Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-232/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 (üçüncü şəxs X7) qarşı üçüncü şəxsin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin yerinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 (bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16) xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi arasında mübahisə olduğundan yerində ölçülməsinin və müəyyən edilməsinin mümkün olmadığı əsas gətirilərək imtinaedilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək cavabdeh X5 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15rşı X2 RX seriyalı ******* nömrəli daşınmaz əmlakın reyestr nömrəsi **********39 olan çıxarışda göstərilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin uzunluğu 27,5 metr, eni 3 metr olan sahəsindən çıxarılması, torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin yerinin müəyyən edilməsinə görə cavabdehə göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 (üçüncü şəxs X7) qarşı X2 RX seriyalı ******* nömrəli daşınmaz əmlakın reyestr nömrəsi **********39 olan çıxarışda göstərilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin uzunluğu 27,5 metr, eni 3 metr olan sahəsindən çıxarılması, torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin yerinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Samux rayonu Qarabağlar kəndində 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ona məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış vardır. Ancaq qonşusu olan X7 Daşınmaz Əmlakın məsul işçiləri ilə əlaqəyə girərək onun 0,10 ha həyətyanı torpaq sahəsini ələ keçirmək üçün koordinatları saxtalaşdıraraq dəyişdirmişlər. Həyətyanı torpaq sahəsi sənəddə göstərilən kimi çıxmır. Belə ki, cavabdeh X7 onun 0,10 ha həyətyanı torpaq sahəsinin uzun 27,5 metrini və enin 3 metrini öz başına tutumuş, bu barədə sənədləri saxtalaşdırmışdır. xx.xx.2019-cu il tarixdə o, xx.xx.2015-ci il tarixli, daşınmaz əmlak tərəfindən verilmiş çıxarışda göstərilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə oradan ona məktubla cavab olaraq bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi ilə onun arasında mübahisə olduğundan torpaq sahəsinin yerində ölçülməsi və müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(114)-232/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 (üçüncü şəxs X7) qarşı üçüncü şəxsin torpaq sahəsindən çıxarılması hissəsində mümkün sayılmamışdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 etibarnamə üzrə nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahələrinə dair layihə verilərkən onların koordinantları üst-üstə düşmüşdür. İddiaçı və üçüncü şəxs idarəyə dəvət olunmuş və ilk kadarstra uyğun olaraq yenidən ölçmə edilib, bölgü aparılması təklif olunmuşdur. Həmçinin ilk olaraq İddiaçı hüquqları qeydə alındığından, Həsrət Məhərrəmova üst-üstə düşən sahənin əvəzində həmin torpaq sahəsinin yanında olan boş ərazidən torpaq sahəsi təklif olunmuşdur. Üçüncü şəxs X7 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ona məxsusdur. Onların hər birinin 10 sot torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçı 12 sot torpaq sahəsini hasarlamışdır. Bununla bağlı o, Samux Rayon Məhkəməsinə iddia ərizəsi ilə, həmçinin iddiaçı da qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə hər birinin zəbt etdikləri torpaq sahəsindən çıxmaları qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə və üçüncü şəxsə təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan; - xx.xx.2015-ci il tarixli, A 000314 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabınının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2016-cı il tarixli, 048300 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən və “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabınının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Samux Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(058)-424\2018 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçı X2 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin 4,14 kv.m hissəsindən çıxarılması və torpaq sahəsinin rəyə əlavə edilmiş sxemə uyğun şəkildə iddiaçı X5 verilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin 2,29 kv.m hissəsindən çıxarılması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı X18 İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlara əsasən 0 10 ha torpaq sahəsi, X10 Samux rayonu Qarabağlar kənd ərazisindən, fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən tərtib edilmiş 511302 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlara əsasən 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Samux Rayon İcra Hakimiyyəti başçısının 24.10 1998-ci il tarixli, 173 saylı sərəncamına əsasən, X8 Samux rayonu, Qarabağlar kəndi ərazisindən, fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin DƏDRX tərəfindən təqdim edilmiş arxiv sənədlərində, həmin torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən tərtib olunmuş torpaq sahəsinin planı və ölçusü sənədi aşkarlanmamışdır, Bu səbəbdən də, aparılmış araşdırma zamanı mübahisəli 08 02 2016cı il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında' DƏDRX tərəfindən rəsmiləşdirilmiş çıxarışa dair DƏDRX tərəfindən təqdim olunan arxiv sənədlərinə əlavə edilmiş rəqəmsal kadastr xəritəsindən çıxarış sənədinə əsaslanılmışdır. 4Ə-228 nömrəli xx xxxxxx 2016-cı il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında X11 RX Seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********** olan çıxarış sənədi ilə X1. Həmin 0,10 ha torpaq sahəsi, xx.xx.2016-cı il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən qeydə alınmış çıxarışla X3 xüsusi mülkiyyəti olaraq rəsmiləşdirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0.10 ha torpaq sahəsinin koordinatları ilə, DƏDRX tərəfindən təqdim olunan arxiv sənədlərinə əlavə edilmiş rəqəmsal kadastr xəritəsindən çıxarış sənədində göstərilən koordinatlar üst-üstə düşmür. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən qeydiyyata alınmış çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara istinadən 0,10 ha torpaq sahəsinin 115,54 kv.m hissəsi, X4 xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən qeydiyyata alınmış çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara istinadən 0,10 ha torpaq sahəsinin 115,54 kv.m hissəsi üst-üstə düşür. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Samux rayonu, Qarbağlar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabınının 45 nömrəli vərəqində qeydiyyata alınmış, lakin iddiaçının adına çıxarış verilməsinə baxmayaraq torpaq sahəsinin koordinatları naturada dəqiq müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin mülkiyyətçisi ilə qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi arasında mübahisə olduğundan, həmin torpaq sahəsinin yerində ölçülməsinin və müəyyən edilməsinin mümkün olmadığını əsas gətirirək imtina etmişdir. Halbuki, Samux Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(058)-424/2018 nömrəli qətnaməsi ilə X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-cı il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin 2,29 kv.m hissəsindən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı X18 İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli mütəxəssis rəyində də xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlara əsasən 0 10 ha torpaq sahəsi, X10 Samux rayonu Qarabağlar kənd ərazisindən, fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən tərtib edilmiş 511302 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlara əsasən 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 16.1. maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.2. maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin; 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 1.2. maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. 3.0.23. maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 öhdəliyidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi əsassız və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 üzərinə qoyulmalı, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi yeddi qəpik) manat xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16 üzərinə qoyulsun. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat, iyirmi qəpik) manat xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-232/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-232/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver