Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-239/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 324 nömrəli qərarı (şəhadətnaməsi) ilə İddiaçı "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, veqetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit “B” (daşıyıcı)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı xx.xx.2013-cü il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal rezeksiyasından sonrakı hal. Hipertoniya xəstəliyi İİ mər. tez-tez təkrar olunan krizlərlə. Diabetik angiopatiya. Haliyeyopatiya. Xroniki gastroduodenit. Xr ipoxondrik nevroz vegetativ əlamətlərlə davamlı kəkələmə. Hepatit B” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə “Şəkərli diabet tip, ağır insulinə tələbli forma. OH diabetik angiopatiya. Diabetik polineyropatiya. Qalxanabənzər vəzin subtotal rezeksivasından sonrakı vəziyyət. Xr kolit disbanderioz kəskin gedişli ipoxondrik və vegetativ əlamətlərlə kəkələmə. Hipertoniya xəstəliyi İİ mərhələ tez-tez təkrar olunan krizlərlə. Hepatit B” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OH diabetik angiopatiya. Diabetik polineyropatiya” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə “Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Diabetik retinopatiya. OH diabetik angiopatiya. Diabetik polineyropatiya” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı əlillik vəziyyəti xxxxxxx0005 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ teztez təkrar olunan krizlərlə. Diabeto-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki gastroduodenit” diaqnozu ilə əlillik təyinatından “Göndərişin natamam doldurulması (Hədəf orqanlarda olan ağırlaşmalar ətraflı qeyd olunsun) səbəbi ilə imtina edilmişdir.
4. İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçı əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetik-retinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə göndəriş geri qaytarılmışdır.
6. İddiaçı əlillik vəziyyəti həmin göndərişə əsasən xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş və “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
7. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – E11.7 – İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip, İnsulinə tələbi olan; Yanakı xəstəliklər – E89.0 – Tibbi proseduralardan sonra əmələ gələn hipotiroidizm, Qalxanabənzər vəzin subtotal, subfarsial rezeksiyasından sonrakı vəziyyət (2007); Yanakı xəstəliklər – B18 – Xroniki virus hepatiti, Hepatit B, Qaraciyərin exinokokk invaziyası; Ağırlaşma – H36.0* - Diabetik-retinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir; Ağırlaşma – İ70 – Ateskleroz; Ağırlaşma – İ79.2*- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Hər iki aşağı ətrafın fiabetik angiopatiyası İİİ dərəcə. Xroniki işemiya; Ağırlaşma – G63.2* – Diabetik polineyropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya; Yanaşı xəstəliklər – İ11 – Ürəyin xəstəliyi, Hipertoniya xəstəliyi İİ tez-tez təkrarlanan krizlərlə; Yanaşı xəstəliklər – K29 – Qastrit və duodenit, Xroniki qastroduodenit, Xroniki hepatoxolesistit; Yanaşı xəstəliklər – F45 – Somatikləşdirilmiş pozuntu, Uzunmüddətli somatikləşmiş pozuntu. Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – F48.0 – Nevrasteniya, Nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə kəkələmə.
8. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı uzunmüddətli somatikləşmiş pozuntu, uzunmüddətli psixi xəstəlik diaqnozu ilə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicə almışdır.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2383 nömrəli tibbi rəyində diaqnoz “Uzunmüddətli somatikləşmiş pozuntu F45.0, Uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F62.1) kimi qeyd edilmişdir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T542/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.
11. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TSEk tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə qeyd edilmiş “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu xəstənin anamestik, kliniki, laborator-insturmental müayinələrin əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnozla əlaqədar onun bərpa müalicəsinə ehtiyac olsa da, xəstəliklər xroniki olduğundan tam sağalma ehtimalı yoxdur. Yuxarıda göstərilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əsaslar üzrə ikinci dərəcə əlilliyin təyininə deyil, üçüncü dərəcə əlillik təyininə əsas verdiyindən verilmiş qərarı düzgün hesab etmək olar.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T911/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.
13. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə "Psixi Sağlamlıq Mərkəzi" Phş-ində professor Fuad İsmayılov tərəfindən müayinə edilərkən ona "Uzunmüddətli somatikləşmiş pozuntu F45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F62.1, reabilitasiyaya əks göstərişlər yoxdur"; 14.07-xx.xx.2023-cü il tarixlərdə Akademik Mirqasımov adına Respublika kliniki xəstəxanasında "E11.7-şəkərli diabet tip 2 ağır forma; H36.0-OU-proliferativ diabetik retinopatiya; G63.2-diabetik polineyropatiya, 179.2-aşağı ətrafların diabetik angiopatiyası, B67.0-qaraciyərin residiv exinokokk kisti; S83.2-hər iki dizdə menisk yırtığı; İ20.8-ÜİX, stenokardiyanın digər növləri, İ10- hipertoniya xəstəliyi İİİ mər.; L50.1-xroniki idiopatik övrə; K76.0-hepatoz; K86- xroniki pankreatit; B17.0-"B" hepatitin virus gəzdiricisi"; 31.07xx.xx.2023-cü il tarixlərdə X2 "İpoxondrik pozğunluq, nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə" diaqnozları ilə müayinə və müalicələrdə olmuşdur. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "İpoxondrik pozğunluq, nevrasteniya kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası əlamətləri ilə" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin xəstəliklər (əsas diaqnozla yanaşı, yanakı xəstəliklər və ağırlaşmalar nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda göstərilən əsaslar üzrə ikinci dərəcə əlilliyin təyininə əsas vermir. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarının dəyişdirilərək xx.xx.2021-ci il tarixdən İİ əlilliyinin bərpa edilməsi və həmin tarixdən almadığı illərin və ayların pullarının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1994-cü il tarixdən 1997-ci il tarixə kimi Silah Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Mühafizə söbəsinə polis nəfəri vəzifəsinə təyin edilib, xəstəliyi ilə əlaqədar xidməti işini yerinə yetirə bilmədiyindən Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalında 6 ay stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinin 27 avqust 2013-cü il tarixli 1707/h saylı əmri ilə işdən azad olunmuşdur. İşdən azad olunmağının səbəbi ağır xəstəliklərinin olması olmuşdur. Bu tibbi sənədlərdən də tam təsdiq olunur. O, Azərbaycan Respublikası DİN-nin Şəmkir rayon Mühalizə Şöbəsinin göndərişinə əsasən Azərbaycan Respublikası DİN-nin Tibb Xüsusi həkim komissiyasınından keçirilmişdir. Həkim komissiyasının onun barəsində verdiyi N- 324 saylı xəstəlik haqqında şəhadətnamədə onun xəstəlikləri ilə bağlı diaqnoz "Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertaniya xəstəliyi İl mərhələ, tez-tez təkrar olunan krizislərlə. Diabetok-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit"B" (daşıyıcısı)" qoymuşdur. Bu qeyd olunan xəstəliklərlə bağlı X7 Komissiyası tərəfindən 2013-cü ilin sentyabr ayından ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun xəstəlikləri ilə bağlı İİ qrup əlillik təyin olunduqdan sonra hər il stasinonar müalicələr götürməklə TSEK-in komissiyasından keçmişdir. Ona İİ qrup əllik təyin olunmamışdan əvvəl xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixə kimi Endokrinoloji xəstəxanada, xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə və xx.xx.2013-cü il tarixdən, xx.xx.2013-cü il tarixə kimi Şəmkir rayon xəstəxanasında, xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2015-ci il tarixdən, xx.xx.2015-ci il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasında, xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. 2016-cı ilin sentyabr ayının 29-da TSEK növbəti müayinə vaxtı ona 5 il müddətinə İl qrup əlillik dərəcəyi təyin etmiş və həmin müddət xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Bu müddət ərzində o, xx.xx.2017-ci il tarixdən, xx.xx.2017-ci il tarixə kimi Respublika Əlillərin Bərpa mərkəsində reablitasiya kursu keçmiş, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi "Şagan" əlillər üçün pansionat müəssisəsində, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2019cu il tarixdən, xx.xx.2019-cu il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi DİN-nin tabeliyində olan A.Heydərov adına respublika hospitalında stasionar müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli poliklinikası tərəfindən 5 illik əlillik müddəti tamam olduğundan yenidən sistemə forma-88 göndərilmişdir. Həmin sənəddə onun bu müddət ərzində hansı tibb müəssisələrində stasionar müalicədə olmağı ətraflı qeyd edilmişdir. Nəticə olaraq diaqnoz: "İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla karli diabet İİ tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007) Hipertoniya xəstəliyi İİ mərhələ, teztez təkrarlanan krizislərlə. Diabetik-hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastrodiodenit. Xroniki hepetoxolesistid. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Hepatit B" AR DİN-nin XHK-nin xx.xx.2013-cü il tarixli 324 nömrəli XHŞ-yə əsasən qoyulmuşdur. Yanakı xəstəlikləri isə Ekhinococcus granulosus tərəfindən törədilən qaraciyər invaziyası, digər dəqiqləşdirilmiş hipotireozlar Tiroid vəzin subtotal rezeksiyası, Xroniki səthi qastrit qastropatiya. Hiatal herniya. Qida borusunun mikozu, İpoxondriz pozğunluq İpoxondrix pozğunluq, Delta amilsiz virus mənşəli xroniki B hepatiti, Bazu sümüyünün aşağı ucunun sınığı Sağ bazu sümüyünün yerdəyişməyən sınığı, Nevrasteniya kəskin gedişli, ipoxondrix və vegetativ əlamətlər, yüngül kəllə hipentenziyası əlamətləri ilə, Kəkələmə (hiqqana-hiqqana danışma), Miopiya, Essensial (birincili) hipentenziyadan ibarətdir. Bundan başqa gözləri 30 faiz görür. Akademik Z.Əliyeva adına Milli Ovtomologiya Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 6244 saylı tibbi rəyi ilə də tam təsdiq olunur. DİN-də KT nasaz olduğundan İstanbul Klinikasında xx.xx.2021-ci il tarixdə KT müayinəsində olmuşdur. Qaraciyərdə İVa və İV senqmentlərdə 9X11 sm ölçüdə exinokox kistası müəyyən edilmişdir. İİ və İİİ senqmentlərdə 12X10 sm exinokok kistası aşkar olunmuşdur. xx.xx.2002-ci ildə DİN Hospitalında cərrahiyyə şöbəsində qara ciyərin qiqant ölçülü exinokok kistasından əməliyyat olunmuşdur. DİN-nin Tibb İdarəsinin 25 may 2022-ci il tarixli göndərişinə əsasən 26 may 2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Psixi- Sağlamlıq Mərkəsinin baş direktoru, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin Baş psixatrı, professor Fuad İsmayılovun müayində olmuş və ona "uzunmüddətli somatikləşmiş pozuntu F-45.0, uzunmüddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi F- 62.1 diaqnozu qoyulmuşdur. F.İsmayılovun tibbi rəyi əsasında DİN-yi xx.xx.2022-ci il tarixdə 2 nömrəli kliniki psixatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə almışadır. X5 İnstitunda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müalicə almış və onun ayaqlarının keyləşməsinin EMQ müayinəsi aparılmışdır və ona G-632 dibetik polinevropatiya distal parez diaqnozu qoyulmuşdur. Bundan əlavə DİN-nin göndərişi əsasında Topçubaşov adına Xüsusi Elmi Cərrahiyyə mərkəzində Dopler və endrikonoloqun və cərrahın müayinəsindən keçmişdir. Cərrahın rəyinə görə 179.2 Aterosvlerdə hər iki tərəflərin peroferin agepoteyası İİİ dərəcə xroniki işemiyadır. DİN-nin A.Heydərov adına Hospitalında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Hospitalda kardiolioq tərəfindən ona koronor angioqrafiya məsləhət görüldü. Bunun əsasında o, xx.xx.2022-ci il tarixdə sığortanın göndərişi əsasında X6 xəstəxanasında koronar angioqrafiya olunmuşdur. Orada ona bildirmişlər ki, konservativ daimi müalicə, lazım gələrsə cərrahi müalicə olunmalısınız. Onun son vaxtlar hər iki dizində və belində ağrılar əmələ gəldiyindən yeriyə bilmədiyindən X3 tam müayinə olunub, həkimlərin göndərişi əsasında hər iki dizdən və bel omadan MRT olunmuşdur. Onun sağ və sol dizlərində aşkarlanan bayır yan bağın (LCL) femura birləşmə yerində yırtıq, lojasında ödem suprapetellər bursada (ACL) biffiz mikoid degenariyası, Medial meniskasun arxa buynuzunda İİ dərəcəli degenerasiya, leteral meniskusun arxa buynizinda İİ dərəcəli degenerasiya aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə isə müayinə zamanı bel nahiyyəsində L4-L5 səviyyəsində vertebral kanalın stenozu, L5-S1 interventebral diskin arxa, mərkəzi protuziyası aşkarlanmışdır. Sığortanın göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Gəncə Beynəlxalq xəstəxanasında KT müayinəsindən keçmişdir. Onda aşkarlanan qara ciyərində sol pay seqment İİİ-də ən geniş yerində 62X33 mm ölçülərdə bir-birinə birləşərək əmələ gələn 3 enokok kistası aşkar edilmişdir. O, bununla bağlı məcbur əməliyyat olunmalıdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Elmi X8 İnstitunda ayaq və bel nahiyyəsinə görə stasionar müalicə olunmuş və ona M170 birincili iki tərəfli qonortoz İ dərəcə, fəallıq İİ mərhələ, fC İİ dərəcə diaqnozu qoyulmuşdur. Yanaşı xəstəliyinin ağırlaşması C632, diabetik polinevropatiya M545 luşobboligiya iki tərəfli K76.1. E.11E.13. F.45.0 və F62.1. Ona bu qədər sağalmaz xəstəliklərin olmasına baxmayaraq Reablitasiya Agentliyinin qərarı başa düşülən deyil. Cavabdeh orqanın onun 2-ci qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin etməsini o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, polis orqanlarından ağır xəstəliyi ilə bağlı DİN-nin tibb müəssisəsinin müvafiq rəyi əsasında işdən azad olunmuşdur. 10 ildən artıqdır ki, o, Azərbaycan Respublikası DİN-nin A.Heydərov adına hospitalında hər il müayinə və müalicə olunduğunu, hazırda vizual görünüşdə də onun həqiqətən də 2-ci qrup xəstə olduğunu nəzərə almamış, tam qanunsuz və əsasız olaraq onun İİ qrup əlilliyini dəyişdirib, İİİ qrup əlillik təyin edilməsi yolverilməz olmaqla, onun Konstitusiyamızla nəzərdə tutulmuş ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyilə bağlı İİ qrup əlilliyinin dəyişdirilərək, İİİ qrup əlillik təyin edilməsini əsassız və qanunsuz hesab edir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli İİİ qrup əlillik təyin edilməsi barədə qərarın ləğv edilərək, İİ qrup əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə həmin tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.
18. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddət bərpa edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı oğtunun (FiN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 324 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Şəkərli diabet İl tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İİ mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit. İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə. Hepatit "B" (dasıyıcı)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, DİO-da xidmətkeçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri əllərinin əsməsindən, ayaqlarını hiss etməməkdən, yuxu pozğunluğundan, qarabasmalardan ibarətdir. Əyani müayinədə aşağı ətraf arteriyaralarında pulsasiya izləndi, tük örtüyü tökülməyib. Tənəffüsü sərbəstdir. Saturasiya 95%-dir. Ağciyərlərin üzərində vezikulyar tənəffüs eşidilir. Nəbzi 115 vurğudur. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Qarnı yumşaqdır. Deməsinə görə relanium, diazapeks, ayda 1 dəfə moditen depo-ineksiya istifadə edir. Bildirir ki qaranlıqdan qorxur, ruhlar onu boğmaq istiyir, gecələr qaranlıqda yatmır, işıqda yatır. Nevroloji statusu patologiyasızdır. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan"Şəkərli diabet İl tip, ağır forma, insulin tələbli. Qalxanabənzər vəzin subtotal, subfasial rezeksiyasından sonrakı hal (2007). Hipertoniya xəstəliyi İl mərhələ, tez-tez təkrar olunan krizlərlə. Diabeto-Hipertonik angiopatiya. Diabetik polineyropatiya. Xroniki qastroduodenit. Xroniki hepatoxolesistit" xəstəliklərinin ağırlaşması əlillik səviyyəsində təsdiqini tapmır. Əyani müayinədə həkim mütəxəsisin müayinəsinin nəticələrinə, anamnestik məlumatlara və DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika hospitalının epikrizlərinə əsasən şəhadətnamədə qeyd olunan "İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə" xəstəliyinin ağırlaşması əlillik səviyyəsində öz təsdiqini tapır və əlillik təyininə əsas verir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" nin 2.3.9 bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən 5 il (bes) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs üzrə elektron məlumat; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb Baş İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 324 nömrəli şəhadətnaməsi; - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2383 nömrəli tibbi rəyi; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T542/2023 nömrəli və xx.xx.2023-cü il tarixli T911/2023 nömrəli ekspert rəyləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0006 nömrəli göndərişə əsasən xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdən “İpoxondrik pozğunluq, Nevrasteniya, kəskin gedişli, ipoxondrik və vegetativ əlamətlər, yüngül kəllə hipertenziyası ilə” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
33. İddiaçı əlillik vəziyyəti xxxxxxx0007 nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Xroniki virus hepatiti, Hepatit B. Qaraciyərin exinokokk invaziyası. Diabetik-retinopiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU Proliferativ diabetik retinopiya. VİSOU-0.3k/etmir” diaqnozu üzrə “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə göndəriş geri qaytarılmışdır.
34. İddiaçı əlillik vəziyyəti həmin göndərişə əsasən xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş və “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
35. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçıya üçüncü dərəcə əlillik təyin edərkən iddiaçıya qoyulmuş diaqnozlardan yalnız "İpoxondrik nevroz, vegetativ əlamətlərlə, davamlı gedişlə. Kəkələmə" diaqnozunu əsas götürmüş, digər diaqnozların əlillik səviyyəsində təsdiqini tapmadığını əsas gətirmişdir.
36. İddiaçı bununla razılaşmamış və onun qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə yeni göndəriş rəsmiləşdirilsə də, “Göndərişin natamam doldurulması (Səhiyyə Nazirliyinin Oftalmologiya reyestrində heç bir məlumat yoxdur)” səbəbi ilə göndəriş geri qaytarılmışdır. İddiaçı həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə təkrar qiymətləndirilmiş və “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Uzun müddətli psixi xəstəlik nəticəsində yaranmış şəxsiyyət dəyişikliyi” diaqnozu ilə “Göndərişin natamam doldurulması (xx.xx.2021-ci il tarixli qərar qüvvədə saxlanılır)” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
37. Halbuki, iddiaçıda olan xəstəliklərdən (əsas diaqnoz, yanakı xəstəliklər və ağırlaşmalar yalnız psixi xəstəliklə bağlı olmamış, onun səhhətində insulin tələbli şəkərli diabet xəstəliyinin yaratdığı ağırlaşmalar və yanakı xəstəliklər də əlillik təyinatı səviyyəsində olmuşdur.
38. Qeyd edilən hallar isə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin qanunsuz və əsassız olduğuna dəlalət edir.
39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
40. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
41. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi olan şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) diabetik periferik angiopatiya (İ79.2*) (E10-E14) və şəkərli diabet çoxsaylı fəsadlarla (E10-E14) onun sonuncu dəfə qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır.
11.2. Şəkərli diabet E-10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. Qiymətləndirmə 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) E10-E14 diabetik periferik angiopatiya İ79.2* 11.2.5. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, 70- 2 il
2. XAÇ İİİ mərhələ 80 11.2.7. şəkərli diabet çoxsaylı fəsadlarla E10-E14 Qiymətləndirmə 11.2.7. orqan və sistemlərin təzahür edən çoxsaylı 65-80 2 il
2. pozuntuları ilə
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5 Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1 somatoform pozuntular F45.0 Qiymətləndirmə 7.5.1.2 2 il müddətində müşahidə edilən ağır, müalicəyə 65-80 2 il rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət
43. Göründüyü kimi, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.
44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qüvvədə saxlanılması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva