Məhkəmə qərarları › İş №2-1(114)-2335/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2335/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2335/2025 05.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1978-ci il tarixdə verilmişdir. - 16.07.1984-cü il tarixli, ЖТ 031397 nömrəli diploma əsasən, İddiaçı 1981-ci il tarixdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi S.M.Kirov adına X3 Texnikumunun aqronomluq şöbəsinə daxil olmuş və 1984-cü ildə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13F/2-H-415/2024 nömrəli məktubuna əsasən, X4 Filialında mühafizə olunan “Şamxor” üzümçülük sovxozunun fəhlə və qulluqçularına aid əmr kitablarına əsasən:  İddiaçı “Şamxor” üzümçülük sovxozunun xx.xx.1976-cı il tarixli 49, § 1 №-li əmri ilə 3 №-li briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1978-ci il tarixli 38, § 1 No-li əmri ilə ordu sıralarına xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur.  30.06.1980-ci il tarixli 39 N№-li əmrlə xx.xx.1980-ci il tarixdən 22 №-li briqadaya sahə gözətçisi qəbul edilmiş və xx.xx.1982-ci il tarixli 73, § 9 N№-li əmrlə işdən azad olunmuşdur.  10.10.1983-cü il tarixli 68, § 2 №-li əmrlə xx.xx.1983-cü il tarixdən 13 №-li briqadaya fəhlə qəbul edilmişdir.  18.08.1986-cı il tarixli 50, § 6 №-li əmrlə xx.xx.1986-cı il tarixdən qoyun fermasına çoban keçirilmişdir.  13.03.1987-ci il tarixli 9, § 9 №-li əmrlə xx.xx.1987-ci il tarixdən çoban işindən 18 №-li briqadaya fəhlə keçirilmişdir.  23.05.1988-ci il tarixli 23, § 12 №-li əmrlə xx.xx.1988-ci il tarixdən qoyun yataqlarına gözətçi keçirilmişdir.  05.12.1995-ci il tarixli 29 №-li əmrlə xx.xx.1995-ci il tarixdən gözətçi işindən baş çoban işinə keçirilmişdir.  xx.xx.1997-ci il tarixli 18 №-li əmrlə islahatla əlaqədar xx.xx.1997-ci il tarixdən işdən azad olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13-F/2-415 nömrəli arxiv arayışına əsasən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan İddiaçı həqiqətən “Şamxor” üzümçülük adına sovxozda işləyərkən aşağıda göstərilən illər üzrə əmək haqqı qazanmışdır:

Aylar ↓ İllər → 1980 1981 1982 1983 1984 1985 Yanvar - 71.76 27.10 - - - Fevral - 66.24 108.14 - 177.62 - Mart - 71.76 71.76 - 44.36 - Aprel - 71.76 111.66 - 168.36 - May - 63.48 69.00 - 47.18 - İyun - 71.76 146.16 - - - İyul 85.56 74.52 - - - - Avqust 71.76 71.76 186.60 - - 101.76 Sentyabr 71.76 71.76 144.28 - - 145.10 Oktyabr 71.76 71.76 124.06 - 245.14 68.26 Noyabr 63.98 66.24 91.17 26.06 - - Dekabr 74.52 74.52 - 28.90 - 67.39

- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13-F/2-415 nömrəli arxiv arayışına əsasən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan İddiaçı həqiqətən “Şamxor” üzümçülük adına sovxozda işləyərkən aşağıda göstərilən illər üzrə əmək haqqı qazanmışdır:

Aylar ↓ İllər → 1986 1987 1988 1989 1990 1991 Yanvar - 67.16 - 70.00 70.00 70.00 Fevral - 66.24 - 70.00 70.00 70.00 Mart 76.30 133.00 - 70.00 70.00 70.00 Aprel - - - 70.00 70.00 70.00 May 83.47 - 29.10 70.00 70.00 70.00 İyun 123.65 - 70.00 70.00 70.00 130.00 İyul 71.76 126.00 70.00 70.00 70.00 161.30 Avqust 147.76 126.00 70.00 81.60 70.00 150.00 Sentyabr 73.40 - 70.00 56.00 70.00 150.00 Oktyabr 79.21 55.20 70.00 70.00 70.00 150.00 Noyabr 99.42 - 70.00 70.00 70.00 150.00 Dekabr 68.54 - 70.00 70.00 70.00 370.00

- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13-F/2-415 nömrəli arxiv arayışına əsasən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan İddiaçı həqiqətən “Şamxor” üzümçülük adına sovxozda işləyərkən aşağıda göstərilən illər üzrə əmək haqqı qazanmışdır:

Aylar ↓ İllər → 1992 1993 1994 1995 1996 19-- Yanvar 205 3480 1045 8600 18297 - Fevral 205 3480 1045 8600 17865 - Mart 205 3480 1045 8600 17088 - Aprel 265 3480 1045 8600 16853 - May 370 3480 3670 8600 21946 - İyun 370 3480 1570 8600 16248 - İyul 925 5800 6210 27950 31364 - Avqust 925 5800 4300 11825 39340 - Sentyabr 925 5800 4300 11825 32570 - Oktyabr 925 5800 4300 11825 98315 - Noyabr 925 5800 10750 11825 42296 - Dekabr 2900 1045 8600 - 10597 -

- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-16RA/2-H-297-1/2024 nömrəli arxiv arayışına əsasən, Xanlar rayon N.Nərimanov adına qoyunçuluq sovxozunun arxiv fondunda saxlanılan əmr kitablarında İddiaçı xx.xx.1982-ci il tarixli, 58 saylı əmrlə sovxozun qoyunkökəltmə birliyinə fəhlə qəbul edildiyi, xx.xx.1983-cü il tarixli, 66 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edildiyi göstərilmişdir. Aldığı əmək haqqı aşağıdakı kimi göstərilmişdir:

Aylar 1982-ci il 1983-cü il

Yanvar - - Fevral - 217.61 Mart - 128.14 Aprel - 128.10 May - 100.35 İyun - 135.31 İyul - 42.30 Avqust - - Sentyabr - - Oktyabr - - Noyabr 118.92 - Dekabr 124.70 -

- Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-283691/2024 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubuna əsasən, təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək vətəndaş İddiaçı hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 6 ay 7 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, vətəndaş İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx-1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984- cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəmkir rayonu, Könüllü kəndində yerləşən “Şamxor” üzümçülük sovxozunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və xx.xx.2024-cü il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ИТ-1 ******* nömrəli əmək kitabçasından göründüyü kimi o, xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək müxtəlif dövrlərdə müxtəlif yerlərdə əmək fəaliyyətiylə məşğul olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, MT 031397 nömrəli diplomdan göründüyü kimi 1981-ci il tarixdən 1984-cü il tarixədək X3 Texnikomunda təhsil almışdır. İddiaçı qeyd edir ki, onun (təhsil aldığı dövr və hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla) 27 ildən çox sosial sığorta stajı vardır. Bu səbəbdən o, əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə ümumi sığorta stajının qanunla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyini bildirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmçinin cavabdeh məktubunda bildirmişdir ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək iddiaçının hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 6 ay 7 gün təşkil edir. Lakin iddiaçı bildirir ki, onun iddia ərizəsinə əlavə etdiyi əmək kitabçası, arxiv arayışları və digər sənədlərindən görünür ki, onun sığorta stajı 27 ildən çox olmuşdur. İddiaçı hesab edirə ki, o, 25 ildən artıq sığorta stajına malik olduğundan onun yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçının həmin dövrlərdə işləməyi əmək kitabçasında öz əksini tapdığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı la təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də iş stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan iddia tələbi əsaslıdır. Həmçinin, o bildirir ki, cavabdeh orqan tərəfindən əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı bir əhəmiyyətli dəlil təqdim edilməmişdir.

4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 48-16RA-İM-128-1/2024 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən, İddiaçı 58 nömrəli əmrə əsasən xx.xx.1982-ci ildən qoyunkökəltmə birliyinə müvəqqəti olaraq fəhlə qəbul edilmiş və 66 nömrəli əmrə əsasən xx.xx.1983-cü ildən ərizəsinə əsasən işdən azad edilmişdir.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-13F/3-121/2024 nömrəli məktuba əsasən, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonu üzrə sabiq “Şamxor” üzümçülük adına sovxozun xx.xx.1976-cı il tarixli, 49 nömrəli əmri ilə İddiaçı gözətçi təyin edilmişdir. xx.xx.1997-ci il tarixli, 18 nömrəli əmri ilə işdən azad edilmişdir. Əmək haqqı kitablarına əsasən, İddiaçı 1978-1997-ci illərdə işləyərək aşağıdakı kimi əmək haqqı qazanmışdır:

Aylar ↓ İllər → 1978 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988

Yanvar 112.34 - 71.76 77.60 - - - - 67.16 - Fevral 51.30 - 66.24 108.14 - 177.62 - - 66.24 9.30 Mart 89.56 - 71.76 71.76 - 44.36 - - 101.94 - Aprel 151.95 - 74.57 111.95 - 168.56 - - - - May 3619.17 - 63.98 69.00 - 47.18 - - 108.80 29.10 İyun 40.92 - 71.76 146.16 - - - - 135.75 70.00 İyul - 85.56 74.52 - - - - - 126.00 70.00 Avqust - 71.76 71.76 186.60 74.95 - - 103.66 126.00 70.00 Sentyabr - 71.76 71.76 144.28 - - 145.10 73.40 - 70.00 Oktyabr - 71.76 71.76 124.60 - - 68.26 79.21 53.20 70.00 Noyabr - 63.18 66.24 91.17 26.03 - - 99.42 - 70.00 Dekabr - 74.52 74.32 - 28.90 - 14.81 68.54 - 70.00

Aylar ↓ İllər → 1989 1990 1991 1992 1993 1994 1995 1996 1997

Yanvar 70 70 70 205 3480 1045 8600 18297 Fevral 70 70 70 205 3480 1045 8600 17865 Mart 70 70 70 205 3480 1045 8600 17088 Aprel 70 70 70 865 3480 1045 8600 16853 May 70 70 130 370 3480 3670 8600 21946 İyun 70 70 130 370 3480 1570 11825 16248 İyul 70 70 161 925 5800 6210 11825 31364 Avqust 70 70 150 925 5800 4300 - 39340 Sentyabr 81.6 70 150 925 5800 4300 - 32570 Oktyabr 56 70 150 925 5800 4300 - 98315 Noyabr 70 70 150 925 5800 10750 - 42296 Dekabr 70 70 370 2900 10450 8600 - 10597

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 318264/2024 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktuba əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrü, X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13-F/2-415 nömrəli arayışlarında olan məlumata əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək sovxozdakı əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisələndirilməyən sığorta stajı 23 il 6 ay 7 gün təşkil edir. Adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48- 13-F/2-415 nömrəli arayışlarında olan məlumata əsasən, “Şamxor” üzümçülük sovxozunda xx.xx.1980-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək haqqı hesablanmayan (3 il 7 ay) dövlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məktuba qoşma şəklində əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 01/2793 nömrəli arxiv arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixli, 202 saylı əmrə əsasən əyani X3 Texnikumunun “Aqronomluq” ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. 30 iyun 1984-cü il tarixli, 92 saylı əmrə əsasən qiyabi şöbənin tam kursunu bitirərək ona 1302 qeydiyyat nömrəsi olan ЖТ № 031397 seriyalı adi diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 sentyabr 2002-ci il tarixli 872 saylı əmrinə əsasən Gəncə (Kirovabad) Kənd Təsərrüfatı texnikumu X7 adlandırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 mart 2016-cı il tarixli 130 saylı əmrinə əsasən X7 X5 ilə birləşdirilərək X8 Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-cı il tarixli 250 saylı qərarına əsasən X9 X8 Kollecinə qoşularaq Gəncə Dövlət Universitetin nəzdində Regional Kollec yaradılmışdır.

8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-13F/3-74/2025 nömrəli məktuba əsasən, X4 Filialında mühafizə olunan “Şamxor” adına üzümçülük sovxozunun xx.xx.1976-cı il tarixli, 49 nömrəli əmri ilə İddiaçı gözətçi təyin edilmişdir. xx.xx.1997-ci il tarixli, 18 nömrəli əmri ilə işdən azad edilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü, X4 Filialının xx.xx.2024-cü il tarixli 3-48-13-F/2-415 nömrəli arayışlanında olan məlumata əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, 01.08. 1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixədək sovxozdakı əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisələndirilməyən sığorta stajı 23 il 6 ay 7 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: -Şəmkir rayonu Könüllü kəndində yerləşən "Şamxor" üzümçülük sovxozunda İşlədiyini iddia etdiyi dövrdə əmək haqqı almadığı 3 il 7 ay müddət. Məlumat üçün bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə Üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsinde geydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-16RA-İM-128-1/2024 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-13F/3-121/2024 nömrəli məktubu; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-318264/2024 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktubu; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin xx.xx.2025-ci il tarixli, 01/2793 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X4 Filialının xx.xx.2025-ci il tarixli, 3-48-13F/3-74/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

13. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

14. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

15. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

16. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69.İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə I.Ümumi qaydalar

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığortastajına daxil ediləniş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərinhərbi qulluqçuların, eləcə də hüquqişəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmətvə ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsindəqeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Qərarı

3. Sosial sığorta stajının hesablanması proseduru 3.2.2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmişməlumatlaraəsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası;

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar

1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

24. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2024-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1959-cu ildə doğulub).

25. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçının “Şamxor” üzümçülük sovzoxunda işlədiyi müddətə dair əmək haqqı cədvəllərində adının olmaması ilə əsaslandırmış, həmin müddətin sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir.

26. Həmçinin, cavabdeh orqan iddiaçının mübahisələndirilməyən stajını 23 il 6 ay 7 gün müəyyən etmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsini və iddiaçının 25 il sığorta stajı mövcud olmamasını bildirmişdir.

27. İş materiallarından görünür ki, həqiqətən də iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeyd alınmamışdır.

28. İddiaçının 25 il sığorta stajı mövcud olmamasına münasibətdə isə cavabdeh orqan həmin müddətin 23 il 6 ay 7 gün olduğunu bildirir.

29. İş materiallarında olan, ИТ-0028326 nömrəli və ИТ-2287959 nömrəli əmək kitabçalarında, diplomda və hərbi biletdə qeyd edilmiş iddiaçının ümumilikdə əmək stajı 25 il 2 ay 2 günə bərabərdir. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti müddətinin “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi müddəti mübahisələndirir və bunu iddiaçının adının əmək haqqının ödənilməsi cədvəllərində olmaması, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qaydada iddiaçının əmək stajı hesablanarkən onun “Bozdağ” kənd təsərrüfatı kooperativində işlədiyi müddət yox, X1 işlədiyi müddət nəzərə alınaraq hesablama aparılmışdır. İddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edərkən, cavabdeh orqan qeyd etmişdir ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən “Şamxor” üzümçülük sovxozunda işlədiyini iddia etdiyi dövrdə əmək haqqı almadığı 3 il 7 ay müddətini əmək haqqı ödənilmədiyindən həmin müddət iddiaçının əmək stajına daxil edilməmişdir. İddia tələbinə etirazda cavabdeh orqan həmin müddəti mübahisələndirsə də, məhkəmə qeyd edir ki, hər bir halda əmək kitabçasında qeyd edilmiş müddətlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir.

30. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçına əmək haqqı cədvəllərində ödənişin olmaması iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. İddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuş və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

31. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-404/2024 nömrəli qərarlarında da əks etdirilmişdir.

32. Beləliklə, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

18. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx-1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984- cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəmkir rayonu, Könüllü kəndində yerləşən “Şamxor” üzümçülük sovxozunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2024-cü il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:  Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx-1983cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1984- cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Şəmkir rayonu, Könüllü kəndində yerləşən “Şamxor” üzümçülük sovxozunda işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə və xx.xx.2024-cü il tarixdən hesablanmaqla İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.

Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

 Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar