Məhkəmə qərarları › İş №2-1(114)-236/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-236/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-236/2021 11.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı2, cavabdeh Gəncə şəhər Cavabdeh3 nümayəndəsi Nümayəndə, üçüncü şəxs X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 cavabdeh Gəncə şəhər Cavabdeh3nə (üçüncü şəxs X5) qarşı xx xxxxxx 2013-cü il tarixli 1644 nömrəli sərəncamın etibarsız sayılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı cavabdehlərin sərəncamının və çıxarışın etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir. Bundan sonra İddiaçı2 cavabdeh Gəncə şəhər Cavabdeh3nə (bundan sonra mətndə cavabdeh) və üçüncü şəxs X4 qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhər Cavabdeh3 başçısını əvəz edən Bəhruz Hümbətov tərəfindən qəbul olunmuş xx xxxxxx 2013-cü il tarixli 1644 nömrəli sərəncamın etibarsız sayılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 baş memarının xx xxxx 2004-cü il tarixli, 10-315 saylı icazə məktubuna və layihəsinə əsasən Gəncə şəhəri, Atatürk prospekti 249 ünvanda yerləşən binanın zirzəmisinin 2-ci giriş yolu üzərində vitraj tikilməsi X2 icazə verilmişdir. Bu icazəyə əsasən həmin qeyri-yaşayış binası X1 adına rəsmiləşdirilmiş və istifadəsində olmuşdur. 2014-cü il tarixdən isə Cavabdeh1 sərəncamına əsasən qeyd olunan əmlaka dair X3 adına qanunsuz olaraq mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçı 2014-cü ildən öz əmlakından istifadə edə bilmir, bəhər və gəlir əldə edə bilmir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına əsasən mübahisə predmeti olan Gəncə şəhəri, Atatürk prospekti 249 ünvanda yerləşən qeyri-yaşayış binası üzrə Cavabdeh1 xx xxxx 2004-cü il tarixli 10-315 saylı tikintiyə icazə və onun layihəsi məhkəmələr tərəfindən ləğv edilərək qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası xx xxxx 2020-ci il tarixdə iddiaçının mülkiyyətinə qaytarılmışdır. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə icra edilərkən hazırda iş üzrə üçüncü şəxs tərəfindən mübahisəli əmlaka dair mülkiyyət hüququna dair çıxarış təqdim edilməklə, həmin sahənin ona Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev tərəfindən verildiyi bildirilmişdir. Bu barədə dərhal məlumat əldə edən kimi məhkəməyə müraciət etmişdir. Qeyd olunan qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən boşaldılaraq ona təhvil verilmişdir. 2013-cü ildə Gəncə şəhər rəhbərliyinin Gəncə şəhərində apardığı abdalıq işləri ilə bağlı iddiaçıya şəhər icra hakimiyyəti tərəfindən göstəriş verildi ki, ona məxsus olan mübahisə predmeti olan obyektin ərazisi düzəldilsin və iddiaçı da verilən qərarlara uyğun olaraq bəzəkli aqlay daşları ilə əsaslı təmir etdirdi. Təmirdən sonra obyektini cəmi 3 ay işlətdikdən sonra, obyektin 4,6 kv.m ərazisi iddiaçının əlindən alınaraq üçüncü şəxsin adına qanunsuz olaraq sərəncam verildi. Qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasında iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün özəlləşdirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli ünvanda yerləşən zirzəminin ümumi sahəsi 324,4 kv.metrdir. Həmin zirzəmi ilə bağlı əvvəlki mülkiyyətçi Həsənlə qonşusu Nəriman İsmayılov arasında mübahisə olmuşdur. Mübahisə ilə bağlı 1998-ci il tarixli Nizami Rayon Məhkəməsi qətnamə ilə qət etmişdir ki, pilləkəni bağlamaq olmaz. O, həmin zirzəmini aldıqdan sonra Nəriman İsmayılov onunla da mübahisə etmişdir. Üçüncü şəxsin atası Əli Məmmədovla onun arasında yuxarıda göstərilən əmlakla bağlı hər hansı mübahisə olmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan sahə 2013-cü ildə onun tərəfindən inşa olunmuşdur. Şəhər İcra Hakimiyyətinin tələbindən sonra o, öz vəsaiti hesabına abadlıq işləri aparmış və tikdiyi həmin sahə yaşayış yerindən artırma deyildir. Üçüncü şəxsin atasına məxsus olmuş ticarət köşkü hazırda mübahisə edilən əmlakın olduğu yerdə olmamışdır. Mübahisələndirilən sərəncam onun hüquqlarına toxunur, faktiki olaraq ona məxsus qeyriyaşayış sahəsindən istifadəyə maneələr yaranır. Hazırda məhkəmə qətnaməsi icra olunmuş, həmin 5 kv.m sahəni onun özü istifadə edir. Mübahisələndirilən xx.xx.2013-cü il tarixli sərəncamdan 2013-cü ildən məlumatlı olmuş, çünki 2013-cü ilin sonunda obyektini əlindən almışlar. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddia tələbinin əsassız olması ilə əlaqədar rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, təcrübədə icra hakimiyyətinin sərəncamına əsasən vətəndaş öz hesabına obyekti tikir, daha sonra yenə icra hakimiyyətinin sərəncamı ilə obyekt onu inşa edən şəxsə verilir. Hazırda mübahisə predmeti olan obyekti üçüncü şəxs tikdiyinə görə sərəncamla da bu əmlak ona verilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul etməyərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin vəkili iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı məhkəmədən sərəncamın etibarsızlığını tələb edir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində inzibati aktın etibarsızlığı əsasları qeyd olunmuşdur. İddiaçının qeyd etdiyi hallar sərəncamın etibarsızlığı üçün əsas deyildir. İş materiallarına xx.xx.2003-cü il tarixli ticarət köşkünün texniki pasportu, X6 xx.xx.2013-cü il tarixli ərizəsi, X3 Cavabdeh1 başçısı E.Vəliyevə ünvanladığı məktubu, Cavabdeh1 başçısının Aparatının xx.xx.2013-cü il tarixli M-1376 nömrəli məktubu, Cavabdeh1 Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 86 nömrəli rəyi, Gəncə şəhər Cavabdeh3 xx.xx.2013-cü il tarixli, 1644 nömrəli sərəncamı, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş texniki pasport, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********84 nömrəli məktubu, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli AC 32204/20 nömrəli məktubu, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Həmin normada deyilir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçı da həmin normaya əsasən hazırda inzibati akt Gəncə şəhər Cavabdeh3 xx.xx.2013-cü il tarixli 1644 nömrəli sərəncamının etibarsızlığının tanınmasını məhkəmədən tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunan Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı xx.xx.2013-cü il tarixli 1644 nömrəli sərəncamının etibarsızlığını xahiş edir. Mübahisələndirilən inzibati akt Gəncə şəhər Cavabdeh3 tərəfindən yazılı formada qəbul olunmuş (65.1.1); “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən icra hakimiyyəti səlahiyyətli inzibati orqan olmuş (65.1.2); qanunvericilikdə müəyyən edilmiş sərəncam formasında tərtib edilmiş (65.1.3); maraqlı şəxslərdən inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcək hərəkətlər etməyi tələb etməmiş (65.1.4); həmin sərəncam icra olunaraq üçüncü şəxsin qeyri-yaşayış sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış (65.1.5); sərəncam Daşınmaz Əmlakın Dövlət Reyestri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmışdır(65.1.6). Beləliklə, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı2 cavabdeh Gəncə şəhər Cavabdeh3nə (üçüncü şəxs X5) qarşı Gəncə şəhər Cavabdeh3 başçısını əvəz edən Bəhruz Hümbətov tərəfindən X3 adına verilmiş xx xxxxxx 2013-cü il tarixli 1644 nömrəli sərəncamın etibarsız sayılması barədə iddia tələbi təmin olunmasın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar