Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2345/2025 06.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.
2. xx.xx.1974-cü il tarixli 026672 nömrəli Attestata əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Azərbaycan SSR X9 Məktəbində əyani təhsil almışdır.
3. xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək N.Nərimanov adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək N.Nərimanov adına sovxozda işləmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-147182/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla sığorta stajı 20 il 9 ay 28 gün təşkil edir. Həmçinin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 6 ay 28 gün sığorta stajına uyğun olaraq 20735,14 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 ay sığorta stajına uyğun olaraq 20,28 manat olmaqla, ümumilikdə 20755,42 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilir ki, təqdim etdiyi hərbi biletdə ad və soyad göstərilən səhifə olmadığına görə xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət illerini sığorta stajına daxil etmək mümkün olmayıb. Məlumat üçün bildirilir ki, hərbi xidmət illəri sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-240098/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügədən Qanunun 22--1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi Dövlət X4 xx.xx.2024cü il tarixli arxiv arayışının və digər sənədlərin surətlərində, həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında qeyd olunan məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1975-1978-ci illər, xx.xx.1981-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək adına əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 7 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 9 ay 7 gün sığorta stajına uyğun olaraq 18912,98 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 20,27 manat olmaqla, ümumilikdə 18933,25 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2024-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
7. Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2024-cü il tarixli 3-48-13F/2-H-290 nömrəli arxiv arayışına əsasən İddiaçı 1975-1978-ci illərdə Nərimanov adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına sovxozda işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrü üzrə 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarında əmək haqqı almamışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının (Şəmir və Gədəbəy) xx.xx.2025-ci il tarixli aktından və əmək haqqı barədə məlumatdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək “N.Nərimanov” adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına sovxozda işləməsi faktı qarşılıqlı yoxlanılmış və müəyyən olunmuşdur ki, vətəndaş “N.Nərimanov” adına kolxozda 1975-ci ildə 696 rubl əmək haqqısı olan 180 adam günüsü, 1976-cı ildə 1056,98 rubl əmək haqqısı olan 207 adam günüsü, 1977-ci ildə 835 rubl əmək haqqısı olan 151 adam günüsü, 1978-ci ildə 962,63 rubl əmək haqqısı olan 167 adam günüsü olmuşdur. Vətəndaşın “N.Nərimanov” adına sovxozda xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrdə qazandığı əmək haqları açıqlama cədvəllərində göstərilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı, xx.xx.1974-cü il tarixdən 25..11.1978-ci il tarixdək N.Nərimanov koxozund işlədiyi illərin, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu illərin və xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək N.Nərimanov sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh idarəyə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh idarə isə onun müraciətindən imtina edərək göstərmişdir ki, onun 19 il 7 ay sığorta stajı mövcuddur. Cavabdeh idarə sığorta stajını hesablayarkən xx.xx.1974-cü ildə xx.xx.1978-ci il tarixədək Nərimanov adına kolxozda traktorçu işəldiyi iləri isə sığorta stajına daxil etməmişdir. Həmin illərin sığorta stajına nə üçün daxil edilməməsi göstərilməmişdir. Bundan başqa həmin illərin staja daxil olunduqdan sonra da ona əmək pensiyasının verilməyəcəyi bildirilmişdir. Əmək kitabçasına nəzərə yetirdikdən təhsil aldığı və hərbi xidmətdə olduğu illər də nəzərə alındıqda onun 25 illik sığorta stajı tamamlanmaqdadır. Ərizəsinə əlavə etdiyi əmək kitabçasından da görünür ki, o hansı dövrlərdə işə qəbul və işdən azad olunmuşdur. Hesab edir ki cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır və ona yaşa görə əmək pensiyası verilməlidir. Onun işlədiyi illər əmək kitabçasıyla öz təsdiqini tapmaqdadır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1974cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1974-cü il tarixli 026672 nömrəli Attestat; - xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/2-H-147182/2024 nömrəli imtina məktubu; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/2-H-240098/2024 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2024-cü il tarixli 3-48-13F/2-H-290 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının (Şəmir və Gədəbəy) xx.xx.2025-ci il tarixli aktı və əmək haqqı barədə məlumat. - Məhkəmənin sorğusu əsasında Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli imtina məktubu ilə müraciətdən imtina edərək bildirmişdir ki, təqdim etdiyi Dövlət X4 xx.xx.2024-cü il tarixli arxiv arayışının və digər sənədlərin surətlərində, həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında qeyd olunan məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 1975-1978-ci illər, xx.xx.1981-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1988-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək adına əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 7 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 9 ay 7 gün sığorta stajına uyğun olaraq 18912,98 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 20,27 manat olmaqla, ümumilikdə 18933,25 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
28. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini qismən əsassız hesab edir.
29. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
33. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
35. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
36. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulması, xx.xx.2024-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
37. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması da məhkəmə araşdırması ilə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır.
38. Belə ki: - xx.xx.1974-cü il tarixli 026672 nömrəli Attestata əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Azərbaycan SSR X9 Məktəbində əyani təhsil almışdır. - xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək N.Nərimanov adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək N.Nərimanov adına sovxozda işləmişdir.
39. Cavabdeh orqan iddiaçının hərbi xidmət, təhsil və digər iş fəaliyyəti dövrlərini onun sosial sığorta stajına daxil edərək, yalnız xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrdə 1981-ci il üzrə yanvar-oktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqust-oktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarını əmək haqqı almadığına istinadla sosial sığorta stajı kimi qəbul etməmişdir.
40. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
41. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
44. İddiaçı da xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvaroktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqustoktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarında işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.
45. Məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
46. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
47. Qeyd olunan hallar isə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək N.Nərimanov adına sovxozda işlədiyini bir daha sübut edir.
48. Məhkəmə iddia tələbinin xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
49. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;...
50. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
51. Qanunun tələbindən göründüyü kimi, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrdə onun əmək iştirakı minimumunu yerinə yetirməsi tələb olunur ki, iş materiallarında bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir.
52. Habelə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının (Şəmir və Gədəbəy) xx.xx.2025-ci il tarixli aktından və əmək haqqı barədə məlumatdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək “N.Nərimanov” adına kolxozda və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “N.Nərimanov” adına sovxozda işləməsi faktı qarşılıqlı yoxlanılmış və müəyyən olunmuşdur ki, vətəndaş “N.Nərimanov” adına kolxozda 1975-ci ildə 696 rubl əmək haqqısı olan 180 adam günüsü, 1976-cı ildə 1056,98 rubl əmək haqqısı olan 207 adam günüsü, 1977-ci ildə 835 rubl əmək haqqısı olan 151 adam günüsü, 1978-ci ildə 962,63 rubl əmək haqqısı olan 167 adam günüsü olmuşdur. Vətəndaşın “N.Nərimanov” adına sovxozda xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrdə qazandığı əmək haqları açıqlama cədvəllərində göstərilmişdir.
8. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda işləməsinə dair dövr onun sosial sığorta stajına daxil edilə bilməz.
53. Buna baxmayaraq, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır.
54. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixdədək Nərimanov adına sovxozda işlədiyi əmək fəaliyyəti dövrü üzrə əmək haqqı almadığı 1981-ci il üzrə yanvaroktyabr ayları, 1988-ci il üzrə iyun və avqust ayları, 1989-cu il üzrə fevral-mart, avqustoktyabr ayları, 1990-cı il üzrə mart, iyun, oktyabr ayları, 1991-ci il üzrə yanvar-mart, may, iyul, sentyabr, noyabr ayları, 1992-ci il üzrə yanvar-fevral, aprel-iyul ayları, 1993-cü il üzrə yanvar, aprel, avqust, sentyabr ayları, 1994-cü il üzrə yanvar-mart, may, iyul-sentyabr ayları, 1995-ci il üzrə yanvar-fevral, may, iyul-sentyabr, dekabr ayları, 1996-cı il üzrə yanvar-may, iyul-sentyabr, dekabr ayları, 1997-ci il üzrə yanvar-iyun, avqust-noyabr ayları, 1998-ci il üzrə yanvar-aprel, iyun, noyabr ayları, 1999-cu il üzrə yanvar-oktyabr aylarının sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Nərimanov adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva