Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2348/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X7” X12in Cavabdeh qarşı vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11 və Cavabdeh iştirakları ilə, İddiaçı “X7” X12in Cavabdeh qarşı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 529,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “X7” X12 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-615/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir.
2. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı 15 sentyabr 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuşdur.
3. “X7” X12 Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2024-cü il tarixli 3-17- 2/3-3-17/2024 nömrəli qərarına əsasən Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.
4. “X7” X12 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli 3-17-2/2-M-76491/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-28264/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.
5. Məhkəmənin sorğusuna Lənkəran Dövlət Universitetinin pubik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2/364 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 2023/2024-cü tədris ilində X8 xətti ilə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunmuşdur. Bundan sonra onun imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçmiş və tələbə statusunu qazanmışdır. Cavabdeh 2023/2024-cü tədris ili başlayan vaxtdan etibarən payız semestri ərzində dərslərdə iştirak etmədiyi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"nın tələblərinə əsasən 1 (bir) semestr tələbə kontingentində saxlanıldıqdan sonra xaric edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı “X7” publik hüquqi şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 529,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 13 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı tərəfindən qəbul edilən 27 sentyabr 2023-cü il tarixli 3-17-2/3-2-615/2023 nömrəli Əmrlə Cavabdeh "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən 1 fevral 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.9-cu maddəsinə əsasən sığorta ödənişi şəxsin sığorta ödənişi aldığı dövrdə ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunması halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı 15 sentyabr 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuş və 22 fevral 2024-cü il tarixli 3-17-2/3-3-17/2024 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 sentyabr 2023-cü il tarixdən etibarən başlamış, şəxs isə məhz həmin aydan ali təhsil müəssisəsində əyani təhsil almağa başlamışdır. Cavabdeh əyani təhsil almağa başladığına baxmayaraq, Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh 2023-cü ilin sentyabr ayından məşğul şəxs olduğu aşkar olunmuşdur. Belə ki, Cavabdeh ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirilir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 26 dekabr 2024-cü il tarixli 3-17-2/2-M-76491/2023 nömrəli və 7 may 2024-cü il tarixli 3-17-2/2-M-28264/2024 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
9. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdehnun rəsmi qeydiyyat ünvanının olduğu Kəlbəcər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
10. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
13. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində görsədildiyi kimi doğrudan da işdən azad olduğu müddətdən sonra, 1 sentyabr 2023-cü il tarixdən etibarən 3 ay (sentyabr, oktyabr, noyabr) müddətinə işsizlikdən sığorta ödənişi almışdır və bu müddət ərzində də heç bir yerdə rəsmi olaraq işləməmişdir. Ancaq ali məktəbə daxil olmağının sığorta ödənişi almağına zidd olduğundan xəbərsiz olmuşdur. Belə ki, Agentliyin əməkdaşı sığorta ödənişi təyin olunan zaman bunun haqqında ona yazılı və şifahi heç bir məlumat verməmişdir. O da sadə vətəndaş olaraq bütün qanun və vəzifələri əzbər bilmədiyinə görə, qəsdli olmadan məlumatsızlıq səbəbindən Agentliyə bu haqqında məlumat verməmişdir. Eyni zamanda nəzərə çatdırmaq istəyir ki, ali məktəbə qəbul olmağına baxmayaraq, təhsil müəssisəsinin Lənkəran şəhərində olduğuna görə təhsilə başlamamış və qeydiyyatının ləğv edilməsi barədə Lənkəran Dövlət Universitetinə birbaşa gedərək müraciət etmişdir. Ancaq qeydiyyatının universitet tərəfindən vaxtında ləğv olunmaması və tələbə kimi sistemdə 1 semestr aktiv saxlanılmasına görə, əslində təhsil almasa da tələbə kimi qeydiyyatda qalmışdır. 31 oktyabr tarixində agentliyin əməkdaşı böyük mütəxəsis X4 iş yerinə gələrək ona köhnə tarix ilə, yəni üzərində xx.xx.2023-cü il qeyd edilmiş bildiriş (iltizam) vərəqi imzalatmaq istəmişdir ki, "Guya universitetə əyani daxil olduqda Agentliyə məlumat verməli olduğunu ona qabaqcadan bildirib". Ancaq bildiriş köhnə tarix ilə yazıldığına görə etirazını bildirmiş və imzalamağa etiraz etmişdir. Bununla belə tarixi dəyişərək xx.xx.2024cü il tarix ilə imzalamağı təklif etmiş və nə üçün ona qeydiyyata düşdüyü zaman təqdim olunmamasını soruşmuşdur. X4 isə ona bu sənədin onun müraciəti zamanı mövcud olmadığı üçün izah olunmadığını, amma yenə də köhnə tarix ilə imzalamalı olduğunu bildirdi. Buna iş yoldaşları da şahiddir və hətta müdiri X6 da bu barədə X2 etirazını bildirərək, hansı qanuna əsasən köhnə tarixli sənədi ona imzalatmaq istədiyini və bunun birbaşa qanun pozuntusu olduğunu bildirmişdir. Əgər Agentlikdə sığorta ödənişi təyin olunan zaman əməkdaşların ona izah etdiyi imzalı bir bildiriş varsa, ki qanunun tələbinə əsasən olmalı idi, buyurub məhkəməyə təqdim etsin. Əks halda özünün qanunu pozduğu bir halda ona dövlət tərəfindən köçürülmüş artıq ödənişi geri tələb etmək üçün məhkəməyə müraciət etmək hüququ olmadığını düşünür. Qeyd etmək istəyir ki, halhazırda yarım ştat ilə (2024-cü ildə 175 AZN, 2025-ci il qanuna əsasən 200 AZN əmək haqqı ilə) rəsmi olaraq işləyir. Bu səbəblə ona artıq ödənilən və ondan tələb edilən 529 AZN məbləği ödəmək imkanı yoxdur.
14. İddiaçının nümayəndəsi X11 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməməlidir.
17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “X7” X12 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-615/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı 15 sentyabr 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuşdur. “X7” X12 Mərkəzi Mühasibatlıq və Təyinat filialının xx.xx.2024-cü il tarixli 3-17-2/3-3-17/2024 nömrəli qərarına əsasən Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.
18. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını qanuni və əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X3 Nizamnaməsi 1.1-ci bəndinə əsasən Dövlət Məşğulluq aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində X3 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - Filial) Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumların mühasibat uçotu, büdcə və smeta təhlilini həyata keçirən, maliyyə hesabatlığını təşkil edən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işsizlikdən sığorta ödənişinin (bundan sonra - sığorta ödənişi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda təyin edilməsi və ödənilməsini, məşğulluq tədbirlərinin maliyyələşdirilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşmış qurumdur.
21. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; Maddə 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.9. sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda;
22. Göründüyü kimi qanunvericiliyin yuxarıda istinad olunan tələbinə əsasən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”na görə: Bənd 6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır. Bənd 6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
24. Göründüyü kimi, iddiaçı inzibati orqan Cavabdeh 15 sentyabr 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığını əsas gətirərək, ona ödənilən işsizlikdən sığorta ödənişinin dayandırılması barədə qərar qəbul etmişdir.
25. Məhkəmə ilk öncə qeyd edir ki, sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək sığortaedənin vəzifəsidir. Hansı ki, hazırki işdə cavabdehin qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması təmin edilməmişdir.
26. Digər tərəfdən Cavabdeh 15 sentyabr 2023-cü il tarixində ali təhsil müəssisəsində əyani təhsil formasında daxil olsa da, təhsil almamış və universitetdən xaric edilmişdir.
27. Belə ki, məhkəmənin sorğusuna Lənkəran Dövlət Universitetinin pubik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2/364 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 2023/2024-cü tədris ilində X8 xətti ilə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunmuşdur. Bundan sonra onun imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçmiş və tələbə statusunu qazanmışdır. Cavabdeh 2023/2024-cü tədris ili başlayan vaxtdan etibarən payız semestri ərzində dərslərdə iştirak etmədiyi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"nın tələblərinə əsasən 1 (bir) semestr tələbə kontingentində saxlanıldıqdan sonra xaric edilmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsaitin geri qaytarılması tələbində haqlı olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir.
29. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva