Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2321/2025 05.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - N7.09.N0N1-ci il tarixli, AD ******* nömrəli şəxsi vəsiqə İddiaçı məxsusdur; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli, 1N06N nömrəli məktubuna əsasən, araşdırma zamanı X5 hərbi hissə döyüş tapşırığı aldığı zaman vəzifəsini yerinə yetirməyərək döyüşə girmədiyinə görə Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli müvafiq əmri ilə 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, komandanlıq tərəfindən ehtiyatda olan əsgər X3 təkrar həqiqi hərbi xidmətə qəbul edilməsi barədə müsbət qərar qəbul edilməmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh xx.xx.N0N4-cü il tarixli, 3869 nömrəli məktubuna əsasən, X5 N nömrəli herbi hissədə xidmət keçdiyi zaman çox sayda etdiyi intizamsızlıqlara, tutulan iradlardan nəticə çıxarmayaraq xidmətində dönüş etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin yuxarı komandanlıq qarşısında qaldırdığı vəsatətə əsasən Cavabdeh komandirinin xx.xx.N0N3-cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılıb. Əlavə olaraq qeyd edilmişdir ki, hərbi biletə qeyd olunan “Hərbi xidmətkeçməhaqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq qeydinin hərbi biletdən götürülməsi səlahiyyətlərinə uyğun deyildir; - Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(11N)-1N415/N0N4 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunma və xidmətə uyğunsuzluqdan aradan götürülməsi” tələbinə dair iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər iddiaçının müraciəti əsasında geri qaytarılmış, iş üzrə icraata xitam verilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirıiyi Cavabdeh tərəfindən xx.xx.N0N5-ci il tarixli, 41 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Cavabdeh komandirinin xx.xx.N0N3-cü il tarixli, 01əç nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq əsgər X5 (sıra 4N) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasətisi ilə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən: - xx.xx.N0NN-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin protokoluna əsasən, N-ci taborun 5-ci bölüyünün minaatan qrupunda heyət nəfəri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 törətdiyi əmələ görə peşiman olduğunu, Azərbaycan Ordusu sıralarında xidmətini davam etdirmək istədiyini, barəsində xidməti uyğunsuzluqla ehtiyata buraxılma bağlı olmayan, nisbətən yüngül intizam cəzası verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; - xx.xx.N0NN-ci il tarixli 1-ci söhbət vərəqəsinə əsasən, heyət nəfəri, əsgər İddiaçı ehtiyata buraxılmaq istəmədiyini, xidməti davam etdirmək istədiyini bildirmişdir; - N-ci söhbət vərəqəsinə əsasən, heyət nəfəri, əsgər İddiaçı birinci söhbət zamanı xahiş və sualların yerinə yetirilməsinə münasibətinin yaxşı olduğunu bildirmiş, tərxis olunmamasını xahiş etmişdir.
4. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ona məxsus olan xx.xx.N019-cu il tarixli, SX ******* nömrəli hərbi biletə əsasən; - 3-cü səhifədə 10 nömrəli xx.xx.N0N3-cüildə Cavabdeh komandirnin 01əç nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Binəqədi rayonu idarəsinə göndərilmiş, təyinat yerinə gedib xx.xx.N0N3-cü il tarixənədək hərbi qeydiyyata durmalı olduğu qeyd edilmişdir; - İddiaçı adı (səhifə 5) xx.xx.N0NN-ci il tarixdə 84 nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısın daxil edilmiş, xx.xx.N0N3-cü il tarixdə N nömrəli əmrlə hərbi hissənin sıyasından çıxarılmışdır.
5. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, İddiaçı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə xx.xx.N0N4-cü il tarixdə daxil olmuşdur.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli 01əç nömrəli əmrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyul N019-cu il tarixdən Bakı şəhəri Binəqədi Rayon Hərbi Komissarlıq İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 0N iyul N0N1-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, ehtiyata buraxıldığı vaxtdan 15 gün sonra, yəni iyul N0N1-ci il tarixdən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşdur. İddiaç Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 065 saylı Artilleriya Hərbi hissəsinin baş tuşlayıcı vəzifəsində xidmət etmiş, daha sonra rəhbərlik tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Xüsusi Təyinatlı Komando hərbi hissəsinə xidmətə göndərilmiş, N nömrəli Xüsusi Təyinatlı Komando hərbi hissəsində “mina atan” heyyət nəfəri vəzifəsinə qəbul edilmiş, ixtisasının dəyişdirilməsinə baxmayaraq xidmətini davam etdirmişdir. İddiaçı qeyd edir ki, o, dəfələrlə qərargah rəisi və hərbi hissə komandirindən onun bacardığı xidmətə dəyişmələrini xahiş etmiş, lakin dəyişməmişlər. İddiaçı bildirir ki, həmin iş üçün rüşvət tələb olunurdu. O, mina atan vəzifəsinin öhdəsindən tam gələ bilmədiyini bildirsə də, bunu etməmişlər. İddiaçı qeyd edir ki, 10 aydan çox təlim keçdikdən sonra xx.xx.N0NN-ci il tarixdə günorta saat 16:00-dan başlayaraq dağ yolu gedərkən (yolun 80%-ni getmişlər) gecə saat N4:00-da artileriya dəstəyi başlamalı və dəstək başlamamış iddiaçı mövqeyə yaxınlaşmalı imiş. İddiaçı gecikdiyinə görə artileriya dəstəsi ondan əvvəl başlamış, daha sonra hərc-mərclik baş vermiş və o, dağdakı yolu itirmişdir. İddiaşə qarşısına çıxan yoldaşlarla başqa bir qrupla həmin mövqeyin N-ci yolu ilə mövqeyilərinə getməyə başlamış, bu sırada qərargahdan mina atılması üçün komanda verilməsini istəmişlər. İddiaçının komandirinin komandası olmadığına o, özbaşınalıq etməyibdir. İddiaçı bildirir ki, nəticə olaraq, döyüş əməliyyatı uğurla yerinə yetiriləndən sonra bir ay həmin sahədə postlara nəzarəti ona tapşırılmış, hücumlar edilsə də, postları nümunəvi müdafiə etmiş, təhvil-təslim zamanı öz hərbi hissəsinə qayıtmışdır. Hərbi hissəyə qayıtdıqdan N gün sonra hərbi hissənin hüquqşünası onu döyüş tapşırığını düzgün yerinə yütirməyənlərlə bir sırada düzmüş və hərbi hissə komandirinə müraciət etmişdir. Həmin vaxt iddiaçı hərbi hissə komandirinə günahının olmadığını bildirmiş, yenə nəticə verməmişdir. İddiaçı hərbi hissə komandirinin qəbuluna yaxılaşmaq istədikdə ondan əvvəl döyüş tapşırığını yerinə yetirməyən şəxslərə əsəbi olduğu üçün nəticə verməyəcəyini görüb yaxınlaşmamış, sonra taborun qərargah rəisinə yaxınlaşaraq hadisəni ona danışmış, sonuncu isə heç bir problemin olmadığını və digər yoldaşlarla eyni əziyyəti çəkdiyini və xidmətini normal qarşıladığını bildirmişdir. Sonra həmin hərbi hissənin hüquqşünası iddiaçını yanına çağıraraq onun hərbi prokurorluğa gedəcəyini və bu hadisədən sonra hərbidən tərxis olunacağını bildirmiş, o, hərbi prokurorluğa gedərək hadisəni təfsilatı ilə danışmışdır. İddiaçı qeyd edir ki, prokurorluqda günahının olmaması bəlli olmuş, ona xidmətini davam etdirilməsi bildirilmiş, bəraət qazanmağına baxmayaraq hərbi hissədə taborun qərargah rəisi tərəfindən şərəf məhkəməsi keçirilmişdir, qərargah rəisinin dediyi sözlər öz qüvvəsində qalmamışdır. Tapşırığın düzgün icra edilməməsi iddiaçıya təkrarən bildirilmişdir. İddiaçı bildirir ki, şərəf məhkəməsinin keçirilməsində məqsəd onu 13-cü və14-cü əmək haqqından kənarlaşdırmaq imiş. Daha sonra hüquqşünas iddiaçıya yaxınlaşaraq “sənə kömək edəcəyəm” demiş, köməyin nədən ibarət olduğunu soruşduqda alınan postlarda başqalarının əvəzinə xüsusi təyinatlı adından çıxaraq siravi “maxe” kimi xidmət etmək təklif etmişdir. Halbuki xüsusi təyinatlılar aldıqları postlara 15 günlük yardıma gedirdilər ki, postları gücləndirələr. İddiaçı onun təklifini qəbul etmədiyinə görə başqa çıxış yolunun olmadığını və qərargah rəisinə yaxınlaşaraq ona haqsızlıq olunduğunu bildirmişdir. İddiaçı qeyd edir ki, hərbçi yoldaşlarının dəfələrlə onu dəstəkləmələrinə baxmayaraq ona qarşı haqsızlıqlar baş vermiş və nəticədə qərargah rəisi bildirmişdir ki, “sənin üzərinə elə bir maddə qoyduracağam ki, heç vaxt dövlət və hərbi işlərdə işləyə bilməyəcəksən”. Halbuki iddiaçı döyüşdə itmiş yoldaşlarını dəfələrlə tapıb gətirmiş, belə ki, İİ Vətən müharibəsində aktiv iştirakına görə Azərbaycan Respublikası Prezidentinin N9 dekabr N0N0-ci il tarixli, N37N nöməli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il 05 noyabr tarixli, 671 s nömrəli Sərəncamı ilə "X4" medalı ilə təltif olunmuşdur. İddiaçı bildirir ki, o, müxtəlif gərəksiz bəhanələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin N yanvar N0N3- cü il tarixli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış, bu qanunsuz və əsassız əmrin icrası monu çox məyus edir və ona görə də məhkəməyə müraciət edərək müddətdən artıq həqiqi hərbi xidmətə bərpa olunmasına və xidmətə uyğunsuzluq maddəsinin üzərindən götürülməsinə dair hüquqlarımın bərpa olunması müraciətimi etməli olmuşdur.
8. İddiaçı həmçinin müddətin bərpasında dair vəsatətini onunla əsaslandırmışdır ki, atası vaxtsız olaraq dünyasını dəyişdiyinə görə həm o özü, həm də anası XN yanvar N0N3-cü il tarixdə Prezidentə müraciətlər etmişlər. Müraciətlərinə cavablar çox gecikdirilmiş, xx.xx.N0N3-cü il tarixdə onun müraciətinə cavab verilmişdir. Qeyd edilən məktublar vaxtında verilməmiş, qeyd olunduğu vaxtdan müddət pozuntusu ilə təqdim edilmişdir. xx.xx.N0N3-cü il tarixdə anası X1 rəsmi cavab verilmişdir. X7 qəbuluna yazıldığı üçün müraciətlərinə cavab bir qədər gecikdirilmişdir. Daha sonra anası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə çağırılmış və Gəncə Hərbi Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Dekabr N0N3-cü il tarixdə Gəncə Hərbi Məhkəməsinə müraciət etmiş, müraciətlərinə cavab olaraq müvafiq İnzibati Məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Maddi vəziyyəti çətin olduğuna görə anası XN fevral N0N4-cü il tarixdə qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Binəqədi rayon 11 saylı Vəkil Bürosuna müraciət edərək hüquq və qanuni mənafelərimin müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunmağımızı xahiş etmişdir. Anasının müraciətinə sənədlərin yığılması və məhkəmədə müraciətə baxılması, müraciətin təmin olunması xx.xx.N0N4-cü il tarixədək davam etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, 16(001)-168/N0N4 saylı Qərardadına əsasən onun hüquq və qanuni mənafelərimin müdafiəsi məqsədilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Vəkillə təmin olunduqdan sonra vəkil iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Müraciət Bakı İnzibati Məhkəməsində işə 3 ay müddətində baxıldıqdan sonra aidiyyat qaydasına əməl olunmaması bildirilmişdir. Bakı İnzibati Məhkəməsi məhkəmə aidiyyətinin düzgün seçilməməsini bəhanə edərək ona “ərizə yazıb sənədləri geri götür, iddia tələbini aidiyyat qaydasına əsasən Gəncə İnzibati Məhkəməsinə göndər” demişlər. Həmin tarixdən etibarən mən iddia ərizəsini hazırlayaraq POÇT vasitəsilə iş materiallarını Gəncə İnzibati Məhkəməsinə göndərmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər X5 N iyul N0N1-ci il tarixdə SHXÇDX-nin Bakı-Binəqədi rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 5 yanvar N0N3-ci il tarixədək N nömrəli hərbi hissədə N-ci taborun 5-ci bölüyün 4-cü taqımın minaatan qrupunun heyət nəfəri vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin N-ci taborun 5-ci bölüyünün komandiri baş leytenant Kamal Cavadlı xx.xx.N0NN-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək, MAHHXHQ əsgər X3 hərbi hissənin xx.xx.N0NN-ci il tarixdə xüsusi döyüş tapşırığı (Buğdadağ əməliyyatı) aldığı zaman vəzifələrini yerinə yetirməyərək döyüşə getməkdən imtina etdiyini bildimiş və onun “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”ndə dinlənilməsini xahiş etmişdir. MAHHXHQ əsgər X5 xx.xx.N0NN-ci il tarixdə hərbi hissədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların şərəf məhkəməsi”ndə dinlənilmiş və onun hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi üçün Azərbaycan Ordusu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair qərar qəbul olunmuşdur. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən X5 xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X5 xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək N nömrəli hərbi hissənin N-ci taborun 5-ci bölüyün 4-cü taqımın minaatan qrupunun heyət nəfəri vəzifəsində xidmət edilmişdir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışmamışdır. MAHHXHQ əsgər X5 N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi qulluqçuya yaraşmayan və hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə o, N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli, 01 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli, 01 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etiraz bildirilmişdir. Bundan başqa, Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli, 01 əç nömrəli əmri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6 bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mətni uyğundur. Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli 01 əç nömrəli əmri ləğv edilmədən qanuni qüvvədə saxlanılması xahiş edilmişdir. Həmçinin bildirilmişdir ki, mübahisələndirilən Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli, 01 əç nömrəli əmri həmin əmrin qəbulundan təxminən 1 il 7 ay vaxt keçdikdən sonra qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir.
10. Məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Həmçinin vaxtında iddia verilməsi üçün ötürülmüş müddətin ayr-ayrı orqanlara yazışması və anasının səhəti ilə bağlı olduğunu bildirmiş, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
12. Tərəflərin məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 6N.3-cü maddəsi).
13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.N0N5-ci il tarixli, 41 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış sənədlər.
Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 0N nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd N.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
16. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Bənd 155. ... Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
17. Maddə N4. Prosessual müddətlərin bərpa olunması N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə N4.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... müddətində qaldırıla bilər.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
19. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, iddiaçının hazırkı hüquqi marağı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin N yanvar N0N3-cü il tarixli 01əç nömrəli əmrinin ona aid hissədə ləğv edilməsindən ibarətdir.
20. Göründüyü kimi iddia mübahisələndirmə haqqında iddiadır və mübahisələndirmə ilə bağlı xüsusi mümkünlük şərti iddianın qanunla müəyyən edilmiş müddət ərizində qaldırılmasıdır.
21. Məhkəmə ilk öncə onu vurğulamaq istəyir ki, iddiaçı ilə 1-ci və N-ci söhbət vərəqəsi aparılmış, hər iki söhbət vərəqində sonuncu ordu sıralarından tərxis olunmaq istəmədiyini və xidməti davam etdirməsini bildirmişdir.
22. Yuxarıda da qeyd olunduğu kimi, qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirmə haqqında iddiaların məhkəmə qaydasında mübahisələndirilməsi müddəti mübahisələndirilən inzibati aktın rəsmin təqdim (elan) edildiyi gündən 30 gün təşkil edir.
23. İş üzrə inzibati icraat materialları ilə ehtiyata buraxılma ilə bağlı müvafiq əmrin qəbul ediliyi xx.xx.N0N3-cü il tarixdə aparılmış N-ci söhbət zamanı iddiaçıya ehiyata buraxılmasının elan edildiyi, iddiaçı tərəfindən müvafiq söbət vərəqəsinə imza etdiyi müəyyən edilir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış və ona məxsus olan xx.xx.N019-cu il tarixli, SX ******* nömrəli hərbi biletin 5-ci səhifəsində onun xx.xx.N0N3-cü il tarixədək SHXÇDX-nin Binəqədi rayon idarəsində hərbi qeydiyyatda durmalı olduğu öz əksini tapmışdır.
24. “AZEMİS” elektron məhkəmə informasiya sistemi ilə əldə edilmiş məlumata görə iddiaçı xx.xx.N0N4-cü il tarixdə əmrin ləğv tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçının ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
25. Bundan sonra iddiaçının hazırki iddia ərizəsi xx.xx.N0N4-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, iddia ərizəsi xx.xx.N0N4-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir.
26. Bu isə onu deməyə əsas verir ki, hazırda mübahisələndirilən qərar iddiaçıya ən geci xx.xx.N0N3-cü il tarixədək məlum olmuşdur. Ancaq hazırkı iddia tələbi təqribi N ilə yaxın müddət keçdikdən sonra Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
27. Bundan öncəki məhkəmə iclasında iştirak etmiş iddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddia tələbinin Bakı İnzibati Məhkəməsində deyil, Gəncə İnzibati Məhkəməsində qaldırması barədə onu işə Bakı İnzibati Məhkəməsində baxılan zaman məlumatlandırmış, buna görə də Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
28. İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclası zamanı sonuncu tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı hallar qeyd edilmiş, prosessual müddətin ötürülməsinin üzürlü sayılmasına əsas olan halları ayr-ayrı dövlət orqanlarına müraciəti və anasının səhəti ilə bağlı olduğunu əsaslandırmış, sonda buraxılmış müddətin üzrlü səbəblərdən ötürülməsinin nəzərə alınması xahiş edilmişdir.
29. Məhkəmə qeyd edir ki, iddiaçının ayrı-ayrı orqanalara müraciəti ötürülmüş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iddiaçı ayrı-ayrı-orqanlar əvəzinə birbaşa müvafiq inzibati məhkəməyə müraciət etmək imkanı olmuş, lakin bu imkandan vaxtında istifadə etməmişdir.
30. İddiaçının anasının səhətinin vəziyyəti ilə bağlı məhkəməyə gec müraciət etməsi ilə bağlı əsaslandırmasına münasibətdə məhkəmə bildirir ki, inzibati axtın mübahisələndirilməsi üçün ötürülmüş müddətin bərpasının üçüncü şəxsin səhəti ilə bağlı bərpa edilməsini məhkəmə əsaslı hesab etmir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş anasının səahətinə dair sənədlərlə anasının abulator qaydada müalicə edildiyi müəyyən edilmişdir.
31. Yekun olaraq, iş üzrə inzibati icraat materialları və məhkəmənin daxili inamı əsasında məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “müddətin bərpası barədə ərizə”də qeyd edilənlər əsassızdır və məhkəmə iddia müddətinin üzrlü səbəblər olmadan ötürüldüyü qənaətinə gəlir.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov