinin kompleks yerquruluşu layihəsinə istinadən naturada yerləşmə kordinatları ilə, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********10 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA 007197 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X6 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi, 0.043 ha hissədə üst-üstə düşür. Lakin X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında X6 istifadə sahəsi olaraq göstərilən sahə, AA 007197 nömrəli plan və ölçü sənədindəki koordinatlarda göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir. X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında, X5 istifadə sahəsi olaraq göstərilən sahə, JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi ilə 0.16 ha hissədə üst-üstə düşür.
10. Mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə yerində müayinə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi mişar daşı ilə hasara alınıb, yalnız torpaq sahəsinin üzərində yerləşən evin sol və arxa tərəfi dəmir setka ilə çəpərlənmişdir. Üçüncü şəxs X5 qardaşı olan X2 Elbrus Camal oğlunun faktiki istifadəsində olan ərazini göstərdi və müəyyən edildi ki, üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçının torpaq sahəsindən üzü şimala tərəf kənarda (qonşuluqda deyil) hasar daxilində yerləşir və üzərində üçüncü şəxs ev inşa etdirir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Göygöl rayon Qızılqaya qəsbəsində yerləşən və hazırda faktiki istifadələrində olan 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 60 saylı qərarı ilə Göygöl bələdiyyəsinin qəsəbə daxili torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl rayon Qızlqaya qəsəbəsi ərazisində yerləşir. Torpaq sahəsi 17 ildir fasiləsiz olaraq onların sahibliklərində və istifadələrində olmaqla həmin torpaq sahəsində yaşayış evi tikərək 15 ildir ailəsilə orada yaşayırlar. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi torpaq sahəsinin elektron uçot kadastr informasiya sistemində İslahat uqodiyası-üzümlüklər və faktiki uqodiyası tikinti altı olması göstərilir ki, bu da imtina üçün əsas ola bilməz.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
14. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Araşdırma nəticəsində sözügedən faktiki torpaq sahəsi Torpaqların elektron uçot kadastr informasiya sistemində (TEKUİS) İslahat uqodiyası-üzümlüklər və faktiki uqodiyası-tikinti altıdır. Faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən (TEKUİS və AZCAD) kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpağa düşür. Həmçinin, Ərazi İdarəsinin baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin 60 kv.m hissəsi X7 məxsus çıxarışla üst-üstə düşür. Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.339086 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” göstərən texniki sənəd müraciətə əlavə edilməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçı Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı idi. Bu səbəbdən müraciətin icrası tərəflərindən mümkün olmamış və tərəfə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8628/2023 nömrəli cavab məktubu ünvanlanmışdır.
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəl edilmişdir.
16. İş üzrə rəy vermiş mütəxəssis xx.xx.2025-ci il tarixli məhkəmə iclasında keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X7 0.339096 ha torpaq sahəsinə çıxarış verilərkən adına tərtib edilmiş AA№00585 nömrəli plan-ölçü sənədinin koordinatları həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN- 0089 Kod 50806088 saylı dövlət aktında olan 0089 saylı konturda yerləşən torpaq sahəsinin koordinatlarına uyğun işlənməmişdir. Üçüncü şəxsin adına tərtib edilmiş AA№00585 nömrəli plan-ölçü sənədindəki 3390.96 kv.m (0.339096 ha) torpaq sahəsi həm iddiaçının adına tərtib edilmiş A№254118 saylı plan və ölçü sənədi üzrə 159 kv.m hissədə, həm də faktiki istifadəsində olan sahə üzrə 76 kv.m hissədə üst-üstə düşür. Hazırda üçüncü şəxsin mülkiyyətində olan 3390.96 kv.m torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan JN-0089 Kod 50806088 saylı dövlət aktında olan 0089 saylı konturda yerləşən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı yoxdur. İddiaçının adına tərtib edilmiş A№254118 saylı plan və ölçü sənədi ilə də faktiki istifadəsi arasında uyğunsuzluq olduğundan üst-üstə düşən hissənin məhz iddiaçıya ayrılmış 600 kv.m yoxsa istifadəsində olan artıq 280 kv.m torpaq sahəsinə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. İddiaçının faktiki torpaq sahəsinin üzərində xəritə materiallarında onun kadastr planının nömrəsi işlənilib.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxs isə gəlməmiş, bunun üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
19. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
20. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
21. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
22. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Xanlar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 60 nömrəli qərarı əsasında Xanlar bələdiyyəsinin Qızılqaya qəsəbə daxili ərazisindəki torpaq sahəsindən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğısatqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 882 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli A 254118 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
23. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 8628/2023 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Araşdırma nəticəsində sözügedən torpaq sahəsi Torpaqların elektron uçot kadastr informasiya sistemində (TEKUİS) İslahat uqodiyasıüzümlüklər və faktiki uqodiyası-tikinti altıdır.Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
24. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 159.0 kv.m (0.0159 ha) hisəssi, **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Bax plan 1). JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən 2(iki) hissədən (3390.96 kv.m və 889.99 kv.m) ibarət 0.43 ha torpaq sahəsinin, ərazinin kompleks yerquruluşu layihəsinə və naturada yerləşmə vəziyyətinə istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmadı (Bax plan 2). **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə vəziyyəti ilə üst-üstə düşmür (Bax plan 3). **********66 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-0089 nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə koordinatlarına uyğun deyildir (Bax plan 3). İddiaçı faktiki istifadəsində olan 880.0 kv.m torpaq sahəsinin 269.0 kv.m hissəsi, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür (Bax plan 4). A 254118 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyət və məqsədli təyinatı barədə, konkret olaraq 2006-cı il tarixə dair məlumat olan xəritə və layihə sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. Lakin torpaq islahatı əsasında tərtib olunmuş 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kəndaltı (yaşayış təyinatlı) sahədir. X4 Uçotu İnformasiya sistemində (TEKUİS və AZCAD) həmin torpaq sahəsinin islahat uqodiyası (təsərrüfat yeri)-üzümlüklər, kateqoriyası isə kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd olunmuşdur. Bununla yanaşı TEKUİS və AZCAD məlumatlarına istinadən, A 254118 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 317.0 kv.m hissəsinin başqa şəxsin xüsusi mülkiyyəti (reyestr nömrəsi **********66 olaraq göstərilmişdir), 283.0 kv.m hissəsinin bələdiyyə mülkiyyəti olaraq göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd edək ki, faktiki istifadədə olan 880.0 kv.m torpaq sahəsi, 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən kəndaltı (yaşayış təyinatlı) sahədir. Həmin faktiki istifadə sahəsi, TEKUİS VƏ AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, tikinti altında olan, kənd təsərrüfatlı təyinatlı, eyni zamanda fərdi yaşayış sahəsi olaraq göstərilmişdir. Rəy hazırlanarkən, 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, X4 uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinad olunmuşdur.
25. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 3-33/2-5247/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında əks olunmamışdır. Həmin 0.339096 ha torpaq sahəsinin ərazinin kompleks yerquruluşu layihəsinə istinadən naturada yerləşmə kordinatları ilə, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********10 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA 007197 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X6 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi, 0.043 ha hissədə üst-üstə düşür. Lakin X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında X6 istifadə sahəsi olaraq göstərilən sahə, AA 007197 nömrəli plan və ölçü sənədindəki koordinatlarda göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir. X4 uçotu informasiya sistemi və AZCAD məlumatlarında, X5 istifadə sahəsi olaraq göstərilən sahə, JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi ilə 0.16 ha hissədə üst-üstə düşür.
26. Həmçinin, mübahisə predmeti olan torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə yerində müayinə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi mişar daşı ilə hasara alınıb, yalnız torpaq sahəsinin üzərində yerləşən evin sol və arxa tərəfi dəmir setka ilə çəpərlənmişdir. Üçüncü şəxs X5 qardaşı olan X2 Elbrus Camal oğlunun faktiki istifadəsində olan ərazini göstərdi və müəyyən edildi ki, üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçının torpaq sahəsindən üzü şimala tərəf kənarda (qonşuluqda deyil) hasar daxilində yerləşir və üzərində üçüncü şəxs ev inşa etdirir.
27. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
28. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
29. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının adına qeydə alınmasını tələb etdiyi (mütəxəssisin izahatına əsasən, istər faktiki istifadəsində olan, istərsə də sənəd üzrə) torpaq sahəsinin bir hissəsinin üzərində X5 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır və nə qədər ki, həmin qeyd mübahisələndirilməmişdir və qüvvədədir, belə olan halda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınması mümkün ola bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Ona görə də, iddia mümkün sayılmamalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva