Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2327/2023 25.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlilliyin təyini barədə qərarda xx.xx.2021-ci il tarixdən əlillik təyin edilməsi barədə düzəliş olunması”tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Vardenis rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2a yaşayır. İddiaçıya ilk dəfə xx.xx.2007-ci il tarixdə “üix gərginlik stenokardiyası ııı f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdəki qiymətləndirmə zamanı “üix gərginlik stenokardiyası ııı f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX Sinif- Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əliliyi TSEK-də qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, Xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur.” diaqnonu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Əlavə müalicəyə ehtiyacın olması, Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” diaqnozu qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş Əyani müayinə aktından müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması " barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. (Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ fs./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq İl (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir. Bundan sonra iddiaçıya xx.xx.2022-ci il tarixdən “Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard İnfarktdan sonrakı kardioskleroz. infarktı, Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent, D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implanta olunması /xx.xx.2017/ Ağırlaşma İ50 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇİ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ dərəcə./İİİ A/T/İV risk” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, həmin müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla cavab verilmişdir. Məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyəti Zülfüqar Məmmədov adına Gəncə Xəstəxanasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Qeyd edilir ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Nespubikasi Ganununun 3.3-i-ci maddəsinə əsasən əlillik müddəli bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçıya dair yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün iddiaçı əlilliyi olan şəxs hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 il müddətin bərpasına və pozulmuş hüquqlarına yardım olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin qeyd olunmaqla cavabdehin iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarda düzəliş edilərək əlilliyin təyini tarixinin xx.xx.2021-ci il qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Odur ki, yenidən pensiyanın bərpası üçün xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Gəncə şəhəri kardioloji xəstəxanasında müayinə və müalicə olunaraq tam yoxlanılmış, həmişə olduğu kimi orqanizminin 80% pozulmasına görə tibbi arayış almış və Gəncə şəhər 2 nömrəli poliklinikaya təqdim etmişdir. Bununla belə xx.xx.2021-ci ilədək iddiaçını aldadaraq nazirliyin tapşırığı əsasında gah sistemin xarab olub işləməməsi, gah baş həkimin Moskva şəhərinə yaxınlarının toy məclisinə getməsi, gah sistemdə oturan xanımın məzuniyyətdə olması, gah da pandemiyadan istifadə edərək tam 7 ay iddiaçı və onun kimi insanların hazır sənədlərini öz otaqlarında saxlamaqla qeyd etdiyi kimi vaxt uzadaraq haqlı hüquqlarını pozmuşlar və sonra saxta diaqnozla cavab verərək yəni: - əlavə müalicəyə ehtiyacın olması xəstəyə E.T.K.İ-ya müayinə və müalicə olunmaq tövsiyyəsini tələb etmişlər. Odur ki, sonda bir daha yenidən müayinə üçün Gəncə şəhər kordioloji xəstəxanasınada eyni müalicə və müayinədən yoxlanılıb çıxaraq, yəni xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək təkrar həmişə olduğu kimi orqanizminin 80 %-nin pozulmasına görə yatmaqla çıxarış alıb təqdim etmiş və eyni diaqnozla növbəti sənədini qəbul edərək pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, 2021-ci ildə əlillik müddəti bitdikdən sonra əlilliyin təyini ilə yenidən müraciət etsə də, onun işini uzatdıqları üçün ancaq 2022-ci ilin mart ayında ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh iddiaya dair əvvəl təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma l25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq 11 (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı ona əlilliyin təyin olunmasından imtina edilməsi barədə əlverişli inzibati akta əlilliyin təyin edilməsi tarixi ilə bağlı düzəliş olunması məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1-ci maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya 2007-ci ildən 2021-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin zaman iddiaçının diaqnozu “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2-dər.” diaqnozu və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlıq meyarı və “İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25- Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı qeyd olunmuşdur. Lakin xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə iddiaçının əlilliyi qiymətləndirilərkən ona “İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25- Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı qoyulsa da, diaqnozun mətni fərqli olmuşdur. Daha sonra xx.xx.2022ci il tarixdə əyani müayinə aktı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən əlillik təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndində qeyd olunur ki, Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6-cı bəndində qeyd olunur ki, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7-ci bəndinə əsasən TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 3.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, əlilliyin təyini ilə bağlı inzibati akt qəbul edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının əlilliyinin təyini tarixi ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əlilliyinin təyini tarixi ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə dair öhdəlik cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2327/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2327/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver