Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2354/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Samux rayonu ərazisindəki torpaqlar islahatlara gedərkən Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 saylı Qərarı ilə Samux rayonunun Ağasıbəyli kəndi ərazisi torpaqlardan onların ailə üzvlərinə, yəni atası X2, X1na, qardaşları X3, X8, bacısı X9 və ona cəmi 3.83 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində ayrılıb yerində ölçülüb təhvil verilmiş torpağın adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu ərazisindəki torpaqlar islahata gedərkən Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə Samux rayonunun Ağasıbəyli kəndi ərazisi torpaqlardan ailə üzvlərinə, yəni atası X2, X1na, qardaşları X3, X13, X8, bacısı X9 və ona cəmi 3.83 ha kənd təsarrüfatı məhsulla istehsalı üçün torpaq sahəsi cizgidə göstərilən sərhəd daxilində ayrılıb yerində ölçülüb təhvil verilmişdir. Samux rayonu ərazisində torpaqların islahata gedən vaxtı onların ailəsinə verilmiş yuxarıda qeyd etdiyi həmin torpaq sahəsi Samux rayon Torpaq Şöbəsində dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 322 nömrə ilə qeydiyyata alınmış və ailəsinin mülkiyyətinə verilmiş 3.83 ha torpaq sahəsinin planı (cizgisi), qonşu sərhədlər qeyd olunmaqla verilmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə ailəsinə verilmiş 3.83 ha torpaq sahəsi barədə xx.xx.1999-cu il tarixdə ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN-322 nömrəli kod 50704038 qeydiyyatlı dövlət aktı verilmişdir. Ailə üzvlərindən atası X14 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bildirir ki, ailəsinə verilmiş 0.55 ha torpaq sahəsi 1998-ci il tarixdən halhazıra kimi ailəsinin, hal-hazırda isə onun istifadəsindədir, özü və ailə üzvləri əkib becərirlər, bu müddət ərzində istifadəsində həmin torpaq sahəsinə dair heç bir şikayət olmamışdır. X1, qardaşları X15, bacısı X17 öz paylarından notarial qaydada onun xeyrinə imtina etmişlər. Bildirir ki, dövlət aktında bacısının adı Xəzəl deyil, səhvən Xəzil kimi qeyd olunmuşdur. Eləcə də pay torpaq sahələri 0.83 ha qeyd edilmişdir. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alıb 26 ildir ki, istifadələrində olan Samux rayonunun Ağasıbəyli kəndi ərazisində yerləşən Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 saylı qərarı ilə onların ailə üzvlərinə, yəni atası X2, X1na, qardaşları X3, X13, X8, bacısı X9 və ona JN-321 KOD 50704038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında verilmiş 3.83 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınaraq, adına çıxarış verilməsinə köməklik edilməsini xahiş etmişdir. Samux rayon Aqrar İslahat Komissiyasının üzvləri olmuş Valeh Zeynalovun, Nofəl Xəlilovun, Qurban Məmmədovun və Mehriban Alıyevanın iştirakı ilə xx.xx.2024-cü il tarixdə Samux rayonunun Ağasıbəyli kəndində akt da tərtib edilmişdir ki, Samux rayonunun Ağasıbəyli kənd sakini mərhum X2 və onun 7 nəfər ailə üzvünə Dövlət İslahat Komissiyasının qərarı ilə Tatılı yeri sahəsi İİİ qrup torpaq sahəsi adam başına 0.55 ha pay torpağı verilmişdir. Həmin sahədən X2, X7, X3, X10 X13, X11, İddiaçı və X12 hamısına ayrı-ayrılıqda 0.55 ha hesabı ilə ümumi 4.38 ha pay torpağı bölünüb verilmişdir. Hal-Hazırda həmin torpağı istifadə edirlər və dövlət vergisi ödəyirlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ona 3-21-3-33/2- 12849/2024 saylı məktubla imtina cavabı vermişdir. Həmin imtina cavabında bildirilirmişdir ki, müraciətinə əlavə edilmiş "Torpağa mülkiyyət hüququna dair" JN-322 saylı dövlət aktında mülkiyyətçilərdən birinin ad və soyadında olan uyğunsuzluğun olduğu, belə ki, dövlət aktında qeyd olunmuş "X17" ilə X4 eyni şəxs olmalarını təstiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qararı) tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətinə iddia olunan 3.83 ha torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır. İddiaçı kimi o, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. II. Prosessual məsələlər
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, sözügedən torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-322 Kod 50704038 sayı dövlət aktında onunla yanaşı, X16, X15, X17, X19 və X5 paylı mülkiyyətinə verildiyindən hazırkı iddianı təkbaşına deyil, həmin şəxslərlə birgə qaldırmalı olduğu, mərhum X14 vəfat etdiyindən mərhumun vərəsəsi kimi müəyyən edilmiş (bu barədə notariat orqanına müraciət etmiş) şəxsin bu barədə sənədi təqdim edilməklə, ona münasibətdə iddiaçının həmin şəxs qeyd edilməli olduğu bildirilmiş və həmin xətanın aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
6. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədiə 0.83 ha torpaq sahəsi X14, X16, X15, X17, X19, X18 və İddiaçı ayrılmış və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-322 KOD 50704038 nömrəli dövlət aktı tərtib edilmişdir.
7. Göründüyü kimi, sözügedən 3.83 ha torpaq sahəsi iddiaçı ilə yanaşı ailə üzvləri – X14, X16, X15, X17, X19 və X5 paylı mülkiyyətinə verilmişdir. Belə olan halda iddiaçı hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilərlə birgə qaldırmalı idi. Həmin şəxslərin notarial qaydada razılıq ərizələri (onların torpaq sahəsində olan payının iddiaçının adına qeydə alınmasına dair razılıq) da iş materiallarında mövcud deyildir.
8. İddiaçı iddia ərizəsində X1, qardaşı X15 və bacısı X6 öz paylarından notarial qaydada onun xeyrinə imtina etdiklərini bildirsə, əvvəla, həmin ərizələri məhkəməyə təqdim etməmişdir. İş materiallarında yalnız həmin şəxslərin iddiaçıya bəzi səlahiyyətləri etibar etmələrinə dair etibarnamələr mövcuddur. İkincisi isə, yalnız həmin üç şəxsin deyil, Dövlət aktında adıçəkilən digər bütün mülkiyyətçilərin razılığı gərəklidir.
15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
16. Həmçinin, təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Belə olan halda, onun payını vərəsəlik hüququ üzrə qəbul etmiş şəxs bu barədə tələb irəli sürə bilər.
17. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçının sərəncam göndərilərək, bu Qərarın 14 və 16-cı bəndində qeyd edilənlər ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət verilmişdir.
18. Lakin iddiaçı sərəncamda göstərilən xətaları aradan qaldırmamışdır.
19. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı təkbaşına qaldırmaqda subyektiv hüquqa malik olmadığından hazırkı iddia mümkün sayılmamalıdır.
20. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
9. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva