Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2393/2025 07.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdehlər Cavabdeh və Gədəbəy rayon Zamanlı İcra Nümayəndəliyinə qarşı doğum haqqında şəhadətnamədə “Xəqani” adında düzəliş edilərək əvəzində “Qabil” adı və “03 iyul 1952-ci il” doğum tarixində düzəliş edilərək əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixini göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh və Gədəbəy rayon Zamanlı İcra Nümayəndəliyinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamədə “Xəqani” adında düzəliş edilərək əvəzində “Qabil” adı və “03 iyul 1952-ci il” doğum tarixində düzəliş edilərək əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixini göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, həmçinin iddiaçının tələbinin düzgün tələb olmasıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı 2 saylı Bakı şəhəri “ASAN Xidmət” X2 müraciət etmiş, 2 saylı Bakı şəhəri “ASAN Xidmət” X1 20 noyabr 2024-cü il tarixli 3-16-5/8-10xxxx/2024 nömrəli məktubu ilə adında və doğum tarixində uyğynsuzluq olduğundan təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə əsasən tərtib edilməmişdir. Belə ki, verilmiş iddia ərizəsində cavabdeh kimi Cavabdeh və Gədəbəy rayonu Zamanlı kənd İcra nümayəndəliyi qeyd edilsə də, iddia ərizəsinə həmin orqanlar deyil, 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubu əlavə edilmişdir. Həmçinin iddia ərizəsinə cabadehlər kimi qeyd edilən inzibati orqanlara (Cavabdeh və Gədəbəy rayon Zamanlı icra nümayəndəliyi) ərizədə göstərilən məsələ ilə bağlı hər hansı müraciət əlavə edilməmişdir. Eləcə də, 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçının həmin orqana təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etdiyi halda, məhkəməyə verilən iddia tələbində cavabdehlər Cavabdeh və Gədəbəy rayon Zamanlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnaməmdə “Xəqani” adında düzəliş edərək, əvəzində “Qabil” adı və “03 iyul 1952-ci il” doğum tarixində düzəliş edərək, əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixini göstərilməklə ona yeni doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş, iddiaçının nümayəndəsi (vəkili) Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş xx.xx.2024-cü il tarixli sərəncamında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan (müvafiq imtinanı verən orqan) inzibati orqan cavabdeh qismində (Cavabdeh və ya Gədəbəy rayon Zamanlı icra nümayəndəliyi və ya 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi) iddia ərizəsində qeyd edilməli olması, belə olan halda inzibati orqana müvafiq müraciət edilməli olması, müraciətə imtina cavabı verilərsə, həmin inzibati orqana qarşı, həmin orqana edilmiş müraciətlə eyni məzmunlu tələblə məhkəmədə iddia qaldırılmalı olması izah edilmiş və iddia ərizəsində olan formal xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Həmin sərəncamı iddiaçı xx.xx.2025-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza atmaqla qəbul etmiş, iddiaçının nümayəndəsinin (vəkilinin) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabinetinə isə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh və Gədəbəy rayon Zamanlı İcra Nümayəndəliyinə qarşı doğum haqqında şəhadətnamədə “Xəqani” adında düzəliş edilərək əvəzində “Qabil” adı və “03 iyul 1952-ci il” doğum tarixində düzəliş edilərək əvəzində “xx xxxxxxx 1951-ci il” doğum tarixini göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2393/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2393/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver