Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2323/2024 20.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N99N-ci ilin dekabr ayından N994-cü ilin fevral ayınadək olan müddət ərzində Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etmiş, N99N-ci ilin dekabr ayının 2-də Kəlbəcər rayon Hərbi Kommisarlığı tərəfindən yaşadığı Kəlbəcər rayonu, Kilisə (hazırkı adı ilə Qasımlar) kəndindən “Birinci Qarabağ” müharibəsində iştirak etmək üçün aparılmışdır. O, Kəlbəcər rayonunda yerləşən N (hazırda 70N) saylı hərbi hissəyə aparılmış, oradan Kəlbəcər rayonunun inzibati ərazisinə daxil olan "Söyüdlü", "Ağdaban", “Narışdar”, “Qaraqaya” və digər ərazilərdə döyüş əməliyyatlarında iştirak etmişdir. O, qeyd olunan tarixdə, qeyd olunan yerlərdə döyüşlərdə iştirak etsə də, onun Birinci Qarabağ müharibəsində iştirak etməyi ilə bağlı cavabdeh orqan tərəfindən qeydiyyat aparılmamışdır. Belə ki, bu səbəbdən də bu günədək veteran adı və vəsiqəsi ala bilməmişdir. Bununla əlaqədar, sonuncu dəfə 29 sentyabr 2023-cü il tarixdə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə göndərərək müraciət etmiş, lakin barəsində müsbət qərar qəbul edilməmişdir. O. aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də, ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. O, 20N6-cı ildə ərizə ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixədək 70N (əvvəlki adı 7N2) saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etməyini və N994-cü il fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyatı zamanı yaralanmağının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam rayon Məhkəməsinin 2(N3)-3830/20N6 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş və onun xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etməyi və N994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyyatları zamanı yaralanmağı təsdiq edilmişdir. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən ona TSEK-ə təqdim etmək üçün göndərilmiş xx.xx.2022-ci il tarixli N65 nömrəli Arayışda qeyd olunur ki, “verilir N970-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, 2005-ci il tarixdən Kəlbəcər rayon şöbəsində hərbi vəzifəlilərinin qeydiyyatına bərpa olunmuşdur. Rayonun işğalından əvvəl keçmiş hərbi komissarlıqda qeydiyyatda olub-olmaması barədə şöbədə heç bir rəsmi məlumat yoxdur. Hazırda şöbədə mövcud olan sənədlərə əsasən onun adı fərari kimi qeydiyyatdan keçmir. Son 50 (əlli) yaşla əlaqədar hərbi vəzifəlilərin qeydiyyatından silinmişdir”. Arayışın məzmunundan da göründüyü kimi o, həmin müddət ərzində axtarışda olmamış və fərari olmamış, həqiqətən də döyüşlərdə iştirak etmişdir. O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə göndərərək müraciət etmişdir. Bu müraciətinə cavab olaraq 5 aydan sonra yəni xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənəndlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənisində müsbət qərar qəbul edilməmişdir, Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənəndlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə hərbi xidmətininə dair “Hərbi Həkim Komissiyası” tərəfindən şəhadətləndirilməyi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Bu məktubun ikinci abzasında qeyd edilmişdir ki, xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə onun hərbi xidmətinə dair “Hərbi Həkim Komissiyası” tərəfindən şəhadətləndirilməyi barədə arxiv sənədlərinin bazasında məlumat olmamışdır. Bu onun haqqında tamamilə əsassız və həqiqəti əks etdirməyən bir məlumatdır. Çünki o, N994-cü ilin fevral ayında Kəlbəcər rayon, “Bağırsaq” kəndi uğurunda gedən ağır döyüşlərdə döyüş əməliyyatını yerinə yetirən zaman yaralanaraq Göygöl rayonu, Toğana kəndində yerləşən Xəstəxanaya gətirilmişdir. Xəstəxanaya gətirilərkən üzərində döyüş əməliyyatları zamanı istifadə etdiyi “PK” markalı K-885 nömrəli silahı olmuşdur və Müdafiə Nazirliyinin tibb bölüyünün zabitləri tərəfindən həmin silah ondan təhvil alınmış, əvəzində ona onlar tərəfindən Arayış verilmişdir. Hansı ki, həmin arayışda göstərilmişdir ki, “Verilir İddiaçı Vəli oğluna (göründüyü kimi burada ata adı səhv qeyd edilmişdir) ona görə ki, 28.0N.94-cü il tarixdə N nömrəli hərbi hissə tərəfindən ona döyüş əməliyyatları zamanında iştirak etmək üçün verilmiş “PK” markalı KA-885 nömrəli silah həqiqətən N5.02.94 tarixdə N nömrəli hərbi hissənin tibb bölüyü tərəfindən N nömrəli hərbi hissənin RAS anbarına təhvil verilmişdir. Arayış Kəlbəcər RHK-na təqdim etmək üçün verilmişdir. N nömrəli hərbi hissənin RAS xidmət rəisi mayor Xuduyev.V”. Arayışdanda göründüyü kimi, onun yaralanaraq xəstəxanaya gətirilməyi barədə əsaslı məlumatlar olduğu halda cavabdeh orqan bunları araşdırmadan əsassız olaraq yalan məlumat əsasında ərizəni təmin etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Mərkəzi Hərbi Həkim Komissiyası”nın xx.xx.20N6-cı il tarixli 8N0 nömrəli qərarında göstərilmişdir ki, “Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağrılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz “Odlu silah yaralanmalarından Sonra başın təpə nahiyyəsinin sağ və sol tərəfində, alın nahiyyəsinin, sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bu qərardan da göründüyü kimi, onun döyüşlərdə iştirak etməyi və yaralanmağı faktı açıq-aşkar göstərilmişdir. "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyin Mərkəzi Arxivinə xx.xx.2023-cü il tarixli 2/2-9828 nömrəli sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli N843 nömrəli cavab məktubunda göstərilmişdir ki, "N nömrəli hərbi hissə komandirinin N dekabr N99N-ci il tarixli 4 nömrəli əmrində X2 (əsas bənd 6, səh N0 əmrdə Emin yazılmışdır (burada da adım səhv yazılıb) müqavilə ilə batalyona daxil edilərək 5-ci rota N-ci vzvoda atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli “Azərbaycan Respublikası Silahlı Qüvvələr Haqqında” Qanuna əsasən tağım komandirinin müavini İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 50 nömrəli əmrində (əsas, sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinməsi barədə məlumat vardır”. “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın göstərilən məktubundakı məlumatların natamam olması aşağıdakılarla təsdiq olunur. N. O, N994-cü ilin N5 fevral tarixində yaralanmış və həmin gün Müdafiə Nazirliyinin tibb bölüyünün N nömrəli hərbi hissənin RAS xidmət rəisi mayor Xuduyev.V tərəfindən silahı alınaraq ona Arayış verilmişdir. Bu fakt həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Mərkəzi Hərbi Həkim Komissiyası”nın xx.xx.20N6-cı il tarixli 8N0 nömrəli qərarında göstərilmişdir. 2. Tərtər hərbi prokurorluğuna müraciəti ilə əlaqədar ona verilmiş cavab məktubunda qeyd edilmişdir ki, onun barəsində Tərtər hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. Həmin cavab məktubundan da göründüyü kimi, N99N-ci ilin dekabr ayından N994-cü ilin fevral ayınadək olan müddət də daxil olmaqla onun barəsində hər hansı cinayət işi mövcud olmamışdır. Belə ki, həmin müddət ərzində o, hərbi səfərbərlik əsasında döyüş əməliyyatlarında iştirak etmişdir. Kəlbəcər rayon Hərbi Kommissarlığı tərəfindən 7N2 saylı hərbi hissəyə göndərildi halda döyüş əməliyyatlarında iştirak etməmiş olsa idi, barəsində axtarış və ya hansısa cinayət işi mövcud olardı. Lakin qeyd edilən məktubdan da göründüyü kimi onun barəsində hər hansı cinayət işi istintaq edilməmişdir. Bu isə Kəlbəcər Rayon Hərbi Kommissarlığı tərəfindən N nömrəli hərbi hissəyə göndərildikdən sonra orada xidmət etdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini göstərir. Lakin müvafiq dövlət orqanının səhlənkarlığının nəticəsidir ki, onun hərbi biletində döyüş əməliyyatlarında iştirak etməyi, hərbi səfərbərlik əsasında xidmətə çağırılmağı barədə hər hansı qeydiyyat aparılmamışdır. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən mövcud olan sənədlərdə adı fərari kimi qeydiyyatdan keçmir. Belə olan halda onun hüquqları pozulmuş, müharibə veteranı olduğu halda bu adı indiyədək əldə etməyi mümkünsüz olmuşdur. Göründüyü kimi o, həqiqətən xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmiş və N994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğurunda gedən döyüş əməliyyatları zamanı yaralanmışdır. Lakin, üzərindən bu qədər müddət keçməsinə baxmayaraq o, hələ də “Müharibə Veteranı" adını və vəsiqəsini ala bilməmişdir. Özü həqiqi hərbi xidmətini o zamanlar SSR ərazsisi olan Qazaxıstan dövlətinin Baykanur şəhərində N988-N990-cı ilərdə yerinə yetirmişdir. Məlum olduğu kimi, Kəlbəcər rayon sakini olduğu üçün N993-cü ilin aprel ayında mənfur düşmənin Kəlbəcər rayonunu işğal etməsi nəticəsində ailə üzvləri rayonu tərk etmək məcburiyyətində qalmış və o da həmin vaxt ordu sıralarında “Ağdaban” əməliyyatında iştirak etmişdir. Bu səbəbdən də başqa Kəlbəcər sakinləri kimi onun ailə üzvləri də bir tək öz canlarını götürüb kənddən çıxmışlar. Evdən əşyalarını, o cümlədən də lazimi sənədlərini götürmək imkanı olmamışdır. Bu səbəbdən də başqa sənədləri kimi onun da hərbi bileti yaşadığı evdə qalmışdır. Müharibədən sonra dəfələrlə hərbi biletini bərpa etməyə çalışsa da indiyə qədər heç bir nəticə əldə etməmişdir. Hər dəfə hərbi bilet lazım olanda Kəlbəcər rayon Hərbi Komissarlığına müraciət edərək müvafiq arayışı alır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsində iştirak etmiş, canı və qanı bahasına bu Vətəni qorumaq üçün çalışmışdır. Lakin cavabdeh orqanının səhlənkarlığı ucbatından döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar sənədlərdə adının Elim yox “Emin” yazılaraq qeyd edilməsi və N994-cü ilin fevral ayına qədər döyüşlərdə iştirak etməyinə baxmayaraq sənədlərdə xx.xx.N992-ci ildə hərbi hissədən azad olunmağının göstərilməsi nəticəsində bir müharibə iştirakçısı kimi hüquqları indiyədək kobud şəkildə pozulmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 iyun 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-293N/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci bəndinə əsasən: N988-cı il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Göranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, X6 kəndləri daxıl olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birgə təqdim edildiyi halda), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma kontuziya) alma haqqında arayışla yerli orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibatı hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dıspozisiyasında əks edimiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxıl olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması başa düşülür. Normanı ümumiləşdirərək qeyd etmək olar ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərb hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xıdmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə « Müharbə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zərurdr ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidməti və Hospitalın arayışında fevral N994-cü ildə yaralanması, müalicə olması, HHK tərəfindən şəhadətləndirilməsi barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi Qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verılmış orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, Şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqorıyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştırak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazı bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. « Veteranlar haqqında » Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının əraziu bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər Müharibə veteranı sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibatı aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil edir : -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3xx-xx/2266/2023 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, 4 nömrəli əmrində (əsas : bənd – 6, səh – N0, əmrdə adı « Emin » yazılmışdır) X2 V bölüyün İ tağımına atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin müavini İddiaçı hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinmişdir. -iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(N3)-3830/20N6 nömrəli xx.xx.20N6-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N994-cu il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərək döyüş əməliyyatında iştirak etməsi və fevral N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda gedən döyüş əməliyyatı zamanı yaralanması faktı təsdiq edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.20N6-cı il tarixli, 8N0 nömrəli qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağrılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Tibb Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibb müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz “Odlu silah yaralanmalarından Sonra başın təpə nahiyyəsinin sağ və sol tərəfində, alın nahiyyəsinin, sol qaşın orta N/3-nin tüklü hissəsində, burun belində, sağ saidin aşağı N/3-nin ön səthində, sağ baldırın orta N/3-nin ön və arxa səthində bərkimiş çapıq toxumaları”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş məktubun surətindən görünür ki, iddiaçının «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində « Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya »nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidmətinə dair, habelə Baş Klinik Hospitalın arayışında fevral N994-cü ildə yaralanmağına, müalicə olunmağına dair, HHK tərəfindən şəhadətləndirilməsi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona « Müharibə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 2838 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli Azərbaycan Respublikası Silahlı Qüvvələr Haqqında” Qanuna əsasən tağım komandirinin müavini İddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 50 nömrəli əmrində (əsas, sıra N, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissədən azad edilərək bütün növ təminatlardan silinməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N99Nxx.xx.N992-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin N992-N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N563 nömrəli məktubdan görünür ki, 809(7N2) nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli əmrində (əsas: bənd-6, səh-N0, əmrdə adı “Elin” yazılmışdır) müqavilə ilə batalyona daxil olan, sıravi X8 5-ci rotanın N-ci tağımında atıcı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 50 nömrəli əmrində (əsas: səh-NN, sıra-N, əmrdə atasının adı yazılmamışdır) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N99N-ci il tarixli 2N0-Xİİ nömrəli “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna əsasən, tağım komandirinin müavini, İddiaçı hərbi hissədən azad edilməsi və bütün növ təminatlardan silinməsi barədə məlumat qeyd olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən İddiaçı göndərilmiş məktubdan görünür ki, Mərkəzi Arxivin arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N99N-ci il tarixdən sonrakı müddətdə iddiaçının hərbi xidmətinə dair, habelə Baş Klinik Hospitalın arayışında fevral N994-cü ildə yaralanmağına, müalicə olunmağına dair, HHK tərəfindən şəhadətləndirilməsi barədə arxiv sənədlərinin bazasında məlumat olmadığına görə ona « Müharibə veteranı » adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncu barəsində fevral N994-cü ildə yaralanmağına, müalicə olunmağına dair, HHK tərəfindən şəhadətləndirilməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərinin bazasında məlumatın olmamasıdır. Odur ki, məhkəmə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalananlardan aydın olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2323/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2323/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver