Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2366/2025 03.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X2 və X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı çıxarışda düzəliş edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı, X2 və X15 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı, X2 və X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinə (üçüncü şəxs Qazax rayonu Daş Salahlı bələdiyyəsi) qarşı Qazax rayonu, Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünü dəyişdirərək faktiki istifadələrində olan və arxiv arayışında qeyd edilmiş 0.15 ha ölçüdə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı, X2 və X11 həyətyanı məqsədilə 0.12 ha (1211 kv.m) torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2004-cü il tarixli JN-1076A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
2. xx.xx.2010-cu il tarixli akta əsasən müəyyən edilmişdir ki, İddiaçı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olmuş ərizəsini araşdırarkən məlum oldu ki, Qazax rayonu Daş Salahlı kəndi icra nümayəndəliyinin təsərrüfatbaşına kitabda İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0.15 hektar qeyd edilmiş, faktiki naturada da 0.15 hektar olduğu təsdiq edilmişdir. Lakin İddiaçı adına işlənilmiş JN-1076A KOD 50500038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq 0.12 hektar qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı adına işlənmiş JN-1076A KOD 50100038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə getmiş texniki qüsurun aradan qaldırılaraq qanuni istifadədə olan 0.15 ha torpaq sahəsinin işlənilməsi məqsədəmüvafiq hesab edilmişdir.
3. xx.xx.2012-ci il tarixli akta əsasən DT və XK-nin Qazax rayon şöbəsinin 29 oktyabr 2012-ci il tarixli 03/1236 saylı məktubuna əsasən Daş Salahlı kənd sakini X7 həyətyanı torpaq sahəsinə dair hazırlanmış A367612 nömrəli torpaq sahəsinin plan və ölçüsü (kadastr) sənədinə uyğun olaraq bir daha yerdə naturada ölçüb İddiaçı təhvil verilmişdir. Ölçü aparılan zaman heç bir narazılıq olmamışdır.
4. Qazax rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 239 nömrəli arxiv arayışına əsasən Qazax rayonu Daş Salahlı kənd Sovetinin 1980-1982-ci illərə aid 05 saylı təsərrüfatbaşına kitabında X4 təsərrüfatı aşağıdakı qaydadadır: X12 təsərrüfat başçısı X3 arvadı X16 oğlu xx.xx.1982-ci ildə vəfat edib X8 gəlini X13 nəvəsi X9 nəvəsi Qeyd: Təsərrüfatda 0.15 ha həyətyanı torpaq sahəsi və 1960-cı ildə tikilmiş ev qeyd edilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.1211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı, X2 və X5 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evə dair xx.xx.2023-cü il tarixinə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin faktiki ölçüsü 0.14 ha, sənəd üzrə ölçüsü 0.1211 ha göstərilmiş və 0.0189 ha zəbt olması qeyd edilmişdir.
6. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-196/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İcra Nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 11 saylı təsərrüfatbaşına kitabının 60-cı səhifəsində İddiaçı təsərrüfatı aşağıdakı qaydada olmuşdur: İddiaçı X2 X15 Təsərrüfatda cəmi 0.125 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev mövcud olmuşdur.
7. İddiaçı cavabdeh orqana müraciət edərək, qarşı Qazax rayonu, Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünü dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 3- 21-3-37/2-M-04xx-xx/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətə 1980-1982-ci illərə aid 05 saylı təsərrüfatbaşına kitabından arayış əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən sonuncu təsərrüfatbaşına kitabı 1996-2000-ci illərə uyğun arayışın əslini təqdim edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər.
8. Məhkəmənin sorğusuna Qazax rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 5-58- 15-11/2-42/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Daş Salahlı kənd ərazi vahidliyi üzrə İddiaçı aid 1996-2000-ci illərin 11 saylı təsərrüfatbaşına kitabın 60-cı səhifəsindən çıxarışdan görünür ki, 1996-2000-ci illərin 11 saylı təsərrüfatbaşına kitabın 60-cı səhifəsində İddiaçı adına 0.125 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev qeyd edilmişdir.
9. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı, X2 və X5 hazırda (naturada təqdim etdikləri) torpaq sahəsı naturada ölçüldü. Naturada (faktiki) ölçülmüş torpaq sahəsi 1456 kv.m təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsininin 1211 kv.m hissəsi xüsusi mülkiyyət, qalan hissəsi bələdiyyə mülkiyyəti, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı həyətyanı sahələr altında olan torpaqdır. 2) Həmin torpaq sahəsinin (faktikı istifadə) koordinatları Qazax rayonu Daş Salahlı kənd yaşayış məntəqəsinin yerquruluşu planından çıxarışda əks olunmuş 0.15 ha torpaq sahəsı ilə (həm ölçü, həm konfiqurasiya baxımından) qismən uyğunluq təşkil edir. 3) Elektron baza məlumatlarına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixlı ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X2 və X5 ümumi birgə mülkiyyətində olan 0.1211 ha torpaq sahəsi iddiaçıların naturada təqdim etdikləri 1456 kv.m torpaq sahəsının daxilində yerləşir. 4) Kompleks yerquruluşu layihəsinə əsasən iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin 31 kv. m hissəsi JN-1075 nömrəli subyektlə üst-üstə düşür. Qeyd: Rəyin tərtib edilməsi zamanı TEKUİS məlumatlarına və torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-6347/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, TEKUİS məlumatlarına əsasən iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin 33 kv.m hissəsi JN-1075 nömrəli subyektlə, 64 kv.m hissəsi JN-1077 nömrəli subyektlə üst-üstə düşür.
11. Məhkəmənin sorğusuna Qazax rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 5-58- 15-11/2-262/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Daş Salahlı kənd ərazi vahidliyi üzrə İddiaçı aid 1986-1990-cı il, 1991-1995-ci il və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabların surətlərindən görünür ki, 1986-1990-cı il, 1991-1995-ci il və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı adına 0.125 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev qeyd edilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünü dəyişdirərək faktiki istifadələrində olan və arxiv arayışında qeyd edilmiş 0.15 ha ölçüdə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
13. Tələb onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə məxsus Qazax rayonu Daş Dalahlı kəndində yeləşən torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın reyestr xidməti tərəfindən verilmiş çıxarışda və texniki pasportda səhvən 0.1211 ha qeyd edilmişdir. Halbuki, təsərrüfatbaşına kitabda və yerquruluşu planından çıxarışda 0.15 ha göstərilmiş, eləcə də hazırda faktiki olaraq onların istifadələrində 0.15 ha-dir. Bu barədə Az.RDT və XK-sı Qazax rayon şöbəsi tərəfindən aparılmış ölçü zamanı müəyyən edilmişdir ki, faktiki olaraq onlara məxsus torpaq sahəsi 0.15 ha-dır və sənədlərin də bu ölçüyə uyğunlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. O, bu barədə cavabdeh inzibati orqana müraciət edib onlara məxsus Qazax rayonu Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünü dəyişdirərək faktiki istifadələrində olan və arxiv arayışında qeyd edilmiş 0.15 ha ölçüdə qeyd edilməsinin təmin edilməsini xahiş etmiş, ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən sonuncu təsərrüfatbaşına kitabı 1996-2000-ci illərə uyğun arayışın əslini təqdim edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. O, həmin imtina ilə razı deyil. Belə ki, əvvəla 1996-2000-ci illərə aid arayış cavabdeh orqana təqdim edilmişdir. Bundan başqa, mübahisə də elə ondan ibarətdir ki, təsərrüfatbaşına kitabda da ölçülər dəyişdirilərək səhv olaraq 0.15 ha əvəzinə 0.12 ha yazılmışdır. Cavabdeh orqanın hərəkətsizliyi nəticəsində onlar öz torpaq sahələrindən məhrum olmuşlar.
14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 və X15 İddiaçı ilə birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
15. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı cavabdeh hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Qazax rayonu Daş Salahlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Qazax rayonu, Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünün dəyişdirilərək faktiki istifadələrində olan və arxiv arayışında qeyd edilmiş 0.15 ha ölçüdə qeyd edilməsi barədə (********** nömrəli) ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətə 1980-1982-ci illərə aid 05 saylı təssərrüfatbaşına kitabından arayış əlavə edilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən sonuncu təsərrüfatbaşına kitabı 1996-2000-ci illərə uyğun arayışın əslini təqdim edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Bununla əlaqədər olaraq bildirirlər ki, Qazax rayonu, Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə Qazax rayonu Daşsalahlı kəndi ərazisində İddiaçı, X1, X11 JN-1076 A KOD 50100038 nömrəli şəhadətnamə ilə 0.12 ha (1211 kv.m) həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı müraciətinə əsasən JN-1076 A KOD 50100038 nömrəli şəhadətnamədə qeyd edilən 0.12 ha həyatyanı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən üzərində yerləşən fərdi yaşayış evi **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli arxiv arayışından da müəyyən edilir ki, təsərrüfatda cəmi 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev mövcuddur. İddiaçı ərizəsinin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilən və inventarlaşdırma işləri aparılan zaman daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı tərtib edilmiş və həmin aktda nəticə olaraq “müayinə zamanı müəyyən olmuşdur ki, mübahisənin olmadığı, icazəsiz tikililərin olmadığı və 0.12 ha torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi və 0.0189 ha zəbt torpaq sahəsinin olduğu” qeyd edilmişdir. Sözügedən baxış aktı ərizəçi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Hüquqların dövlət reyestrində torpaq sahəsinə münasibətdə qeydiyyat alınması əsas hesab edilən sənəd Qazax rayonu Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş JN-1076A nömrəli şəhadətnamə olmuş və şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.12 ha təşkil edir. Eyni zamanda təsərrüfatbaşına kitabdan çıxarış arayışda da 0.125 ha kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci madəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin qanunun 14.2-ci madəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qanunun 14.3-cü madəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Torpaq sahəsinə naturada baxış keçirilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması aşkarlanmışdır. Məlumat üçün bildirirlər ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli kimi Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Sözügedən torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir narazı qalan və maraqlarına toxunulan tərəf qərarı mübahisələndirməlidir. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
25. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə İddiaçı, X2 və X11 həyətyanı məqsədilə 0.12 ha (1211 kv.m) torpaq sahəsi ayrılmış və bu barədə xx.xx.2004cü il tarixli JN-1076A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Qazax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-58- 15-11/2-196/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İcra Nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 11 saylı təsərrüfatbaşına kitabının 60-cı səhifəsində İddiaçı təsərrüfatı aşağıdakı qaydada olmuşdur: İddiaçı, X2, X15. Təsərrüfatda cəmi 0.125 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev mövcud olmuşdur. Qeyd olunan sənədlər əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.1211 ha torpaq sahəsi üzərində İddiaçı, X2 və X5 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
28. İddiaçı cavabdeh orqana Qazax rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 239 nömrəli arxiv arayışını, xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli aktları təqdim etməklə, həmin sənədlərdə torpaq sahəsinin ölçüsünün 0.15 ha qeyd edilməsinə istinad edərək, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən torpaq sahəsinin **********07-10301 reyestr nömrəli çıxarışda qeyd edilmiş ölçüsünün dəyişdirilərək faktiki istifadələrində olan 0.15 ha ölçüdə qeyd edilməsini xahiş etmişlər. Cavabdeh orqan isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətə 1980- 1982-ci illərə aid 05 saylı təsərrüfatbaşına kitabından arayış əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən sonuncu təsərrüfatbaşına kitabı 1996-2000-ci illərə uyğun arayışın əslini təqdim edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər.
29. Məhkəmə cavabdeh orqanın imtinasını qanuni sayaraq, iddia tələbini əsaslı hesab etmir.
30. Belə ki, torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanan əsaslar (sənədlər) çıxış edir.
31. Hansı ki, iddiaçılara sözügedən torpaq sahəsi Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı ilə 0.12 ha (1211 kv.m) ölçüdə ayrılaraq, xx.xx.2004-cü il tarixli JN-1076A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətlərinə verilmişdir. Cavabdeh orqan da reyestr qeydi tərtib edərkən həmin hüquqmüəyyənedici sənədi əsas götürmüşdür.
32. İddiaçıların cavabdeh orqana təqdim etdikləri sənədlərdən xx.xx.2010-cu il tarixli və xx.xx.2012-ci il tarixli aktlar hüququn qeydiyyatı üçün əsas olmamaqla, digər hüquqmüəyyənedici sənədlərlə birlikdə əsas kimi nəzərə alına bilər.
33. Qazax rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 239 nömrəli arxiv arayışı ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda istənilən təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar deyil, məhz 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar hüququn qeydiyyatı üçün əsasdır (Bənd 2.3).
34. Adıçəkilən arayışda Qazax rayonu Daş Salahlı kənd Sovetinin 1980-1982-ci illərə aid 05 saylı təsərrüfatbaşına kitabında X4 təsərrüfatında 0.15 ha həyətyanı torpaq sahəsi və 1960-cı ildə tikilmiş evin olması qeyd edilmişdir.
35. Əvvəla, sözügedən təsərrüfat hazırkı iddiaçılara məxsus deyil, X4 təsərrüfatı olmuşdur. İkincisi isə, təsərrüfatbaşına kitabın əhatə etdiyi dövr 1980-1982-ci illərə aid olmuşdur.
36. Məhkəmə sorğusu əsasında Daş Salahlı kənd ərazi vahidliyi üzrə İddiaçı aid 1986-1990-cı il, 1991-1995-ci il və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlar əldə edilmiş və müəyyən edilmişdir ki, 1986-1990-cı il, 1991-1995-ci il və 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitablarda İddiaçı adına 0.125 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 76 kv.m olan ev qeyd edilmişdir.
37. Göründüyü kimi, iddiaçıların islahataqədərki dövrdə də istifadələrində 0.125 ha torpaq sahəsi olmuş və islahatla 0.12 ha (1211 kv.m) sahə mülkiyyətlərinə verilmişdir.
38. Digər tərəfdən, əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı, X2 və X5 hazırda (naturada təqdim etdikləri) torpaq sahəsı naturada olçuldu naturada (faktiki) ölçülmüş torpaq sahəsi 1456 kv.m təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsininin 1211 kv.m hissəsi xüsusi mülkiyyət, qalan hissəsi bələdiyyə mülkiyyəti kateqoriyası yaşayış məntəqələri torpaqları təyinatı həyətyanı sahələr altında olan torpaqdır Koordinatları sxemdə göstərilmişdir. Həmin torpaq sahəsinin (faktiki istifadə) koordinatları Qazax rayonu Daş Salahlı kənd yaşayış məntəqəsinin yerquruluşu planından çıxarışda əks olunmuş 0,15 ha torpaq sahəsı ilə (həm ölçü, həm konfiqurasiya baxımından) qismən uyğunluq təşkil edir. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X2 və X5 ümumi birgə mülkiyyətində olan 0,1211 ha torpaq sahəsi iddiaçıların naturada təqdim etdikləri 1456 kv.m torpaq sahəsinin daxilində yerləşir. Kompleks yerquruluşu layihəsinə əsasən iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin 31 kv. m hissəsi JN-1075 nömrəli subyektlə üst-üstə düşür.
39. Həmçinin, məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-6347/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, TEKUİS məlumatlarına əsasən iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin 33 kv.m hissəsi JN-1075 nömrəli subyektlə, 64 kv.m hissəsi JN-1077 nömrəli subyektlə üst-üstə düşür
40. Göründüyü kimi, iddiaçıların faktiki istifadədə olan torpaq sahəsininin 1211 kv.m hissəsi xüsusi mülkiyyət, qalan hissəsi bələdiyyə mülkiyyəti kateqoriyası yaşayış məntəqələri torpaqları təyinatı həyətyanı sahələr altında olan torpaqdır. Həmin torpaq sahəsinin 31 kv. m və 64 kv.m hissələri də digər şəxslərə məxsus torpaq sahəsi ilə üstüstə düşür.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
42. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva