Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2354/2024 01.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və digər cavabdeh X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və digər cavabdeh X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.1932-ci il doğum tarixli 18 aprel 2018-ci ildə vəfat etmiş anası X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Azaflı kənd sakinləri olmuş 1922-ci il doğum tarixli 26 aprel 2004-cü ildə vəfat etmiş X2nun vəfat etdiyi tarixə bütün miras əmlakı onun arvadı xx.xx.1932-ci il doğum tarixli 18 aprel 2018-ci ildə vəfat etmiş anası X8 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirasın faktiki olaraq qəbul edildiyini təsdiq edən xeyli sayda rəsmi sənədlər mövcuddur. O, həmin sənədləri notariusa təqdim edib anasının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Anası sağ ikən mirası qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməyib, bunun nəticəsində o anasının vərəsəsi olduğu üçün anasının miras qalmış əmlakı barədə sənədləri əldə edə bilməmişdir, çünki bununla bağlı vaxtilə anası tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. Buna baxmayaraq anası atasından miras qalmış əmlakı faktiki qəbul etmişdir. **********00064 və **********01336 kommunal xidmətlər üzrə abonentlər hər ikisi anası X5 adına atasının vəfatından sonra rəsmiləşdirilib. Həmçinin atasının vəfatından sonra torpaq islahatı çərçivəsində atasının ailə üzvlərinin tərkibi və onunla birgə təsərrüfatda yaşayanlar nəzərə alınmaqla JN162A torpağa mülkiyyətə dair xx.xx.2005-ci il tarixində şəhadətnamə verilib. Həmçinin Dövlət arxivinin məlumatları əsasında atası ilə birgə təsərrüfatda yaşayanlar barədə arxiv məlumatları təsdiq edir ki, anası və atasının sağlığında və vəfat etdiyi tarixdə onunla birgə təsərrüfatda yaşamış, atasının vəfatından sonra isə təsərrüfatı idarə etmişdir. X2 anası X8 10 yanvar 1981-ci ildə tikilmiş fərdi yaşayış evində qeydiyyata alınmışlar, atasının vəfatından sonra anası xx.xx.2011 -ci il qədər həmin yaşayış evində qeydiyyatda olmuşdur. Anası mirası sağ ikən qəbul etsə də vərəsəlik hüququ haqqında şəhadətnamə almadığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində onun əmlakı barədə məlumat yoxdur, bununla bağlı o, anasının vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdan ötrü anasının barəsində vərəsəlik işi açılması üçün müraciət etmişdir.Lakin notarius mənə anamın adına vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək,onun əsas məqsədinin xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2nun adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi olduğu bildirilərək,ona hüquqi marağına uyğun dəqiqləşdirilmiş iddia ərizəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X4 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə təqdim etməyi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. Məhkəmə iclası zamanı iddiaçı izahat verərək eyni zamanda məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, atasının əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb.Atası öldükdən sonra anası miras əmlakı faktiki olaraq qəbul edib, lakin anası atasından qalan miras əmlakı faktiki qəbul etməsi barədə vərəsəlik şəhadətnaməsi almadan ölüb. Eyni zamanda izahatında bildirmişdir ki, onların ailə üzvlərinin birgə mülkiyyətinə verilən torpaq sahəsinə dair onların mülkiyyət hüququ tanınıb. Onun məqsədi yalnız atasından miras qalmış əmlakı anasının faktiki qəbul etməsi barədə arayışın verilməsidir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təqdim edilən 18 mart 2024-cü il tarixli məktubda iddiaçının mərhum X2ndan miras qalmış əmlakın X1 dair hər hansı məlumatın aşkar edilmədiyini iddiaçının diqqətinə çatdıranda iddiaçı bildirmişdir ki, atasından miras qalan əmlaklarda heç bir problem yoxdur, lakin atası öldükdən sonra anasının atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməsinin, eyni zamanda həmin mirasın kütləsini dəqiq müəyyən edə bilmir və bildirmişdir ki, bu da artıq məhkəmənin vəzifəsidir həmin miras kütlənin dairəsini müəyyən etmək. Məhkəmə iddiaçıya məhkəmə iclası zamanı hüquqi yardım göstərərək bildirmişdir ki, əgər iddiaçının hüquqi marağı anasının atasından qalmış miras əmlakı faktiki qəbul etməsi ilə bağlıdırsa mirasın faktiki qəbulu üzrə iddia tələbi inzibati məhkəmənin deyil, mülki məhkəmənin səlahiyyətinə aiddir. İddiaçı isə qəti etiraz edərək bildirmişdir ki, sərəncama əməl olunmasına etiraz edir, atasından qalan əmlaklarla bağlı heç bir problem yoxdur. Onun hüquqi marağı anasının faktiki qəbul etdiyi miras kütlənin dairəsini bilmədiyi üçün atasının ölümündən sonra anası tərəfindən faktiki qəbul edilmiş miras əmlakın dairəsi müəyyən edilərək həmin əmlaklar anası tərəfindən faktiki qəbul edildiyi üçün həmin miras qalmış əmlakların dairəsinin müəyyən edilərək həmin əmlaklara dair hüququn ölmüş şəxs anası X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının izahatında qeyd etdiyi miras kütlənin dairəsinin müəyyən edilməsi və həmin miras kütlənin faktiki qəbul edilməsi ilə bağlı izahatına münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmçinin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır.. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı, 2.1-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və digər cavabdeh X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “ona xx.xx.1932-ci il doğum tarixli 18 aprel 2018-ci ildə vəfat etmiş anası X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2354/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2354/2024
01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver