Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2362/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı mərhum övladına təyin edilən sosial müavinətin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, himayəsində olmuş mərhum övladı X3 təyin olunmuş pensiyanın verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və həmin pensiyanın onun üzərinə köçürülməklə verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7652/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ilə 1984-cü il tarixdə birgə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.1990-cı il tarixdə X4 anadan olmuşdur. İddiaçının əri X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçının oğlu Tural Mustafayevə xx.xx.2021-ci il tarixdə əlillik pensiyası təyin edilmiş, lakin sonuncuxx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı dolanışığı aşağı olduğundan mərhum oğluna təyin olunmuş əlillik müavinətinin ona verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etsə də cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, mərhum oğluna pensiya təyin edilməsini və həmin pensiyanın ona ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mərhum övladı X3 xx.xx.2021-ci il tarixdə İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixində vəfatı ilə əlaqədar olaraq ona təyin edilmiş sosial müavinətin ödənişi həmin tarixdən dayandırılmışdır. İddiaçıya mərhum övladı T.Mustafayevə təyin olunmuş əlilliyə görə sosial müavinətin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən mərhum əri X1 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir, hazırda ona 268.61 manat məbləğində olmaqla ödəniş davam etdirilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1990-cı il tarixdə anadan olmuş, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin olunmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.2021-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-cı il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçıya mərhum övladı T.Mustafayevə təyin olunmuş əlilliyə görə sosial müavinətin ona ödənilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum oğlu Tural Mustafayevə xx.xx.2021-ci il tarixdə 2-ci dərəcə əlillik təyin edilmiş, edilmiş və xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar sosial müavinətin ödənişi həmin tarixdən dayandırılmışdır. İddiaçı mərhum övladı T.Mustafayevə təyin olunmuş əlilliyə görə sosial müavinətin ona ödənilməsilə bağlı cavabdehə müraciət etsə də bundan imtina olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətlər “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. -11.2-ci maddəsinə əsasən müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanına əsasən sözügedən Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının mərhum oğlu Tural Mustafayevə təyin edilən sosial müavinət onun vəfatı ilə əlaqədar dayandırılmışdır və ona təyin olunmuş əlilliyə görə müavinətin davam etdirilməsi və ya müavinətin başqasına ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı mərhum övladına təyin edilən sosial müavinətin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2362/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2362/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver