Məhkəmə qərarları › İş №2-1(114)-231/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-231/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-231/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X11, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X12) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxs X12) qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyəmüraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli, 55 saylı sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 C nömrəli ünvanda yerləşən X5 məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması, tikililər qeydiyyata alındıqdan sonra mülk sahibi müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməsi qərara alınmışdır. İddiaçı, X2 həmin ünvanda yerləşən mülkü xx xxxxxxx 2013-cü ildə etibarnamə ilə almışdır. Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli, 690 nömrəli sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 “C” nömrəli ünvanda yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamı ilə Gəncə şəhəri, R.Allahverdioğlu küçəsi, 4 “C” nömrəli ünvanda yerləşən 600,0 kv.m torpaq sahəsində X12 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. Hazırda iddiaçının vicdanlı alıcı kimi əldə etdiyi mülkə dair üçüncü şəxs X6 adına çıxarış verilmişdir. O, bunu tam qanunsuz hesab edir və Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Bundan sonra, iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia ərizəsinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəninməzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, həmin fərdi yaşayış evini qızı İddiaçı adına o, almışdır və bütün sənədləşmə də tərəfindən edilmişdir. Həmin fərdi yaşayış evini alsada heç vaxt orada yaşamamışlar. Fərdi yaşayış evini aldığı İ.Quliyevlə məhkəmə mübahisələri də olmuşdur. Hazırkı mübahisənədirilən xx.xx.2014-cü il tarixli sərəncamın olmasından 2018-ci ildə məlumatları olmuş və sorğu əsasında sərəncam və çıxarışın verilməsinə əsas olan sənədləri vəkili tərəfindən xx.xx.2018-ci ildə rəsmi qaydada alınmışdır. Odur ki, iddia tələbinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə və prosessual müddətin bərpa edilməsi barədə ərizəyəetiraz edərək izahatında bildirmişdir ki, işdə olan sənədlərdən məlumdur ki, göstərilən yaşayış sahəsi X1 əsasında verilmişdir və lahiyələndirilmişdir. Qeyd olunan sənədlər əsasında X8 mülkiyyət hüququ haqqında çıxarış da verilmişdir. İddiaçının nümayəndəsinin qeyd edildiyi kimi, ona hansısa şəxsin vəd verməsi, iddiaçının məhkəməyə müraciət etmək hüququnun qarşısını ala bilməz. Bu da onu göstərir ki, iddianın müddətinin bərpası üçün sübut deyildir. Göründüyü kimi İddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsində irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddia tələbidir və Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 23 saylı sərəncamın mövcüd olmasından iddiaçının rəsmi olaraq 2018-ci ildən xəbəri olmuşdur. Həmin vaxtan artıq şikayət vermə müddəti keçdiyindən iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq mübahisələndirmə haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan; -Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Gəncə şəhəri R.Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən X5 məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması qərara alınmışdır. -Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamı ilə Gəncə şəhəri R.Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən 600,0 kv.m torpaq sahəsində X12 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. -Cavabdeh başçısının xx xxxxxxx 2017-ci il tarixli, 690 nömrəli sərəncamı ilə X4 Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli, 55 nömrəli sərəncamından imtina ərizəsi, İddiaçı müraciəti və Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq Gəncə şəhəri R.Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən İddiaçı məxsus mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydə alınması və Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli, 55 nömrəli sərəncamının qüvvədən düşməsi qərara alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən əmlak xüsusi mülkiyyət hüquqi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 xx xxxx 2018-ci il tarixli məktubunda bildirilir ki, Gəncə şəhəri R.Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən fərdi yaşayış evi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 23 saylı sərəncamı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin 2017-ci il tarixli lahiyəsi və xx.xx.2017-ci il tarixli 169 saylı məktubuna əsasən X6 adına qeydiyyata alınmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -xx.xx.2013-cü il tarixli beh müqaviləsindən məlum olur ki, X10 ona məxsus olan Gəncə şəhəri, Nizami rayon İHB-nın 55 nömrəli, xx.xx.2012-ci tarixli sərəncamı ilə qeydiyyata alınmış ünvan 7 “c” nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair X13 ilə 24.000 (iyirmi dörd min) ABŞ dolların satılma barədə razılığa gəlinmişdir. Ümumi məbləğdən 16.175 ABŞ dolları beh kimi X13tərəfində mülkiyyətçi X5 verildi. X13 qalan məbləği 7825 (yeddi min səkkiz yüz iyirmi beş) ABŞ dollarını xx.xx.2013-cü ildə bu evə dair sənədləşmə başa çatdıqdan sonra, alqı-satqı əməliyyatı aparılan zamanı bank vasitəsi ilə ödəməyi öhdəsinə götürdü. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X7 xx.xx.2013-cü il tarixli beh müqaviləsinin ləğv edilməsinə, cavabdeh X2 beh müqaviləsinə əsasən ümumi məbləğdən ödədiyi 16.175 ABŞ dolları pulun və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia tələbi təmin edilmişdir. -İddiaçının nümayəndəsi X11 Azərbaycan Respublikası Prezidentinin köməkçisinə ünvanlanan xx.xx.2018-ci il tarixli ərizəsində qeyd olunur ki, «bütün bunlardan sonra ilkin sərəncam və texniki pasport və məhkəmə qərarları məndə olduğu halda həmin evi başqasının adına sənəd verilib. Ən sonda isə yenidən mənim adıma sərəncam və layihə verildi. Amma evdə yaşayan makler olduğu üçün evə məni yaxın buraxmırlar». Göründüyü kimi ünvan 8 c ünvanında yerləşən fərdi yaşayış evi 2012-ci il tarixli 22 fevral sərəncamı ilə X4 adına qeydə alınmasına icazə verilmiş, həmin mülkə dair xx.xx.2013-cü il tarixdə iddiaçı Aytən Əliyeva ilə İslam Quliyev arasında 16.175 ABŞ dollarına dair beh müqaviləsi bağlanılmışdır. Lakin sonradan İslam Quliyev müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən X20 şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2013-cü il tarixli beh müqaviləsinin ləğv edilməsinə, cavabdeh X2 beh müqaviləsinə əsasən ümumi məbləğdən ödədiyi 16.175 ABŞ dolları pulun alınıb ona verilməsinə dair iddia tələbi təmin edilmişdir. Sonradan Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 23 nömrəli sərəncamı ilə ünvan 8 c ünvanında yerləşən torpaq sahəsinin üçüncü şəxs X12 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən əmlak xüsusi mülkiyyət hüququ kimi xx.xx.2017ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh başçısının xx.xx.2017ci il tarixli, 690 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Allahverdioğlu küçəsi, 4 «c» nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınması qərara alınmışdır. Hazırkı iddia tələbində iddiaçı A.Əliyeva tərəfindən ünvan 8 c ünvanında yerləşən torpaq sahəsinin üçüncü şəxs X12 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 23 nömrəli sərəncamını mübahisələndirilmiş və həmin iddia verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı A.Əliyeva və nümayəndəsi (atası) Z.Əliyev Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 23 nömrəli sərəncamından 2018-ci ilin əvvələrindən məlumatlı olmuşlar. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 xx xxxx 2018-ci il tarixli məktubunda və ona əlavə edilmiş sənədlərdə bu barədə məlumat verilmişdir. Həmçinin məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatlarında da iddiaçının nümayəndəsi mübahisələndirilən sərəncamdan 2018-ci ilin əvvəllərindən məlumatlı olduqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən sərəncamı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh başçısının xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli sərəncamının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə (üçüncü şəxs X12) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs X12) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar