Məhkəmə qərarları › İş №2-1(114)-237/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-237/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-237/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X7 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı (üçüncü şəxs Ağstafa rayon Köçəsgər bələdiyyəsi) torpaq sahəsinin və torpağa dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Ağstafa Rayon İcra Hakimiyyətinin torpaq şöbəsinin xx xxxx 1999-cu il tarixli alqı-satqı aktına əsasən Ağstafa rayon Köçəsgər kəndi ərazisindən verilmiş 0,08 ha torpaq sahəsinin ölçülərək ona verilməsi və həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həyətyanı torpaq sahəsi almaq üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etmiş və xx xxxx 1999-cu ildə Ağsatafa Rayon İcra Hakimiyyətinin torpaq şöbəsinin xx xxxx 1999-cu il tarixli alqı-satqı aktına əsasən xx xxxx 1999-cu il tarixdə 345000 manat torpaq sahəsinin dəyərini ödəyib, Köçəsgər kəndindən 0,08 ha torpaq sahəsi almışdır. 4 il həmin torpaq sahəsini əkib-becərmiş, sonra həmin torpaq sahəsindən həmkəndlisi Muxtarova Adilə istifadə etmişdir. İndi torpaq sahəsindən özü istifadə etmək istəyir, lakin torpaq sahəsini tapa bilmir. Onun torpaq sahəsinin kodu JN-1236 olmuşdur, eləcə də həmin kod altında onun adına Köçəsgər kəndində 0,08 ha torpaq sahəsi olmasını bələdiyyə sədri də təsdiq edir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilən məktubda JN-1236 nömrəli dövlət aktına dair heç bir məlumatın olmadığı bildirilir. İddiaçı hesab edir ki, onun torpaq sahəsi kiməsə qanunsuz olaraq satılmışdır. İddiaçı torpaq sahəsinin yerində ölçülərək, ona verilməsini, həmin torpaq sahəsinə dair hüquqverici sənədlərin verilməsinin cavabdehə tapşırılmasını istəyir. İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı (üçüncü şəxs Ağstafa rayon Köçəsgər bələdiyyəsi) torpaq sahəsinin və torpağa dair hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, həmçinin ziddiyətli izahat verərək əvvəlcə hazırda tələb etdiyi sahənin 1999-cu ildən hal-hazıradək onun istifadəsində olduğunu bildirmiş, suallara cavab olaraq isə bildirmişdir ki, həmin sahəni 1999-cu ildə başqa şəxslə dəyişdirmiş və həmin vaxtdan sahədən həmin şəxs istifadə edir. Dəyişdiyi sahənin əvəzində həmin şəxs ona 0,23 ha pay torpağı vermiş, o, isə orada ev tikib yaşamağa başlamışdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi sahəyə dair X2 adına JN-751A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə var. Köçəsgər Yerli X1 siyahısında iddiaçının adı var, lakin ona konkret sahə verilməsi barədə bazada məlumat yoxdur. Üçüncü şəxs Ağstafa rayon Köçəsgər bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Ağstafa rayon Köçəsgər bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 71 nömrəli arayışında Köçəsgər bələdiyyəsinin həyətyanı torpaq sahəsi olan siyahısında İddiaçı adına JN-1236 nömrə ilə 0,08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. -Ağstafa RİHB-nin Köçəsgər kənd İƏD üzrə nümayəndəsinin Təsərrüfatbaşına kitabdan xx.xx.2019-cu il tarixli 1309/g nömrəli çıxarışında 11 nömrəli təsərrüfatbaşına kitabın 964-cü səhifəsində qeyd edilmiş İddiaçı məxsus Ağstafa rayon Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. -JN-751A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X1 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Ağstafa rayon Köçəsgər kənd sakini X3 0,08 ha torpaq sahəsi verilmişdir. -DƏDRX-nin 15 saylı X7 xx.xx.2019-cu il tarixli **********34 nömrəli məktubunun surətindən görünür ki, arxiv məlumatlarına əsasən İddiaçı müraciətində qeyd etdiyi JN- 1236 nömrəli dövlət aktına dair məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı ona torpaq sahəsinin ayrılmasını iddia etsə də həmin sahənin yerləşmə yeri bəlli deyil. Həmçinin hansısa sahəni özününkü hesab edərək 1999-cu ildə digər şəxslə dəyişmiş və dəyişdiyi sahədə yaşayış evi inşa edərək həmin vaxtdan orada yaşamışdır. Hazırda ona verilməsini tələb etdiyi sahədən isə 1999-cu ildən istifadə etməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi iddiaçının tələb etdiyi torpaq sahəsinin X1 qərarı ilə başqa şəxsə verildiyini və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. -65.7-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. -66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X5rşı torpaq sahəsinin və torpağa dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar