Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2337/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Zeynalova Simarə xx.xx.1956-ci il tarixdə anadan olmuşdur, bu barədə xx.xx.1956-ci ildə 258 nömrəli akt qeydi tərtib edilmişdir. AZ-İİ №456377 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1956-cu ildə doğulmuşdur, atası X1,anası isə X2r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, o, xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuşdur, xx.xx.1956-cı il tarixdə Cavabdehndə 258 nömrəli akt qeydi tərtib edilmiş və akt qeydinin ad qrafasında “Simarə” yazılmışdır. Hazırda onun adının “Simarə”dən “Simurə”yə düzəliş edilməsi barədə heç bir əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus xx.xx.1956-cı il tarixdə Cavabdehndə 258 nömrəli akt qeydində adının “Simarə” -dən dəyişdirilərək “Simurə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1956-cı il tarixdə Cavabdehndə 258 nömrəli akt qeydi tərtib edilmiş və akt qeydinin ad qrafasında adı “Simarə” kimi qeyd edilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə isə adı “ Simurə” qeyd edilmişdir. Hazırda, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin, doğum haqqında akt qeydi ilə doğum haqqında şəhadətnamə arasında fərq olduğu üçün şəxsiyyət vəsiqəsi verilməsindən imtina olunmuşdur. Bununla əlaqədar Cavabdehnə müraciət etmiş, ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan doğum haqqında akt qeydində adı Simarə kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının adının Simurə olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçının adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı məxsus xx.xx.1956-cı il tarixdə Cavabdehndə 258 nömrəli akt qeydində adının “Simarə” dən dəyişdirilərək “Simurə” kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1956-cı il tarixli Cavabdehndə 258 nömrəli akt qeydində adının “Simarə” -dən dəyişdirilərək “Simurə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2337/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2337/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver