Məhkəmə qərarları › İş №2-1(114)-2366/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2366/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2366/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 filialının xx.xx.2022-ci il tarixli 732(187)/3 saylı arayışına əsasən əmək kitabçasında qeyd olunmuş Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək, "xxxx" X2 Firmasındakı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək, “Simurq Kompani” ATSC-dəki xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin çilingər vəzifəsində işlədiyi ümumilikdə 28 il 06 ay iş stajının hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Simurq Kompani” ATSC-də xx.xx.1997-ci il tarixdən Təmir və Tikinii briqadasında fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdən “Simurq Kompani” ATSC-də çilingər vəzifəsinə keçirilmiş və xx.xx.2006-cı il tarixdə isə işdən azad edilmişdir. O, “Simurq Kompani” ATSC-də xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrdə onunla birlikdə işləyən şəxslər onun həqiqətən “Simurq Kompani” ATSC-də fəhlə və çilingər işləməyini şahid kimi təsdiq edə bilərlər. O, “Simurq Kompani” ATSC-nə xx.xx.1997-ci il tarixdən xx.xx.2006-ci il tarixədək olan dövrlərin arxiv sənədlərinin verilməsi barədə müraciət edən zaman “Simurq Kompani” ATSC-nin rəhbərliyi tərəfindən 2020-ci ildə erməni faşistləri tərəfindən atılan raket zərbələri nəticəsində idarənin arxiv şöbəsi tamamilə dağıldığı və məhv edildiyi bildirilmişdir. “Simurq Kompani” ATSC-nin direktoru tərəfindən verilən arayışdan da iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq Kompani” ATSC-də çilingər vəzifəsində işləməsi görünür. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993cü il tarixdən xx.xx.1996-cı il tarixinədək "xxxx" X2 Firmasında və xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixdə tərtib olunmuş ******* saylı əmək kitabçasının surətində qеyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki, xx.xx.1993cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasındakı, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-dəki əmək fəaliyyəti dövrlərinə aid arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə аlаrаг əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqələnmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -işə əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş “Simurq Kompani” ATSC-nin xx.xx.2022-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı ilə kimi “Simurq Kompani” ATSC-də çilingər vəzifəsində işləmişdir. -işə əlavə edilmiş Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 9 nömrəli Texniki Peşə Məktəbində “təyyarə mühərriki yığan çilingər” ixtisası üzrə əyani təhsil almışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubdan görünür ki, “Azəravtonəqliyyat” X5 X1 Baş İstehsalat vahidi bazasında "xxxx" (Simurq Kompani) Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr nəzər alınmaqla 19 il 5 ay) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 19 il 5 ay təşkil etdiyinə görə imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1977-2006-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 19 il 5 ay olması göstərilmişdir. Bundan əlavə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsindəki, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasındakı, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-dəki əmək fəaliyyəti dövrlərinə aid arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən müvafiq dövrlər əmək stajı kimi nəzərə alınmadığı və bununla da iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən müəssisələrin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməyərək yekun iş stajına əlavə edilməlidir. Çünki sözügedən sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi dövrlər müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan əlavə cavabdehin imtinası, həmçinin iddaya etirazından görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı 19 il 5 ay təşkil edir. Beləliklə iş materiallarında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi və mübahisələndirilən dövrlər onun sosial sığorta stajına əlavə edildikdə müəyyən olunur ki, iddiaçının ümumilikdə 32 il 5 ay 7 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə Təsərrüfathesablı Təmir Tikinti sahəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" X2 firmasında, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Simurq” Kompani ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar