Məhkəmə qərarları › İş №2-1(114)-2398/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2398/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2398/2025 15.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1967-ci il tarixdə Daşkəsən rayonu, Zağalı kəndində anadan olmuş, həmin ünvanda da qeydiyyatdadır.

2. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinə qədər hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədən tərxis olunmuşdur.

3. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1985-ci il tarixdə verilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən: - xx.xx.1985-ci il tarixə əsasən, İddiaçı meşə təsərrüfat müdiri təyin edilmişdir. - xx.xx.1985-ci il tarixə əsasən, İddiaçı - meşə təsərrüfat müdiri hərbi xidmətə getdiyi üçün vəzifəsindən azad edilmişdir. - xx.xx.1988-ci il tarixə əsasən, İddiaçı hərbi xidmətdən qayıtdığı üçün təsərrüfata meşə gözətçisi təyin edilmişdir. - xx.xx.1989-cü il tarixə əsasən, İddiaçı - meşə gözətçisi daşıdığı vəzifədən azad edilmişdir.

4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, N-48-BRA/2-A-71- 1/2024 nömrəli arxiv arayışına əsasən: Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının arxiv sənədlərindən vətəndaş İddiaçı barəsində məlum olur: - 25.07.1989-cu il tarixli, 45-1k nömrəli əmrə əsasən, İddiaçı tab.1871 xx.xx.1989-cu il tarixdən təsərrüfat sahəsinə mexanik vəzifəsinə qəbul olunmuşdur. - 28.04.1995-ci il tarixli, 09-k nömrəli əmrə əsasən, İddiaçı - TMC-nin mexaniki xx.xx.1995-ci ildən həmin sexə 6-cı dərəcə ilə çilingər dəyişdirilsin. - xx.xx.2025-ci il tarixli, N-1-k nömrəli əmrə əsasən, İddiaçı iki aylıq orta əmək haqqı verməklə ştatın ixtisarı ilə əlaqədar olaraq xx.xx.1997-ci ildən işdən azad edilmişdir. - N1.07.2001-ci il tarixli, N0-k nömrəli əmrə əsasən, İddiaçı tab.№220 xx.xx.2001-ci il tarixdən EAT və ES nasos maşinisti keçirilmişdir. N (üç) dərəcə. - 09.11.2001-ci il tarixli, 4N-k nömrəli əmrə əsasən, İddiaçı tab.№220 xx.xx.2001-ci il tarixdən EAT və ES nasos maşinisti keçirilmişdir. N (üç) dərəcə. - xx.xx.200N-cü il tarixli, 24-k nömrəli əmrə əsasən, İddiaçı tab.№220 EAT və ES nasos maşinisti xx.xx.200N-cü il tarixdən həmin sexə 6 (altıncı) dərəcə ilə çilingər dəyişdirilmişdir. maşinisti keçirilmişdir. N (üç) dərəcə. - 07.01.2021-ci il tarixli, 01-k nömrəli əmrə əsasən, İddiaçı enerji sexinin avadanlıqlarının təmiri üzrə çilingəri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

5. Cavabdehin iddiaçının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlərinə xx.xx.2024-cü il tarixli, N-17-1/2-A-291N49/2024 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə vətəndaş İddiaçı dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır.

6. İddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona imtina cavabı verilmiş və imtinaya əsas kimi isə, iddiaçının işlədiyi iş yerindən arayışın təqdim edilməməsi olmuşdur. İddiaçı bildirir ki, onun işlədiyi müəssisə artıq fəaliyyət göstərmir. Belə olan halda o ləğv edilmiş müəssisədən necə arayış ala bilər. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası onun hüquqlarının kobud şəkiləd məhdudlaşdırılması deməkdir.

8. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, N-48-1NRA/1-58/2024 nömrəli məktuba əsasən, Azərbaycan Dağmədən Saflaşdırma kombinatının (Daşkəsən Filizsaflaşdırma ASC) rayox arxivində mühafizə olunan 11N №-li fondunun 2 və N saylı siyahıları yoxlanılmışdır. Məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2024-cü il tarixli, N-48-1NRA/1-58/2024 nömrəli məktuba əsasən, (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatının) "xxxx" ASC-nin arxiv sənədlərindən vətəndaş İddiaçı barəsində məlum olur ki, vətəndaş həmin təşkilatda işləmiş və aşağıdakı cədvəl üzrə əmək haqqı almışdır:

Aylar İllər üzrə 199 üzrə 1989 1990 1 1992 199N 1994 1995 1996 2001

11520.0 25440 Yanvar 75.57 1200 26066 0 Fevral 204 1008 1N728 -------- 25440 1NN1.0 22105.6 25440 Mart 204 N845 N 0 12480.0 Aprel 228 1512 -------- 9808 0 May 204 N978.9N 18744 1621 25440 18662.8 İyun 204 N624 5772 N1920 4 25N.0 İyul 204 4560 20400 12720 5 xx.xx.1995 - 5040 Avqust 240.60 228 4560 20400 12720 xx.xx.1995 0 Sentyab 2N5.2 1156 -ci ilə kimi5040 228 4560 48960 r 0 N öz 0 2N5.2 hesabına 5642 Oktyabr 204 6991.92 66912 12720 məzuniyyə 0 5 246.5 66445.6 N180 t 7056 Noyabr 192 7022 0 6 0 0 7920 Dekabr 192 216 15067 95N44 25440 1N0NN 0 Qeyd: 1991,1996-cı illərin əmək haqqı kitablarında işçilərin adlı siyahısının bir hissəsi cırıq, oxunmaz vəziyyətdə olduğuna görə vətəndaşın adını aydınlaşdırmaq mümkün olmadı.

9. Cavadbeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, N-17-1/2- N204N6/2024 nömrəli “M.A.Allahverdiyeva dair müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarına əsasən onun ümumi iş stajı 29 il N ay 10 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 4 ay 10 gün (xx.xx.1985-xx.xx.198-ci il, xx.xx.1985-xx.xx.1987-ci il (hərbi xidmət dövrü), xx.xx.1988-xx.xx.198-cu il, xx.xx.1989-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövlər), həmin tarixdən sonra 1N il 11 ay) təşkil edir.

10. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, N-21-N/2-61/2025 nömrəli “məlumatların təqdim edilməsi barədə” məktuba əsasən, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 214 nömrəli sərəncamı ilə “Metallurgiya" Dövlət Şirkətinin Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının bazasında yaradılmış "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Xidmətin arxivində saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış emissiya prospektinə əlavə olunmuş işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir.

11. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1N-10/2- 487/2025 nömrəli məktuba əsasən, sərəncamda adları sadalanan və xx.xx.2024-cü il tarixli, 2-1(114)-5199/2024 nömrəli məktubla "xxxx" QSC-yə təqdim olunmuş arxiv sənədində adları qeyd edilən maşinist və çilingər vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 2N yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vəzifənin dərəcəsi qeyd edilmədən əks olunmuşdur. Həmçinin həmin arxiv sənədində göstərilən TMC-nin mexaniki vəzifəsi Siyahıda qeyd edilməmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, N-17-1/2- 1N2240/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı mübahisələndirilən ümumi iş stajı yoxdur.

13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, N-25-29/2-1452/2025 nömrəli məktuba əsasən, məktubda İddiaçı 1990-1994-cü il tarixlərdə xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən xidməti barədə araşdırma aparıla bilmir. Qeyd edilir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2025ci il tarixinədək Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barəsində müraciət daxil olmamışdır.

14. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş cavadbehin nümayəndəsinə iddia tələbinə etiraz edərək, imtina məktununa uyğun izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu, bu səbəbdən iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə:

17. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. - Tətbiq edilən hüquq:

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.N. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 6N yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N5. İddianın mümkünlüyü N5.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. N5.N. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N0 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

21. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ilkin şərt, zəruri pensiya yaşına çatma halı yəni, qanunla müəyyən edilmiş yaş həddi mövcud deyildir. Buna görə də pensiya təyini üçün tələb olunan ikinci şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi faktı (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması faktlarının mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət qalmır.

22. Belə ki, qeyd olunan halla bağlı yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində normalar öz əksini tapmışdır.

23. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı şərtlər tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması (5 il azaldılmaqla) və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 stajının olması.

24. Hazırki işdə isə iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir.

25. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 il təşkil edir.

26. İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş və inzibati orqana müraciət etdiyi xx.xx.2024-cü il tarixdə tələb olunan pensiya yaş həddi 60 yaş (65 yaş-5 il=60 yaş) olmuşdur ki, iddiaçının həmin tarixdə yaşı 56 yaş 11 ay 1N gün təşkil etmiş, məhkəmə qərarının qəbul edildiyi günə, yəni xx.xx.2025-ci il tarixdə də iddiaçı qanunla müəyyən edilmiş 65 yaş həddinə çatmamışdır.

27. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə xx.xx.2027-ci il tarixdə çatacaqdır.

28. Göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya yaşına çatmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil.

29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N0 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

32. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N5 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar