Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-24/2024 05.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı xx.xx.1975-ci il tarixdə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla Göygöl rayonu, Alıuşağı kəndində yaşayır. İddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə “Baş beynin ocaqlı travması. Keçirilmiş ağır qapalı beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Digər neqativ pozuntular. Asteno-nevrotik vəziyyət” diaqnozu əsasında Meyarların 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... bəndi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Abbas Səhhət adına xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0452003AALWU nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2016-cı il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: a) əsas diaqnoz S09– Başın digər və dəqiqləşdirilməmiş travmaları Baş-beyinin ocaqlı travması. Keçirilmiş qapalı kəllə -beyin travmasının. baş-beyinin orta dərəcəli silkələnməsinin. bədənin çoxsaylı müxtəlifyerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət. Tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə; b) ağırlaşmaları - XBT 10-a uyğun olaraq: G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya kəllədaxili hipertenziya. G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya Postravmatik ensefalopatiya İİ mərhələ. F44.5 -Dissosiativ konvulsiyalar Kəskin ifadəli asteno-nevrotik vəziyyət. İ63.3-Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı Serebrovaskulyar çatmamazlıq. c) Yanaşı xəstəliklər: M25.5 – Oynaqda ağrı Daimi olan ağrılarla; N41.1 - Xroniki prostatit . M17.5 - Digər ikincili qonartrozlar Sol diz oynagının artrozu Oynaqların kontrakturası Başən sag təpə nahiyyəsi. başın orta təpə nahiyyəsi. sifətin sag yarısı. M24.5 - sol alın nahiyyəsi. sol baldırın orta 1\3 -nin sol budun aşagı 1\3 -ninsol diz oynagının kontrakturası. E11 - İnsulindən asılı olmayan şəkərli diabet şəkərli diabet İİ tip orta agır forma Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından son. vəz. Həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə iddiaçı müayinə olunaraq Diaqnoz əlillik əlaməti təyin etmir. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0452003AALWU nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və "Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət, başın sağ təpə nahiyyəsi, başın orta təpə nahiyyəsi, sifətin sağ yarısı, sol alın nahiyyəsi, sol baldırın orta 1\3 -nin sol budun aşağı 1\3 -nin sol diz oynağının kontrakturası, sol diz oynağının artrozu, şəkərli diabet İİ tip orta ağır forma, başın digər və dəqiqləşdirilməmiş travmaları, baş-beyinin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin travmasının, baş- beyinin orta dərəcəli silkələnməsinin, bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə" diaqnozu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik vəziyyətinin təyininə əsas vermir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T73/2023 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X5 adına xəstəxananın poliklinika şöbəsində tərtib edilmiş göndərişdə qeyd edilən XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələri, Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, bədənin çoxsaylı odlu silah və digər silah növləri ilə yaralanmasından sonrakı vəziyyət, başın sağ təpə nahiyyəsi, başın orta təpə nahiyyəsi, sifətin sağ yarısı, sol alın nahiyəsi, sol baldırın orta 1/3-nin, sol budun aşagı 1/3 –nin, sol diz oynağının kontrakturası, sol diz oynağının artrozu, şəkərli diabet İl tip orta ağır forma, başın digər və dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çoxsaylı müxtəlif yerlərdən odlu silah yaralanmasından sonrakı vəziyyət, tez-tez baş verən vegetodamar paroksizmal krizlərlə. Diaqnozun mətni: şəkərli diabet İİ tip orta ağır forma, başın digar dəqiqləşdirilməmiş travmaları, baş beynin ocaqlı travması, keçirilmiş qapalı kal beyin travmasının, baş beynin orta dərəcəli silkələnməsinin, bədənin çoxsa müxəlifyerlərdən odlu silahla yaralanmasından sonrakı vəziyyət, tez-tez baş ve vegetodamar paroksizmal krizlərlə" diaqnozu şəxsin stasionarda müalicəsi zaman kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Akademik M.A.Topçubaşov adına X4 xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Qarın boşluğuna nüfuz edən güllə yaralanmasına görə laparotomiya əməliyyatından sonrakı vəziyyət (1993). Bitişmə xəstəliyi. Həzm sisteminin funksional pozulması. Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı" kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli 10903 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Odlu silah yaralanmasından sonrakı vəziyyət, ensefalopatiya. Kəllədaxili hipertenziya. On gicgah payda araxnoidal kista. Dissosiativ konversion pozuntu. Üzvi mənşəli labil pozuntu, koqnitiv funksiyaların enməsi ilə. Vertebrobazilyar arterial sistern sindromu" kimi qeyd olunmuşdur. Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16686/2023 nömrəli qərarı yuxarıda qeyd olunan sənədlər və xx.xx.2021-ci il tarixdə Abbas Səhhət adına xəstəxananın poliklnika şöbəsi tərtib edilmiş göndəriş əsasında iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəsi yenidən keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazda əyani müayinə nəticələrini qeyd etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına tərəfindən qanunla müəyyən olunmuş verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin iyul ayında, yəni təxminən 6 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əmel olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 31.1-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia qaldırmışdır. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iddiaçı iddiasında ona əlilliyin təyinindən imtina edilməsi ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkün iddia olmaqla, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə “Baş beynin ocaqlı travması. Keçirilmiş ağır qapalı beyin travmasında bədənin çoxsaylı müxtəlif yerlərinin odlu silahla yaralanmasından sonrakı vəziyyət. Digər neqativ pozuntular. Asteno-nevrotik vəziyyət” diaqnozu əsasında Meyarların 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetodamar paroksizmal krizlərlə bəndi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddətdən bitdikdən sonra iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə yenidən göndəriş tərtib edilmiş və qiymətləndirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi “diaqnozun əlilliyin əlaməti təyin etmir” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmamasının yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “MəhkəməTibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 791 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozunun düzgün olması və əyani müşahidə zamanı öz təsdiqini tapması göstərilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Belə ki, 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0-S06.9). Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi göndərişdə (Forma 088) iddiaçıya qoyulmuşdur “beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı Serebrovaskulyar çatmazlıq (İ63.3) diaqnoz 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndində qeyd olunan təsnifatlara uyğundur. Bu da iddiaçıda müəyyən olunan xəstəliyin əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2-ci dərəcə əlilliyin beş il müddətinə təyin olunması öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-24/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-24/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver