Məhkəmə qərarları › İş №2-1(114)-237/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-237/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-237/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı "xxxx" QSC-nin X3ndə xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci ii tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-cı il tarixinədək, xx.xx.2005-ci il tarixindən 16 05.2005-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2011 -ci il tarixinədək yol montyoru peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı Xommacioviçin iş stajı 12 il 7 ay 2 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin,konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması,sökülməsi və təmiri üzrə işlərinin yerinə yetirilməsindən ibarət olmala, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur.X3 magistral dəmir yolları üzrə xidmət göstərmişdir. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (1 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2007- xx.xx.2011-ci il, xx.xx.2011xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi 2011-ci ilin iyul ayının güzəştli sosial sığorta stajına daxil edilməklə, 60 yaşı tamam olduğu vaxtda 25 ildən artıq ümumi stajı olmaqla, həmin stajın 12 il, 6 aydan artığını güzəştli peşədə işlədiyi nəzərə alınıb, 04 aprel 2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Türkmənistan Respublikasının Marı vilayətində anadan olmuş,hal-hazırda Goranboy rayonunun Qazançı kəndində yaşayır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 06 ayını zərərli, ağır işdə işləyən kişilər 60 yaşı taman olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Onun əmək kitabçasının notariusda təsdiqlənmiş surətindən. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin barəsində şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair verdiyi xx.xx.2023-cü il tarixli 13-1 /2-M-1458/2/2023 saylı rəsmi arayışdan, eləcə də digər rəsmi sənədlərdən təsdiq olunur ki, onun 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ona görə ki. 60 yaşım tam olduğu vaxt onun 25 ildən artıq sosial sığorta stajı, həmin stajın 12 il, 6 aydan artığını isə güzəştli peşə hesab olunan ADY 6 saylı Yoldistansiyasının Kürəkçay məntəqəsində yol ustası və yol mantyoru vəzifələrində işləmişdir. Onun 40 il yaxın ümumi əmək stajı vardır. Bundan 12 il. 7 ay 2 günü güzəştli şərtlər qrupuna aid olan peşədə işləmişdir. (Qeyd etdiklərim əmək kitabçamın surətindən, eləcə də güzəştli staj barədə rəsmi arayışdan da təsdiq olunur). O, 60 yaşı tamam olduğu vaxtdan ona güzəştli şətlərlə pensiya təyin edilməsindən ötrü Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fillialina müraciət etsə də, sonuncu tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluqunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloii məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az(12 il 5 ay 21 gün((xx.xx.1988xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2007xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta X4 X2 xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin (bundan sonra -Əsasnamə) 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əsasnamənin 107-ci bəndinə əsasən ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. İddiaçı sığortaedən "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 5 №-li müəssisəsində (bundan sonra - Müəssisə) (SUN: **********7;VÖEN: **********) 2011-ci ilin iyul ayında əmək fəaliyyəti ilə məşğul olubolmaması, həmçinin sığortaolunanın sözügedən il üzrə xəstəlik vərəqəsini təqdim edibetməməsi ilə bağlı məlumatın əldə edilməsi üçün Müəssisənin hüquqi varisi olan sığortaedən "Azərbaycan Dəmir Yolları” QSC-yə (SUN: **********8;VÖEN: **********) xx.xx.2024-cü il tarixli 3-17-1/2-46914/2024 və xx.xx.2024-cü il tarixli 3-17-1/2- 105673/2024 nömrəli məktublarla müraciət olunmuşdur. "Azərbaycan Dəmir Yolları” QSC Filiala ünvanladığı xx.xx.2024-cü il tarixli 13-1-24/2-126/2024 və xx.xx.2024-cü il tarixli 13- 1/2-5136/2024 nömrəli cavab məktublarında, İddiaçı 2011-ci ildə Müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu, həmçinin sözügedən ildə xəstəlik səbəbilə işdə olmaması ilə bağlı tərtib olunmuş uçot cədvəllərində müvafiq qeydlərin aparıldığını, lakin İddiaçı tərəfindən sözügedən dövr üzrə təqdim olunmalı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin surətlərinin təşkilatda aşkarlanmadığını bildirmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 01 yanvar 2006-cı il tarixdən bu günədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından, həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamış, beləliklə qeyd edilənlərə əsasən güzəştli iş stajı 12 il 6 (12 il 5 ay 21 gün )aydan az olduğundan müraciətin müsbət icrasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: 1.1.10. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi. 14.3.2 sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 15. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: - məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri; sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşdə olan sənədlərdən görünür ki, inzibati orqan tərəfindən nəzərə alınmayan dövrlərdə iddiaçı əmək qabiliyyətsiz olmaqla buna dair sənədlər təqdim etmişdir. Bundan başqa işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il il tarixdə 60 yaşı tamam olmuşdur və pensiya yaşına çatması inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi hüququn yaranması üçün əsas şərtlər -vətəndaşın müvafiq yaş həddinə çatması, xüsusi və ümumi stajının olmasıdır. Hazırki iş üzrə inzibati orqan tərəfindən iddiaçının müvafiq yaş həddinə çatması və ümumi sığorta stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajı mübahisələndirilərək nəzərə alınmışdır. Belə ki, xx.xx.2023-ci il tarixli, 3-17-1/3-1-91608/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2011-ci ilin iyul ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (1 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 21 gün (xx.xx.1988-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1998-ci il, xx.xx.2005xx.xx.2005-ci il, xx.xx.2007- xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İnzibati orqan tərəfindən təqdim edilmiş məktubda güzəştli stajın 12 il 5 ay 21 gün olaraq qəbul edildiyi, Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın güzəştli iş stajına deyil, sığorta stajına daxil edilməsi qeyd olunaraq mübahisələndirilən illərin iddiaçının ümumi iş sığorta stajına daxil edildiyi bildirilmişdir. Başqa sözlə cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddəti onun sığorta stajına daxil etsə də, güzəştli iş stajına daxil etməmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X1 "xxxx" QSC-nin X3nda xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci ii tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1998-cı il tarixinədək, xx.xx.2005-ci il tarixindən 16 05.2005-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2011 -ci il tarixinədək yol montyoru peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı iş stajı 12 il 7 ay 2 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin,konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması,sökülməsi və təmiri üzrə işlərinin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 22-ci abzasına uyğundur.X3 magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Məhkəmə inzibati orqanın imtinası ilə razılaşmır və qeyd edir ki, hər bir dövr üzrə sosial sığorta ödənişlərinin olub-olmaması, həmin dövr üçün qüvvədə olan qanunvericilik normalarına münasibətdə konkret hüquqi nəticəyə səbəb olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.9-cu maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər.

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; Qeyd olunan normaların məzmununda əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrün işçinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Başqa sözlə qanunvericilik əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddətin ümumi və ya güzəştli iş stajına daxil edilməsini fərqləndirməmiş, həmin müddətin sığorta stajına daxil edilməsi qeyd edilmişdir. Bu cür fərqli münasibətin tətbiq edilməsi qanunvericiliklə dəqiq müəyyən edilməlidir. Bu cür müəyyənləşdirilmə olmadığı halda inzibati orqanın öz mülahizəsinə əsasən mübahisəli dövrün güzəştli staj kimi nəzərə almaması qəbuledilməzdir. Bununla yanaşı, cavabdeh orqan mübahisələndirilən dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsi, lakin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı mövqeyinin hansı zərurətdən irəli gəldiyini əsaslandıra bilməmiş, buna dair heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qeyd olunan hal iddiaçının hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisələndirilən dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmadığından, həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının güzəştli staj müddəti qanunla tələb olunan 12 il 6 aydan çox olur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat X2 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar