Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2352/2024 03.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilərək doğum akt qeydinin bərpa edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Nikah haqqında Н-СЛ 357272 nömrəli şəhadətnaməyə əsasən X11 ilə X3 xx.xx.1984-cü ildə nikaha daxil olmuşlar, nikahdan sonra Çobanova soyadını qəbul etmişlər. Doğum haqqında V-СЛ 464552 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X10 xx.xx.1987-ci il tarixində anadan olmuşdur, ata qrafasında X11, ana qrafasında X5 qeyd edilmişdir. Ölüm haqqında AZ-İİ 281679 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.1995-ci ildə vəfat etmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İddiaçı(bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024 cü il tarixli, 3-16-5/8-15-15 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qızının Ermənistan Respublikası Basarkeçər rayonu Zod kəndində doğulmasım təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyindən Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamış, məhkəməyə müraciət hüququnun olması bilirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə vəfat etmiş X2 doğum haqqında şəhadətnaməsində düzəliş edilərək valideyinlər qrafasında ana adı İradə anasının atasının adı İsbəndiyar kimi yazılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsAsdandırılmışdır ki, o, xx.xx.1964-cü ıl tarixdə Ermənistanda doğulmuş, 1988-ci il tarixdən məlum münaqişə ilə əlaqədar ailəlikcə Gəncə şəhərində məskunlaşaraq yaşayır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1,-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. X2 (xx.xx.1995-ci il tarixdə vəfat etmişdir) doğum haqqında şəhadətnaməsinin valideynlər bölməsində onun adı X1 yazıldığından pensiya və ya müavinət almaq hüququ yaranmır. Maraqlı şəxs- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qızım X6 doğum haqqında şəhadətnaməsindəkı akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etsəm də, doğum haqqında qeydin Ermənistanda aparıldığı səbəbindən düzəliş etmək mümkün olmamışdır. Maraqlı şəxs qeydiyyat yeri uzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, bir dəfə ailə qurmuş, X11 ilə 15.01 1984-cü il tarixdən rəsmi nigahı var.Onun ölüm tarixinədək də birgə nigahda qalmışlar. Digər uşaqlarının doğum şəhadətnamələrində onun adı,ata adı düzgün yazılmışdır. X6 anasının o olması faktını uşaqları X12, X13, X14 və bacım X4 da təsdiq edə bilərlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1987-ci il tarixdə anadan olmuş X2 doğum haqqında şəhadətnaməsinin valideyinlər qrafasında ana adı İddiaçı, ata adının X11 olmaqla doğum akt qeydinin bərpa edilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir ƏsAsdandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum akt qeydində düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə. İddiaçının X2 doğum haqqında şəhadətnaməsində ana qrafasında X5 qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının ad,soyad və ata adı İddiaçı kimi qeyd edilmişdir. Bu da, iddiaçının X2 doğum haqqında şəhadətnaməsində ana qrafasında məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının vəfat etmiş qızının doğum haqqında şəhadətnaməsində səhvə yol verilmiş, iddiaçının ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.1987-ci il tarixdə anadan olmuş X2 doğum haqqında şəhadətnaməsinin valideyinlər qrafasında ana adı İddiaçı, ata adının X11 olmaqla doğum akt qeydinin bərpa edilərək təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsAsdandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1987-ci il tarixdə anadan olmuş X6 doğum akt qeydi bərpa edilərək doğum haqqında şəhadətnaməsinin valideyinlər qrafasında ana adı İddiaçı, ata adının X11 olmaqla təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2352/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2352/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver