Məhkəmə qərarları › İş №2-1(114)-2334/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2334/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2334/2025 03.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi, ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. - xx.xx.2023-cü il tarixli, 1621 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. F43.1 Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalar. Partlayış travması (xx.xx.2020) nəticəsində alın nahiyyəsinin qəplə yarasından sonrakı dəri çapığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı Psixiatriya bölməsinin 1355 nömrəli xəstəlik tarixi, çıxarış epikrizinə əsasən, X7 “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Vertebrogen lümbalgiya, servikalgiya, torakalgiya. Hər iki əlin ovuc səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Funksional dispepsiya. Hər iki əlin said nahiyəsinin allergik dermatiti” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı Psixiatriya bölməsinin 4543 nömrəli xəstəlik tarixi, çıxarış epikrizinə əsasən, X7 “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Partlayış travması, sağ saidin aşağı 1/3-nin, kəllənin alın nahiyəsinin qəlpə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları. Çoxsaylı karies” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı Psixiatriya bölməsinin 5528 nömrəli xəstəlik tarixi, çıxarış epikrizinə əsasən, X7 “F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. F43.1 Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalar. Partlayış travması (xx.xx.2020) nəticəsində alın nahiyəsinin qəlpə yarasından sonrakı dəri çapığı. Sağ tərəfli kəskin əng sinusiti. 34-cü dizin kökünün xroniki peridontiti. 36-cı dişin xroniki peridontitin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4869 nömrəli məktubuna əsasən, Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 4720 nömrəli rəyinə əsasən İddiaçı barəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə F07.0 (1621 №-li şəhadətnaməyə əsasən)” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 582 nömrəli travma haqqında arayışa əsasən, N nömrəli hərbi hissə, hərbi qulluqçu baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanmış “Partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi. Sağ saidin aşağı 1/3-nin, kəllənin alın nahiyyəsinin qəlpə yaraları” diaqnozu ilə xəsarət almışdır.

2. İddiaçı cavadbeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizm funksiyasının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundagedən Vətən müharibəsində Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin yaxınlıqda partlamasından yaralanmış və yaranan zərbə dalğasından yıxılaraq kəllə-beyin travması almış, aldığı xəsarətlə əlaqədar ilkin olaraq hərbi hissənin döyüş mövqeyində yardım edilib tibbi təxliyə mərhələsindən keçmiş, sonra isə aldığı xəsarətlə əlaqədar olaraq Füzuli RMX-də müvafiq yardım edildikdən sonra yaralı və xəstələrin çoxluğu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Saatlı RMX-yə təxliyə edilmişdir. Orada 6 gün müddətində “Barotravma, Sağ biləyin qəlpə yarası” diaqnozu ilə stasionar müayinə və müalicə edildikdən sonra hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün N saylı hərbi hissəyə köçürülmüş, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə-beyn travması, baş-beyin sirkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə NNK-ya təqdim edilmiş və “Xəstəlik cədvəli”nin 28 mad İİİ qr və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən) Sülh dövrdə hərbi xidmətə müvəqqəti yarasızdır, Xəstəliyə görə 15 gün məzunuyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir" qərarı verilmişdir. 2022-ci ilin sentyabr ayında Laçın rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən iddiaçı döyüş zamanı artilleriya atəşinə məruz qalmış, bu zaman güclü qorxu və həyəcan keçirmiş, belə ki, yaxınlığında mərmi partlamış, həmin vaxt daş parçası başıma dəymiş və yerə yıxılmışdır. Bundan sonra iddiaçının səhhətində daha ciddi problemlər yaranmış, o, uzun müddətdir ki, müyinə və müalicə olunur. O, xx.xx.2020-xx.xx.2020-ci ildə Saatlı RMX-də, xx.xx.2023-xx.xx.2023-cü ildə, xx.xx.2023-xx.xx.2023-cü ildə, xx.xx.2023-xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixdən hal-hazıradək MN BKH-da müayinə və müalicədədir. xx.xx.2023-cü il tarixdə MN Mərkəzi Hərbi Həkim qərarı ilə yenidən şəhadətləndirilmiş, qərarda diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanım), xəstəlyin səbəb əlaqəsi haqqında hhk aşağıdakıları qeyd etmişdir: “F07. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə beyin travması, baş beyin sirkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi F43.1 orta (mülayim) dərəcədə ifadə olunmuş üzünmüddətli postravmatik stress pozuntusu, depressiv daxilolmalar. Partlayış travması (xx.xx.2020) nəticəsində alın nahiyəsinin qəlpə yarasından sonrakı dəri çapığı. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarında qeyd edilmişdir ki, “Xəstəlik cədvəli”nin 14b, 17b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən) Sülh dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət vardır”. İddiaçı 2024-cü ilin may ayında Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və orada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, komissiya tərəfindən müyinənin nəticəsi olaraq “Üzvi (Qarabağ müharibəsi zamanı alınmış kəllə beyn travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və diassosiativ daxilolmalar, nitq qüsuru ilə F07.” Diaqnozu qoyulmuşdur. Bu diaqnozla bağlı Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 1621 saylı rəy də verilmişdir. Axırıncı dəfə xx.xx.2024-cü il tarixdə müayinə və müalicə nəticəsində xəstəliyi ilə əlaqədar əldə etdiyi tibbi sənədləri hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh orqana təqdim edərək müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Agentlik tərəfindən imtina cavabı almışdır. İddiaçı bildirmək istəyir ki, Agentlik ona qoyulan Üzvi (Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyn travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və diassosiativ daxilolmalar, nitq qüsuru ilə diqnozunu təsdiqləməklə yuxarıda qeyd edilən nətəcəyə gəlmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edir və bildirir ki, ona əlillik dərəcəsi təyin edilməlidir.

4. Cavadbeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2- 33696/2024 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.

5. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli vəsatətlə iddiaçının inzibati aktdan qanunla nəzərdə tutulmuş 30 gün şikayət müddətini ötürməsini əsas gətirərək, iddianın mümkün sayılmamasını xahiş etmiş, vəsatətə qoşma şəklində əlavə edilmiş cədvəldə qeyd edilən əlillik əlamətinin təyin edilməməsi barədə sms bildiriş xx.xx.2024-cü il tarixdə “**********” mobil nömrəyə göndərilməsinə istinad etmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanlanmış məktuba qoşma şəklində əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 2001/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli “Forma 88” tibbi göndərişinə əsasən, İddiaçı barəsində əsas diaqnoz F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə (Professor F.İsmayılovun məsləhəti ilə 1621 №-li şəhadətnaməyə əsasən)” qoyulmuşdur.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmkə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3604 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1741 saylı rəyinə əsasən, İddiaçı Üzvi (Keçirilmiş X2) X5 X6 X10 İlə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar, materialda təqdim olunmuş tibbi sənədlər -xx.xx.2029-cü il tarixli 546 nömrəli “Travma haqqında arayış”da göstərilir ki, “baş leytenant İddiaçı xx.xx.1993-cü il təvəllüdlü, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralanmış “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sağ saidin aşağı 1/3-nın, kəllənin alın nahiyəsinin qəlpə yaraları” diaqnozu ilə xəsarət alması, bununla əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il taixədək Saatlı rayon mərkəzi xəstəxanasında müalicə alması, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında xx.xx.2020-ci il tarixdə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət və digər diaqnozlarla ilə HHK-ya təqdim edilərək “Xəstəliklər cədvəlinin” 28 maddəsinin İİİ qrafasına əsasən xidmətə müvəqqəti yararsızdır. Xəstəliyinə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddətli bitdikdən sonra təkrar şəhadətləndirilməlidir” qərarı verilməsi, xx.xx.2023-cü il tarixdə özünə xəsarətlər yetirməsi, xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunarkən “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə” F.07.0. diaqnozunun təyin edilməsi, həmçinin hazırki müayinə zamanı nitqinin ləngiməsi, təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi əhəmiyyətsiz detallar üzərində fiksə olunması, xarici qıcıqlara qarşı “Hərbi həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin deyişkənliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, koqnitiv funksiyalarının bir qədər enmesi, astenizasiya əlamətlərinin qeyd olunması və s. sübut edir. İnzibati iş materiallarını və ambulator məhkəmə ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: İddiaçı hazırkı müayinə zamanı “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə” (F07.0) aşkar olunur. Təqdim olunmuş tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, İddiaçı qeyd olunan psixi pozuntular İİ Qarabağ Müharibəsi zamanı (xx.xx.2020-ci il tarixdə) keçirilmiş qapalı kəllə-beyin travmasının uzaq fəsadları kimi yaranmışdır. İddiaçı diaqnozu və xəstəliklərin beynəlxalq təsnifatı üzrə kodu düzgün qeyd edilmişdir. 2-ci suala cavab: Ekspertizaya təqdim olunmuş tibbi sənədlər arasında 2 nömrəli X3 tərəfindən verilmiş “Forma 88” haqqında məlumat da göstərilənlər cox konkret və yığcam məlulatlar olduğundan bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya İtirilməsini qiymətləndirmək mümkün deyil. 3-cü suala cavab: Bakı 2 nömrəli X3 xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə diaqnozu qeyd edərkən aparılan müayinələrin nəticələrinə əsaslanmışdır. 4-cü suala cavab: İddiaçı qeyd olunan psixi pozuntular xroniki xarakter daşıdığından daimi müşahidə və müalicə tələb edir. İddiaçı məhz xx.xx.2024-cü il tarixdə hansı müalicəyə ehtiyacı olmasını hazırkı müayinə zamanı retrospektiv qiymətləndirmək mümkün deyil. 5-ci suala cavab: Qeyd olunan meyarlar əlilliyin təyin edilməsinə, yəni şəxsin əmək qabiliyyətinin müəyyən edilməsinə aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindn cavablandırıla bilməz. 6-cı suala cavab: Qeyd olunan meyarlar əlilliyin təyin edilməsinə, yəni şəxsin əmək qabiliyyətinin müəyyən edilməsinə aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırıla bilməz.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, göndərişin natamam doldurulması - Səbəb: 2007-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri,instrumental müayinələr ətraflı qeyd olunmamışdır. Həmçinin, Göndərişin natamam doldurulması - Səbəb: Göndərişdə qeyd edilən əsas diaqnoz və agırlaşma əlillik təyininə əsas vermir. Sol ayagın paraze yanaşi diaqnoz kimi götürülüb. Xəstənin 2 dərəcəli əlillik aldıgı qeyd edilib, lakin o xəstəlik barədə heç bir məlumat qeyd edilməyib. Bərdə rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023- cü il tarixli, 1621 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalar. Partlayış travması (xx.xx.2020) nəticəsində alın nahiyəsinin qəlpə yarasından sonrakı dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4720 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə (1621 №-li şəhadətnaməyə əsasən)” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 6825/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 13054324 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kabuslar görməsindən şikayətlənmişdir. Müayinə zamanı bədənini əsdirmiş, nitq qüsuru olan şəxs kimi davranmış, büzüşüb oturmuşdur. Təqdim edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi Rəyində qeyd edilmiş psixi vəziyyəti ilə absurd şəkildə fərqlənən klinika nümayiş etdirmişdir. Sol ovcunda tikiş qoyulmuş kəsiklər nümayiş etdirmişdir. Əllərində daimi idmanla məşğul olmağa uyğun qabarlar və müvafiq bədən quruluşu izlənilmişdir. Ailəsindən ayrıldığını, 2, 7, 9 yaşlarında aliment ödəməli olduğu övladları olduğunu bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, simulyativ tendensiyalar. Məqsədəyönlü özünəxəsarət və intihar nümayişi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olubolmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müayinədə iştirak etməsi zəruridir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, cavabdeh orqanın imtinasının əsassız olduğunu və qardaşının sağlamlığında ciddi problemlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

13. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

14. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-33696/2024 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli, 3-17-4/2-2001/2025 nömrəli məktubları və məktublara qoşma şəklində əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3604 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1741 saylı rəyi.

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

18. Belə ki, hazırda cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, xxxxxxx0001 nömrəli əlillik dərəcəsinin təyin edilməsindən imtinanya dair qərarı haqqında məlumat sms-bildirişi vasitəsi ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus “**********” mobil telefonuna göndərilmişdir. İddiaçının mübahisəli qərarla bağlı iddia ərizəsi Bakı şəhərindən Gəncə İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış (zərfin üzərində "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli möhürü, Bakı şəhəri), iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

19. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı olmamış, müddət gözlənilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

21. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

22. Hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - “Forma 88”də qeyd olunan diaqnozun (F07.0 - “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə (Professor F.İsmayılovun məsləhəti ilə 1621 №-li şəhadətnaməyə əsasən) ) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1741 saylı rəyi və “Əlilliyin müəyyən olunması meyarlarına”na Əlavə) öz təsdiqi tapmışdır.

23. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2-ci bəndinə əsasən, üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır.

24. Digər tərəfdən, İddiaçı barəsində yuxarı bəndlərdə də qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixli, 1621 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində F07.0 “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı Psixiatriya bölməsinin 5528 nömrəli xəstəlik tarixi, çıxarış epikrizinə əsasən, X7 “F07.0 Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4869 nömrəli məktubuna əsasən, Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 4720 nömrəli rəyinə əsasən İddiaçı barəsində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış X2) şəxsiyyət pozuntusu, depressiv X6, nitq qüsuru ilə F07.0 (1621 №-li şəhadətnaməyə əsasən)” diaqnozları qoyulmuşdur.

25. Həmçinin, məhkəmənin müvafiq tarixli qərardadı ilə keçirilmiş əyani müayinəyə əsasən, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1741 saylı rəyinə ilə İddiaçı Üzvi (Keçirilmiş X2) X5 X6 X10 İlə (F07.0) aşkar olunmuşdur.

26. Məhkəmə həmçinin qeyd edir ki, tibbi müəssisə tərəfindən göndərilmiş tibbi göndərişdə - “Forma 88”də qeyd edilən tibbi kod “Əlilliyin müəyyən olunması meyarları”nda 7.6.2-ci bənddə eyni ilə qeyd edilmişdir.

27. Cavabdehin “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı ilə bağlı məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

28. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

29. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır.

32. İddiaçıya orqanizm funksiyasının pozulması faizi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 34.Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. 35.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

36. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarını ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi n pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə

7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2. il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

37. Bakı 2 nömrəli X3 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli R00223764SYJ nömrəli Forma 88-də onun “Zahirən narahat və gərgindir. Diqqəti dağınıqdır. Əhval-ruhiyyə fonu dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Suallara qıcıqlanır. Kəskin baş ağrıları olur. Bir yerdə qərar tutmur. Münaqişəyə meyillidir. Əsəblərini cilovlaya bilmir. Qan çıxmayana kimi sakitləşmir. Özünə və ətrafdakılara xəsarət yetirir” xəstəlik əlamətlərinə malik olduğu qeyd edilmişdir.

38. İddiaçı barəsində yuxarıda nəzərdə tutulan əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulan əlamətlərə uyğundur.

39. Bu səbəbdən də məhkəmə iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada orqanizmin funksiyalarının 35- 60 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsini məqsədəmüvafiq hesab edir.

40. Məhkəmə əlilliyin təyin edilmə müddəti ilə bağlı bildirir ki, “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş xəstəlik əlamətlərinin olması həmin bəndin tələbinə əsasən şəxsə 2 il müddətinə əlilliyin təyin edilməsini nəzərdə tutmuşdur.

41. Araşırması nəticəsində İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulan xəstəlik əlamətlərinin olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçıya təyin edilən əlilliyin müddəti 2 il müəyyən edilməlidir.

42. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Okyat oğluna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1621 nömrəli qərarı ilə iddiaçının ““F07. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə beyin travması, baş beyin sirkələnməsindən sonrakı, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu və vegetativ damar davamsızlığı ilə olan nəticəsi F43.1 orta (mülayim) dərəcədə ifadə olunmuş üzünmüddətli postravmatik stress pozuntusu, depressiv daxilolmalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən və və qeyd edilən hərbi həkim komissiyasının xx.xx.2023-cü il tarixli 1621 nömrəli qərarında əks olunan diaqnoz Bakı 2 nömrəli X3 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli R00223764SYJ nömrəli Forma 88-də əks olunan əsas diaqnoz eyni olduğundan onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

43. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, xxxxxxx0001 nömrəli nömrəli qərarı ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar