Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2377/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi (bacısı) X11 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilərək, ata adının İddiaçı1 kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2023-cü il tarixli arayışına əsasən X9 ilə X6 xx.xx.1962-ci il tarixdə Bərdə rayonu Mehdixanlı kənd icra nümayəndəliyində nikah bağlamışlar.
2. Evlənmək haqqında ИЕ № 354270 saylı şəhadətnaməyə əsasən X9 ilə X5 xx.xx.1962-ci il tarixdə Bərdə rayonu Mehdixanlı kənd sovetində nikah bağlamışlar.
3. xx.xx.1963-cü il tarixdə verilmiş АЗ № 266993 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı1 atası X9, anası X4r.
4. xx.xx.1973-cü il tarixdə verilmiş İ-ЖГ № 470836 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1973-cü il tarixdə doğulmuş İddiaçı2 atası X9, anası X4r.
5. Torpağa mülkiyyət hüququna dair JN 187 kod 61003018 saylı dövlət aktına əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarı ilə 3.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və onun ailə üzvləri İddiaçı1, X7, X20, İddiaçı2, X17 mülkiyyətinə verilmişdir.
6. İddiaçı1 doğum haqqında akt qeydində ata adının Valeh-dən Vəli-yə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməlidir.
7. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə edilmiş: - xx.xx.1962-ci il tarixdə 137 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı1 Valeh qızının atası X8, anası X4r; - 15.08.1973-cü il tarixdə 32 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.1973-cü il tarixdə doğulmuş İddiaçı2 Valeh qızının atası X8, anası X4r; - xx.xx.1962-ci il tarixdə 15 nömrə ilə qeyd edilmiş evlənmə haqqında akt qeydinə əsasən X9 ilə X1 rayonu Mehdixanlı kənd sovetində nikah bağlamışlar. II. Məhkəmədə icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və xx xxxxxx 1962-ci il tarixdə 137 sayla və 22 avqust 1973cü il tarixdə 32 sayla qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək, ata adlarının İddiaçı1 və İddiaçı2 kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 1962-ci ildə Bərdə rayonu Həsənqaya kəndində, İddiaçı2 22 avqust 1973-cü il tarixdə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşlar. X2, anaları isə X3r. Onların şəxsiyyət vəsiqələrində, şəhadətnamələrində, attestatlarında, dövlət aktında və bir çox sənədlərdə ata adları Vəli kimi qeyd olunsa da, lakin doğum akt qeydində texniki səhvlik edilərək ata adları Valeh olaraq qeyd edilmişdir. Ataları kənd içərisində Valeh olaraq tanındığından doğum haqqında şəhadətnamədə də ata adları səhvən Valeh olaraq yazılmışdır. Onlar doğum haqqında akt qeydində ata adının Valehdən Vəliyə dəyişdirilməsi barədə cavabdehə orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2377/2023 saylı qərardadı ilə iddianın İddiaçı2 münasibətdə mümkün sayılmaması qərara alınmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
20. İddiaçı məhkəmə iclasında bacısı olan nümayəndəsi X19 ilə təmsil olunmuş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı nümayəndəsi X19 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, aqrar islahat vaxtı onun atasına və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Onlar hazırda həmin torpaq sahəsini adlarına qeydə aldırmaq istəsələr də, bacısı Tahirənin doğum haqqında akt qeydində ata adı səhv olaraq Vəli əvəzinə Valeh kimi qeyd edildiyindən onlara imtina verilmişdir. Bütün sənədlərdə atasının adı Vəli kimi qeyd edilmiş, yalnız doğum akt qeydində yanlışlığa yol verilərək Valeh kimi yazılmışdır. Ona görə də Tahirənin doğum akt qeydindəki səhvin düzəldilməsinə zərurət yaranmışdır.
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh xx.xx.2023-cü il tarixli arayışı; - Evlənmək haqqında ИЕ № 354270 saylı xx.xx.1962-ci il tarixli şəhadətnamə; - Doğum haqqında АЗ № 266993 saylı xx.xx.1963-cü il tarixli şəhadətnamə; - Doğum haqqında İ-ЖГ № 470836 saylı xx.xx.1973-cü il tarixli şəhadətnamə; - Torpağa mülkiyyət hüququna dair JN 187 kod 61003018 saylı dövlət aktı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - xx.xx.1962-ci il tarixdə 137 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydi; - 15.08.1973-cü il tarixdə 32 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydi; - xx.xx.1962-ci il tarixdə 15 nömrə ilə qeyd edilmiş evlənmə haqqında akt qeydi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. İş materiallarından müəyyən olur ki, İddiaçı1 ona məxsus xx.xx.1962-ci il tarixli 137 nömrəli doğum haqqında akt qeydində ata adının texniki səhv olaraq Vəli əvəzinə Valeh kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində ata adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olmadı bildirilmişdir.
28. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
31. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Cavabdehndən əldə edilmiş xx.xx.1962-ci il tarixdə 137 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı1 atası X8, anası X4r.
32. Yəni, İddiaçı1 doğum haqqında akt qeydində ata adı Valeh kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının atasının adı Vəli kimi (X9) qeyd edilmişdir.
33. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı1 doğum akt qeydində səhvə yol verilmiş və iddiaçının ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir.
34. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı1 subyektiv hüququ pozulmuşdur.
35. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 doğum akt qeydinə düzəliş edilərək, ata adının Vəli kimi (İddiaçı1) qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı1 doğum akt qeydinə düzəliş edilərək, ata adının Vəli kimi (İddiaçı1) qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva