Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2363/2022 26.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(11N)-8008/N0NN nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ Müharibəsi başlayanda Tərtər rayonun müdafiəsini təşkil etmək məqsədilə xx.xx.1991-ci ildə Müdafiə Nazirliyinin N saylı əmri ilə ilk hərbi hissələrdən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradılmışdır. O, Tərtər ƏÖMB komandirinin xx.xx.199N-ci il tarixli 159 №-li əmri ilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Tərtər rayonunun müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Qısa müddət ərzində batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində Ağdərənin N0-yə yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri düşməndən təmizlənmişdir. xx.xx.1993-cü il tarixində nizami hərbi hissələr formalaşdırılmış və bununla da könüllü dəstələr buraxılmışdır. Azərbaycan Ordusunun ilk hərbi hissələri, o cümlədən şəxsi heyətin siyahısına salındığı N saylı hərbi hissə 1993-cü ilin sonundan başlayaraq yalnız Tərtərdə deyil, digər rayonlarda da uğurlu döyüş əməliyyatları həyata keçirmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 1N nömrəli əmri ilə yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adım qeyd olunmuşdur. xx.xx.1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində gedən ağır döyüşlər zamanı sol çiyin nahiyəsinin dəlib keçən güllə yarası və sol ayağının bud nahiyəsindən qəlpə yarası almış, müalicə olunmaq üçün Mingəçevir şəhərində yerləşən hospitala yerləşdirilmişdir. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər hospitalda müalicə almışdır. Bundan bir gün sonra isə hospitaldan hərbi hissənin sərəncamına yazılmışdır. Uzun müddət hospitalda müalicə aldığına görə Müdafiə Nazirliyinin NN nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N0NN-ci il tarixli, 11/3N71 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N- 4N18 nömrəli məktubu və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN nömrəli əmri ilə ehtiyat taboru, hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün sıravi İddiaçı Əlqan oğlunun bütün növ təminatlara qoyulduğu və haqqında cinayət işi qaldırılması qeyd edilmişdir. Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissənin yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli, 4/N-4N18 nömrəli məktubundan görünür ki, N №li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissənin yaralananların qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Tərtər rayon ərazi özünümüdafiə batalyonu komandirinin xx.xx.199N-ci il tarixli, 159 №-li əmrindən çıxarışdan görünür ki, Tərtər rayon hərbi komissarlığından göndərilmiş hərbi qulluqçulardan İddiaçı (əmrdə adı Alqan yazılmışdır) şəxsi heyətin sırasına daxil edilənlər arasındadır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 3NN №-li əmrindən çıxarışda qeyd edilmişdir ki, ehtiyat taboru, hərbi hissəni tərk edib yenidən qayıdanlar, bütün növ təminatlara qoyulsunlar və haqlarında cinayət işi qaldırılsın. İddiaçı (əmrdə adı Əlqan yazılmışdır) həmin şəxsi heyətin sırasındadır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.N0N0ci il tarixli, 9/N-10733 nömrəli məktubundan görünür ki, Quliyev X1 ƏÖMB(703) komandirinin xx.xx.199N-ci il tarixli 159 №-li əmrilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün sürücü, sıravi İddiaçı Əlqan oğlu N №-li hərfi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3NN №-li əmrilə bütün növ təminatlara daxil edilərək haqqında cinayət işi qaldırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 1N №-li əmrində İddiaçı Əlqan oğlunun yoxlama zamanı ehtiyat taborunun şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10N №-li əmrində sıravi İddiaçı Əlvan oğlunun (əmrdə atasının adı Əlvan yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında İddiaçı Əlqan oğlunun Tərtər RHK-dan çağırılması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin N78 №-li əmrinə əsasən komandirin xx.xx.1994-cü il tarixli 110 №-li əmrilə şəxsi heyətin sıyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin may-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü İl tarixli 110 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdaərinin xx.xx.N0N1-ci il tarixli, 1/Q-543 nömrəli məktubundan görünür ki, iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N1-ci İl tarixli iclasında baxılmış və barəsində müsbət qərər qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Belə ki, Mərkəzi Arxivin xx.xx.N0N0-ci il tarixli 9/N-10733 nömrəli arayışına əsasən Tərtər ƏÖMB-da (N nömrəli hərbi hissədə) xidmətdə olan zaman xx.xx.1993-cü il tarixdə haqqında cinayət işinin qaldırılmasına görə, N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən sonrakı dövrdə xidmət keçməyi və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığı üçün müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının Tərtər ƏÖMB(703) komandirinin xx.xx.199N-ci il tarixli 159 №-li əmrilə batalyonun şəxsi heyətinin siyahısına daxil edilməsi, hərbi hissəni tərk edib yenidən qayıtdığı üçün N №-li hərfi hissə komandirinin xx.xx.1993-cü il tarixli 3NN №-li əmrilə bütün növ təminatlara daxil edilərək haqqında cinayət işi qaldırılması, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 10N №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin N78 №-li əmrinə əsasən komandirin xx.xx.1994-cü il tarixli 110 №-li əmrilə şəxsi heyətin sıyahısından çıxarılması barədə məlumat olsa da onun sonrakı xidəməti, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2363/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2363/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver