Məhkəmə qərarları › İş №2-1(114)-2309/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2309/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2309/2024 18.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 21306/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 saylı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********616400 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0314 nömrəli qərarı ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən “Gənclik” elektrik-məişət avadanlıqları mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildiyi və ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021ci il əvvəlinə mal qalığının 1257676.15 olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğu məlum olmuşdur.

3. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2021-ci ilin oktyabr ayı üzrə 22 noyabr 2021-ci ildə təqdim edilmiş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+ 301.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir.

4. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cü il tarixli **********236600 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 34242 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 655.92 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 34897.92 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu və təsərrüfat subyektində sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malı aşkar edilmiş və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğu müəyyən edilmişdir. 2021-ci ilin əvvəlinə mal qalığının 1257676.15 olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığı, ilin əvvəlindən onv tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 olduğu (bəyannamə, e-kassa)...

5. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********761200 nömrəli qərarı ilə oktyabr 2021 dövrünə ƏDV üzrə 68264.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1.024.32 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 69288.98 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+ 301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318- 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

6. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2023-cü ilin noyabr ayı üzrə 19 dekabr 2023 tarixində təqdim olunmuş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+ 301.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir.

7. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində 2021-ci ilin sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildyiyi və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğunun, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığının, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğunun (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olduğu bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

8. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********583500 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59.346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59346.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

9. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********312700 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 33040.91 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 33040.91 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

10. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

11. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********398400 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 68255.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70112.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

12. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59665.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7 +301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+30 1.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

13. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, tərəflərindən 10 sentyabr 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmadığı, belə ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yarandığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

14. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 9 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 70112.67 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70121.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yaranmışdır. II. Məhkəmədə icraat

15. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********312700 saylı və xx.xx.2024-cü il tarixli **********583500 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********312700 nömrəli qərarına əsasən 2021-ci ilin sentyabr ayı üzrə 33040.91 (otuz üç min qırx manat doxsan bir qəpik) manat ƏDV və “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********583500 nömrəli qərarına əsasən 2023-cü ilin noyabr ayı üzrə 59346.55 (əlli doqquz min üç yüz qırx altı manat əlli beş qəpik) manat ƏDV hesablanmışdır. Sözügedən qərarlar qanunsuz və əsassızdır. 2021-ci ilin sentyabr ayı üzrə hesablamaya münasibətdə bildirir ki, vergi orqanı satış üzrə dövr üzrə malların satışına 45 faiz ticarət əlavəsi hesablamış, bu isə reallıqdan çox uzaq olmuşdur. 2023-cü ilin noyabr ayı üzrə hesablama ilə bağlı isə bildirir ki, 2021-ci ilin yanvar ayında ƏDV depozit hesabına ƏDV məbləği daxil olmuş, lakin əsas məbləğ bank hesabına daxil olmamış, bu səbəbdən də ƏDV öhdəliyi yaranmamışdır. Göstərilən səbəblərdən qərarlar ləğv olunmalıdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixli, **********398400 saylı və xx.xx.2024-cü il tarixli **********583500 saylı qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.

19. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

22. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

23. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli **********312700 saylı və xx.xx.2024-cü il tarixli **********583500 saylı qərarların ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və icraat davam etdiyi müddətdə cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarlar ləğv edilərək, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 saylı qərarlar qəbul edilmiş və iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, həmin qərarların ləğvini tələb etmişdir ki, bununla da məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

24. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

28. İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli qərara münasibətdə bildirilir ki, İddiaçı poçt və ya internet ilə sifariş vasitəsilə alınan bütün malların pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Vergi ödəyicisinə göndərilmiş "Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli məktuba əsasən 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50 manat məbləğində fərq yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsinin 1200-cü sətrində malların təqdim edilməsindən gəlir hissəsində 1261157.73 manat göstərmiş, bununla əlaqədar olaraq 21452.99 manat gəlir vergisi hesablanmışdır. 2021-ci ildə 1261157.73 manat mal təqdim etməsinə baxmayaraq əsasən 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci sətirlərində 1261107.73 manat məbləğ göstərilmiş, bu isə uyğunsuzluğun yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi İddiaçı (VÖEN:**********) fəaliyyəti araşdırılarkən vergi ödəyicisinin mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli mal olduğu və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin 3 obyektində - xx.xx.2021-ci il tarixli **********0310 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi" haqqında qərar əsasında Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə (Topdansatış-anbar) ünvanında, xx.xx.2021-ci il tarixli **********0314 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi" haqqında qərar əsasında Gəncə şəhəri, Dədə Qorqud 21 ünvanında, xx.xx.2021-ci il tarixli **********0313 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi" haqqında qərar əsasında Göygöl rayonu, Balçılı ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində müvafiq olaraq Bakı şəhərindəki ünvanda 477831.18 manat, Gəncə şəhərindəki ünvanda 99889.2 manat və Göygöl rayonundakı ünvanda 109113.5 manat, ümumilikdə 686833.88 sənədli mal aşkar olunmuş, 2021-ci il avvəlinə mal qalığının 1257676.15 manat olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 manatlıq mal alındığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 təşkil etdiyi (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olmuşdur. Göründüyü kimi vergi ödəyicisinin ilin əvvəlinə olan mal qalığı və alışına münasibətdə anbarlarında qalan sənədli mal arasında fərq olmuş, bu isə təqdimetmə kimi qəbul edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1, 3.1.2 yarımbəndinə əsasən yəni, 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çəşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə taqdim edilmiş mallara münasibətdə)- riskli vergi ödəyicisi hesab edilmişdir və bununla bağlı xx.xx.2021-ci il tarixli, **********616400 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi vergi orqanı tərəfindən göndərilən "Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi barədə məktuba cavab məktubunda 2021-ci ilin yanvar ayında ƏDV depozit hesabına pul vəsaitinin daxil olduğunu qeyd etmiş, lakin əsas məbləğin onun bank hesabına köçürülmədiyini bildirmişdir. İddiaçının bu arqumenti ilə bağlı bildirilir ki, elektron uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin yanvar ayı üzrə vergi ödəyicisinin ƏDV depozit hesabına avans olaraq köçürülmüş 50000.0 manat məbləğ müqabilində həmin ilin iyun ayı ərzində qarşı tərəfə 94120.14 manat ƏDV məbləği dəyərində mal təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 166.1.-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 2023-cü ilin noyabr ayına olan uyğunsuzluğa əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3 +301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+ 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

30. Cavabdehin etiraza əlavəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci tarixli **********616400 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarına əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin ƏDV DH-na xx.xx.2020 tarixdə "xxxx" QSC-dən VÖEN **********) 11088.0 manat vəsait daxil olub, təqdim edilmiş qaimə məlumatlarına esasən 61600.0 manat (ƏDV-siz) dəyərində 52 ədəd "kondisioner" təqdim edilmişdir. 2020-ci il ərzində vergi ödəyicisinin alışında kondisioner müəyyən edilməmişdir. Vergi ödəyicisi izahatında kondisionerləri "xxxx" MMC-dən əldə etdiyini bildirmişdir. Araşdırma nəticəsində vergi ödəyicisinin 2019cu il ərzində "xxxx" MMC-dən 69 ədəd kondisioner əldə etdiyi, eyni zamanda həmin ildə 45 ədəd kondisioner təqdim etdiyi müəyyən edilmişdir. 2019-cu ildən qalmış mallar (69-45=24 ədəd) nəzərə alınmaqla vergi ödəyicisinin 2020-ci ildə təqdim etdiyi kondisionerlərin sayında 28 ədəd (28-52=-28) fərq yaranır. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə (VÖEN **********) 323888.9 manat dəyərində "skameyka, İSO stul, uzunluğu 3950 mm olan stollar, şkaf, yemək masası və s." təqdim edilmişdir ki, həmin malların alışı və idxalı müəyyən edilməmişdir. Vergi ödəyicisinin 3 təsərrüfat subyekti ("Gənclik" elektrik məişət avadanlıqları mağazası, Banu RRR mebel salonu və İcarə obyekti) qeydiyyata alınmışdır. Əmək müfəttişliyinin bazasına əsasən 7 işçisi var. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar riskli hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 iyul 2020"-ci il tarixli "265" nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1, 3.1.2 yarımbəndin uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1462/2024 nömrəli qərarının 25-30-cu bəndlərinə əsasən: “... 25.İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 26.Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır.

27. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cü bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur.

29. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır.

30. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir.

31. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən "aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə" ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur.

32. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq ("O" və "N" sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.” Ali Məhkəmənin də mövqeyindən aydın olduğu kimi, vergi ödəyicisi İddiaçı alışında və ya idxalında öz əksini tapmayan malların satışını həyata keçirdiyindən riskli vergi ödəyicisi hesab olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, vergi ödəyicisi Vergi Məcəlləsinin və müvafiq aktların tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vergi ödəyicisinin qanunvericiliyi pozmaqla həyata keçirdiyi sahibkarlıq fəaliyyəti təkcə xx.xx.2021-ci il tarixli **********616400 №-li qərarla deyil, həmçinin hazırda mübahisələndirilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2- 21306/2024 nömrəli qərarlarda da öz əksini tapmışdır. Bu səbəbdən yuxarıdakı qərarlarla bağlı vergi ödəyicisinə müvafiq olaraq 70121.67 manat və 59665.67 manat ƏDV hesablanmışdır.

31. İddiaçının iddia ərizəsinə əlavəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd olunan hallarla qeyd olunmalıdır ki, vergi orqanının sentyabr 2021ci il üzrə ilkin hesablaması 34242 manat olmuşdur. Həmin hesablama aşağıdakı şəkildə aparılmışdır: xx.xx.2021-ci il tarixə mal qalığı 1257676.16 manat OVN tədbiri keçirilən tarixədək mal alışı 346959.18 manat OVN tədbiri zamanı aşkar olunan mal qalığı 686833.88 manat OVN keçirilən tarixədək olan dövriyyə 1140578.68 manat (1257676.15 + 346959.18) + 45% = 2326721.22 686833.88 + 45% = 995909.12 23267xx.xx-1140578.68 = 1186142.54 1186142.54 -995909.12 = 190233.42 190233.42 x 18% = 34242 Hesablamanın bu hissəsi ilə razı olmamalarının səbəbi ondan ibarətdir ki, qeyd edilən dövrdə mallara tətbiq olunan ticarət əlavəsinin 45 faiz təşkil etməsi absurddur, reallığı əks etdirmir. Malların satışı ilə bağlı əməliyyatların aparıldığı dövrün koronavirus pandemiyası dövrünə təsadüf etdiyi işin mübahisəsiz halıdır. Həmin dövrdə mebel avadanlıqlarının satışı ilə bağlı bazarda böyük çətinlik yaşanmış, malların satışının zəifləməsi səbəbindən sahibkarın kreditorları qarşısında borcları yaranmış, bu səbəbdən də sahibkar əldə etdiyi malların pulunu ödəmək üçün mallar üzərinə cəmi 10 faiz ticarət əlavəsi tətbiq etməklə malların satışını həyata keçirmişdir. Çünki sözügedən dövrdə daha böyük məbləğdə ticarət əlavəsi tətbiq edilməklə malların satışının həyata keçirilməsi mümkün olmamışdır. Göstərilən xüsusatlarla bağlı dəfələrlə vergi orqanına açıqlama verilsə də, cavabdeh təşkilat tərəfindən heç bir əsas olmadan malların maya dəyərinə tətbiq edilən ticarət əlavəsi 45 faizə qaldırılmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, tərəflərindən sözügedən dövr üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən hesablanmalı ƏDV məbləği 1857 manat müəyyən edilmişdir. Hesablamanın ümumilikdə 70121.6 manat olması nəzərə alınaraq qalıq məbləğin hesablama əsası ümumiyyətlə məlum deyil. Bundan əlavə xx.xx.2024-cü il tarixli qərarda həmin qərarla bağlı xx.xx.2024cü il tarixli uyğunsuzluq məktubunun göndərilməsi qeyd olunmuşdur. Sözügedən qərarda uyğunsuzluğun səbəbinin nə olması anlaşılan olmamaqla yanaşı yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izaha və digər zəruri sənədlərin 5 iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi orqanı özü müəyyən etdiyi müddətləri gözləmədən xx.xx.2024-cü il tarixli qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Beləliklə xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu ilə tələb olunan sənədlərin göndərilməsi tələbi ilə bağlı müəyyən olunmuş 5 günlük müddətin axımı VM-nin 68.1-ci maddəsinin tələbinə əsasən xx.xx.2024cü il tarixdən başlanmalı (xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubunun vergi ödəyicisinə elə həmin tarixdə çatdırılması müəyyən edilərsə və xx.xx.2024-cü il tarixdə bitməli idi (xx.xx.2024 və xx.xx.2024-cü il tarixlər qeyri-iş günləridir). Lakin vergi orqanı sadalanan normaların tələblərini pozaraq xx.xx.2024-cü il tarixdə hesablamanı aparmışdır. "Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərara münasibətdə etiraz ərizəsində qeyd olunur ki, 2023-cü ilin noyabr ayına olan uyğunsuzluğa əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari həsabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cөmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasen ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, xx.xx.2020-dən cari hesabat ayınadək ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmuşdur. xx.xx.2020-xx.xx.2021-ci illər tarix aralığında təqdim edilmiş bəyannamələrə əsasən 102353.49 manat ƏDV məbləği hesablanmışdır. 2021-ci ilin sentyabr ayı üzrə isə 68264.65 manat ƏDV məbləğinin hesablanması nəzərə alınmaqla bəyan edilməyən ƏDV məbləğinin olmadığı müəyyən edilir. Lakin vergi orqanı dövriyyə məlumatlarını nəzərə almayaraq əlavə 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı qənaətinə gəlmişdir. Bundan əlavə "Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərara diqqət yetirən zaman qərarla bağlı fərdi sahibkara uyğunsuzluq məktubunun göndərilmədiyi müəyyən edilir. Halbuki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Digər tərəfdən hətta dövriyyə fərqi ilə bağlı vergi orqanının yanaşmasının doğru olmasını qəbul etsək belə VM-nin 166-cı maddəsinin tələbi baxımından hesablama yalnışdır. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarətkassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. Sadalanan normaların tələbləri nəzərə alınmaqla vergi orqanı yalnızca 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı qənaətinə gəlmiş, lakin həmin əməliyyatın nə vaxt baş verməsini müəyyənləşdirməmiş, hesablamanı əməliyyatın baş verdiyi dövrə aparmalı olduğu halda heç bir əsas olmadan hər hansı əməliyyatın baş vermədiyi 2023-cü ilin noyabr ayı üzrə hesablama aparılmışdır.

32. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********616400 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0314 nömrəli qərarı; - 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya müdaxiləsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021ci il tarixli DVX seriyalı 003217 nömrəli aktı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********578200 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********236600 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********761200 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********312600 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********938600 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********583500 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********312700 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********049600 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********398400 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 21958/2024 nömrəli məktubu; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli qərarı. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

36. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən “Gənclik” elektrik-məişət avadanlıqları mağazasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilmiş və OVN iddiaçıya məxsus üç təsərrüfat subyektində aparılaraq, bu zaman 686833.88 sənədli malın aşkar edildiyi və ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğu müəyyən edilmişdir.

37. İddiaçı tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmiş 2021-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi qəbul edilməmiş və cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktublarında 2021-ci ilin oktyabr ayı üzrə bəyannamənin qəbul edilməməsinin səbəbi kimi qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+ 301.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -102506.66 manat ƏDV-nin büdcəyə hesablanmaması əsas göstərilmiş və dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi təklif edilmişdir.

38. Daha sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cü il tarixli **********236600 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 34242 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 655.92 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 34897.92 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu və təsərrüfat subyektində sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malı aşkar edilmiş və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğu müəyyən edilmişdir.

39. Yəni, 2021-ci ilin sentyabr ayında keçirilmiş OVN zamanı xx.xx.2021-ci il tarixə mal qalığını 1257676.16 manat, OVN tədbiri keçirilən tarixədək alınmış malların dəyərini 346959.18 manat, OVN tədbiri zamanı aşkar olunan mal qalığını 686833.88 manat, OVN keçirilən tarixədək olan dövriyyəni 1140578.68 manat müəyyən edərək, sentyabr 2021 il üçün ƏDV-yə cəlb edilməli dövriyyəni 190233.42 manat, ödönilməli 18% ƏDV-ni isə 34242 manat müəyyən etmişdir.

40. Sonradan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********761200 nömrəli qərarı ilə oktyabr 2021 dövrünə ƏDV üzrə 68264.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1.024.32 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 69288.98 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+ 301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301. 1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

41. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2023-cü ilin noyabr ayı üzrə 19 dekabr 2023 tarixində təqdim olunmuş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+ 301.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir.

42. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində 2021-ci ilin sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildyiyi və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğunun, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığının, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğunun (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olduğu bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

43. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********583500 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59.346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59346.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

44. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********312700 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 33040.91 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 33040.91 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

45. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

46. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********398400 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 68255.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70112.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

47. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59665.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7 +301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+30 1.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

48. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, tərəflərindən 10 sentyabr 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmadığı, belə ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yarandığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

49. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 9 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 70112.67 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70121.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yaranmışdır.

50. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.

51. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanmalı olduğu halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü ilin noyabr ayına hesablanmışdır.

52. Halbuki, iddiaçının təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin dövr üzrə elektron-qaimə verilməmiş və bank hesabına pul mədaxili olmamışdır.

53. Cavabdeh orqan 2021-ci ilin oktyabr ayı üzrə düzəliş edə bilmədiyindən bunu 2023-cü ilin noyabr ayına hesablamışdır ki, bu da qanunsuz olmuşdur.

54. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

55. Cavabdeh orqan həmin halları yalnız səyyar vergi yoxlaması təyin etməklə, həmin

56. Göygöl rayonu, Balçılı ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisində müvafiq olaraq Bakı şəhərindəki ünvanda 477831.18 manat, Gəncə şəhərindəki ünvanda 99889.2 manat və Göygöl rayonundakı ünvanda 109113.5 manat, ümumilikdə 686833.88 sənədli mal aşkar olunmuş, 2021-ci il avvəlinə mal qalığının 1257676.15 manat olduğu, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 manatlıq mal alındığı, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 təşkil etdiyi (bəyannamə, e-kassa, e-qaimə məlumatlarına əsasən) məlum olmuşdur. Göründüyü kimi vergi ödəyicisinin ilin əvvəlinə olan mal qalığı və alışına münasibətdə anbarlarında qalan sənədli mal arasında fərq olmuş, bu isə təqdimetmə kimi qəbul edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********761200 nömrəli qərarı ilə oktyabr 2021 dövrünə ƏDV üzrə 68264.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1.024.32 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 69288.98 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 195019.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+ 301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318- 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 92512.36 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə - 102506.66 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

57. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, 2023-cü ilin noyabr ayı üzrə 19 dekabr 2023 tarixində təqdim olunmuş ƏDV bəyannaməsində, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı, belə ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyi cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+ 301.1.2.5+301.1.2.6+301.1.2) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə -59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı həmin dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla vergi öhdəliklərinin yenidən hesablanacağı barədə xəbərdar edilmişdir.

58. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı, aparılmış araşdırma zamanı mebellərin topdan və pərakəndə satışı ilə məşğul olduğu, təsərrüfat subyektində 2021-ci ilin sentyabr ayında keçirilmiş OVN tədbiri zamanı 686833.88 sənədli malın aşkar edildyiyi və OVN aktına əsasən ticarət əlavəsinin 45 faiz olduğunun müəyyən edildiyi, 2021-ci il əvvəlinə mal qalığının 1257676.15 olduğunun, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək 346959.18 mal aldığının, ilin əvvəlindən OVN tədbiri keçirilən tarixədək dövriyyənin 1140578.68 manat olduğunun (bəyannamə, e-kassa, e-qaimə məluamtlarına əsasən) məlum olduğu bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

59. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********583500 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59.346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59346.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

60. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********312700 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 33040.91 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 33040.91 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

61. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, aparılmış araşdırma zamanı təqdim etdiyi bəyannamə üzrə əvvəlki bəyannamədə aşkar edilmiş və kameral yoxlama ilə bərpa olunmuş uyğunsuzluqların tam olaraq aradan qaldırılmadığı səbəbindən kameral yoxlamanın başa çatdırılmasının mümkün olmadığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

62. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********398400 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 68255.66 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 1857.01 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70112.67 manat ƏDV müəyyən etmişdir. Qərarda dəqiqləşdirilmiş bəyannamənin nəzərə alınmadığı qeyd edilmişdir.

63. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 nömrəli qərarı ilə noyabr 2023 dövrünə ƏDV üzrə 59346.55 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 319.12 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 59665.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 209289.21 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7 +301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+30 1.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 149942.64 manat olması təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 59346.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.

64. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilərək, tərəflərindən 10 sentyabr 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmadığı, belə ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yarandığı bildirilmiş və 2021-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, Geniş izahat məktubu və məkuba əlavə edilmiş təsdiqedici sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi təklif edilmiş, göstərilən dövr üzrə vergi bəyannaməsi və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə əlavə hesablama aparılacağı barədə xəbərdar edilmişdir.

65. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 nömrəli qərarı ilə sentyabr 2021 dövrünə ƏDV üzrə 9 manat əlavə vergi məbləği hesablamış və iddiaçının öz hesabatında göstərdiyi 70112.67 manat məbləğ də üzərinə gəlinməklə, həmin dövr üzrə ödənilməli olan cəmi 70121.67 manat ƏDV müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, 2021 təqvim ilinin ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə CƏMİ) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarının cəmində 1261107.73 manat məbləğ göstərilməsinə baxmayaraq (cari il ərzində azaldılan və artırılan dövriyyə məbləğləri nəzərə alınmaqla), həmin hesabat ili üzrə hesablama metodu ilə təqdim edilmiş "Gəlir vergisinin bəyannaməsi"nin 1200-cü malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 1261157.73 manat, 1201-ci amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1202-ci amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir sətrində 0 manat, 1205-ci əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri sətrində 0 manat, 1222-ci yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər sətrində 0 manat gəlir məbləğlərinin cəmi olan məbləğin 1261157.73 manat təşkil etməsi nəticəsində 50.00 manat məbləğində fərq yaranmışdır.

66. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

67. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 saylı qərarlar qanunsuz olduğundan ləğv edilməlidir.

68. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

69. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

70. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21306/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-24130/2024 saylı qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar