Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2392/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı 18.05.1925-ci il təvəllüdlü Aza Abuladzenin doğum haqqında şəhadətnaməsinin təsdiq edilməsi və verilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək 18.05.1925-ci il təvəllüdlü Aza Abuladzenin doğum haqqında şəhadətnaməsinin təsdiq edilməsi və verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 12.11.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri götürülmüş sayılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iddia ərizəsinin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri götürülmüş sayılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı 18.05.1925-ci il təvəllüdlü Aza Abuladzenin doğum haqqında şəhadətnaməsinin təsdiq edilməsi və verilməsi tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2392/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2392/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver