Məhkəmə qərarları › İş №2-1(114)-2390/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2390/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2390/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869/2024 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********485300 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi 149.250,61 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 447.425,71 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 298.175,10 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi 2019-cu ilin Gəlir vergisi bəyannaməsində 2019-cu ilin sonuna 4367797.75 manat mal qalığı göstərmişdir. xx.xx.2020 - xx.xx.2020-ci il aralığmdakı dövr ərzində 4288370.37 manat mal alışı olmuşdur. 2020-ci ilin 1-ci rübü ərzində əvvəlki ilin sonuna mal qalığını da nəzərə almaqla cəmi 8656168,12 manat mallardan vergi orqanının OVN yoxlaması zamanı ( xx.xx.2020) 3390703.84 manat mal qalığı aşkar edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********244200 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -98.146,45 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -70.749,22 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 27.397,23 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İF seriyalı 096279 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********5703 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İA seriyalı 128594 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (********** )-a 200.27 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İD seriyalı 898203 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ( ********** )-a 3.11 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İH seriyalı 942065 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ( ********** )-a 35.91 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İA seriyalı 128552 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (********** )-a 80.83 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İG seriyalı 229576 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ( ********** )-a 266.72 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İA seriyalı 128555 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V- TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ( ********** )-a 319.94 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İİ seriyalı 692903 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE&qııot; MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (********** )a 759.65 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********3853 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş U seriyalı 070586 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ( ********** )-a 250.25 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********14167700 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -111.207,50 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -94.029,24 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 17.178,26 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Öncəki dovr bəyannamə məlumatı: Təqdim edilmiş bəyannamənin 3, 4 və 5 nömrəli əlavələrin 301-3-cü, 302-3-cü və 303-3-cü topdan ticarət sətrində ƏDV nəzərə alınmadan 0.00 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri göstərilməsinə baxmayaraq, hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən ƏDV nəzərə alınmadan müəyyən edilmiş təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 820.48 manat təşkil etdiyi üçün 820.48 manat məbləğində fərq yaranmışdır. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 303560 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 18.66 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********1818 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 022980 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 45.96 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********1818 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 103535 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 228.80 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********1818 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAG seriyalı 847677 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 32.70 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********1818 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 336255 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 41.18 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********1818 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 731754 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 305.08 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********279500 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi 44.974,75 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 45.346,48 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 371,73 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAİ seriyalı 612220 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 23.51 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2237 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAİ seriyalı 786524 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə ( ********** )-a 61.20 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2239 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAJ seriyalı 278812 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 45.42 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2242 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAJ seriyalı 278814 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 57.43 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2242 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAJ seriyalı 278815 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 37.10 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2241 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAJ seriyalı 278819 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 15.38 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2242 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAE seriyalı 970290 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 228.81 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2244 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 568859 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 148.08 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2243 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAF seriyalı 871590 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 111.86 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2239 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAG seriyalı 161404 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 254.04 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********394100 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -79.349,93 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 12.708,31 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 92.058,24 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İE seriyalı 370722 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0836 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İE seriyalı 375686 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0835 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İE seriyalı 629076 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0836 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İE seriyalı 629624 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0835 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş 1F seriyalı 831863 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0836 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İF seriyalı 833069 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0835 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İJ seriyalı 081517 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0836 (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş HX seriyalı 483985 nömrəli elektron qaiməfaktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. **********0836 "V-TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VOEN: ********** ) tərəfindən təqdim olunmuş İA seriyalı 128555 nömrəli elektron qaiməfakturası (VHF-si) fərqli ƏDV məbləği ilə təqdim olunduğundan əvəzləşdirilə bilməz. **********2441 Təqdim edilmiş ƏDV bəyannaməsinin 303-cü sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən ƏDV-dən azad edilən əməliyyatlar üzrə 979.206,60 manat məbləğ göstərilməsinə baxmayaraq, ƏDV bəyannaməsinin 315-ci sətirinin “Əlavə dəyər vergisinin məbləği” sütununda Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməyə yol verilməyən hissəsində məbləğ göstərilməmişdir. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İH seriyalı 515279 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 67.65 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********0834 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İH seriyalı 938566 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 67.65 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********419700 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -352.327,36 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -157.806,84 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 194.520,52 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: 2020-ci ilin İyun ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) ( 7743.45 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) ( 716981.94 manat) cəmi məbləği 724725.39 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 387594.03 manat göstərildiyindən 337131.36 manat kənarlaşma yaranmışdır. 2020-ci ilin İyun ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDVsiz) (7743.45 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (716981.94 manat) cəmi (724725.39 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 0.00 manat) fərqi ( 724725.39 manat) və 307.1-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə" hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) ( 0.00 manat), bəyannamənin 3 nömrəli Əlavəsinin 301.1.1.8, 301.1.2.7 sətirləri üzrə dövr ərzində daxil olmuş avans məbləğlərinin ( 0.00 manat) cəmi 724725.39 manat olmasına baxmayaraq 301-ci "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətri üzrə daxil olmuş məbləğin 387594.03 manat göstərilməsi nəticəsində 337131.36 manat kənarlaşma müəyyən edilmişdir.Təqdim etdiyiniz bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 422.094,29 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 297.528,50 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır.Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İG seriyalı 473699 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 2.96 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********4906Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İH seriyalı 938566 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (********** )-a 323.14 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********4905Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş 1H seriyalı 938566 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 323.14 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********563800 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -45.400,36 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -45.159,12 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 241,24 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAN seriyalı 400405 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə ( ********** )-a 61.05 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. **********2003 Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAP seriyalı 500988 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə ( ********** )-a 180.20 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********233000 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -9.681,42 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -9.579,97 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 101,45 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Təqdim etdiyiniz bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 88.071,94 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 87.970,96 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********406200 nömrəli qərarına əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi -76.505,38 və ya sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş -76.484,00 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 21,38 haqqı məbləği Qeyd edilən qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsinə əsasən: Təqdim edilmiş bəyannamənin aid olduğu ay ərzində fəaliyyət göstərdiyiniz dövr üzrə əldə etdiyiniz e-qaimə fakturanın (e-VHF-nin) ləğv edilməsi, e-qaimə faktura üzrə mallann geri qaytanlması və mallann qaytanlması istisna olmaqla VM 163-cü maddəsinə əsasən təqdim edilmiş qaimələr üzrə qiymətin azalması üzrə ƏDV məbləği 21.38 manat olmasına baxmayaraq təqdim etdiyiniz bəyannamədə 324-cü Əvəzləşdirilən əməliyyatlann AZALDİLMASİNA görə ƏDV-nin bərpa edilən məbləği 0.00 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli, **********155913 nömrəli “Səyyar vergi yoxlaması”na əsasən, İddiaçı üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə: Əlavə dəyər vergisi Fevral 2019 - Yanvar 2022 MDSS - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - 1-ci rüb 2019 - 4-cü rüb 2019 Sumqayıt və Gəncə (0701) Sadələşdirilmiş vergi 1-ci rüb 2019 MDSS - Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq 1-cü rüb - 2-cü rüb 2019 fəaliyyəti ilə məşğul olan (0100) Ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2019 Ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2019 Muzdla işləyənləri işə götürən 3-cü rüb 2019 - 4-cü rüb 2019 sığortaedənlər Ödəmə mənbəyində tutulan vergi 1-cü rüb 2020 - 4-cü rüb 2021 Muzdla ilə əlaqədar ödəmə mənbəyində 2019-cü il tutulan vergi Muzdla ilə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 1-cü rüb 2020 - 4-cü rüb 2021 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) MDSS - Muzdla işləyənləri işə götürən 3-cü rüb 2019 - 4c sığortaedənlər (0112) İşsizlik sığortası üzrə rüblük hesabat (fiziki 1-ci rüb 2019 - 2-cü rüb 2019 şəxslər) Ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2019 xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən: Təfsilat Məbləğ - manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış və ya 25.500,84 sığorta haqqı Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 305.147,46 vergi və ya sığorta haqqı Əlavə hesablanmış vergi və ya sığorta 279.646,62 haqqı məbləği Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16.845836,02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin: 301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3 +301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1 sətrlərinə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16566189,4 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -279646.62 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları”na əsasən, İddiaçı VÖEN nömrəsi ********** olmaqla, vergi uçotu orqanı 12 saylı Ərazi Vergilər Baş İdarəsi və vergi uçotu orqanının ünvanı Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87-dir. Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilən 2024-cü il sentyabr vergi dövrünə aid “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 3”ə əsasən: Təqdim edilmiş mal, iş Daxil olmuş və xidmətlərin dəyəri Göstəricilər məbləğ (ƏDV (ƏDV nəzərə nəzərə alınmadan) alınmadan) Təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə ƏDV-yə cəlb olunan dövriyyələrin 1,695,181.05 1,712,389.22 məbləği CƏMİ Malların təqdim edilməsindən gəlir 1,695,181.05 1,712,389.22 Təqdim edələcək malların hesabına 1,695,181.05 1,712,389.22 əvvəlcədən alınmış ödənişləri Pərakəndə ticarət üzrə ƏDV-yə 18 faiz 1,671,795.72 1,671,795.72 dərəcə ilə cəlb edilən əməliyyatlar Topdan ticarət üzrə ƏDV-yə 18 faiz dərəcə 23,385.33 40,593.50 ilə cəlb edilən əməliyyatlar Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilən 2024-cü il sentyabr vergi dövrünə aid “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 5”ə əsasən: Təqdim edilmiş mal, iş Daxil olmuş Göstəricilər və xidmətlərin dəyəri məbləğ ƏDV-dən azad olunan əməliyyatların 243,739.16 243,739.16 məbləği CƏMİ VM-nin 164.1.27-ci maddəsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və 243,739.16 243,739.16 çörəyin istehsalı və satışı Pərakəndə ticarət üzrə ƏDV-dən azad 243,739.16 243,739.16 olunan əməliyyatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “ƏDV sub-uçot hesabından çıxarış”a əsasən, İddiaçı (VÖEN **********) ƏDV hesabatı xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər mədaxil(manatla) 297125.16 AZN, məxaric (manatla) 297537.58 AZN təşkil etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2120/2024 nömrəli qərarında əsasən İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-4760/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı iddiaçının iddiası təmin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya, apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 44869/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03 dekabr 2024-cü il tarixli, 3-21-2-18/2- 44869/2024 nömrəli qərarı ilə ona 2024-cü ilin sentyabr ayı üzrə 279 646,62 manat əlavə vəsait hesablanmışdır. Qərarda verginin hesablanma əsası kimi, qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01.20-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 16845836,02 manat məbləğdə olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim olunan cəmi bəyannamələrə əsasən, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 16 566 189,4 manat olması, təqdim olunan bəyannamələr üzrə ümumilikdə - 279 646,62 manat məbləğdə ƏDV-nin büdcəyə hesablanmadığının müəyyən edildiyi göstərilmişdir. Yəni, vergi orqanı tərəfindən, ƏDV tutulan dövriyyə 1 553 592,3 manat məbləğdə artırılmaqla əlavə vergi hesablanmışdır. İddiaçı qeyd edir ki, 2024-cü ilin sentyabr ayı üzrə onun tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə, 25 500,84 manat məbləğdə ƏDV hesablanmışdır. Cavabdeh vergi orqanının 03 dekabr 2024-cü il tarixli 3-21-2-18/2- 44869/2024 nömrəli həmin qərarını o, tamamilə qanunsuz və əsassız hesab edir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablamanın əsası kimi qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşma göstərilmişdir. Lakin, bu zaman, məhz hansı maliyyə əməliyyatının vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilməməsi, həmin əməliyyatın hansı qaimə faktura (qaimənin nömrəsi, tarixi göstərilməklə) və ya digər mühasibat sənədi ilə təsdiq edilməsi, həmin əlaqəli məlumatlarda hansı göstəricilərin aşkar olunduğu və bu göstəricilərin vergi ödəyicisinin hesabatının və onun fəaliyyətinin hansı meyarlarına uyğun gəlmədiyi qərarda qeyd olunmamışdır. Eləcə də, ödəyici tərəfindən vergilərin hesablanmasında hansı pozuntulara yol verildiyi, hansı əsasa görə hesablayıb ödəməli olduğu vergilərdən yayındığı sübuta yetirilmir. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə də əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqiaktlar göstərilməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilmədən onun vergi məsuliyyətinə cəlb edilməsinə dair inzibati akt qəbul edilmişdir. Yuxarıda göstərildiyi kimi, qərarda əlavə hesablama zamanı 01.01.20-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləğində yaranmış kənarlaşmaya əsaslanmışdır. Qeyd edilir ki, 01.01.20-ci ildən ötən 3 il 8 ay üzrə ƏDV bəyannamələri təqvim ayları üzrə əvvəlki hesabat dövrlərində vergi orqanına təqdim edilmiş və həmin bəyannamələr vergi orqanı tərəfindən kameral vergi yoxlamasından keçirilmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, “kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikincicümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.” Lakin hazırkı halda, 2020,2021,2022,2023 və 2024-cü ilin 9 ayı üzrə hesabat dövrünə görə 03 dekabr 2024-cü il tarixdə kameral vergi yoxlaması keçirilməklə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Bundan başqa, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan VM-nin 166-cımaddəsində ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt dəqiq təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə kameral vergi yoxlaması zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlaması həyata keçirilməsinin vergi bəyannaməsinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz) aparılacaq islahatların istiqaməti kimimüəyyən edilmişdir. Qeyd edək ki, kameral vergi yoxlaması zamanı vergi orqanı tərəfindən 30 günlük müddətin gözlənilməməsi və bu səbəbdən də hesablamanın ləğv edilməsi barədə formalaşmış məhkəmə təcrübəsi mövcuddur və analoji iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı məhkəmə baxışı zamanı təqdim olunacaqdır. Yuxarıda qeyd olunduğu kimi, kameral vergi yoxlaması zamanı 01.01.20-ci ildən sentyabr 2024-cü ilədək olan dövr ərzində ƏDV tutulan əməliyyatların məbləği təhlil edilməkə, müəyyən edilmiş dövriyyə fərqi sentyabr 2024-cü ilə aid edilmişdir. Halbuki, Vergi Məcəlləsində belə hesablama qaydası nəzərdə tutulmamışdır. Yalnız Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığıaşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlamasızamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Hazırkı halda isə, hesablama malların faktiki olaraq onun sahibliyində olmaması əsası və səyyar vergi yoxlaması ilə hesablanmadığından, bu maddənin indiki kameral vergi yoxlamasına tətbiq edilməsimümkün deyildir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Hazırkı halda, mübahisələndirilən qərarda xx.xx.2020-ci ildən sentyabr 2024-cü ilədək olan dövr üzrə əməliyyatların təhlili nəticəsində verginin hesablandığı göstərilmişdir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayıldığından, 03 dekabr 2024-cü ildə kameral vergi yoxlaması aparılarkən xx.xx.2020 - xx.xx.2021-ci il üzrə dövriyyəyə görə verginin hesablanması üçün müəyyən edilmiş 3 illik müddət ötürülmüşdür. Kameral vergi yoxlaması ilə təhlil edilən qarşılıqlı əlaqələrin aid olduğu hesabat dövrü (xx.xx.2020-ci ildən - sentyabr 2024-cü ilədək olan dövr) bundan əvvəl cavabdeh tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri ilə əhatə olunmuşdur. Belə ki, 12 saylı ƏVBİ tərəfindən 24 may - 07 iyun 2024-cü il tarixlərdə ona məxsus ticarət obyektlərində xronometraj metodu ilə müşahidə keçirilmiş və müşahidənin nəticələri xx.xx.2024-cü il tarixli 029366, 026532 və 026524 nömrəli yekun aktlarla rəsmiləşdirilmişdir. Sonrakı dövrlərdə verilmiş hesabatlardakı dövriyyələr xronometraj metodu ilə müşahidənin nəticəsinə uyğun bəyan edilmişdir. Qeyd edilir ki, iddiaçının əsas fəaliyyəti içki və tütün məmulatları daxil olmaqla ərzaq mallarının pərakəndə və topdan satışından ibarət olmuşdur. Satışın əsas hissəsi isə nəzarət-kassa aparatı vasitəsilə aparılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıda fevral 2019 - yanvar 2022-ci il üzrə ƏDV-nin düzgünlüyü yoxlanılmış və nəticəsi xx.xx.2023-cü il tarixli **********155913 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı əlavə vəsait yalnız “qara mühasibatlıq” sənədlərinə görə hesablanmış, qarşılıqlı əməliyyatların araşdırılmasına görə əlavə vəsait hesablanmamışdır. Qeyd edilir ki, vergi orqanının “qara mühasibatlıq” sənədlərinə görə vergi hesablaması əsassız olduğundan, vergi orqanının eyni tarixli - yəni, xx.xx.2023- cü il tarixli, **********176888 nömrəli həmin qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə ləğv edilmişdir. Göründüyü kimi, vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş və hesablamaları vergi orqanı tərəfindən təsdiq edilmiş dövr, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması ilə əhatə olunmaqla, yenidən əlavə vergi hesablanmışdır. Nəticədə isə dövriyyə ilə bağlı vergi orqanının birbirinə zidd 3 vergi nəzarəti aktı (xronometrajaktı, səyyar vergi yoxlamasıaktı və kameral vergi yoxlaması qərarı) mövcud olmuşdur. Əlavə olaraq bildirilir ki, vergi orqanı tərəfindən fərdi sahibkar olan iddiaçıya qarşı bu cür qanunsuz qərarların qəbul edilməsi məqsədli xarakter daşıyır və cavabdehin ona olan qərəzli münasibətinin nəticəsidir. Yuxarıda qeyd edilən kimi, bundan əvvəl cavabdehin 11 mart 2022-ci il tarixli, **********155312 saylı qərarı ilə fərdi sahibkar olan iddiaçının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qanunsuz qərarla ona ümumilikdə 1700997, 17(bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat məbləğdə borc hesablanmışdır. İddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPMin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869/2024 saylı qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası sonuncu dəfə xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişdir. İddiaçı və onun vəkil olan nümayəndəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə iddiaçının vəkil olan nümayəndəsi tərəfindən məhkəmyə göndərilmiş ərizədə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz daxil olmuş və bildirilmişdir ki, tərəflərindən qəbul edilmiş xx.xx.2024-cü il əsasən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin ********.02 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin: (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2. 3+301.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.4 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə -279646.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixə kimi vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, 279646.42 kənarlaşma aşkar edildiyi üçün uyğunsuzluqda qeyd edilmiş müvafiq dövr (2024-cü ilin sentyabr ayı) üzrə kameral hesablama aparılmışdır. Vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi dəlillərə münasibət olaraq bildirilmişdir ki, ilk olaraq vergi orqanının qərarı yazılı şəkildə əsaslandırılmaqla qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hazırkı iş üzrə vergi ödəyicisinin onlayn kassa, ədv depozit hesabı (geri qaytarmalar nəzərə alınmaqla), ədv bəyannamələri və təqdim edilmiş elektron qaimə fakturalar təhlil edilmiş, kənarlaşama aşkar olunduğdan qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi dövr üzrə, yəni 2024-cü ilin sentyabr ayı üzrə ƏDV məbləği hesablanmışdır. İddiaçının digər bir dəlili kameral vergi yoxlamasının keçirilməsi üçün müddətin ötürülməsi ilə bağlıdır. Hazırkı iş üzrə vergi ödəyicisi sonuncu olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixində 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2020 - xx.xx.2024-cü il dövrü üzrə ümumi olaraq 9.519.813,69 manat hesablanılmışdır. xx.xx.2024-cü il tarixli, **********187728 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğv edilməsi haqqında” qərara əsasən, İddiaçı üzrə keçirilmiş vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. xx.xx.2024-cü il tarixli, **********187754 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” qərara əsasən, İddiaçın vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmişdir. İddiaçının vəkil olan nümayəndəsi X1 əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********485300 nömrəli qərar; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********244200 nömrəli qərar; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********14167700 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********279500 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********394100 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********419700 nömrəli qərar; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********563800 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********233000 nömrəli qərarı; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********406200 nömrəli qərarı; - xx.xx.2023-cü il tarixli, **********155913 nömrəli “Səyyar vergi yoxlaması” haqqında qərar; - xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-44869/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilən 2024-cü il sentyabr vergi dövrünə aid “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 3”; - 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilən 2024-cü il sentyabr vergi dövrünə aid “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 5; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “ƏDV sub-uçot hesabından çıxarış; Əsaslandırma hissəsi: Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla İddiaçı üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ilə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmışdır. İddiaçı yuxarıda qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 4760/2023 nömrəli qərarı ilə vergi orqanının 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayət Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(104)-283/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(104)- 283/2024 nömrəli qərarından cavadeh tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2120/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı mühasibatlıq sənədlərinə əsasən vergi orqanı tərəfindən kameral vergi yoxlaması həyata keçirilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2024cü il tarixdə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin ********.02 manat olması, təqdim edilmiş bəyamnamələr üzrə ümumilikdə 292253.7 manat ƏDV-nin büdcəyə hesablanmadığın müəyyən edildiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla 279.646,62 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə, həmçinin iddiaya etirazda iddiaçının 2024-cü ilin sentyabr ayı üzrə xx.xx.2020-ci ildən xx.xx.2024cü ilədək olan dövrləri əhatə etməklə kameral vergi yoxlaması həyata keçirildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı 2024-cü ilin sentybar ayı üzrə yoxlama apardığından xx.xx.2021-xx.xx.2024-cü illər ərzində olan dövr üzrə yoxlama aparmalı olduğu halda qanunvericiliyin tələbini pozmaqla yuxarıda qeyd edilən dövr üzrə yoxlamanı həyata keçirmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869 nömrəli qərar müəyyən dövr üzrə həmçinin artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması əsası ilə də ləğv edilməlidir. Belə ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155312 nömrəli qərarla İddiaçı üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə fevral 2019-yanvar 2022-ci il üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, xx.xx.2023-cü il tarixli, **********1559136 nömrəli “Səyyar vergi yoxlaması” aktına əsasən 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı üzrə fevral 2019-yanvar 2022-ci il üzrə əlavə dəyər vergisi, 1-ci rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-Sumqayıt və Gəncə (0701), 1-cü rüb 2019-cu ilə üzrə sadələşdirilmiş vergi, 2019- 2021-ci il üzrə gəlir vergisi, 1-ci rüb 2019-2-ci rüb 2019- cu ilə üzrə MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan (0100), 3cü rüb 2019-cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 4-cü rüb 2019-cu ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 3-cü rüb 2019-4-cü rüb 2019-cu ilə üzrə muzdla işləyənləri işə götürən sığortaedənlər, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə ödəmə mənbəyindən tutulan vergi, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, 1-ci rüb 2020-4-cü rüb 2021-ci ilə üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 3-cü rüb 2019-4-cü rüb 2019-cü il üzrə MDSS Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), işsizlik sığortası üzrə rüblük hesabat (fiziki şəxslər) 1- ci rüb 2019-2-cü rüb 2019-cü il üzrə, ödəmə mənbəyindən tutulan vergi 2- ci rüb 2019-ci il üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla isə İddiaçı əlavə dəyər vergisi üzrə 760.258,64 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 380.129,33 manat, gəlir vergisi üzrə 373.739,47 manat və maliyyə sanksiyası olaraq ona hesablanmış 186.869,73 manat olmaqla, cəmi 1.700.997,17 (bir milyon yeddi yüz min doqquz yüz doxsan yeddi manat, 17 qəpik) manat vergi borcu hesablanmış, qeyd edilən qərar Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4760/2023 nömrəli qərarı ilə vergi orqanının 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarı ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayət Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(104)-283/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2-1(104)-283/2024 nömrəli qərarından cavadeh tərəfindən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2120/2024 nömrəli qərarı ilə təmin edilməmişdir. Hazırki iddia predmeti olan vergi orqanının xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-44869 nömrəli qərarı üzrə yoxlamanına aparıldığı dövrlə 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla yoxlamanın aparıldığı dövr qismən üst-üstə düşür. Belə ki, 29 sentyabr 2023-cü il tarixli, **********176888 nömrəli qərarla yoxlama 2019- 2021-ci illəri əhatə etdiyi halda, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869 nömrəli qərarla yoxlama xx.xx.2020-xx.xx.2024-cü illəri əhatə edir. Göründüyü kimi, məhkəmə qərarı ilə artıq həll edilmiş və qüvvəyə minmiş məhkəmə qərarına əsasən cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə (fevral 2019-cu il tarixdən yanvar 2022-ci il tarixədək) yenidən kameral vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt. Maddə 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Maddə 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati orqanın xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-44869 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2024-cü ilin sentyabr ayı üzrə 279646,02 manat əlavə dəyər vergisi hesablanmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış 279646,02 manat məbləğində fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2025/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2-1(102)-2270/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında da oxşar mövqe əks etdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869/2024 saylı qərar qanunsuz olduğundan ləğv edilməlidir. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

1. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-44869/2024 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar