Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-233/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X1) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı 30.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı iclası 10.02.2022-ci il tarixə təyin edilmiş, iş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı2 məhkəməyə təqdim etdiyi ərizə əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2-1(114)-233/2022 nömrəli qərardad ilə İddiaçı2 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X1) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə İddiaçı1 hüquq varisi kimi tanınmışdır. İddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 məhkəməyə təqdim etdiyi digər ərizə əsasında Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş 10.02.2022-ci il tarixli, 2- 1(114)-233/2022 nömrəli qərardad ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2nə qarşı (üçüncü şəxslər Gəncə Səhiyyə İdarəsi, 3 saylı X1) sığorta pulunun ödənilməsi tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh1 əsl cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı (İddiaçı1 hüquqi varisi) İddiaçı2 işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Göründüyü kimi iddiaçının tələbi cavabdeh orqandan kompensasiya tələbidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. İş üzrə iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı iddia qaldırmışdır və cavabdeh orqanın yerləşdiyi ünvan ünvan 1 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılması üçün aidiyyəti Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə dövlət agentliyi Cavabdeh2 (TƏBİB) publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” PHŞ, (Gəncə Səhiyyə İdarəsi) 3 saylı X1) sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-233/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-233/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver