Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2335/2023 05.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X16 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və həmin Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “Müəssisənin (obyektin) xx.xx.2014-cü il tarixli 2904 nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X2 və sonuncunun adına xx.xx.2014-cü il tarixli, **********08-06301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 24 nömrəli Torpaq sahələrinin özəlləşdirilməsi haqqında sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 may 2008-ci il tarixli 120 nömrəli və 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Qərarları ilə edilmiş əlavələr və dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, bu sərəncama 1 və 2 nömrəli əlavələrdə göstərilən torpaq sahələrinin (ünvan 1 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 844.8 kv.m torpaq sahəsi) həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə (X10) satın alınmaq üçün təklif edilməsi qərara alınmışdır.
3. Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixli 5428 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2014-cü il tarixli ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən alıcının adına qeydiyyata alınmış ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 844.8 kv.m torpaq sahəsini alıcı – X3, müqaviləyə əsasən alıcının adına xx.xx.2015-ci il tarixli, **********64-06301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. II. Məhkəmədə icraat
4. İddiaçı Gəncə şəhər İnternat tipli X12 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən 844.8 kv.m olan torpaq sahəsinə dair hissəsində AR ƏMDK-nin xx.xx.2015-ci il tarixli 24 saylı sərəncamının mübahisəli əraziyə münasibətdə etibarsız hesab edilməsi, habelə özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixli 5428 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, satın alınma barədə verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən İddiaçı binası 1960-cı il tarixdə istismara verilmişdir. Təhsil müəssisəsinin ayrıc aktına əsasən ümumi sahəsi 30384 kv.metrdir. Gimnaziya hal-hazırda həmin ünvanda fəaliyyət göstərir. Təqdim olunmuş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəsi olan ünvan 1 ümumi sahəsi 844.8 kv.m olan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınması barədə şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Gimnaziyanın qanuni istifadəsində olmuşdur. Bakı Dövlət Layihə İnstitutunun Gəncə şəhəri X18 X5 yerləşdiyi ərazinin şəhərsalma əsaslandırılması haqqında 5584 saylı 2019cu il tarixli planlaşdırılmasına əsasən verilən plan sxemdə də mübahisəli ərazinin gimnaziyanın ərazisi olduğu qeyd olunmuşdur. Əgər bu ərazi öncədən satınalma predmeti olsaydı, bu barədə məlumatları olardı. AR ƏMDK-nin Gəncə şəhəri X18 X7 əmlakına dair reyestrdən çıxarışa əsasən liseyin ərazisi 30384 kv.m göstərilmişdir. Mübahisəli ərazinin necə satılması ciddi sual doğurur. Torpaq sahəsinin satın alınması ilə bağlı şəhadətnamə alındıqdan sonra, iş üzrə cavabdehlər Təhsil Nazirliyinin balansında və Gimnaziyanın istifadəsində olan ünvan 1 ümumi sahəsinin 844.8 kv.m hissəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Belə ki, təqdim olunmuş xx.xx.2015-ci il tarixli 5428 saylı alğı-satqı müqaviləsinin predmeti xx.xx.2014-ci il tarixli ********** saylı alıcı X4 adına qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının altında yerləşən 844.8 kv.m olan torpaq sahəsidir. Mübahisəli ərazinin qanunsuz özəlləşdirilməsi barədə sənədlərin məhkəmə qaydasında mübahisələndirilməsi zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin hərracdan satılmasına dair xx.xx.2014-cü il tarixli 307 saylı sərəncam verilmişdir. Sərəncama əsasən, ünvan 1 ünvanında olan 11.1 kv.m qeyri-yaşayış binasının özəlləşdirilməsi məsələsi öz həllini tapmışdır. Lakin ƏMDK-nin xx.xx.2015-ci il tarixli 24 nömrəli sərəncamı ilə məktəbin istifadəsində olan 844.8 kv.m torpaq sahəsi özəlləşdirilmişdir. Həmin tarixdə ƏMDK-nin X9 arasında xx.xx.2015-ci il tarixdə 5428 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin alğı-satqı müqaviləsi” bağlanılmışdır. Əmlakın özəlləşdirilməsi üçün təqdim olunmuş AR DƏİEÜDK Əmlakın Texniki İnventarlaşdırması Bürosu tərəfindən təsdiq edilmiş Baş planına diqqət etdikdə görünür ki, bilavasitə həmin sahənin təyinatı Gimnaziyanın təsərrüfat yönümlü fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Həmin sahə dövlət mülkiyyətində olmaqla Gimnaziyanın istifadəsində və Təhsil Nazirliyinin balansında olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, qüvvədə olan qanunvericilik təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan etsə də, lakin cavabdeh hansı yolla isə təhsil müəssisəsinin ərazisini qanunsuz olaraq özəlləşdirmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müəssisəsinə məxsus olan binanın və ərazinin özəlləşdirilməsi qadağan olduğundan, özəlləşdirmə ilə bağlı verilmiş sənədlər etibarsız hesab edilməlidir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
8. Həmin tarixli məhkəmə iclasında məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmiş və o, iddia tələbini dəqiqləşdirərək, yeni ərizə təqdim etmələri üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir.
9. Məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdeh Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Digər cavabdeh heç bir üzrlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizəni hazırlaya bilmədiklərini bildirərək, hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
14. Etiraz onunla əsaslanıdrılmışdır ki, araşdırma zamanı 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, xx.xx.2014-cü il tarixli 2904 nömrəli Müəssisənin (Obyektin) alğı-satqı müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası X1. Bu müqaviləyə uyğun olaraq X4 adına xx.xx.2014-cü il tarixli **********08-06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixli 5428 nömrəli alğı-satqı müqaviləsinə əsasən, ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 844,8 kv.m torpaq sahəsi X1. Həmin müqavilə üzrə X4 adına xx.xx.2015-ci il tarixli **********64-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hesab edirlər ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Əsaslandırma hissəsi:
15. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
17. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Gəncə şəhər İnternat tipli X12 Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən 844.8 kv.m olan torpaq sahəsinə dair hissəsində AR ƏMDK-nin xx.xx.2015-ci il tarixli, 24 saylı sərəncamının mübahisəli əraziyə münasibətdə etibarsız hesab edilməsi, habelə özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2015-ci il tarixli, 5428 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, satın alınma barədə verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçının nümayəndəsinə bildirilmişdir ki, inzibati aktların etibarsızlığı halları “İnzibat icraat haqqında” Qanununun 65-ci maddəsində sadalanmışdır. Hazırkı iş materiallarından isə həmin halların mövcud olması müəyyən edilmir. İddiaçının hazırkı iddianı qaldırmaqda çatmaq istədiyi məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 24 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən 844.8 kv.m torpaq sahəsinə dair hissədə ləğv edilməsidir. Bu halda isə həmin tələb mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülübötürülməməsi məsələsinin aydınlaşdırılması zəruridir. Odur ki, iddiaçıdan həmin məsələyə münasibət bildirilməsi tələb olunmuş, eyni zamanda bildirilmişdir ki, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüquqları da vardır.
19. İddiada qaldırılmış digər tələblərlə bağlı isə qeyd edilmişdir ki, sözügedən sərəncamın ləğvi ilə bağlı tələbdən doğan tələblər olduğu üçün onlara hazırkı iddia ilə birlikdə baxılması qanunauyğun deyildir. Odur ki, iddiaçıdan tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, iddia müddətinin ötürülübötürülməməsi ilə bağlı məsələyə münasibət bildirilməsi və müddəti ötürdüyünü hesab etdiyi təqdirdə, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yeni ərizə təqdim etmələri üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş və iddiaçının nümayəndəsinin şifahi vəsatəti təmin edilərək, bu məqsədlə məhkəmə iclası xx.xx.2023cü il tarixə təxirə salınmışdır.
20. Lakin iddiaçının nümayəndəsi növbəti məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizəni hazırlaya bilmədiklərini bildirərək, hazırkı iddia tələbini müdafiə etdiyini bildirmiş və onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
22. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva