Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2398/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Üçüncü şəxs X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X13, X17 və X18) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X13, X17 və X18) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6 və X8 adlarına yazılmış xx.xx.2005-ci il tarixli, JN-247A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, həmin şəhadətnamənin əsasında X4 (şəhadətnamədə kişi kimi, özü də tamam başqa soyadla göstərilmişdir), X6 və X8 adlarına yazılmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında xx.xx.2015-ci il tarixdə 4Ə-1271 nömrəli bağlanmış alqı-satqı müqaviləsini isə etibarsız hesab edib, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə sahibliyində olan torpağı onun adına dövlət qeydiyyatına almaq öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1916/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-397/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1916/2022 nömrəli qərardadı ləğv edilmiş və iş mümkünlük məsələsinin yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, iddianın yalnız birbaşa inzibati məhkəməyə aid olan hissəsinə baxılmasına (aidiyyətsiz hissəsinin isə baxılmasının qeyri-mümkün hesab edilməsinə) etiraz etmədiyini bildirmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 35 №-li qərarına əsasən Nizami adına Üzümçülük Sovxozunun xx.xx.1992-ci il tarixli, 79 №-li əmrinə əsasən ona fərdi ev tikintisi üçün ünvan 1inin ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. O zaman ev tikmək üçün kifayət qədər vəsaiti olmadığından ərazini çəpərləyib, əsas hissəsində ağaclar əkmiş (bağ salmış), kiçik bir hissəsində isə tərəvəz əkib, becərmişdir. Ötən 30 ildə həmin ağaclar böyüyüb bar verir. Qanuni sahibliyində olan torpaq sahəsində ev tikmək üçün maddi imkanı yarananda torpağı qeydiyyata aldırmaq istəmişdir. Aydın olmuşdur ki, bu günə kimi onun sahibliyində olan həmin 0,08 ha torpaq sahəsinə X14, X13 və X17 adlarında şəxslərə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı əsasında xx.xx.2005-ci il tarixli, JN-247A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə yazılmışdır. Şəfa adlı adam qadındır, özü də soyadı ”Abbasova”dır. xx.xx.2015-ci il tarixdə həmin torpaq sahəsini öz doğru adı ilə və uşaqları Xəyyam və Xəyalın adların ********** nömrə ilə qeydiyyata aldıran Şəfa Abbasovanı tapıb, söhbət etmişdir. Şəfa Abbasova torpağının ona səhvən verilməsini etiraf etmiş, təəssüflə demişdir ki, sahibliyində olan, yaxud ona verilməli olan torpağı qoyub, şəhadətnaməni onun torpağına vermişlər. Ona görə də torpağını onun adından çıxarmaq üçün ondan xx.xx.2021-ci il tarixli etibarnamə almışdır. Lakin onu həyata keçirə bilməmişdir. Aydın olmuşdur ki, bu qadın uşaqları ilə birlikdə onun torpağını xx.xx.2015-ci il tarixdə 4Ə-1271 № ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X18 adında şəxsə satmışdır. Yəni bu qadın onu aldadıb, mənasız etibarnaməyə pul xərclətmişdir. Etibarnamə ona görə mənasız imiş ki, orada torpağın həmmülkiyyətçisi kimi göstərilən Xəyalə və Xəyyam Abbasovların adları yox idi. Həm də ona məhkəməyə müraciət etmək hüququ verilməmişdi. Bir sözlə, bu qadın onu ikiqat aldatmışdı. Daşınmaz əmlakın dövlət reyestri xidmətindən öyrənmişdir ki, sənəd uyğun olmadığından alıcı Yaşar Qarayevə çıxarış verilməmiş, daha dəqiq desək, torpağını onun mülkiyyəti kimi qeydiyyata almaqdan imtina edilmişdir. Beləliklə, 30 il müddətində fasiləsiz olaraq onun təkbaşına sahibliyində olan, özü də o zaman ona qanuni verilən torpaq sahəsi ona hər hansı aidiyyəti olmayan yadların adlarındadır. Bu yadların biri də ona qarşı pretenziya verməmişdir, çünki aldıqları sənədlər qanunsuzdur. Qanunsuz olmasaydı, xx.xx.2005-ci il tarixli, JN-247A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə alan adam, gedib torpağını axtarar, ona sahib durardı. Həqiqəti sevən adam aldığı saxta mülkiyyət sənədini 10 il müddətində özündə saxlayıb, faktiki mövcud olmayan torpaq sahəsini Yaşar Qarayevə sırımazdı. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarında Şəfa Abbasovanın kişi kimi, özü də tamam başqa soyadla göstərilməsi həmin qərarın başdansovdu verilməsindən, həmin qərara və onun əsasında yazılmış şəhadətnaməyə rəğmən isə verilmiş çıxarışda “X14”nun “X10” kimi qeyd edilməsi bu sənədlərin saxtalığından, ən azı qeyri-ciddiliyindən xəbər verir. Belə sənədlər ona 30 il müddətində qanuni əsasla və fasiləsiz sahiblik etdiyi torpaq sahəsini dövlət qeydiyyatına aldırmağa mane olur. İş üzrə məhkəmə hazırlıq iclası 19 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş İddiaçı ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında vətəndaş “Torpağın mülkiyyətə verilməsinə dair” 04 yanvar 2005-ci il tarixli, JN-247A (KOD ********) nömrəli şəhadətnamə əsasında X7, X12 və X15 xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X10, X17 və X2 rayonu, Sərkar kəndi ünvanında yerləşən 0,08 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli, 4Ə-1271 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********53 nömrəli cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X18 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, qeyd edilən torpaq sahəsini almış və həmin torpaq sahəsi onun mülkiyyətindədir. Digər üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Hazırda mübahisə predmeti olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Həmçinin, hazırkı iddia ərizəsində mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənəd Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 nömrəli qərarıdır. Həmin qərar mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan məhkəmə hesab edir ki, qərar əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayıla bilməz. Bundan başqa, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında vətəndaş “Torpağın mülkiyyətə verilməsinə dair” 04 yanvar 2005-ci il tarixli, JN-247A (KOD ********) nömrəli şəhadətnamə əsasında X7, X12 və X15 xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X10, X17 və X2 rayonu, Sərkar kəndi ünvanında yerləşən 0,08 ha torpaq sahəsini xx.xx.2015-ci il tarixli, 4Ə-1271 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması öz təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X13, X17 və X18) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X10, X13, X17 və X18) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2398/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2398/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver