Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2332/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı həbsin götürülməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı həbsin götürülməsi tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-805 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı1 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, M.İbrahimov prospekti 2C ünvanında yerləşən ümumi sahəsi 0.377 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 285.3 kv.m olan əmlak kompleksi kimi müəssisəni X2 bağışlamışdır.
2. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-806 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və X4 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1.5089 ha olan torpaq sahəsindən İddiaçı2 ona məxsus ½ hissəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 607.4 kv.m olan əmlak kompleksi kimi müəssisənin ona məxsus ½ hissəsini X2 bağışlamışdır.
3. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-807 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən paylı mülkiyyət hüququ üzrə X6 və İddiaçı1 məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0.4702 ha olan torpaq sahəsindən İddiaçı1 ona məxsus ½ hissəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1206.6 kv.m olan əmlak kompleksi kimi müəssisənin ona məxsus ½ hissəsini X2 bağışlamışdır. Həmin torpaq sahəsinə və əmlak kompleksi kimi müəssisəyə dair X1 adına xx.xx.2020-ci il tarixli **********15-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
4. X3 ilə İddiaçı1 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə daşınmaz əmlaka dair bağışlama müqaviləsinin ləğv edilməsi haqqında 3 ayrı müqavilə bağlanaraq, Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə- 805, 4Ə-806, 4Ə-807 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqavilələri ləğv edilmişdir.
5. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 ərizəsi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin ½ hissəsinin və ünvan 2 ünvanında yerləşən ferma kompleksinin ½ hissəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 16(104)-67/2022 nömrəli qərardadı ilə X5 ərizəsi təmin edilmiş, X1 mülkiyyətində olan ünvan 4 ünvanında 0.377 ha torpaq sahəsində yerləşən ümumi tikinti sahəsi 285.3 kv.m olan əmlak kompleksinin (********** qeydiyyat, **********72-12301 reyest nömrəli) üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi qadağan edilmişdir.
7. İddiaçı2 ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərinə qoyulmuş həbsin götürülməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(115)-10/2022 saylı qərardadı ilə qərardadı ilə ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Gəncə şəhəri, M.İbrahimov prospekti 2C ünvanında yerləşən ümumi sahəsi 0.377 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 285.3 kv.m olan əmlak kompleksi kimi müəssisənin, İddiaçı2 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1.5089 ha olan torpaq sahəsinin ½ hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 607.4 kv.m olan əmlak kompleksi kimi müəssisənin ½ hissəsinin, İddiaçı1 məxsus olan ünvan 7 ünvanında ümumi sahəsi 0.4702 ha olan torpaq sahəsinin ½ hissəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1206.6 kv.m olan əmlak kompleksi kimi müəssisənin ½ hissəsinin üzərindən həbsin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən onlara məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Halbuki, bu əmlaklar üzərinə həbs qoyulmasınadək həmin əmlaklar onlar tərəfindən qardaşları Sultan Qəhrəmanovdan geri istənilmiş, buna dair müvafiq notarial qaydada müqavilə bağlanmış və cavabdeh təşkilat tərəfindən çıxarış verilməsi ilə bağlı aidiyyəti sənədləşdirilmə işləri aparılmışdır. Məhz, buna görə də onlar cavabdeh təşkilata müraciət edərək, onların mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğu üçün onların qanuna qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, məhkəmənin qərarları icraya yönəldilməsinədək onlara məxsus əmlaklar qardaşlarından geri tələb edilmiş və buna dair hüquqmüəyyənedici sənədlərlə rəsmiləşdirilmə işləri aparılmışdır. Bu səbəbdən cavabdehin hərəkətləri qanunsuz hesab olunmalı və onlara məxsus daşınmaz əmlakların üzərindən həbsin götürülməsi öhdəliyi həmin orqanın üzərinə vəzifə olaraq qoyulmalıdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia (şikayət) ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İş materiallarından göründüyü kimi, iddiaçıların tələbi məhkəmə qərardadları əsasında müvəqqəti təminat tədbirinin görülməsi nəticəsində mübahisə olunan daşınmaz əmlakların özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsindən ibarətdir. Hansı ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin ½ hissəsinin və ünvan 2 ünvanında yerləşən ferma kompleksinin ½ hissəsinin özgəninkiləşdirilməsinə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 16(104)-67/2022 nömrəli qərardadı ilə isə X1 mülkiyyətində olan ünvan 4 ünvanında 0.377 ha torpaq sahəsində yerləşən ümumi tikinti sahəsi 285.3 kv.m olan əmlak kompleksinin (********** qeydiyyat, **********72-12301 reyest nömrəli) üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qərardadlar dərhal qüvvəyə minmiş və icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məcburi olmuşdur.
14. Bu halda iddiaçıların məhkəmə qərardadları əsasında qoyulmuş həbsin (qadağanın) götürülməsinə dair tələbləri inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati mübahisənin predmeti ola və inzibati iddia kimi mümkün hesab edilə bilməz.
15. Belə ki, iddiaçılar mübahisə olunan daşınmaz əmlaklara həbs qoyulması (özgəninkiləşdirilməsinin qadağan edilməsi) ilə razılaşmırlarsa, bu halda onların hüquqimüdafiə vasitələrindən istifadə etmək imkanları mülki prosessual qanunvericiliklə tənzimlənmiş və onların məhkəmə qərardadlarından şikayət vermək, habelə müvəqqəti təminat tədbirlərinin ləğv edilməsinə dair ərizə vermək hüquqları təsbit edilmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 160.2. Müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardad icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərardad əsasında icra vərəqəsi verilir... Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 163.1. Müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar.
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair şlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
19. Beləliklə, iddia tələbindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı iddia tələbi iddiaçı ilə inzibati orqan arasında yaranmış publik (üumumi) hüquq münasibətlərdən irəli gəlmir və cavabdeh orqanın iddiaçıların narazılığına səbəb olan hərəkətləri qanuni qüvvəyə minmiş məhkəmə qərardadlarının icra olunması ilə bağlı olmuşdur. Qanunverici isə həmin münasibətləri inzibati icraatın nizamasalma predmetinə aid etmir.
20. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
21. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva