Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-24/2025 09.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə ayrılmış və hazırda Göygöl şəhəri, A.Kazımov küçəsinin sağ hissəsində yerləşən və faktiki istifadədə olan 150 kv.m torpaq sahəsi üzərində hüquqların qeydə alınaraq faktiki istifadəyə uyğun texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:
1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Goranboy rayonun Dəliməmmədli kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır.
2. Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya Xanlar şəhərinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən tikinti məqsədi ilə 150 kv.m torpaq sahəsi satılmışdır (2-ci bəndi).
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 1836 nömrəli, tarixsiz arayışına əsasən Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iddiaçıya satılacaq torpaq sahəsi Xanlar şəhəri ərazisinə aiddir, torpaq sahəsi Xanlar şəhərinin zona bölgüsünün İİ zonaya aid olmaqla cəmi 150 m2 –dir və normativ qiyməti 150.000 manatdır (AZM). Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.
4. 07.08.2001-ci il tarixdə Xanlar rayon Torpaq şöbəsinin müdir əvəzi H.Rzayev, rayon Baş Dövlət sanitar həkimi H.Kərimov, rayon PŞ-nin yanğından mühafizə bölməsinin rəisi A.Məhərrəmov, Xanlar bələdiyyəsinin müavini S.Abdullayev və iddiaçının iştirakı ilə bələdiyyənin yararsız torpaq sahəsindən 150 kv.m ayrılıb təmir sexinin və ehtiyat hissələr mağazasının tikintisinin aparılması üçün verilməsi məqsədə uyğun hesab edilmişdir, bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir.
5. Xanlar rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdir əvəzi tərəfindən bələdiyyəyə ünvanlanan xx.xx.2001-ci il tarixli, 151 nömrəli məktubunda bildirmişdir ki, Xanlar Bələdiyyəsinin yararsız torpaq sahəsindən yararsız torpaq sahəsindən 150 kv.metr ayrılıb iddiaçıya avtomobillərin təmiri sexinin və ehtiyat hissələr mağazasının tikintilərin aparılması üçün daimi istifadəyə alqı-satqı qaydasında verilməsinə etiraz etmir. Həmin torpaq sahəsi Xanlar şəhərinin zona bölgüsündə İİ zonaya aiddir.
6. İddiaçı tərəfindən 150.000 manat haqq Xanlar rayon BUS Bankının ******* saylı hesabına ödənilmişdir.
7. İddiaçı tərəfindən 150.000 manat haqq Xanlar rayon BUS Bankının ******* saylı hesabına ödənildikdən sonra Xanlar bələdiyyəsinin nümayəndəsi X8, torpaq alan iddiaçı və rayon şöbəsinin müdiri Rzayev Hicran Camal oğlunun iştirakı ilə xx.xx.2001-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. X23 və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2001-ci il tarixdə 02 nömrə ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan Aşıq Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 05 iyul 2003-cü il tarixli 1297 saylı sərəncamı ilə Xanlar rayonunda keçirilən tədbirlər sırasında Xanlar Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli Şura iclasında Xanlar şəhərində Aşıq Şəmşirin adına daşıyan xatirə bağının salınması qərara alınmışdır. Bu məqsədlə Xanlar rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı sərəncamı ilə qərara alınmışdır: 1) Xanlar şəhəri, Azay Kazımov küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişdiyi yerin sağ tərəfindən 50 x 60 kv.m ölçüdə torpaq sahəsi ayrılıb Aşıq Şəmşirin 110 illik yubileyi münasibəti ilə xatirə bağının salınsın. 2) Xatirə bağı salmaq üçün ayrılmış həmin ərazidə olan tikinti və obyektlər başqa əraziyə köçürülsün.
9. İddiaçıya Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarına əsasən tikinti məqsədilə ayrılmış 0,015 hektar torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə X20 kitabında 11384 nömrə ilə uçota alınmış JN: 0007 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət altı” tərtib edilmişdir. Torpaq sahəsinin kadastr göstəricilərinə əsasən torpaq sahəsinin faktiki ölçüsü 150,03 kv.m;dir. Əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir:
Döngə Koordinatları Döngə nöqtələri arasındakı məsafə nöqtəsi X Y Nöqtələr Məsafə (metrlə) 1 8612084.30 4494483.79 1-2 15.60 2 8612087.46 4494492.81 2-3 9.56 3 8612102.07 4494488.34 3-4 15.28 4 8612099.12 4494478.91 4-1 9.88
10. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, iddiaçının müraciəti xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır.
11. Göygöl rayonu Göygöl bələdiyyəsi cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli, 625 nömrəli məktubunda Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə iddiaçıya ayrılmış 150 m2 torpaq sahəsi A.Kazımov küçəsinin sağ hissəsində yerləşən sahəyə dəyişdirilmişdir.
12. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, ərzənizə əlavə olunmuş JN-7 saylı dövlət aktında qeyd olunan torpaq sahəsinin isə dövlət mülkiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.
X7 dair sənədlər:
13. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 310 nömrəli “Bələdiyyə mülkiyyətindən sahibkarlıq fəaliyyəti məqsədilə 98,4 m2 torpaq sahəsi satılması barədə təqdim edilmiş” rəyinə əsasən X2 nəzərdə tutulan torpaq sahəsi 98,4 m2 olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir, satılması nəzərdə tutulan torpaq sahəsi şəhərdaxili olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun zona bölgüsündə İİ zonaya aiddir.
14. xx.xx.2007-ci il tarixdə DT və XK-nin rayon şöbəsinin mütəxəssisi, X21 Yanğın Nəzarət İdarəsinin Böyük İnspektoru daxili xidmət kapitanı, Rayon Baş Sanitar Həkimi, Xanlar bələdiyyəsinin üzvü və T.Abbasovanın iştirakı ilə bələdiyyənin yararsız torpaq sahəsindən 98,4 kv.m ayrılıb X1 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin alqısatqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir, bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmişdir
15. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 354 nömrəli, tarixsiz arayışına əsasən Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 129 saylı qərarı ilə X1 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsi Gəncə-Qazax rayon zonasına aiddir, torpaq sahəsi cəmi 98,4 m2 –dir və bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır.
16. X9 tərəfindən 280 manat haqq Xanlar rayon Kapital Bankının hesabına ödənildikdən sonra Xanlar bələdiyyəsinin nümayəndəsi X10, torpaq alan X9 və rayon şöbəsi mütəxəssisi X11 iştirakı ilə xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. X23 və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1481 nömrə ilə qeydiyyata
17. Göygöl şəhərində yerləşən 0,0098 hektar torpaq sahəsi – **********07 reyestr nömrəli daşınmaz əmlak üzərində X5 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
Məhkəmə mübahisəsi:
18. İddiaçı cavabdehə qarşı “Göygöl şəhərində yerləşən 0,015 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
20. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Göygöl Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə ayrılmış və hazırda Göygöl şəhəri, A.Kazımov küçəsinin sağ hissəsində yerləşən və faktiki istifadədə olan 150 kv.m torpaq sahəsi üzərində hüquqların qeydə alınaraq faktiki istifadəyə uyğun texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar şəhər Bələdiyyəsinin 10 iyul 2001-ci il tarixli, 08 saylı qərarı əsasında bələdiyyənin mülkiyyətində olan 0.015 ha tikinti təyinatlı torpaq sahəsi iddiaçı ilə alqı-satqı edilərək satılmışdır. xx.xx.2004-cü il tarixdə həmin torpağa dair iddiaçıya JN-0007, KOD 50801004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçıya veriləndən sonra həmin torpaqda ticarət məqsədi ilə tikinti aparmışdır. Lakin hazırda iddiaçı torpaq sahəsinə çıxarış ala bilmədiyi üçün tikintiyə də müvafiq sənədlər ala bilmir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. İmtinaya səbəb kimi faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən kənarda yerləşməklə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin JN-0007, KOD 50801004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan torpaq sahəsinin isə dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunur.
23. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya sənəd üzrə verilən torpaq sahəsi parkın ərazisinə düşür. Dövlət aktında koordinatlar düzgün işlənilməmişdir. İddiaçı 2001-ci ildən tikintiyə başlamış, lakin tikintiyə dair sənədi yoxdur. İddiaçıya təqdim edilən yer faktiki istifadə etdiyi torpaq sahəsi olmuşdur (xx.xx.2024-cü il tarixli iclasda). İddiaçı iləə Tamella Abbasovanın torpaqları yan-yanadır. İddiaçının texniki sənədi olmasa da, ona torpaq sahəsi verilmişdir. İddiaçı veterandır, sənədləşmənin düzgün aparılmaması onun günahı deyildir (xx.xx.2025ci il tarixli iclas).
24. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1701/2023 nömrəli məktubunda bildirmişdir ki, "Torpağa mülkiyyət hüququna dair" JN 007 nömrəli, KOD 50801004 Dövlət aktına əsasən 0,015 ha torpaq sahəsini tikinti məqsədi ilə ayrıldığı qeyd olunmuşdur, lakin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, Dövlət aktında qeyd olunmuş koordinatlar əsasında torpaq sahəsinin sənayə, nəqliyyat, ycan Respublikası rabitə, müdafiə və digər təyinatlı dövlət mülkiyyətinə məxsus (uqodyası ictimayi tikilnaltı uqodyası-elektrik yarımstansiyası) torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən) edilmişdir. İddiaçı Muxtar oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsində kənarda yerləşdiyi X5 (**********07 reyestr nömrəli) mülkiyyətində olan torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquq larda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli **********67 nömrəli cavab məktubu ünvanlanmışdır.
25. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3115/2023 nömrəli etirazında bildirmişdir ki, təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Müayinə baxışı zamanı vətəndaşın faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu müəyyən olunmuşdur. Belə ki, vətəndaşın iddia etdiyi faktiki torpaq sahəsi, məqsədli istifadəsi yaşayış məntəqələri olan xüsusi mülkiyyət torpağı olmaqla, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən adına çıxarış verilmiş X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bununla yanaşı, sənəd üzrə torpaq sahəsi məqsədli istifadəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olan dövlət mülkiyyəti torpağı ilə üst-üstə düşür.
26. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1598/2023 nömrəli qərardadı ilə X9 və Göygöl rayonu Göygöl bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
27. Məhkəmə sorğusuna cavab olaraq Göygöl rayonu Göygöl bələdiyyəsi xx.xx.2023cü il tarixli, 50 nömrəli məktubunda bildirmişdir ki, dövlət aktı işlənərkən torpaq sahibinin məlumatı olmadan torpaq koordinatları səhv olaraq kənar əraziyə işlənilmişdir. Həmin məktuba əlavə edilmiş orto-fotodan çıxarışdakı koordinatlar aşağıdakı kimi göstərilmişdir:
Döngə Koordinatları nöqtəsi X Y 0 611910.530 4492256.732 1 611914.153 4492244.792 2 611902.735 4492241.077 3 611889.119 4492252.519
28. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsinin sədri X10 izahatında bildirmişdir ki, Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi satılmış, həmin torpaq sahəsi heç kimə satılmamış, xüsusi mülkiyyətdə olmamışdır. Tamilla Abbasovaya məxsus torpaq sahəsi başqa torpaqdır, iddiaçıya satılan torpaq sahəsi ilə əlaqəsi yoxdur.
29. Üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
30. Məhkəmə sorğusuna cavab olaraq Göygöl rayonu Göygöl Bələdiyyəsi xx.xx.2024cü il tarixli, 278 nömrəli məktubunda bildirmişdir ki, iddiaçıya Xanlar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 saylı qərarı ilə 150 m2 torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsi yerləşdiyi ərazidə, 2003-cü ildə Aşıq Şəmşirin abidə kompleksi tikildiyindən, torpaq sahəsinin yerinin dəyişdirilməsi zərurəti yaranmışdır. xx.xx.2001-ci il 08 saylı bələdiyyə qərarının məzmunununda dəyişiklik aparılmasına ehtiyac olmamış, lakin torpaq sahəsinin yerinin dəyişdirilməsi ilə bağlı 01 avqust 2003-cüi il tarixdə yeni yer quruluşu sxemi işlənib təsdiq edilmişdir. (sxem əlavə olunur). Həmin sxemdə torpaq sahəsi hazırda fəaliyyət göstərən mağaza tikintisi ilə üst-üstə düşür.
31. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1598/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
32. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmamasını xahiş edirəm.
33. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-74/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
Məhkəmə prosesi gedişində əldə edilən sənədlər:
34. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1598/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.
35. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8392/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, 1) Xanlar rayon Xanlar bələdiyyəsi tərəfindən xx.xx.2001-ci il tarixli 08 saylı qərarı ilə, İddiaçı Muxtar oğluna satılmış, Göygöl şəhərində yerləşən 150.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş JN: 0007 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi, dövlət mülkiyyətinə aiddir. 2) Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilb-dəyişdirilməməsi barədə, idarəmizin istifadəsində olan elektron baza və arxiv sənədlərində məlumat mövcud deyildir. 3) İddiaçının faktiki istifadə sahəsi ilə, JN: 0007 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən torpaq sahəsi, üst-üstə düşmür. 4) Xanlar rayon Xanlar bələdiyyəsi tərəfindən xx.xx.2001-ci il tarixli 08 saylı qərarı ilə, İddiaçı Muxtar oğluna satılmış, Göygöl şəhərində yerləşən 150.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş JN: 0007 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən və digər ərazidə yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı. 5) Qeydə alınması nəzərdə tutulan yəni, iddiaçının faktiki istifadəsində olan dövlət mülkiyyətinə aid, 150.0 kv.m torpaq sahəsinin, hər-hansı digər şəxslərin, mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərldə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. 6) Rəy hazırlanarkən, iddiaçının naturada təqdim etdiyi sahəyə, JN: 0007 (KOD 6. ********) saylı Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən koordinatlara, Xanlar rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli kompleks yerquruluşu layihəsinə, Xanlar rayonu X17 ərazisində aparılmış torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaların invettarlaşdırılmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu planına, daşınmaz əmlaklara (torpaq sahəsi və tikili) dair istifadəmizdə olan elektron məlumat bazasına və həmin bazaya inteqrasiya edilmiş torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-c1 il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur.
36. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7699 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir.
37. Məhkəmə iclasında dindirilən rəy verən mütəxəssis X3 edənin suallarına cavab olaraq bildirmişdir ki, dövlət aktında əks olunmuş torpaq sahəsi ilə iddiaçı tərəfindən faktiki istifadə edilən torpaq sahəsi aralıdır. Hər iki torpaq sahəsi dövlət mülkiyyətindədir. İdarədə 2002, 2003, 2009, 2016-cı illərin yerquruluşu planları mövcuddur ki, həmin kadastr məlumatlarında dövlət torpağıdır. 2001-ci ilə dair torpağın təyinatını müəyyən etməyə sənəd mövcud deyildir.
38. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-16RA/2-İM-73-8/2024 nömrəli məktubunda bildirmişdir ki, Xanlar rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı protokolu (qərarı) və ona aid digər sənədlər rayon Dövlət arxivində mühafizə edilən 2003-cü ilə aid sənədlərin (qərarların) içərisində aşkar edilməmişdir.
39. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-74/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır.
40. 27.05.2025-ci il tarixli, 3-21-3-33/2-5630/2025 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi barədə, İdarənin istifadəsində 2001-ci il tarixə dair məlumatlar qeyd olunmuş xəritə və layihə materialları mövcud deyildir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar rayonu X17 ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, ictimai tikili ərazisi, Göygöl bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaların invettarlaşdırılmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu planında, dövlət mülkiyyətində olan ictimai tikili ərazisi olaraq göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, müəssisələrin, təşkilatların və idarələrin istitadəsində olan torpaqlar olaraq göstərilmişdir. xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********07 reyestr nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olmuş torpaq sahəsinin yerləşdiyi ərazi barədə, istifadəmizdə 2001-ci il tarixə dair məlumatlar qeyd olunmuş xəritə və layihə materialları mövcud deyildir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, Göygöl bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaların invettarlaşdırılmasına dair tərtib olunmuş 2009cu il tarixli yerquruluşu planında, dövlət mülkiyyətində olan ictimai tikili ərazisi olaraq göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, sözügedən torpaq sahəsi, xüsusi mülkiyyətdə olan (sənəd nömrəsi, xx.xx.2013-cü il tarixdə X5 adına qeydə alınmış plan və ölçü sənədinin kadastr nömrəsi-**********1188 qeyd edilmişdir) yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlarda yerləşən qeyri yaşayış binasının ərazisi olaraq göstərilmişdir.
41. Məhkəmə sorğusuna cavab olaraq Göygöl rayon Dövlət Arxivi xx.xx.2025-ci il tarixli, 3-48-16-RA/2-86-8/2025 nömrəli məktubunda bildirmişdir ki, Göygöl rayon İcra hakimiyyəti Başçısının 2003-cü ildə Göygöl şəhərində Aşıq Şəmşir adına mədəniyyət və istirahət parkının salınması ilə əlaqədar qəbul edilmiş sərəncamlar, əmrlər və digər sənədlər aşkar edilməmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xanlar rayonu Xanlar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarı ilə ona ayrılmış 150 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İşin faktiki hallarından görünür ki, iddiaçının istinad etdiyi qərarla iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsi ayrılmış, bu hal JN-07 saylı, 50801004 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Hazırda iddiaçı dövlət aktındakı torpaq sahəsi üzərində Aşıq Şəmşir adına daşıyan xatirə parkı salındığını, bu səbəblə bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə torpaq sahəsinin yerinin dəyişdirildiyini iddia edərək, faktiki istifadəyə uyğun olaraq ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1.Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları üzərində hər hansı hüququn həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi qaydalarla tənzimlənir. Bu torpaqlar yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin balansında olan əraziləri əhatə edir və onların istifadəsi, icarəyə verilməsi və ya mülkiyyətə keçirilməsi qanuni əsaslarla mümkündür. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə və ya istifadə hüququ, qanun çərçivəsində həm cəmiyyətin maraqlarını, həm də fərdi mülkiyyət hüququnu təmin edən vacib mexanizmdir. Bu mexanizm isə daha dəqiq desək, torpaq sahələrinin ayrılması proseduru “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində bələdiyyə orqanları tərəfindən qəbul olunmuş aktlar hüququn yaranmasının əsaslarından biri kimi göstərilsə də, həmin normada, həm də həlledici şərtlərdən biri kimi sözügedən aktların qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi şərti təsbit olunmuşdur. Buna görə, istənilən bələdiyyə qərarı deyil, yalnız qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar hüquq müəyyənedici sənəd dəyərinə malikdir. Bu, qanunçuluq prinsipindən irəli gəlir. Qanunçuluq prinsipinin şərtinə cavab verə bilməsi üçün qərarın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi ilə yanaşı, həm də qanunvericilikdə müəyyən edilmiş şərtlərə və tələblərə riayət edilməklə qəbul edilməsi təmin olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı torpaq sahəsi satılmış, həmin qərar üzrə torpaq sahəsinin ayrılması üzrə sənədləşmə aparılmışdır. Hazırda həmin torpaq sahəsi üzərində park inşa edilmişdir. İddiaçı hazırda faktiki istifadə etdiyi torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixli, 10 saylı qərara istinad edir. Həmin qərarla bağlı məhkəmə qeyd edir ki, sözügedən qərar park salınması üçün ayrılmış ərazidə olan tikinti və obyektlərin başqa əraziyə köçürülməsi barədədir. Başqa sözlə, iddiaçının istinad etdiyi qərarda ona başqa torpaq sahəsinin ayrılması, əvəzləşdirilən torpaq sahəsinə dair texniki sənədlərin hazırlanması əks olunmamışdır. Göründüyü kimi, iddiaçının hazırda faktiki istifadə etdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarı ilə ayrılmış və hazırda Göygöl şəhəri, A.Kazımov küçəsinin sağ hissəsində yerləşən və faktiki istifadədə olan 150 kv.m torpaq sahəsi üzərində hüquqların qeydə alınaraq faktiki istifadəyə uyğun texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev