Məhkəmə qərarları › İş №2-1(114)-2338/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2338/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2338/2025 23.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-18192/2024 saylı qərarının ləğv edilməsi və “X2” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq olunmadan onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2967/2024 nömrəli qərarı ilə “X2” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, ona xx.xx.2024-cü il tarixdən ömürlük 1574.25 manat pensiya təyin edilmiş və xx.xx.2024-cü il tarixədək ödənilmişdir.

3. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11996/2024 nömrəli qərarı ilə “X2” Qanunun 45-ci maddəsi tətbiq edilərək, 3-17-1/3-3-2967/2024 nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdən ömürlük 1352,21 manat pensiya təyin edilmiş və xx.xx.2024-cü il tarixdən 1432,51 manat artıq vermə müəyyən edilmişdir.

4. Daha sonra X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-18192/2024 nömrəli qərarla “X2” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11996/2024 nömrəli sərəncamı etibarsız sayılmış, iddiaçıya xx.xx.2024-cü il tarixdən ömürlük 1358,98 manat pensiya təyin edilmiş və xx.xx.2024-cü il tarixdən 1375,30 manat artıq vermə müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş pensiya məbləği haqqında xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-257319/2024 nömrəli məktubunda bildirilmişdir ki, ona 18 yanvar 2018-ci il tarixindən hesablanmaqla Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilir ki, "X2" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər xx.xx.2024-cü il tarixinə 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən "X2" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 62232,96 manat pensiya sığorta kapitalına əsasən əmək pensiyası xx.xx.2024-cü il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 62232,96 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməklə 648,26 manat (62232,96:96) əmək pensiyası (703,95 manat) üzərinə əlavə edilərək 1352,21 manat (703,95+648,26) ödənilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixdən pensiya məbləği 1574,25 manata artırılaraq ödənilib. Bununla əlaqədar, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılıb. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında onun mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 1 avqust 2024-cü il tarixində məktub göndərilməklə 13 avqust 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin göstərilən müddət ərzində Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən, ona ümumilikdə 1432,51 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1352,21 manat təşkil edir.

6. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 9966/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, son dövrlər ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6% (2020), 11,4% (2021), 10% (2022), 14,7% (2023) və 11,2% (2024) artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 491 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 525 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, 131 min nəfərə yaxın şəxsə epensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti (https://esosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. Müraciətində qeyd olunan məsələ ilə bağlı bildirilir ki, ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 64 923,3 manat pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2024-cü il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, pensiya kapitalı "X2" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməklə 676,3 manat (64 923,3/96) aylıq əmək pensiyasının - 682,7 manatın üzərinə əlavə edilərək 1359 manat (682,7+676,3) ödənilməli olduğu halda, səhvən 1574,3 manat məbləğində yenidən hesablanmış və xx.xx.2024-cü il tarixinədək ona ödənilmişdir. Bununla bağlı, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılmışdır. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar gəbul edilməsi üçün ona 1 avqust 2024-cü il tarixində məktub göndərilməklə 13 avqust 2024-cü il tarixinədək Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) gəlməyi xahiş edilmişdir. Lakin göstərilən müddət ərzində Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən pensiya məbləği 1359 manata endirilmişdir. Eyni zamanda, ona ümumilikdə 1375,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün ona göndərilmiş rəsmi məktubda yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər xx.xx.2024-cü il tarixinə 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, sözügedən Qanunun 2.2-ci maddəsində qeyd edilir ki, 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. II. Məhkəmədə icraat

7. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının 18 yanvar 2024-cü il tarixindən yenidən hesablanmış olduğu məbləğdə ödənilməsinin qeyri-qanuni hesab edən qərarının ləğv edilməsi və bu ödənişin azaldıldığı tarixdən əvvəlki məbləğdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında ona cavabdeh tərəfindən vaxtilə pensiyanın 63 yaşdan yenidən hesablanması zamanı guya səhvən qaydalara uyğun aparılmaması, bu səbəblə cavabdehin təkrarən həmin yenidən hesablaması nəticəsində pensiyasının azaldılması və pensiyasının əvvəlki həcmdə ödənilməsi tələbi ilə əlaqədar mübahisə yaranmışdır. O, 57 yaşı tamam olan zaman DSMF-nun Ağstafa rayon şöbəsinə müraciət edərək ona topladığı ümumi və güzəştli iş stajı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin şöbəyə təqdim etdiyi sənədlər əsasında ona 18 yanvar 2018-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdehə müraciəti əsasında “X2” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasına 18 yanvar 2024-cü il tarixindən əlavə hesablanıb ödənilməyə başlamışdır. Lakin cavabdeh özünün qəbul etdiyi qərarla onun əmək pensiyasının 18 yanvar 2024-cü ildə müəyyən etdiyi məbləği azaldaraq daha az pensiya ödəməyə başlamışdır. Cavabdehə yazılı müraciət edərək, pensiya məbləğini əvvəlki məbləğdə ödənişini bərpa etməyi xahiş etmişdir. Həmin müraciətinə cavabdehin 31 oktyabr 2024-cü il tarixli, 3-17/2-H-9966/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etdiyini bildirmiş və qanunvericilik tələblərini səriştəsiz olaraq interpretasiya etməklə bu qərarını əsaslandırmaq istəmişdir. Bildirmişdir ki, guya ona 1375 manat artıq pul məbləği ödəndiyi üçün həmin vəsait pensiya məbləğindən tutulub büdcəyə geri ödənilməsinə yazılı razılıq verməyi istənilmişdir. Cavabdehin imtina məktubunu 09 noyabr 2024-cü il tarixində poçtampt vasitəsilə konvertdə almışdır və Azərpoçt MMC-nin rəsmi saytında həmin məktubun (izləmə nömrəsi- SS896655826AZ) çatdırılması barədə yerləşdirilmiş raportla təsdiq edilir. O, 18 oktyabr 1964-cü il tarixində ünvan 1 ünvanında yaşayır. O, iddiaçının ümumi və güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilməyən hal olduğu üçün hesab edir ki, hazırki iddiada mübqahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Mübahisələndirilən yeganə hal, onun əmək pensiyasının 2024-cü 18 yanvar tarixində yenidən hesablanma zamanı hesablama qaydasının düzgün tətbiq edilib-edilməməsi məsələsidir. Cavabdeh öz məktubunda öz qəbul etdiyi qanunsuz qərarını əsaslandırmaq üçün mövcud qanunvericilik aktlarını qəsdən əks mənada interpretasiya edərək, onun pensiya hüququnu məhdudlaşdırmışdır. Bunun sübutu üçün aşağıdakıları bildirmək istəyir. Halbuki, 45-ci maddəsinin ikinci cümləsi yalnız xx.xx.2017-ci il tarixdən sonra "X2" Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən 60 yaşdan çıxan şəxslərə aiddir ki, bu halda həmin yaşdan çıxan şəxslərə tətbiq edilmiş qaydalar əsasında həyata keçirilir. Ona təyin edilmiş 57 yaşdan güzəştli pensiya xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun normaları əsasında təyin edilməklə pensiya verilməsi həyata keçirilmişdir. Cavabdehin Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən"X2" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan redaksiyasına istinad etməsi ona təyin edilmiş güzəştli pensiyaya münasibətdə tətbiq edilməsi düzgün deyil və cavabdeh həmin qanunun normalarını düzgün şərh etmir. Belə ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, xx.xx.2018-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş "X2" Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin "b" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir və bu barədə hətta məhkəmə aktlarında da açıqlama verilmişdir. Belə ki, cavabdehin istinad etdiyi "X2" Qanunun 45-ci maddəsinin ikinci cümləsi xx.xx.2017-ci il tarixdən sonra həmin Qanunun 9.1-ci maddəsində edilmiş dəyişikliyə, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə aiddir ki, həmin Qanunun 45-ci maddəsi baxmayaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş və yalnız həmin dövrdə qüvvədə olmuş Qanunun 9.1-ci maddəsinə əsasən tətbiq edilirdi. "X2" Qanunun 45-ci maddəsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "X2" Qanunun 9.1 və 9.8-ci maddələrinə tətbiq edilməsi mümkün deyildi. Ona görə də, həmin dövrə kimi qüvvədə olan Qanunun 9.8-ci maddəsinə əsasən iki növdə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin 52 yaşdan - xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" və "b" bəndlərinə (20 və 25 il ümumi və 10 və 12 il 06 ay xüsusi iş stajı əsaasında, hansı tarixdən müraciət etmələrinə baxmayaraq) və ya xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş (25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı əsasında, hansı tarixdən müraciət etmələrinə baxmayaraq) və həmin tarixədək hüququ yaranmış şəxslərin hüququ yaranırdı. Bu hallar xx.xx.2006-cı il tarixədək olan şəxslərə Azərbaycan Respublikası Nazirlər xx.xx.1993-cü il tarixli, 320 saylı 1 və 2 №li Siyahıya əsasən və xx.xx.2017-ci il tarixədək olan şəxslərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə tənzimlənir. Və buna açıqlama olaraq Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən "X2" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Cavabdeh həmin Qanunun normalarını düzgün şərh etmir. Belə ki, Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən qeyd edilir ki, bu 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmin Qanunun 1.11-ci maddəsi 45-ci maddəsinin 2-ci cümləsinin çıxarılmasını bildirir ki, bu da yalnız "X2" Qanunun xx.xx.2022-ci il tarixindən sonra müraciət etmiş səxslərə aiddir. Qanunun 2.2-ci maddəsi yalnız xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövrlərdə qüvvədə olmus "X2" Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan təyin edilmiş şəxslərə aiddir. Məhz hal-hazırkı "X2" Qanunun 2.2-ci maddəsinin tətbiq edilməsi qaydası xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövrləri əhatə edir. Həmçinin məhkəmə aktlarında qeyd edilir ki, xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş "X2" Qanununun 9.8-ci maddəsinə, yəni bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, yəni hesablanma qaydası da həmin tələblərin normaları əsasında tətbiq edilir. Misal üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "X2" Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixədək hüququ yaranmış şəxslərə həmin tarixədək qüvvədə olmuş "X2" Qanununun 27.1-ci maddəsinə əsasən Qanunun normaları əsasında hesablanması, yəni əmək haqqıya əsasən həyata keçirilir. "X2" Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılaraq yenidən hesablanma qaydası 144-ə bölünməklə həyata keçirilməsi qərara alınmışdır. X2 Qanunun 37.3.1-ci maddəsi isə yenidən hesablanma zamanı aşağıdakılara riayət olunmasını tələb edir; - 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Odur ki, cavabdeh ona 63 yaşdan yenidən hesablanma həyata keçirərkən qanunvericiliyi düzgün tətbiq etmişdir. Lakin sonradan cavabdehin pensiya hüquqlarını məhdudlaşdıran qərar qəbul etməsi təəssüf doğurur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18192/2024 saylı qərarının ləğv edilməsi və X2 Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq olunmadan onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2967/2024 nömrəli qərarı; - Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11996/2024 nömrəli qərarı; - X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-18192/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş pensiya məbləği haqqında xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-257319/2024 nömrəli məktubu; - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 9966/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2967/2024 nömrəli qərarı ilə “X2” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və ona xx.xx.2024-cü il tarixdən ömürlük 1574.25 manat pensiya təyin edilmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-11996/2024 nömrəli qərarı ilə “X2” Qanunun 45-ci maddəsi tətbiq edilərək, 3-17- 1/3-3-2967/2024 nömrəli sərəncam etibarsız hesab edilmiş, iddiaçıya xx.xx.2024-cü il tarixdən ömürlük 1352,21 manat pensiya təyin edilmiş və xx.xx.2024-cü il tarixdən 1432,51 manat artıq vermə müəyyən edilmişdir. Daha sonra X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-18192/2024 nömrəli qərarla “X2” Qanunun 37.3.1-ci maddəsinə (6 illik) əsasən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 11996/2024 nömrəli sərəncamı etibarsız sayılmış, iddiaçıya xx.xx.2024-cü il tarixdən ömürlük 1358,98 manat pensiya təyin edilmiş və xx.xx.2024-cü il tarixdən 1375,30 manat artıq vermə müəyyən edilmişdir.

25. İddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H- 9966/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, son dövrlər ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6% (2020), 11,4% (2021), 10% (2022), 14,7% (2023) və 11,2% (2024) artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 491 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 525 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, 131 min nəfərə yaxın şəxsə epensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti (https://esosial.az/#/eServiceFrame/5721) yaradılmışdır. Müraciətində qeyd olunan məsələ ilə bağlı bildirilir ki, ona əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyinə görə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 64 923,3 manat pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2024-cü il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, pensiya kapitalı "X2" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməklə 676,3 manat (64 923,3/96) aylıq əmək pensiyanın - 682,7 manatın üzərinə əlavə edilərək 1359 manat (682,7+676,3) ödənilməli olduğu halda, səhvən 1574,3 manat məbləğində yenidən hesablanmış və xx.xx.2024-cü il tarixinədək ona ödənilmişdir. Bununla bağlı, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar inzibati icraata başlanılmışdır. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar gəbul edilməsi üçün ona 1 avqust 2024-cü il tarixində məktub göndərilməklə 13 avqust 2024-cü il tarixinədək Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) gəlməyi xahiş edilmişdir. Lakin göstərilən müddət ərzində Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən pensiya məbləği 1359 manata endirilmişdir. Eyni zamanda, ona ümumilikdə 1375,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün ona göndərilmiş rəsmi məktubda yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər xx.xx.2024-cü il tarixinə 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, sözügedən Qanunun 2.2-ci maddəsində qeyd edilir ki, 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

26. Göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı “X2” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına istinad edilməsinin düzgün olub-olmamasından ibarətdir.

27. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

28. Belə ki, “X2” Qanuna görə: Maddə 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

29. “X2” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

30. “X2” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.11-ci bəndi ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır.

31. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndinə əsasən Bu Qanunun 1.11ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

32. İddiaçı iddia tələbində “X2” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci cümləsi tətbiq olunmadan onun əmək pensiyasının yenidən hesablanmasını xahiş edərək, həmin normanın ona tətbiq edilməməli olmasının əsası kimi o hala istinad edir ki, həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndi yalnız xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövrlərdə qüvvədə olmuş "X2" Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan təyin edilmiş şəxslərə aiddir. xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş "X2" Qanununun 9.8-ci maddəsinə, yəni bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, yəni hesablanma qaydası da həmin tələblərin normaları əsasında tətbiq edilir.

33. Lakin “X2” Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun keçid müddəalarında konkret tənzimləmə aparılmış və “45-ci maddənin ikinci cümləsi çıxarılması” halının bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

34. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar