Məhkəmə qərarları › İş №2-1(114)-2394/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2394/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2394/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyətinə Gəncə Ak.Zülfüqar Məmmədov adına Xəstəxananın xx.xx.2015-ci il tarixli 0509003AABD4 saylı göndərişinə əsasən “X2 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapız izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində çapıq toxuma. Dirsək oynağının sümük ankilozu. Bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili bitişməsi, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapıq izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthi... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. İddiaçı əlillik vəziyyəti elektron təyinat əsasında qiymətləndirilmiş və “X2 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapız izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində çapıq toxuma. Dirsək oynağının sümük ankilozu. Bazu sümüyünün aşağı ucunun sınığı, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili bitişməsi, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol əlin hərəkətinin məhdudlaşması, sifətin sol yarısında çapıq izi, başın sağ alın payında çapıq, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthi... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2657/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N () saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət keçməsi və xx.xx.1992-ci il tarixdə Qubadlı rayonu ətrafında ermənilər tərəfindən atılan artileriya mərmisinin partlaması nəticəsində ağır yaralanması faktı təsdiq olunmuşdur.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərarı ilə İddiaçı "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

5. İddiaçı əlillik vəziyyətinə Gəncə Ak.Zülfüqar Məmmədov adına Xəstəxananın xx.xx.2022-ci il tarixli 0495003AAPLY saylı göndərişinə əsasən “X2 XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sifətin sol yarısının, sağ dirsək oynağının, sol əlin, sol budun, sağ diz oynağının yaralanmasından sonrakı çapıqları. Sağ bazu sümüyünün distal ucunun bitişmiş oynaqdaxili sınığı. Yuxarı ətraf əzələlərin hipotrofiyası. Sağ ətrafın Folkenan işemik konstrakturası. Mil-bilək oynağının və barmaqlarının kəskin açıcı-bükücü konstrakturası. Ətrafın qüsurlu vəziyyəti. Sağ diz oynağının posttravmatik artrozu. Bükücü 90 dərəcə konstrakturası. Sağ diz oynağının posttravmatik artrozu. Sağ yuxarı ətrafın kəskin funksiya pozulması. Sağ dirsək oynağının, sol əlin, sol budun, sağ diz oynağının valqus deformasiyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşdırılmış müalicə tövsiyyə olunur səbəbi ilə imtina edilmişdir.

6. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********9 nömrəli qərar qəbul etmişdir.

7. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 4252 nömrəli məsləhət vərəqində İddiaçı diaqnozu “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur.

8. “Azərbaycan X5 və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarında İddiaçı diaqnozu “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd edilmişdir.

9. İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxananın xx.xx.2022-ci il tarixli D00047268VNK saylı göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu.” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir.

10. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-1274/2023 nömrəli qərar qəbul etmişdir.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.

12. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Təqdim olunmuş iş materiallarında qiymətləndirmə nəticələri olmadığından onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi barədə fikir söyləmək mümkün olmadı. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Həmin diaqnozla onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb oluna bilər. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və xx.xx.2021-ci il taixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin aprelində hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi travma alaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ikinci qrup əlilliyi təsdiq edilmişdir. xx.xx.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnozu ilə təsdiq edilir ki, “Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çağıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” hərbi travma olmuş və Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Buna görə ona 2015-ci ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliyi xx.xx.2021-ci il tarixdən kəsilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixli qərarı ilə sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli imtina sənədi ilə məlumat verərək guya əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul etmişdir. Halbuki, bundan əvvəl Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnozu ilə təsdiq edilmişdir ki” o, “Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çağıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” hərbi travma olmuş və Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Buradan görünür ki, barəsində ziddiyətli diaqnoz qoyulmuş və onun müharibədə aldığı sümük sınıqları sağalmışdır. Buna görə onun əlillik əlaməti təyin etməmək adı ilə pensiyasını əsassız olaraq kəsmişlər. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Ona görə də inzibati məhkəməyə müraciət etməyə məcbur olur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayətə əsasən xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 1274/2023 nömrəli qərarla diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Həmin qərarın iddiaçıya rəsmi təqdim edilməsi müəyyən edilmir. İddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. 17.05.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri sağ yuxarı ətrafda hərəki məhdudluqdan olmuşdur. Müayinə zamanı müqavimət göstərmiş, barmaqlarını yığılı vəziyyətdə saxlamışdır. Əzələ gücü normal olmuşdur. Hərbi qərarda 1992-ci ildə travma aldığı qeyd olunsa da, müalicə və müayinə sənədləri son illəri əhatə etmişdir. Müalicə potensialının tükənmədiyini nəzərə alaraq, diaqnozun ağırlaşmasının dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qolunda hərəkət məhdudluğundan şikayətlənmiş, simulyasiya edərək əlini əyri vəziyyətdə sıxıb saxlamağı müşahidə edilmişdir. Müayinə zamanı sağ əlini açmağa müqavimət göstərmiş, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda atrofiya, parez, iflic izlənilməmiş, hərəkət məhdudluğunu tam simulasiya etmişdir. 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışda diaqnoz “Bədənin çoxsaylı qəlpə yaralarından sol əlin ll-İV barmaqlarının sifətin sol yarısının, başın sağ alın, üst dodağın çapıq toxumaları” kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 4252 nömrəli Məsləhət vərəqində diaqnoz “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli a/k **********/2247 nömrəli arayışda diaqnoz “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumat; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1625 nömrəli qərarı; - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan X5 və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli a/k ********** nömrəli və xx.xx.2022-ci il tarixli a/k **********/2247 nömrəli arayışları; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - Məsləhət vərəqi; - Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2657/2017 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli **********2 nömrəli, xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubları; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-32/2-98/2 nömrəli və xx.xx.2018-ci il tarixli 11 nömrəli arayışları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T647/2023 nömrəli ekspert rəyi.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1625 nömrəli Qərarı ilə İddiaçı "Sol əl pəncəsinin tenar nahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, saq baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

31. İddiaçı iki dəfə - X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə və X3 xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol əl pəncəsinin tenarnahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, saq bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozu qoyulmuşdur.

32. İddiaçı Gəncə Birləşmiş xəstəxanasında müxtəlif tarixlərdə - xx.xx.2019xx.xx.2019-cu, xx.xx.2020-xx.xx.2020-ci və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Əl və ayaq barmaqlarının qazanılma deformasiyaları" diaqnozu ilə, X9 Xəstəlikləri İnstitutunda xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə “Oynaqların kontrakturası” diaqnozu ilə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur.

33. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T455/2023 nömrəli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Təqdim olunmuş iş materiallarında qiymətləndirmə nəticələri olmadığından onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi barədə fikir söyləmək mümkün olmadı. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Həmin diaqnozla onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyac yoxdur, lakin zərurət yaranarsa müalicəyə cəlb oluna bilər.

34. Məhkəmə qeyd edir ki, ekspert rəyində də iddiaçının “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol əl pəncəsinin tenar nahiyəsində, sol əl pəncəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, sağ bazu sümüyünün distal epifızinin oynaqdaxili köhnə bitişmiş sınığı, dirsək oynağında sümük ankilozu” diaqnozu ilə onun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacının olmadığı göstərilmişdir ki, bu da iddiaçının sağalmadığını bir daha təsdiq edir.

35. Həmçinin, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 4252 nömrəli məsləhət vərəqində İddiaçı diaqnozu “Sağ bazu sümüyünün distal epimetafizinin oynaqdaxili qəlpəli əyri bitişmiş sınığın lateral konstitusion bitişmədiyi, sağ dirsək oynağının posttravmatik ağır forma artrozu, dirsək oynağının kəskin açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu ilə, hərəkət funksiyasının pozulması” kimi, “Azərbaycan X5 və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarında da İddiaçı diaqnozu “Sifətin sol yarısının sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sol budun, sağ diz oynağı nahiyəsinin odlu silah yaralanmasından sonrakı çapıqları, sağ bazu sümüyünün distal ucunun bitişməmiş sınığı, dirsək oynağının valgus deformasiyası, oynağın ankilozu, ətrafın Folkman işemik kontrakturası, yuxarı ətraf əzələlərinin hipotrofiyası, mil-bilək oynağının və barmaqların kəskin açıcı-bükücü kontrakturası, ətrafın qüsurlu vəziyyəti, sağ diz oynağının posttravmatik artrozu, bükücü (90 dərəcə) kontrakturası daimi ağrı sindromu, axsama, sağ yuxarı ətrafın funksiyasının kəskin pozulması” kimi qeyd edilmişdir.

36. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərkən Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş və həmin qərardan iddiaçının verdiyi şikayətə baxılarkən onun əyani müayinəsi nəticəsində də xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli qərarla diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qüvvədə saxlanılmışdır.

37. İddiaçı tələbində ona ikinci dərəcə əlilliyin təyin olunmasını xahiş edir. Lakin İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40-50 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

38. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

39. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

40. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

42. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların 13.3. Artrоzlаr M15 qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. - M19 Qiymətləndirmə 13.3.10. funksional əlverişsiz vəziyyətdə dirsək oynağının 40- Müddətsiz ankilozu, ikitərəfli zədələnmə zamanı 50

43. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol əl pəncəsinin tenarnahiyyəsində, sol əl pəncəsində 2-3-cü barmaqarası sahədə, sifətin sol yarısında, başın sağ alın nahiyyəsində, üst dodaq üzərində, sağ baldırın, orta 1/3-nin ön səthində, sağ diz oynağının ön səthində köhnə çapıq toxumalar, saq bazu sümüyünün distal epifizinin oynaqdaxili köhnə bitmiş sınığı, dirsək oynağında sümük ankilozu" diaqnozu üzrə “dirsək oynağında sümük ankilozu” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 40-50 faiz aralığındadır və bu da iddiaçıya orqanizminin funksiyalarının 40-50 faiz pozulması ilə bağlı müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

44. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1265 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizminin funksiyalarının 40-50 faiz pozulması ilə bağlı (İİİ dərəcə) müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar