Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2371/2024 12.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8, Gəncə Şəhər Mənzil Kommunal X3nin etibarnamə üzrə nümayəndəsi X4 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxslər X5, X10, X17, X11, X12 və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X3) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 22/2009 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, T.Arani küçəsi, 1 -ci döngə, 9 saylı binanın 22 saylı mənzili iki hissəyə bölünərək sahələri 12,88 kv.m olan 2 otaq azyaşlı oğlu ilə birlikdə İddiaçı, sahələri 17,2 kv.m olan 3 otaq uşaqları Lalə və Vaqiflə birlikdə X6 istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 71 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, T.Arani küçəsi 1 -ci döngə 9 nömrəli binanın 22 nömrəli mənzilinin ümumi sahəsi 25,76 kv.m təşkil edən hər birinin ölçüsü 12,88 kv.m olmaqla iki otağına dair şəxsi hesab vərəqəsinin İddiaçı adına açılması qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X3nin xx.xx.2023-cü il tarixli, **********102 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Azərbaycan bayrağı döngə 1, ev 9, mənzil 22 ünvanı, iki otaq, sahəsi 25,76 kv.m olub ailə tərkibi İddiaçı və X1 ibarətdir. Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2022-ci il tarixli, 1448(984)/4 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1972-ci il tarixli, 68 nömrəli orderlə KirAz yaşayış massivi, ev 12, 22 nömrəli mənzil (5 otaq, sahəsi 76,36 kv.m) yaşamaq hüququ ilə X13 və ailə üzvlərinə (Muradova Cavahir, Muradova Əfruz, Muradova Rahilə, Muradov Natiq, Muradov Sahib, Muradov Fərman, Bayramova Zərifə, Sadıxova Musala və Əhmədova Mələk) verilmişdir. xx.xx.2023-cü il tarixli, 1 nömrəli X16 müqaviləsindən görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 ilə İddiaçı arasında Gəncə şəhəri, Taqi Arani küçəsi, 1 ci döngə, bina 9, 22 nömrəli mənzildə yerləşən yaşayış sahəsi 25,76 kv.m olan 2 otaqlı yaşayış sahəsində yaşamaq üçün müqavilə bağlanılmışdır. İddiaçı mənzil üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, xx.xx.2010-cu il tarixli, 71 saylı sərəncamın mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilmədiyi, həmçinin, arxiv arayışı ilə təqdim edilmiş 22 iyul 1972-ci il tarixli , 68 saylı orderdə onun adınının qeyd edilmədiyi müəyyən edilmişdir.Təqdim olunmuş sərəncam əsasında mənzil üzərində istifadə hüquqununun qeydiyyata alınması qanunauyğun olması bildirilərək imtina edilmişdir.Daha sonra iddiaçı tərəfindən yenidən cavabdeh orqana müraciət etmiş, müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə 13.01,2023-cü il tarixli, 01 saylı “X16 Müqaviləsi” mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmadığı, həmçinin mənzil vahid əmlak olduğu və konstruktiv cəhətdən bölünməsi mümkün olmadığı üçün ayrıca əmlak kimi qeydiyyata alınmasının mümkün olmadığı aşkar edilmiş,bu səbəbdən müraciətin icrasının mümkün olmadığı bildirilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 22/2009 saylı qətnaməsinə əsasən Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, bina 9, mənzil 22-də onun və oğlu X2 müəyyən edilmiş paylarının 25,76 kv.m təşkil edən iki otağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət mənzil fonduna aid olan yaşadığı Gəncə şəhəri Azərbaycan Bayrağı 1-ci döngə, bina 9, 22 saylı 5 otaqlı mənzil onun və ögey qohumları ilə aralarında Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən, iki hissəyə bölünərək hər birinin sahəsi 17,2 kv.m təşkil edən, 3 otağına dair şəxsi hesab vərəqəsinin analığı X6, hər birinin sahəsi 12.88 kv.m təşkil edən 2 otağına dair şəxsi hesab vərəqəsinin onun adlarına açılması qət edilmişdir. Həmin qətnaməyə uyğun olaraq, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 71 saylı, 0l sentyabr 2010-cu il tarixli sərəncamı ilə sözügedən mənzilin şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi - Gəncə şəhər Mənzil Kommunal X3nin (MKTİBnin) rəhbərliyinə tapşırılmışdır və bununla da MKTİB adlarına müvafiq şəxsi hesabdan çıxarışlar təqdim etmişdir, həmçinin 50 ildir ki, yaşadığı sözügedən mənzildəki müvafiq qətnamə və sərəncam ilə müəyyən edilmiş payına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş 01 saylı, xx.xx.2023cü il tarixli onun adına kirayə müqaviləsi mövcuddur. Yaşadığı daşınmaz əmlak üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, ünvan 1-də Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsi ilə istifadələrinə verilmiş hər birinin sahələri 12,88 kv.m təşkil edən 2 (iki) yaşayış otağının kirayəçisi olduqlarını təsdiq edən xx.xx.2023-cü il tarixli, 01 saylı “Mənzil kirayə müqaviləsinə” əsasən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X8, üçüncü şəxs Gəncə Şəhər Mənzil Kommunal X3nin etibarnamə üzrə nümayəndəsi X4 və üçüncü şəxs X11 məhkəmə iclasına gəlmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Gəncə Şəhər Mənzil Kommunal X3nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianın təmin olunmasına etirazı olmadığını qeyd etmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli, 1 nömrəli X16 müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Gəncə şəhəri, Taqi Arani küçəsi, 1 -ci döngə, bina 9, 22 nömrəli mənzildə yerləşən yaşayış sahəsi 25,76 kv.m olan 2 otaqlı yaşayış sahəsində yaşamaq icazəsi verilmiş, həmçinin Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 22/2009 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, T.Arani küçəsi, 1 -ci döngə, 9 saylı binanın 22 saylı mənzili hissəyə bölünərək sahələri 12,88 kv.m olan 2 otaq azyaşlı oğlu ilə birlikdə İddiaçı, sahələri 17,2 kv.m olan 3 otaq uşaqları Lalə və Vaqiflə birlikdə X6 istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması qərara alınmışdır. İddiaçı hazırda sözügedən mənzil üzərində yaranmış mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçının müraciətinin icra edilməsindən imtina etməsini 13.01,2023-cü il tarixli, 01 saylı “X16 Müqaviləsi” mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmadığı, həmçinin mənzil vahid əmlak olduğu və konstruktiv cəhətdən bölünməsi mümkün olmadığı üçün ayrıca əmlak kimi qeydiyyata alınmasının mümkün olmaması səbəbi ilə əsaslandırmışdır. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi mövcud qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarını konkret olaraq sadalamış və dairəsini müəyyənləşdirmişdir. Həmin halların genişləndirici təfsir ilə dairəsinin artırılması hüququn müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi... "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: Maddə 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Belə olan halda məhkəmənin qənaətinə görə ünvan 1 ünvanına Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsi ilə iddiaçının istifadəsinə verilmiş hər birinin sahələri 12,88 kv.m təşkil edən 2 (iki) yaşayış otağının kirayəçisi olduqlarını təsdiq edən xx.xx.2023-cü il tarixli, 01 saylı “Mənzil kirayə müqaviləsinə” əsasən mülkiyyət hüququ yarandığından, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 və 10-cu maddələrinə əsasən, onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, 1-ci döngə, bina 9, mənzil 22-də Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsi ilə istifadələrinə verilmiş hər birinin sahələri 12,88 kv.m təşkil edən 2 (iki) yaşayış otağının kirayəçisi olduqlarını təsdiq edən xx.xx.2023-cü il tarixli, 01 saylı “Mənzil kirayə müqaviləsinə” əsasən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2371/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2371/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver