Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2399/2023 14.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı dayandırılmış məcburi köçkün kimi aylıq müavinətın bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, dayandırılmış məcburi köçkün kimi aylıq müavinətın bərpa edilməsi vəzifəsinin Kəlbəcər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonunun Təkəqaya kəndində anadan olmuş, Kəlbəcər rayonu işğal olunanadək valideyləri ilə birlikdə orada yaşamışdır. Məcburi köçkün düşdükdən sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında müvvəqəti məskunlaşmışdır. Ailəsinin və onun məcburi köçkün statusu var, lakin buna baxmayaraq 2018-ci ildən onlara verilən məcburi köçkün kimi aylıq müavinət dayandırılmışdır. Səbəb kimi göstərilmişdir ki, 2016-cı ildə müvvəqəti Ukraynanın Odessa şəhərinə gedib orada 182 gündən artıq yaşamaları olmuşdur. Qeyd edilənləri əsas gətirib dayandırılmış məcburi köçkün kimi aylıq müavinətın bərpa edilməsi vəzifəsinin Kəlbəcər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2016-cı ildə müvvəqəti Ukraynanın Odessa şəhərinə qardaşıgilə gedib orada 182 gündən artıq yaşayıb 2021-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. İş üzrə cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarına əlavə edilmiş seriya AA 212074 nömrəli məcburi köçkün vəsiqəsinin surəti; - seriya AA 273453 nömrəli məcburi köçkün vəsiqəsinin surəti; -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli 3-38-33/2-2019/23 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikasından çıxmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. -Cavabdeh xx.xx.2023-cü il tarixli 587 nömrəli imtina məktublarından görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 3-38- 33/2-2019/23 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasından çıxmış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Qeyd edilən halı iddiaçı özü də təsdiq etmişdir. Qeyd edilməlidir ki, məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi qaydaları Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 127 mömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatla tənzimlənmişdir. Həmin Təlimatın 5.10-cu bəndinə əsasən “Məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilmir. Eyni zamanda Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda 01 yanvar 2017-ci ildən qüvvəyə minmişdir. Qeyd edilən Təlimatın:- -1.1-ci bəndinə əsasən işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№ li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -1.1-ci bəndinin 2-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (1№-li əlavəyə uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.2-ci bəndinin hissəsinə əsasən təsərrüfatbaşına kitabda məcburi köçkünlərin yerdəyişməsi barədə məlumatların düzgünlüyü yerli icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən yerli statistika orqanlarının nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və yerli icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar yerli icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır. -1.3-cü bəndinə əsasən məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. -2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilmir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Odur ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı dayandırılmış məcburi köçkün kimi aylıq müavinətın bərpa edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2399/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2399/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver