Məhkəmə qərarları › İş №2-1(114)-2322/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2322/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2322/2021 14.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 16.05.2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 10.12.1983-cü ildə tərtib edilmiş 722 saylı doğum akt qeydinə düzəliş edilərək “Şəhri” adının “Şəhru” kimi qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08.10.2021-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək, iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş və onun doğum akt qeydində adı “Şəhri” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə, həmin şəhadətnamə əsasında iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində, habelə digər hüquq müəyyənedici sənədlərdə adı “Şəhru” kimi qeyd edilmişdir. İddiaçının döğum akt qeydində adının səhv yazılması onun hüquqlarından istifadə etməsinə imkan vermir. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 10.12.1983-cü il tarixli, 722 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuşdur. -İX-ЖГ 447241 nömrəli “Doğum haqqında” şəhadətnamənin, Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, 25.12.2019-cu il tarixli C02914198 nömrəli pasportun, 10.06.2006-cı il tarixli B 192457 nömrəli diplomun surətindən görünür ki, iddiaçının adı “Şəhru” olaraq qeyd edilmişdir. -Cavabdeh 15.08.2020-ci il tarixli, 051Q-1638 nömrəli məktubundan görünür ki, iddiaçının adında olan uyğunsuzluğun aradan qaldırılması imkan xaricində olduğına görə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus döğun akt qeydi ilə ona məxsus rəsmi sənədlərdə adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində adı “Şəhri” kimi qeyd edilsə də, bundan sonra verilmiş sənədlərdə adı “Şəhru” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd edilməlidir ki, iddiaçıya məxsus doğum akt qeydində onun adı “Şəhri” kimi qeyd olunmuşdur. Bir halda ki, iddiaçının adı ilkin sənəddə “Şəhri” olmuşdur, digər hüquq müəyyənedici sənədlər isə həmin doğum akt qeydi əsasında verilmişdir, bu halda doğum akt qeydində düzəliş edilməsi məqsədəuyğun hesab oluna bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar