Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2302/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X5, X6, X10 və X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik dirəklərinin həmin ərazidən çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı, X5, X6, X10 və X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik dirəklərinin həmin ərazidən çıxarılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,33 ha torpaq sahəsi üzərində İddiaçı, X5, X6, X10 və X1 ümumi birgə mülkiyyət hüquqları, torpaq sahəsində yerləşən ümumi sahəsi 336.30 kv.m-dən ibarət fərdi yaşayış evi üzərində isə İddiaçı mülkiyyət hüququ daşınmz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı Ağdam rayonu, Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması ilə bağlı cavabdehə mümraciət etmişdir.
3. Onun müraciətinə cavabdeh orqan tərəfindən verilmiş: a) xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, 10 kV-luq Mahrızlı hava elektrik veriliş xəttinin 2 ədəd dayağı onun sonradan sənədləşdirdiyi həyətyanı sahədən keçir. "xxxx" ASC tərəfindən xətdə profilaktiki təmir qrafikinə uyğun mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının qeyr-qanuni şəkildə zəbt edilməsi və ya mühafizə zonasında bina və qurğuların tikintisi qadağan olduğu üçün müvafiq qanunverciliyə uyğun olaraq, mühafizə zonası zəbt edilmiş elektrik qurğularının yeri vətəndaşın hesabına dəyişdirilə bilər. Belə ki, ilk növbədə yerli bələdiyyə orqanı tərəfindən həmin ərazidə 10 kv-luq Avaxıl hava elektrik veriliş xətti və bu xətdən qidalanan ******* və ******* kodlu komponent transformator məntəqələrinin yerinin dəyişdirilməsi üçün boş sahə ayrılmalıdır. Sonra isə tərəfindən bu məsələ ilə bağlı "xxxx" mərkəzinə müraciət edilməlidir. b) xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 10 kV-luq Mahrızlı hava elektrik veriliş xəttinin 2 ədəd dayağı onun sonradan sənədləşdirdiyi həyətyanı sahədən keçir. "xxxx" ASC tərəfindən xətdə profilaktiki təmir qrafikinə uyğun mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" və "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" təsdiq edilmişdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələndirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü qadağan edilir. "xxxx" ASC-nin müvafiq hesabına layihə-smeta sənədində göstərilən məbləğ ödənildikdən sonra elektrik veriliş xəttinin həyətyanı sahədən çıxarılacaqdır.
4. ünvan 2i ünvanında sifarişçiyə məxsus fərdi yaşayış evinin elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə və göstəriləcək xidmətlərə dair qiymətlərinin razılaşdırma protokolundan və smetadan görünür ki, görüləcək işlərin dəyəri cəmi 1759.66 manat təşkil etmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 46/2-3039/2023 nömrəli məktubuna əlavə edilərək məhkəməyə göndərilmiş: a) Torpağın mülkiyyətə verilməsinə dair YN-217A nömrəli kod 60909058 nömrəli şəhadətnaməyə əsasən Ağdam RAİK-nin xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X5, X6, X10 və X1 mülkiyyətinə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. b) Ağdam rayon Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışından görünür ki, YN-217A nömrəli kod 60909058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən fərdi yaşayış evi 1989-cu ildə inşa edilmişdir.
6. Aran X7 və Satışı İdarəsinin X4 xx.xx.2023-cü il tarixli 21/428 nömrəli məktubunda göstərilmişdir ki, Mahrızlı kənd sakini İddiaçı həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həyətdən keçən elektrik xətti 1969-cu ildə çəkilmişdir. Həmin elektrik xətti vətəndaş tərəfindən həyətyanı sahəsinə salınmışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayonu, Mahrızlı kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinin həyətyanı sahəsindən keçən iki ədəd yüksək gərginlikli elektrik dirəyinin həmin ərazidən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında müvəqqəti yaşamaqla Ağdam rayonu, Mahrızlı kəndində yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, **********77-10301 reyestr nömrəli texniki pasporta və çıxarışa əsasən fərdi yaşayış evinin sərhədləri və sahəsi dəqiq müəyyən edilmişdir. Lakin iki ədəd yüksək gərginlikli işıq dirəyinin həyətyanı sahəsinin içindən keçməsi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməyinə maneə yaradır. Həmçinin, həmin işiq dirəkləri yüksək təhlükə mənbəyi olduğundan torpaq sahəsindən də istifadəsinə təhlükə yaradır. Bu səbəbdən də həmin işıq dirəklərinin həyətyanı yaşayış sahəsindən çıxarılması zərurəti yaranıb. Eyni zamanda, yaşayış sahəsinin **********77-10301 reyestr nömrəli texniki pasportunun xüsusi qeydlər hissəsində də göstərilmişdir ki, torpaq sahəsinin qərb tərəfindən keçən 10.0 kV-luq elektrik hava xəttinin qorunma zolağı mülkiyyətdə olan torpaq sahəsinin 653.3 kv.m hissəsi düşür. Məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə şikayət formasında müraciət etmişdir. Müraciətinə cavab olaraq aldığı xx.xx.2022-ci il tarixli 6-02/06/V-085/7300 nömrəli cavab məktubunda göstərilmişdir ki, elektrik dirəklərinin həyətyanı sahəsindən çıxarılması üçün "xxxx" mərkəzlərinə müraciət etməlidir. Paralel olaraq xx.xx.2022-ci il tarixdə Ağcabədi "xxxx" mərkəzinə etdiyi müraciət əsasında yaşayış sahəsinə "xxxx" ASC-nin "Aran" X7 və Satışı İdarəsinin X4 əməkdaşları tərəfindən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra "xxxx" mərkəzinə dəvət olunaraq ona xx.xx.2022-ci il tarixli, 011320/22 nömrəli "xidmət göstərilməsi haqqında" müqaviləni bağlamaq təklif edilmiş və müqavilədə göstərilmişdir ki, görüləcək işlərlə bağlı xərclərin əvəzi kimi 1759.66 manat pul vəsaiti ödədikdən sonra işıq dirəklərinin həyətyanı sahəsindən çıxarılması həyata keçirilə bilər. Elektrik dirəklərinin fərdi yaşayış evinin həyətindən çıxarılması üçün "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq aldığı 14 mart 2023-ci il tarixli 13-13/2-2/06-V-1669-5/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, 10 kV-luq Mahrızlı hava elektrik verilişi xəttinin 2 ədəd dayağı onun sonradan sənədləşdirdiyi həyətyanı sahədən keçir. "xxxx" ASC-nin tərəfindən xətdə profilaktiki təmir qrafikinə uyğun olaraq mütəmadi olaraq əsaslı təmir və cari təmir işləri aparılır. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının qeyr-qanuni şəkildə zəbt edilməsi və ya mühafizə zonasında bina və qurğuların tikintisi qadağan olduğu üçün müvafiq qanunverciliyə uyğun olaraq, mühafizə zonası zəbt edilmiş elektrik qurğularının yeri vətəndaşın hesabına dəyişdirilə bilər. Belə ki, ilk növbədə yerli bələdiyyə orqanı tərəfindən həmin ərazidə 10 kv-luq Avaxıl hava elektrik veriliş xətti və bu xətdən qidalanan ******* və ******* kodlu komponent transformator məntəqələrinin yerinin dəyişdirilməsi üçün boş sahə ayrılmalıdır. Sonra isə tərəfindən bu məsələ ilə bağlı "xxxx" mərkəzinə müraciət edilməlidir. Həmçinin, cavabdeh ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq aldığı 14 mart 2023-ci il tarixli, 13-13/2-2/06-V-1669-5/2023 nömrəli cavab məktubunda da eyni məzmunlu məlumat qeyd olunmuşdur. Qeyd edir ki, AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"da cavabdehin yuxarıda göstərdiyi müddəaların heç biri əks olunmamışdır. Cavabdehin həmin əsassız fikirləri hansı normativ hüquqi akta əsaslanaraq cavab məktubunda qeyd etdiyi ona məlum deyildir. Hesab edir ki, həmin işıq dirəklərinin ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən keçməsi mülkiyyət hüququnu, həmin yaşayış sahəsindən təyinatına uyğun istifadə hüququnu pozur. Eyni zamanda, həmin elektrik dirəklərinin gələcəkdə qırılması və yaşayış sahəsinə düşməsi nəticəsində bədbəxt hadisələrin baş verə biləcəyi də istisna olunmur. Cavabdeh ASC-nin əməkdaşlarının səhlənkarlığı və ya laqeydliyi, eləcə də dirəklərin basdırılması zamanı yaşayış sahəsinin sərhədlərini düzgün müəyyən edə bilməmələri, daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışını və qeydiyyat şəhadətnaməsini nəzərə almamaları nəticəsində hazırda həmin dirəklər onun yaşayış sahəsindən keçərək mülkiyyət hüququnu pozur. Qeyd olunanlara əsasən, həmin yüksək gərginlikli elektrik dirəkləri məhz cavabdeh "xxxx" ASC tərəfindən və cavabdehin öz hesabına çıxarılmalıdır. Həmin elektrik dirəklərinin onun yaşayış sahəsindən keçməsi və onun mülkiyyət hüququnu pozması azmış kimi, üstəlik bununla bağlı xərclərin də onun üzərinə qoyulmasını çox absurd hesab edir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır.
14. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. Məhkəmə tərəfindən yardım edildikdən sonra X6, X5, X10 (həm də X1 nümayəndəsi kimi) məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, elektrik dirəyinin yerləşdiyi torpaq sahəsi onların paylı mülkiyyətində olduğu üçün onların da birgə iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X6, X5, X10 və X3 müştərək iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçılar isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun müraciəti üzrə cavabdeh orqan tərəfindən elektrik xətti dirəklərinin ona məxsus torpaq sahəsindən çıxarılması üçün görüləcək işlərə dair smeta tərtib olunaraq, 1759.66 manat xərc müəyyənləşdirilmiş və ona bildirilmişdir ki, bu xərc onun tərəfindən çəkilməlidir. Lakin hesab edir ki, elektrik xətti dirəklərinin ona məxsus torpaq sahəsindən çıxarılması üçün tələb olunan xərci cavabdeh çəkməlidir. Topraq sahəsi uzun müddətdir onun mülkiyyətində olsa da, hazırda yenidənqurma işləri həyata keçirdiyi üçün sözügedən elekttik xətlərinin onun torpaq sahəsində tikinti işlərinə maneçilik törətdiyini müəyyən etmiş və hazırkı iddianı qaldırmışdır.
23. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-ü il tarixli məktubları; - Xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 011320/22 nömrəli müqavilənin və həmin müqaviləyə 1 nömrəli Əlavənin surətləri; - xx.xx.2022-ci il tarixli smetanın surəti; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2022-ci il tarixli 23896 inventar nömrəli texniki pasportun surəti; - Torpağın mülkiyyətə verilməsinə dair YN-217A kod 60909058 nömrəli şəhadətnamənin surəti; - Ağdam rayon Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 42 nömrəli arayışı; - Aran X7 və Satışı İdarəsi X4 xx.xx.2023-cü il tarixli 21/428 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, X4 35/10 kV-luq “Çəmənli” yarımstansiyasından çıxan 10 kV-luq “Mahrızlı” hava elektrik veriliş xəttinin 2 ədəd dayağı Ağdam rayonu, Mahrızlı kəndində yerləşən və iddiaçılar İddiaçı, X5, X6, X10 və X1 mülkiyyətlərində olan 0.33 ha torpaq sahəsindən keçir. İddiaçılar 10 kV-luq “Mahrızlı” hava elektrik veriliş xəttinin 2 ədəd dirəklərinin onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" ASC-nin müvafiq hesabına layihə-smeta sənədində göstərilən məbləğ ödənildikdən sonra elektrik veriliş xəttinin həyətyanı sahədən çıxarılacağını bildirilmişdir.
27. İddiaçı isə elektrik dirəklərinin həmin ərazidən çıxarılması üçün tələb olunan xərclərin onun tərəfindən ödənilməli olması ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtinasını qanuni sayır.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"na görə: Bənd 2. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Bənd 17. Elektrik şəbəkələrinin yerini dəyişməklə və yaxud zədələnmədən mühafizə etmək zərurəti ilə işi yerinə yetirən müəssisələr bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdıraraq, öz vəsaiti hesabına görməlidirlər.
30. Göründüyü kimi, adıçəkilən Qaydaların tələblərinə əsasən elektrik şəbəkələrinin yerini dəyişdirməklə bağlı iki şərt nəzərdə tutulur: - şəxs bu işləri elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı ilə razılaşdırmalı; - şəxs bu işləri öz vəsaiti hesabına görməlidir.
31. Hazırkı işdə birinci şərt ödənilir, belə ki, ünvan 2i ünvanında sifarişçiyə məxsus fərdi yaşayış evinin elektrik şəbəkəsinin qurğularında görüləcək işlərə və göstəriləcək xidmətlərə dair qiymətlərinin razılaşdırma protokolu və smeta tərtib olunaraq, görüləcək işlərin dəyərinin cəmi 1759.66 manat müəyyən edilməsi elektrik şəbəkələrinin mülkiyyətçisi və yaxud istismarçısı olan "xxxx" ASC-nin buna razılığının olduğunu ifadə edir.
32. İkinci şərt və hazırkı mübahisənin yaranması əsası isə, çəkiləcək xərclərin kimin tərəfindən ödənilməsi ilə bağlıdır ki, adıçəkilən Qaydalarda elektrik şəbəkələrinin yerini dəyişdirmək istəyən şəxsin bu işləri öz vəsaiti hesabına görməli olması təsbit edilmişdir.
33. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Aran X7 və Satışı İdarəsi X4 xx.xx.2023-cü il tarixli 21/428 nömrəli cavab məktubuna əsasən Mahrızlı kənd sakini İddiaçı həyətyanı sahəsinə keçən elektrik xətti 1969-cu il ildə çəkilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-3039/2023 nömrəli məktubuna əlavə edilərək məhkəməyə göndərilmiş sənədlərlə isə müəyyən edilir ki, Torpağın mülkiyyətə verilməsinə dair YN-217A nömrəli kod 60909058 nömrəli şəhadətnaməyə əsasən Ağdam RAİK-nin xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı, X5, X6, X10 və X1 mülkiyyətinə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir həmin şəhadətnamədə göstərilən fərdi yaşayış evi 1989-cu ildə inşa edilmişdir.
34. Yəni, cavabdeh orqanın imtina məktublarında qeyd edildiyi kimi, mübahisə olunan elektrik xətti dirəkləri əvvəldən həmin ərazidə mövcud olmuş, həmni dirəklərin yerləşdiyi torpaq sahəsi isə sonradan iddiaçıların mülkiyyətinə verilmişdir.
35. Belə olan halda isə cavabdeh orqanın imtina məktubunda "xxxx" ASC-nin müvafiq hesabına layihə-smeta sənədində göstərilən məbləğ ödənildikdən sonra elektrik veriliş xəttinin həyətyanı sahədən çıxarılmacağı ilə bağlı dəlili əsaslı olmuşdur.
36. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva