Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2396/2022 28.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şəmkir rayon polis şöbəsinə qarşı (üçüncü şəxslər X10, X11 və X14) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şəmkir rayon polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X10, X11 və X6 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-104/2012 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, X2 xx.xx.2010-cu il tarixli Baş kredit müqaviləsi üzrə 14 530,04 ABŞ dolları əsas, 3 283,95 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində gecikdirilən günlər üçün hesablanmış penya borcu olmaqla, cəmi 18 113,99 ABŞ dolları məbləğində pul icra olunduğu gün manata məzənəsi ilə və 20 manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tutma xx.xx.2010-cu il tarixli 0072iр saylı ipoteka müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında yüklü edilmiş X3 mülkiyyətində olan Şəmkir şəhəri, Kür qəsəbəsi, Səməd Vurğun küçəsində olan 0,0838 ha torpaq sahəsində yerləşən 3 saylı evin, 27 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən 18 113,99 ABŞ dollarının manatla ekvivalenti həcmində pul borcun ödənilməsinə yönəldilməsi, mənzil satıldıqdan bir ay ərzində X12 və X7 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(104)-445/2012 saylı qətnaməsinə əsasən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-104/2012 saylı qətnaməsindən X12 və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-104/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-nin tərəfindən hərrac keçirilmiş, hərracın nəticələri haqqında xx.xx.2013-cü il tarixli Y-287 saylı yekun Protokoluna əsasən ilkin hərrac qiyməti 25 000 AZN olan ipoteka predmeti - X8 mülkiyyət hüququ əsasında məxsus Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 3 ünvanında yerləşən 27 nömrəli mənzil 15 938 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 3 ünvanında yerləşən 27 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışdan da görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 3 ünvanında yerləşən 27 nömrəli mənzil mülkiyyət hüququ ilə İddiaçı ASC-nə məxsusdur. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və digər iştirakçılar tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 3 ünvanında yerləşən 27 nömrəli mənzil boşaldılaraq İddiaçı ASC-nə təhvil verilmişdir. Lakin cavabdeh inzibati orqan qeyd olunan mənzildən üçüncü şəxsləri qeydiyyatdan çıxarmaması qanuni mülkiyyətçi olan İddiaçı ASC-nə öz mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Eyni zamanda gələcəkdə əmlakın qanuni mülkiyyətçisi kimi, onun hüquqi müqəddəratını müəyyən etmək, əmlakın özgəninkiləşdirilməsində yarana biləcək problemlərin və risklərin qarşısını almaq üçün üçüncü şəxslərin yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxarılmağa ehtiyac vardır. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə müraciət etsə də, tərəfindən ərizələri təmin edilməmişdir. İddiaçının nümayəndəsi X16 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslər ipoteka qoyanın bacısı və bacısının uşaqlarıdır, həmin ünvanda yaşamırlar, icra qurumu evi boşaldıb, heç kim yaşamır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərdən X5 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmiş, digər üçüncü şəxslərə isə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X10, X11 və X1 rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 3, mənzil 27 ünvanda qeydiyyatdadır. -Şəmkir rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 190-20916-1222 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 tam mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır və iddiaçı ona məxsus mənzildə formal qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilərək, həmin şəxslərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Şəmkir rayon polis şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X10, X11 və X6 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyi Şəmkir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2396/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2396/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver