Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2322/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əri X3 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) X4 ilə nikaha daxil olmuş, sonuncu 16 mart 1994-cü il tarixində Qazax-Tbilisi şosse yolunun 15-ci km-da naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir. Bu səbəbdən N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə sıravi X3 adı 1-ci motoatıcı taborun şəxsi heyətinin siyahısından çıxarılmış, bütün təminat növlərindən silinmiş, ailəsinə müəyyən edilmiş qaydada yardım edilməsi əmr edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 782 nömrəli bildirişində də 1965-ci təvəllüdlü X3 Qazax-Tbilisi şosse yolu Qazaxbəyli ərazisində naməlum şəraitdə güllələnməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Prezidentinin «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü »nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə xx.xx.2007-ci il tarixdə şəhid statusu verilməsinə əsas verən sənədlərin qanunauyğunluğu təhlil edilərkən Qazax rayon hərbi komissarlığında nöqsanların olduğu müəyyən edilmişdir. Belə ki, Qazax rayon hərbi komissarlığının « şəhid » statusu verilməsinə əsas verən sənədlər araşdırarkən adları göstərilən (siyahıda X3 adı var) hərbi qulluqçuların sənədləri “şəhid” hesab edilməsinə əsas vermədiyi halda “şəhid” kimi qeydiyyata alınmışdır. Bundan sonra Qazax rayon Hərbi komissarı Akif Muradov tərəfindən Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edilərək siyahıda adı çəkilən şəxslərin şəhid statusunun ləğv olunması barədə göstəriş verilməsi xahiş edilmişdir. Qeyd olunanlarla əlaqədar X3 adı Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqust 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”dan çıxarılmışdır. İddiaçı birdəfəlik ödəmənin verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubuna görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Nazirliyə təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X3 adı aşkar olunmamışdır. Bundan sonra iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, V/652 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 №o- li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manai məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli 782 nömrəli bildirişinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-16168 nömrəli məktubuna əsasən, 1965-ci il təvəllüdlü Vəliyev llqar Şəhraz oğlu xx.xx.1994-cü il tarixdə Qazax-Tbilisi şosse yolunun 15-ci km-də (Qazaxbəyli ərazisində) naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilmişdir. Hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş şəxslərin adının bu Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün, mərhum həyat yoldaşınız - İlqar Vəliyevin adının müvafiq siyahıya əlavə edilməsi mümkün deyil. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindər Xidmətin Aparatına təqdim edilmiş "1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərb əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı"nda xx.xx.1994-cü i tarixdə N saylı hərbi hissədə həlak olması barədə müvafiq məlumatlar əsasında llqar Vəliyevir adı ümumi siyahıya əlavə edilmiş, lakin həlak olmasının səbəb və şəraitinə aydınlıq gətirildiyi üçür (Qazax-Tbilisi şosse yolunun 15-ci km-də (Qazaxbəyli ərazisində) naməlum şəxslər tərəfindər qətlə yetirilmişdir) adı ümumi siyahıdan çıxarılmışdır. İddiaçı cavabdehə qarşı mərhum həyat yoldaşının adının siyahıda bərpa edilməsi barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7866/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Qazax RHK tərəfindən 60 günlük hərbi səfərbərliyə çağrılmışdır. Xidmətə N () nömrəli hərbi hissədə başlamış, Qazax rayonun ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N () nömrəli hərbi hissədə oktyabr ayının 25-ə kimi xidmət keçmişdir. Hərbi hissə komandirinin göstərişi ilə yuxarı yaş həddi olduğu üçün evə buraxılmışdır. Onunla eyni vaxtda xidmət edən döyüş yoldaşlarının hamısı müharibə veteranı adı almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdirlər ki, X3 şəhid statusu ləğv olunmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsini təqdim etmiş, etirazında imtina əsaslarını sadalamışdır. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, V/652 nömrəli, xx.xx.2019-cu il tarixli, V/4159 nömrəli imtinası, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, Qazax Hərbi Komissarlığının may 2007-ci il tarixli, 4168 nömrəli məktubun təsdiqlənmiş surəti, Qazax rayon Hərbi komissarı Akif Muradov tərəfindən Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlanan məktubun təsdiqlənmiş surəti, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmrin surəti, N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 782 nömrəli bildirişin təsdiqlənmiş surəti, N nömrəli hərbi hissənin tarixsiz, nömrəsiz arayış təsdiqlənmiş surəti, N nömrəli hərbi hissə komandirinin aprel 1996-cı il tarixli arxiv arayışının təsdiqlənmiş surəti, cavabdehin etirazı əlavə edilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə icra və ya qanunvericilik hakimiyyəti orqanlarına (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına və yaxud Azərbaycan Respublikasının Milli Məclisinə) ezam edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdə saxlanılmaqla bu Əsasnaməyə müvafiq olaraq həqiqi xidmət keçirlər və qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hüquq, güzəşt və imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; [3] 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. [4 Həmin Qaydaların 4.1-ci maddəsinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdi ki, birdəfəlik ödəmə bu Fərmanın 5ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Həmin Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən xx.xx.2007-ci il tarixdə şəhid statusu verilməsinə əsas verən sənədlərin qanunauyğunluğu təhlil edilərkən Qazax rayon hərbi komissarlığında nöqsanların olduğu - komissarlığının «şəhid» statusu verilməsinə əsas verən sənədlər araşdırarkən adları göstərilən hərbi qulluqçuların sənədləri “şəhid” hesab edilməsinə əsas vermədiyi halda “şəhid” kimi qeydiyyata alındığı müəyyən edilmiş, həmin şəxslərin siyahısında X3 da adı aşkar edilmişdir. Daha sonra X3 adı Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqust 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”dan çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanın məzmunundan görünür ki, həmin Fərman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə verilmişdir. Hazırkı işə baxılarkən isə iddiaçının mərhum ərinin məlum döyüşlərdə məhz hərbi qulluqçu kimi iştirak edib həlak olması faktı təsdiqlənməmişdir, iddiaçının təqdim etdiyi sübutlar isə bu halın mövcudluğuna dəlalət etmir. Göründüyü kimi, iddiaçının tələbi əsassız olduğundan cavabdeh orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əri X3 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2322/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2322/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver