Məhkəmə qərarları › İş №2-1(114)-2369/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2369/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2369/2023 12.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.N97N-ci il tarixdə Goranboy rayonun Zeynallı kəndində anadan olmuş, Goranboy rayonu, Nərimanlı ərazi dairəsi, Cinli Zeynallı kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.N992-ci ildən xx.xx.2002-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xx.xx.N988-xx.xx.N99N-ci illərdə kursant, xx.xx.N99Nxx.xx.N992-ci illərdə təlim istismarı texniki, xx.xx.N992-xx.xx.N992-ci illərdə bortlu aviasiya texniki, xx.xx.N992-xx.xx.N994-cü illərdə Mİ-24 vertolyotun bortlu texniki, xx.xx.N994xx.xx.N996-cı illərdə Mİ-24 vertolyotun bortlu texniki kimi xidmət etmişdir. Azərbaycan Respunlikası Müdafiə Nazirinin xx.xx.N992-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin: 08.N2.N992-ci il tarixli, N05 nömrəli əmrilə xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək bort texniki vəzifəsinə təyin edilmişdir. 2N.08.N993-cü il tarixli, N96 nömrəli əmrilə “baş leytenant” hərbi rütbəsi verilmişdir. 29.07.N996-cı il tarixli, N57 nömrəli əmrlə tutduğu vəzifədən azad edilərək xx.xx.N996-cı il tarixdən hərbi hissə komandirinin sərəncamına çıxarılmışdır. İddiaçı N996-cı ilin aprel ayında Bort rabitə qovşağının yerləşdiyi binadan rabitə avadanlıqlarını oğurlayarkən qaravul tərəfindən yaxalanmış, hərbi əmlakı oğurlamağa səy göstərdiyi üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5-83 maddəsinin 3-cü bəndi ilə cinayət işi qaldırılmışdır. Lakin istintaq vaxtı xx.xx.N996-cı il tarixdə hərbi hissəni özbaşına olaraq tərk etmiş və qayıtmamışdır. Buna görə N nömrəli hərbi hissənin komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyi üçün) əsasən ehtiyata buraxılmasına vəsatət qaldırılmışdır. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-4479 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.202N-ci il tarixli iclasda baxılmış, 777 nömrəli protokol ilə müsbət qərar qəbul edilməmiş, sənədlər geri qaytarılmışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx N97N-ci ildə Goranboy rayonunun Zeynallı kəndində anadan olmuş, həmin kənddə yaşamaqla orta məktəbi də orada oxumuşdur. Hazırda da ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. N99N-ci ildə Rusiya Federasiyası Kirov adına Hərbi Aviasiya Texniki Məktəbinin Vertolyot və Avia mühərrik ixtisası üzrə bitirmiş, məktəbi bitirdikdən sonra leytenat rütbəsində Rusiya Federasiyasının müxtəlif hərbi hissələrində xidmət etmişdir. Erməni işğalçılarının vətənə qarşı elan edilməmiş müharibəsində iştirak etmək üçün Rusiya Federasiyasında hərbi xidmətimi dayandıraraq Vətənə gəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin N0 noyabr N992-ci il tarixli müvafiq əmrinə əsasən N N-li hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli N05 №o-li əmrilə bütov nov təminatlarla təmin edilərək bort texniki vəzifəsinə təyin edilmiş, həmin tarixdən, yəni xx.xx.N992-ci il tarixdən sərəncama çıxana kimi, yəni xx.xx.N996-cı il tarixə kimi Azərbaycan Respublikasının demək olar ki, bütün döyüş bölgələrində erməni işğalçılarına qarşı keçirilən bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin N7 dekabr 2020-ci il tarixli 9/2-N093N saylı Arxiv Arayışından görünür ki, o 843№-li hərbi hissə komandirinin N iyul N996-cı il tarixli N57 №-li əmrilə tutduğu vəzifədən azad edilərək xx.xx.N996-cı il tarixdən hərbi hissə komandirinin sərəncamına çıxarılmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya xx.xx.2022-ci il tarixli 4/3 4479 məktubla bildirilmişdir ki, müraciəti müsbət həll olunmamışdır və sənədləri geri qaytarmışdılar. Eyni zamanda MN İşlər İdarəsi Mərkəzi Arxixin xx.xx.2020-ci il tarixli 9/2-8N00 saylı Arxiv Arayışında göstərilir ki, 26NN0 və 32N4N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin 2002-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil edilməmişdir. Hesab edir ki, onun hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi bletində olan qeydlər və MN-nin Arxiv arayışı əsasında ona "Müharibə veteranı və vəsiqəsi" verilməlidir. Təqdim etdiyi cavabdehin arayışdan aydın görünür ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində (N saylı hərbi hissənin tərkibində) bütün döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan başqa, onun 26NN0 və 32N4N №-li hərbi hissələrdə xidmət etmə barədə hərbi biletində müvafiq qeydlər var. O ki, qaldı N saylı hərbi hissə komandirinin 2002-ci il tarixli nizami hissə üzrə əmrlərinin MN-nin Mərkəzi Arxivinə verilməməsinə bunun heç aidiyyatı da yoxdur. Çünki, yuxarıda qeyd etdiyi kimi iddiaçı N iyul N996-cı il tarixli N57 №-li əmrilə tutduğu vəzifədən azad edilərək xx.xx.N996-cı il tarixdən Azərbaycan Respublikası sərəncama çıxarılmışdır. İddiaçı hesab edir ki, onun hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletdə olan qeydlər və MN-nin arxiv arayışı əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-NN/2-2074/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsinin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" ya müraciət etmiş, komissiya xx.xx.202N-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən 2 il sonra onu mübahisələndirmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2022-ci il tarixli, 4/3-4479 imtinası, iddiaçıya məxsus hərbi biletin surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-25-NN/2-2074/2023 etirazı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən təqdim edilmiş xidmət kitabçası, əmrdən çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hərbi əmlakı oğurlamağa səy göstərdiyi üçün iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5- 83 maddəsinin 3-cü bəndi ilə cinayət işi başlanılmış, lakin istintaq vaxtı xx.xx.N996-cı il tarixdə hərbi hissəni özbaşına olaraq tərk etmiş, bu səbəbdən N nömrəli hərbi hissənin komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “ə” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyi üçün) əsasən ehtiyata buraxılmasına vəsatət qaldırılmışdır. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar