Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2336/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reysterində ********** nömrəli qeydə düzəliş edilərək, “Məmmədov” soyadının “Məhəmmədov” soyadına düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini həyat yoldaşı X5 1969-cu ildə almış və həmin vaxtdan orada yaşamışdır. O həmin evə 1973-cü ildə gəlin köçmüş və hal-hazıradək həmin evdə yaşayır. Həyat yoldaşı Ə.İ.Məhəmmədov xx.xx.2016-cı ildə vəfat etmişdir. Həyat yoldaşından miras qalmış yaşayış evini adına keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş. Orada ev həyat yoldaşının istifadəsində olsa da qeydiyyatın aparılmadığı bildirilmiş, buna görə əvvəlcə mərhumun adına qeydiyyat aparılmışdır. xx.xx.2022-ci il tarixdə yaşayış evi mərhum həyat yoldaşı Ə.İ.Məhəmmədovun adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin çıxarışı aldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə həyat yoldaşının soyadı “Məhəmmədov” əvəzinə “Məmmədov” kimi qeyd edilməsini aşkar etmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi E.Hüseynov iddianı qəbul etməyərək bildirmişdir ki, müraciətə əlavə olunmuş sənəddə vətəndaşın adı X3 qeyd olunduğu müəyyən olunmuşdur. Bu səbəbdən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış X6 adına verilmişdir. Təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatlarında mülkiyyətçinin soyadında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyindən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1963-cü il tarixli, AZ 333494 nömrəli “doğum haqqında şəhadətnamə”-dən görünür ki, Əli İslam oğlunun soyadı Məhəmmədov kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1973-cü il tarixli, AZ 257576 nömrəli “evlənmək haqqında şəhadətnamə”-dən görünür ki, Əli İslam oğlunun soyadı Məhəmmədov kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 798827 nömrəli “ölüm haqqında şəhadətnamə”-dən görünür ki, Əli İslam oğlunun soyadı Məhəmmədov kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X4 adına qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının mərhum əri Ə.İ.Məhəmmədova Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə ev verilmiş, Ə.İ.Məhəmmədov xx.xx.2016-cı ildə vəfat etmişdir. İddiaçı Ə.İ.Məhəmmədovdan miras qalmış yaşayış evini adına keçirmək üçün cavabdehə müraciət edərək əvvəlcə Ə.İ.Məhəmmədovanın adına qeydə aldırmış, lakin çıxarışda Ə.İ.Məhəmmədovun soyadı “Məhəmmədov” əvəzinə “Məmmədov” kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə düzəliş edilməsindəki hüquqi marağı vəfat etmiş həyat yoldaşı Ə.İ.Məhəmmədova mülkiyyət hüququ ilə məxsus olmuş daşınmaz əmlakla bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan fərdi yaşayış evinin mülkiyyətçisinin soyadı “Məmmədov” kimi qeyd edilsə də, “doğum haqqında şəhadətnamə”, “evlənmək haqqında şəhadətnamə” və “ölüm haqqında şəhadətnamə”-də Əli İslam oğlunun soyadı “Məhəmmədov” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənədlərdə iddiaçının soyadı düzgün qeyd olunsa da, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində səhvə yol verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X1 “Məhəmmədov” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X1 “Məhəmmədov” kimi düzəliş edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2336/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2336/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver