Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-233/2024 05.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhəri Kəpəz Bələdiyyəsi) torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum əri X5 adına qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin mərhum X6 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-233/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz bələdiyyəsi üzvlərinin ümumi yığıncağının 15 fevral 2008-ci il tarixli 02 saylı protokol qərarına əsasən onun mərhum əri X6 Kəpəz bələdiyyəsinin torpaq fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən Gəncə şəhəri, Sadıllı qəsəbəsiində yerləşən 0.04 hektar torpaq sahəsi satılmışdır. Daha sonra səlahiyyətli orqanlarla onun arasında “Torpaqların alqı-satqısına dair” Akt bağlanmış və adına torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin vaxtdan da fasiləsiz və maneəsiz olaraq sözügedən torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur. Ərinin 06 mart 2010-cu ildə vəfatından sonra sözügedən torpaq sahəsi onun tərəfindən İdarə olunmuşdur. Onunla birlikdə həmin ərazidə digər şəxslərə satılmış torpaq sahələrinin xeyli hissəsi öz sahiblərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən o də əri satılmış torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət resyestrində qeydə alınması üçün cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilatda torpaq sahəsinin adına qeydə alınmasından imtina edilmişdir. Səbəb kimi isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, torpaq sahələrinin yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilməsi göstərilmişdir. Cavabdeh təşkilatın onun ərizəsinə imtina cavabı verməsi tamamilə qanunsuz və əsassızdır. Birincisi ona görə ki, 28 oktyabr 2008-ci il tarixinə kimi qüvvədə olmuş “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cü maddəsinə görə, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilməli idi ki, bizim də halda aidiyyəti orqanlarla alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin, həmin vaxta qədər bu Qanunda torpaq sahələrinin yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilməsi barədə məcburi göstəriş olmamışdır. Sözügedən torpaq sahəsi isə yuxarıda qeyd edildiyi kimi onun həyat yoldaşına 15 fevral 2008-ci il tarixli qərarla satılmışdır. Yəni torpaq sahəsi ona satılan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qanunun qeyd edilən maddəsinin hazırda dəyişdirilməsinin isə ona heç bir aidiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsində göstərilir ki, normativ hüquq aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Kostitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bundan başqa, əgər həmin torpaq sahəsi doğrudan da onlara məxsus deyildirsə, deməli bu illər ərzində bir dəfə də olsa torpaqdan onların sahiblik və istifadə etmələrinə səlahiyyətli orqanlar və ya şəxslər tərəfindən hər hansı bir irad bildirilərdi. Qeyd edilən hal isə ümumiyyətlə heç vaxt baş verməmişdir. Belə olan halda bu nəticəyə gəlmək olur ki, sözügedən torpaq sahəsinə dair onun mərhum həyat yoldaşı X5 (birgə nikah dövründə alındığına görə eləcə də onun) yaranmış hüququ artıq mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2920/2023 saylı qərardadı ilə iş üzrə Gəncə şəhəri Kəpəz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6629/2023 nömrəli etirazda qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Gəncə şəhəri, Kəpəz Bələdiyyəsi tərəfindən 0,04 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-İİİ nömrəli Qanununa edimiş dəyişikliyə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilmişdir. Gəncə şəhəri, Kəpəz Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan 15 fevral 2008-ci il tarixində qərar qəbul edilmiş, 18 fevral 2008-ci il tarixində isə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası qanunauyğun hesab olunmadığı üçün vətəndaşa torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sənədlərin əldə ediməsi üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməyi tövsiyə olunnmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan başqa Ərazi İdarəsinin vətəndaşa ünvanladığı məktubu inzibati akt kimi qiymətlədirilə bilməz. Belə ki, vətəndaşa iddia etdiyi torpaq sahəsinin sənədlərinin əldə edilməsi üçün bələdiyyəyə müraciət edilməsi tövsiyə olunnmuşdur. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 nömrəli qərarından görünür ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan başqa isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçı iddia qaldırmaqla bağlı müddəti ötürdüyü üçün bu hal iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, hazırki iddiaçı “İnzibati icraat haqqında” Qanunun 73-cü məddəsinə riayət etmədən məhkəməyə müraciət etmişdir. İddiaçının müraciəti Ərazi İdarəsinə xx.xx.2019cu il tarixdə olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-cü maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə Qərardad qəbul edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 171 nömrəli Sərəncamından görünür ki, X6 müstəsna hal kimi fərdi yaşayış evinin tikintisi üçün Sadıllı yaşayış ərazisinin E – 5 məhəlləsindəki boş ərazidə 400,0 kv.m olan 5№-li torpaq sahəsi ayrılmışdır. - surəti işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi idarəsinin rəisinə ünvanlanmış xx.xx.2008-ci il tarixli, 04/198 və xx.xx.2008-ci il tarixli 04/257 nömrəli məktublardan görünür ki, Sadıllı yaşayış ərazisinin E – 5 məhəlləsindəki ayrılmış 5№-li sahənin 0.04 ha torpaq sahəsi alqə-satqı qaydasında X1. -işə əlavə edilmiş Torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli, 34 nömrəli Aktdan görünür ki, X5 torpaq sahəsi almaq barədə ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Gəncə şəhəri Kəpəz bələdiyyə ərazisində 0.04 ha torpaq sahəsinin satılması barədə xx.xx.2008-ci il tarixli, protokol №2 qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən « Bank Respublika » Gəncə Bankının **********3752 saylı hesabına əvvəlcədən 1440 manat haqq ödənilmişdir. -surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər Şöbəsi xx.xx.2008-ci il tarixli, TŞ-8-304 nömrəli «X6 fərdi yaşayış evi tikintisi üçün ayrılmış 400,0 kv.m torpaq sahəsinə « Torpaq sahəsinin planı və ölçüsü » verilməsinə dair » Rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Kəpəz rayon İHB-nin xx.xx.2007-ci il tarixli 171 saylı sərəncamına, Kəpəz bələdiyyəsi üzvlərinin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli 02 saylı protokolundan çıxarışa və torpaqların alqı-satqısına dair 34 saylı aktına əsasən verilmiş 400,0 kv.metr torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla H.Z.Hüseynovun istifadəsində olmuşdur. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 4-cü qiyət zonasında yerləşir. Ona görə də, H.Z.Hüseynovun istifadəsində olan 400,0kv.metr torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına DT və XK-si Gəncə şəhər şöbəsi etiraz etməmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış məktubdan qeyd edilmişdir ki, sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı, belə ki, Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan xx.xx.2008-ci il tarixində, 2 nömrəli qərar qəbul edilmiş və 34 saylı, xx.xx.2008-ci il tarixində isə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmişdir. Bununla yanaşı, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına “dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-İİQD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən müraciətin icrası mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-1262//8/2023 nömrəli Arxiv arayışında göstərilmiş Gəncə şəhəri Kəpəz Bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi iclasının 02№-li protokolundan çıxarışdan görünür ki, qərara alınmışdır ki: Gəncə Şəhər Kəpəz bələdiyyəsinin torpaq fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə Şəhəri Kəpəz Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 183 №li sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0,04 ha torpaq sahəsinin alqı-satqı qaydasında Gəncə şəhəri, N.Nərimanov prospekti bina 14, mənzil 37-də yaşayan İddiaçı satılması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2008-ci il tarixli, TŞ-8-19 №li rəy və hazırlanmış sənədlər nəzərə alınsın; Gəncə şəhəri, N.Nərimanov prospekti bina 14, mənzil 37-də yaşayan İddiaçı Kəpəz Bələdiyyəsinin torpaq fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 0,04 ha torpaq sahəsi 1440 (bir min dörd yüz qırx) manata satılsın; Vətəndaş İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə şəhər ərazi idarəsindən xahiş edilsin. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0081/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 02 saylı protokolu ilə, X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinə dair A037824 nömrəli plan və ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsnə və elektron baza materillarına istinadən, həmin torpaq sahəsinə dair, xüsusi mülkiyyət hüququnu təsdiq edən (Çıxarış) sənəd qeydə alınmadığı və həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmamasını əsas götürərək, sözügedən torpaq sahəsinin bələdiyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Həmin torpaq sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 02 saylı protokolu ilə X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinə dair A037824 nömrəli plan və ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsi, naturada təqdim olunan faktiki istifadə sahəsində yerləşir. Həmin torpaq sahəsinə dair A037824 nömrəli plan və ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsi, elektron baza materillarına istinadən digər şəxsə verilmiş və yaxud digər şəxsin xüsusi mülkiyyətində, qanuni istifadə və icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz rayonu Kəpəz Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 02 saylı protokol nömrəli qərarı ilə bələdiyyə ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə X6 0.04 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Gəncə şəhər şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı tərəf qeyd olunan torpaq sahəsinin İddiaçı mərhum həyat yoldaşı X6 məxsus olması haqqında arayış verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmaması, belə ki, Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan xx.xx.2008-ci il tarixində, 2 nömrəli qərar qəbul edildiyi və 34 saylı, xx.xx.2008-ci il tarixində isə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilməsi, həmçinin “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına “dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-İİQD nömrəli Qanununa edilmiş dəyişikliyə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilməsini əsas gətirərək iddiaçı tərəfin ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçının mərhum əri X3 və torpağın dəyəri sonuncu tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Cavabdehin imtinasının əsası kimi göstərilmişdir ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 sentyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə dəyişikliyin edilməsi olmuşdur. Belə ki, yeni dəyişikliyə görə, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçı tərəfə sözügedən qərarla satılmış və naturada təqdim edilən 0.04 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı məqsədlər üçün nəzərdə tutulmuşdur və sözügedən torpaq sahəsinin digər şəxsə verilmiş və yaxud digər şəxsin xüsusi mülkiyyətində, qanuni istifadə və icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qaydalarını pozmaqla) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 02 saylı protokol qərarı ilə X2 qərara alınmış 0.04 һа torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-233/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-233/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver