Məhkəmə qərarları › İş №2-1(114)-2319/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2319/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2319/2024 27.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Doğum haqqında АЗ ******* nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuşdur, ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. xx.xx.1955-ci il tarixli, 69 saylı doğum haqqında akt qeydində Ələkbərov Məhəmmədin ana adı qrafasında X5 qeyd edilmişdir. Doğum haqqında АЗ ******* nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X7 xx.xx.1961-ci il tarixində anadan olmuşdur, ata qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. Doğum haqqında АЗ ******* nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X12 xx.xx.1957-ci il tarixində anadan olmuşdur, ata qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. Doğum haqqında АЗ ******* nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X13 xx.xx.1959-ci il tarixində anadan olmuşdur, ata qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. AZE 02934603 seriyalı şəxsiyyət vəsiqəsinə əsasən X8 XX.XX.1934-cü il tarixdə anadan olmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 140-05/15 nömrəli məktubu ilə Ağdam rayonu Üçoğlan İ/N tərəfindən tərtib edilmiş 69 saylı xx.xx.1955-ci il tarixli doğum haqqında akt qeydində soyad “Ələkbərov” kimi yazılmasına baxmayaraq AA ******* saylı şəxsiyyət vəsiqəsində soyad “Əliyev” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində soyadın “Ələkbərov”-dan “Əliyev”-ə və ana haqqında məlumat qrafasında anasının soyadı “Ələkbərova”- soyadından “Cəfərova” soyadına dəyişdirilməsi mümkün hesab edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Ağdam rayonu Üçoğlan kənd Ə/N tərəfindən tərtib edilmiş 69 saylı xx.xx.1955-ci il tarixli doğum akt qeydində düzəliş edilərək anasının soyadının “Cəfərova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus doğum haqqında şəhadətnamədən görünür ki, ana qrafasında onun anasının soyadı ”Ələkbərova” kimi şəxsiyyət vəsiqəsində isə anasının soyadı ”Cəfərova ” kimi qeyd edilmişdir. X2 və X9 məxsus doğum haqqında şahədətnamədən görünür ki, ana qrafasında anasının soyadı ”Cəfərova” kimi qeyd edilmişdir. Həmçinin bacısı X7na məxsus doğum haqqında şahədətnamədən göründüyü kimi ana qrafasında anasının soyadı ”Cəfərova” kimi qeyd edilmişdir. Cavabdeh orqana təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyinizi tövsiyə edirlmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus olan 69 saylı xx.xx.1955-ci il tarixli doğum akt qeydində düzəliş edilərək onun anasının soyadının Cəfərova qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum akt qeydində düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində onun ana adı qrafasında X1 qeyd edilsə də, AZE 02934603 seriyalı şəxsiyyət vəsiqəsində X3, həmçinin X4 digər övladlarının doğum haqqında şəhadətnaməsində isə ana adı qrafasında X3 qeyd edilmişdir. Bu da iddiaçının anasının soyadına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının doğum haqqında akt qeydində səhvə yol verilmiş, anasının soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı məxsus olan 69 saylı xx.xx.1955-ci il tarixli doğum akt qeydində düzəliş edilərək onun anasının soyadının Cəfərova qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 69 saylı xx.xx.1955-ci il tarixli doğum akt qeydində düzəliş edilərək onun anasının soyadı Cəfərova qeyd edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar