Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-239/2020 25.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İslam qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X11 rayon şöbəsi) qarşı kirayə haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2012-ci ilin avqust ayından 2019-cu ilin oktyabr ayınadək ona ödənilməli olan 8435 (səkkiz min dörd yüz otuz beş) manat kirayə haqqının Cavabdehndən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ uğrunda gedən döyüşlər zamanı xx xxxxxxxx 1992-ci il tarixdə tarvma almışdır. 2-ci qrup Qarabağ müharibə əlilidir. Cavabdeh başçısının xx xxx 2011-ci il tarixli, 90 nömrəli sərəncamı ilə Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 2019-cu ilin oktyabr ayında o, kirayə haqqının verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ona imtina məktubu ünvanlayaraq, hərbi xidmətdən ehtiyyata buraxılmasına əsas olan sənəd təqdim edə bilmədiyi üçün, Azərbayan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarının müddəalarının ona tətbiq etməyi mümkün olmadığını bildirmişdir. Cavabdehin ona imtinasını əsassız hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun ailəsi dörd nəfərdən ibarət olduğundan bu məbləğ 2019-cu ilin mart ayının 1-dək ayda 82,50 (səksən iki manat əlli qəpik) manat olmaqla 6435 (altı min dörd yüz otuz beş) manat olmaqla 2000 (iki min) manat, ümumilikdə 8435 (səkkiz min dörd yüz otuz beş) manat təşkil edir. Bundan sonra, iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iddia tələbinin həcminin artırılması, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 4-437/1999 saylı xx.xx.1999-cu il tarixli qətnaməsini nəzərə alaraq onu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı qərarının subyekti hesab edilməsini, qərar qanuni qüvvəyə mindiyi aydan (2012-ci il) başlayaraq ödəniləcək günədək (2020-ci ilin hansısa ayınadək) bütün yığılmış borc (ödənilməmiş kirayə haqqı) və sonrakı aylar üçün aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin cavabeh inzibati orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizənin qəbulundan imtina olunmuşdur. İddiaçı oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilir. Hər il aprel ayının 1-nə kimi mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında məlumat qərarın əlavəsinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin X11 və Kəpəz rayon şöbələri ilə razılaşdırılmaqla, X11 və Kəpəz Rayon İcra Hakimiyyətləri tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmasına əsas olan sənədi təqdim edə bilmədiyi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012ci il tarixli, 174 nömrəli Qərarının müddəalarını iddiaçıya tətbiq etmək mümkün olmamışdır. Cavabdehə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx xxxxxx 1998-ci il tarixli, 36/kb nömrəli arayışının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı həqiqətən N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 163 nömrəli əmri ilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinə daxil olmuşdur. Həmin dövrdən etibarən onun hərbi hissədəki xidməti haqqında və hərbi hissənin şəxsi heyətindən çıxması haqqında məlumat xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək hərbi hissənin arxiv sənədlərinin olmaması ucbatından təyin etmək mümkün deyil. - Azərbaycan Respublikası Səbail Rayon Xalq Məhkəməsinin xx xxxx 1999-cu il tarixli, 2-437 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikasının ehtiyatda olan baş leytenantı, Qarabağ müharibəsi İİ qrup əlili İddiaçı əlillik pensiyasının təyin edilməsi və onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və veteranlarına bütün imtiyazlarla və müavinətlərlə istifadə edən subyekt kimi hesab edilməsi Azərbaycan Respublikası Hərbi Komissarlığına tapşırılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx xxxxx 1998-ci il tarixli, 63 nömrəli arayışın surətindən görünür ki, baş leytenant İddiaçı xx xxxxxxxx 1992-ci il tarixdə Füzuli rayonu Yuxarı Veyisli kəndində gedən döyüşlər zamanı “Qapalı kəllə-beyin travması” olmuşdur. xx xxxxxx 1992-ci il tarixdə Divanlı kəndində ayağından qəlpə yarası almışdır. - Cavabdeh başçısının xx xxx 2011-ci il tarixli, 90 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 1 nömrəli binanın 24 nömrəli mənzilində yaşayan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X11 rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 022743 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 xx xxxx 2019-cu il tarixli, **********14 nömrəli arayışının surətindən görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X11 rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli, 138 nömrəli arayışının surətindən görünür ki, baş leytenant 2-ci qrup Qarabağ əlili, 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək Azərbaycan Respublikası Silhalı Qüvvələrində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X11 rayon şöbəsində zabitlərin arxiv qeydiyyatındadır. - Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, S-46-088 nömrəli məktubundan görünür ki, həri xidmətdən ehiyyata buraxılmasına əsas olan sənəd təqdim edə bilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli Qərarının müddəalarını iddiaçıya tətbiq etməyin mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərəzi Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 9/2-818 nömrəli arxiv arayışının surətindən, xx xxxxxx 2019-cu il tarixli, 9/2-20600 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 9/2-2207 nömrəli məktublarından görünür ki, RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 163 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, S- 48115 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsaəsn xx xxxxxx 1962-ci il tarixdə Azərbaycan Respublikası, Xanlar rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 122-5929- 1220 nömrəli məktubundan xx.xx.1962-ci il tarixdə Xanlar rayonu, Əli Bayramlı kəndində anadan olmuş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 1, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 Məlumat Mərkəzində məlumat yoxdur. - Füzuli Hərbi Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli, 17/802 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı barəsində hal-hazırda Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazilriyinin xx xxxxxx 2020-ci il tarixli, 1/S-3548 nömrəli məktubundan görünür ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən verilməmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx xxxx 2020-ci il tarixli, HP01/181 nömrəli məktubundan görünür kİ, 1962-ci il təvəllüdlü İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 xx xxxx 2020-ci il tarixli, **********45 nömrəli məktubundn görünür ki, 3 saylı X10 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlaraına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən İddiaçı və X2 adlarına hal-hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı öhdəliyinicrasıhaqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçı ərizəsində «Ehtyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarına istinad edərək əvvəlki illər üzrə, yəni 2012-ci ilin avqust ayından 2019-cu ilin oktyabr ayınadək ödənilməli olan kirayə haqqının ödənilməsini tələb etmiş, lakin həmin illər üzrə kirayədə qalması ilə bağlı hər hansı sübutu təqdim etməmiş, məhkəmə iclasında verdiyi izahatında isə tələb etdiyi illərdə və hazırda qohumuna məxsus evdə yaşadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istehfaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış yerinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Gəncə şəhərində 100 manat məbləğində yalnız nağdsız qaydada kompensasiya ödənilir. Qərarın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, iddiaçı Cavabdeh başçısının xx xxx 2011-ci il tarixli, 90 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınsa da kirayədə qalması, uçota alındığı və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən kirayədə qalmaqla kirayə haqqı ödəməsi barədə inzibati orqana və məhkəməyə hər hansı sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmənin qənaətinə görə, nə qədər ki, iddiaçı 2012-ci ilin avqust ayından 2019cu ilin oktyabr ayınadək kirayədə yaşaması ilə bağlı müvafiq sənədləri, yəni mənzil kirayə müqaviləsini Cavabdehnə və məhkəməyə təqdim etməmişdir, həmin aylar üzrə mənzil kirayə haqqının ödənilməsindən cavabdehin imtinası qanuna zidd sayıla bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X11 rayon şöbəsi) qarşı kirayə haqqının ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; -58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X11 rayon şöbəsi) qarşı kirayə haqqının ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-239/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-239/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver