Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-240/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Nizami bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Nizami bələdiyyəsinə (üçüncü şəxs X28) qarşı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. ünvan 2 ünvanı Varovski 92, 94) keçmiş Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli, 9-1504 reyestr nömrəli bölgü müqaviləsi ilə 3 hissəyə, X4 (26,7 kv.m bir yaşayış otağı, 28,5 kv.m örtülü eyvan), X8 (15,1 kv.m bir yaşayış otağı) və X7 (14,0 kv.m bir yaşayış otağı) arasında bölünmüşdür. Həmin müqavilədə mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmışdır.
2. Keçmiş Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli, 10-1650 reyestr nömrəli müqaviləsinə əsasən, X10 mülkün ona aid hissəsini X1. Həmin müqavilə əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0189 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2008- ci il tarixli, **********83-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 4 saylı notariat kontorunun xx.xx.2009-cu il tarixli, 2V-1-02 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında“ Şəhadətnaməsinə əsasən, X3 Əli Məmməd oğlunun vərəsəsi tanınmış və həmin şəhadətnamə əsasında X19 xx.xx.2009-cu il tarixli, **********83-10301 reyestr nömrəli çıxarış verilmişdir.
3. Mülkün yerdə qalan hissəsi, yəni Şahsevənlər küçəsi, 5,6,7 nömrəli olmaqla X20 və X7 adlarına qeyd edilmişdir. Həmin əmlakla bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Arxiv qovluğunda mövcud olan və 2006-cı il tarixində X17 mərkəzinin Gəncə Filialının hüquqşünasının sorğusu əsasında hazırlanmış yazılı məlumatda, X20 və X7 adlarına olan mülkün arxiv sənədlərinin 1980-ci illərdə məhkəməyə aparıldığı və geri qaytarılmadığı, 2006-cı il tarixində həmin ünvanda yenidən inventarlaşma işlərinin aparılması qeyd edilmişdir.
4. İnventarlaşma zamanı Şahsevənlər küçəsi, 2-ci dalan, 5,6,7 nömrəli mülkə dair X8 və X7 adlarına 05 mart 2006-cı il tarixli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda tikililərin, ümumi sahəsi 112,5 kv.m olan Liter “A” yaşayış evindən, ümumi sahəsi 69,8 kv.m olan Liter “B” yaşayış evindən və digər həyət tikililərindən ibarət olması qeyd olunmuşdur. Həmin əmlaklarla bağlı vərəsələr arasında mübahisə mövcuddur.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 3037/2020 nömrəli qətnaməsi ilə ünvan 4 ünvanlarda mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına cavabdehlər İddiaçı və X21 tərəfindən yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1664/2021 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-3037/2020 nömrəli qətnaməsi ünvan 5 ünvanda mütəxəssislər tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh İddiaçı və X22 tərəfindən yaradılmış maneənin aradan qaldırılması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. X11 etibarnamə üzrə nümayəndəsi X13 Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 6,7 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərizə icra olunaraq ünvan 6 ünvanda yerləşən ümumi sahəsi, 112.5 kv.m olan fərdi yaşayış evi üzərində X8 ½ hissədə, X7 ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********92-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir.
8. Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-270 və 2V-271 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinə əsasən, X2 Ənvər Mirzə oğlunun, X28 isə X7 vərəsələri tanınmışlar. Həmin vərəsəlik şəhadətnamələri əsasında Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 6,7 nömrəli fərdi yaşayış evi üzərində X11 ½ hissə, X14 ½ hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, **********98-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir.
9. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-656 reyestr nömrəli bölgü müqaviləsinə əsasən X25 ilə X5 şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 6,7 nömrəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini öz aralarında bölmüşlər. Həmin müqavilə və tərəflər arasında bağlanmış bölgü planı əsasında Şahsevənlər küçəsi, 2-ci dalan, 7 nömrəli fərdi yaşayış evinə dair X15 xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli çıxarış verilmişdir.
10. X14 etibarnamə üzrə nümayəndəsi X9 Ərazi İdarəsinə ünvanlanan ərizəsinə əsasən ünvan 7vənlər küçəsi, 2-ci dalan ünvanında yerləşən 6-7) ünvanında yerləşən X23 əmlak bölgüsü barədə müqavilə və bölgü planına uyğun olaraq müəyyən edilmiş bölünən hissə üzərində yararsız olduğundan həmin hissə üzərində hüquqlarının ləğv edilməsini xahiş etmişdir.
11. Gəncə şəhərində yerləşən 0.0062 ha torpaq sahəsinə X14 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
12. Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışında göstərilmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı xx.xx.2022-ci ilədək Nizami bələdiyyəsinə əmlak və torpaq vergiləri üzrə borcu yoxdur.
13. Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 383 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanındakı torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və torpaq, əmlak vergisi vətəndaş İddiaçı tərəfindən ödənilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli **********754 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Vorovski küçəsi, 2-ci dalan, 90 saylı ünvanda yerləşən əmlakın hal-hazırda olan ünvanı barədə sorğuda məlumat verilməmişdir. Keçmiş ünvanı Kirovabad şəhəri, Vorovski küçəsi, 2-ci dalan, 90 olan mülk barədə 3 saylı Gəncə Ərazi İdarəsində məlumat yoxdur.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ-0053-8/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanında yerləşən əmlak barədə 3 saylı Gəncə Ərazi İdarəsində məlumat yoxdur. Göstərilən ünvanda yerləşən mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
16. İddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı Gəncə şəhəri Nizami bələdiyyəsinə etdiyi müraciətə, həmin inzibati orqanın xx.xx.2023-cü il tarixli 1355 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi Nizami bələdiyyəsinin xəritəsinə əsasən bələdiyyənin ərazi vahidi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmamışdır. Həmçinin, onun müraciəti əsasında tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 5 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda, o, həmin torpaq sahəsi üzərində vərəsəlik hüququnu əldə etdiyi halda, onunla Gəncə şəhəri Nizami bələdiyyəsi arasında sənədləşdirmə proseduruna başlanıla bilər.
17. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) ünvan 15 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü, koordinatları və konfiqurasiyası qeyd oluinmuş plan və ölçü sənədi mövcud olmadığından, tərəfimizdən araşdırma aparılarkən, iddiaçının naturada təqdim etydiyi torpaq sahəsinə və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli texniki pasport sənədinə əsaslanılmışdır. iddiaçının naturada təqdim etydiyi torpaq sahəsi və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli texniki pasport sənədində göstərilən torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahə olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. 2) İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi, X20 və X7 adına xx.xx.2006-cı il tarixdə tərtib olunmuş 386-44 inventar nömrəli yaşayış evinin (Şahsevənlər 2-ci dalan 5-6- 7) texniki pasportunda əks olunmuş torpaq sahəsinin daxilində (şimal hissəsinda) yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 3) İddiaçının naturada təqdim etdiyi 138.0 kv.m torpaq sahəsinin, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********66 reyestr nömrəli Çıxarışa əsasən X14 mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsilə 3.0 (üç) kv.m hissədə üst-üstə düşməsi halı müəyyən olundu. 4) İddiaçının naturada təqdim etydiyi torpaq sahəsi və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli yaşayış evinin (Şahsevənlər 2-ci dalan 5-6-7) texniki pasport sənədində göstərilən torpaq sahəsinin mülkiyyəti, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUlS və AZCAD) bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Lakin həmin torpaq sahəsinin hansı tarixdən bələdiyyə mülkiyyətinə verilməsi barədə, TEKUİS və AZCAD məlumatlarında hərhansı məlumat qeyd olunmamışdır.
18. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-1-2/2-20/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, tərəflərindən araşdırılma aparılmış, İddiaçı ünvan 16 ünvanında faktiki yaşadığı müəyyən edilmişdir.
19. xx.xx.2025-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. ünvan 17 ünvanında qeydiyyatdadır.
20. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 5 ünvanında xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. II. Məhkəmədə icraat
21. İddiaçı cavabdeh Gəncə şəhər Nizami rayon Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 15 ünvanda yerləşən torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsinin bağlanılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
22. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində 1917-ci ildən ata nənələri Firuzə İbrahimova, sonra isə ataları yaşamışdır. Onlar da həmin evdə anadan olmuşlar və orada yaşamışlar. Evin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin ünvanda yerləşən "B" literli tikilinin tikilməsi üçün heç bir icazə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qanunsuz tikili kimi qeydiyyata alınmışdır. Uzun illərdir ki, qeyd edilən ünvan onların istifadələrində, sahibliklərindədir. Torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğundan o, həmin torpaq sahəsindən istifadə ilə əlaqədar vergi ödəyir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 29 mart 2006-cı il tarixli 2-293/06 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanda isə İddiaçı yaşayır və evin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Qeyd olunann fərdi yaşayış evi və torpaq sahəsinə görə İddiaçı əmlak vergisi ödəyir. Hazırda uzun illərdir ki, istifadə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasını istəyir. Buna görə də cavabdehə müraciət edərək, ona qeyd edilən torpaq sahəsinin satılmasını xahiş etmişdir. Lakin qarşı tərəf ona cavab belə verməmişdir. III.İddianın növü və mümkünlüyü
23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
24. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
25. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
26. İddiaçı torpaq sahəsinin verilməsi ilə bağlı Gəncə şəhəri Nizami bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 1355 nömrəli məktubla müraciətdən imtina etmişdir.
27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
28. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
30. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X28 və X25 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər, daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
31. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
32. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
33. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
34. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
35. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
36. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddianı qəbul etdiyini və həmin torpaq sahəsinin İddiaçı xeyrinə qərar verilməsinə heç bir etirazlarının olmadığını bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
38. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışı; - Gəncə şəhəri Nizami bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 383 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli **********754 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ-0053-8/2023 nömrəli məktubu; - Gəncə şəhəri Nizami bələdiyyəsinə etdiyi müraciətə, həmin inizbati orqanın xx.xx.2023-cü il tarixli 1355 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13033/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-13197/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlər; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-1-2/2-20/2025 nömrəli cavab məktubu; - xx.xx.2025-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış; - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
39. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
40. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində 1917-ci ildən iddiaçının ata nənələri Firuzə İbrahimova, sonra isə ataları yaşamışdır. İddiaçı da həmin evdə anadan olmuşdur və həmin vaxtdan orada yaşamışdır. Evin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, İddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı Gəncə şəhəri Nizami bələdiyyəsinə etdiyi müraciətə, həmin inizbati orqanın xx.xx.2023-cü il tarixli 1355 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi Nizami bələdiyyəsinin xəritəsinə əsasən bələdiyyənin ərazi vahidi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başllanılmamışdır. Həmçinin, onun müraciəti əsasında tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci dalan, 5 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda, o, həmin torpaq sahəsi üzərində vərəsəlik hüququnu əldə etdiyi halda, onunla Gəncə şəhəri Nizami bələdiyyəsi arasında sənədləşdirmə proseduruna başlanıla bilər.
41. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
42. Belə ki, məhkəmə tərəfindən iddiaçının ona satılmasını istədiyi ha torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsinin, həmçinin torpaq sahəsinin koordinatları ilə digər şəxslərə məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 15 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü, koordinatları və konfiqurasiyası qeyd oluinmuş plan və ölçü sənədi mövcud olmadığından, tərəfimizdən araşdırma aparılarkən, iddiaçının naturada təqdim etydiyi torpaq sahəsinə və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli texniki pasport sənədinə əsaslanılmışdır. iddiaçının naturada təqdim etydiyi torpaq sahəsi və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli texniki pasport sənədində göstərilən torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında, Gəncə şəhəri Nizami bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahə olaraq göstərilmişdir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi, X20 və X7 adına xx.xx.2006-cı il tarixdə tərtib olunmuş 386-44 inventar nömrəli yaşayış evinin (Şahsevənlər 2-ci dalan 5-6-7) texniki pasportunda əks olunmuş torpaq sahəsinin daxilində (şimal hissəsinda) yerləşir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. İddiaçının naturada təqdim etdiyi 138.0 kv.m torpaq sahəsinin, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********66 reyestr nömrəli Çıxarışa əsasən X14 mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsilə 3.0 (üç) kv.m hissədə üst-üstə düşməsi halı müəyyən olundu. İddiaçının naturada təqdim etydiyi torpaq sahəsi və həmin torpaq sahəsi ilə birlikdə ümumi əmlak olmuş torpaq sahəsi və tikililərə dair tərtib olunmuş xx.xx.2006-cı il tarixli 386-44 inventar nömrəli yaşayış evinin (Şahsevənlər 2-ci dalan 5-6-7) texniki pasport sənədində göstərilən torpaq sahəsinin mülkiyyəti, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUlS və AZCAD) bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Lakin həmin torpaq sahəsinin hansı tarixdən bələdiyyə mülkiyyətinə verilməsi barədə, TEKUİS və AZCAD məlumatlarında hər-hansı məlumat qeyd olunmamışdır.
43. Yəni, hal-hazırda iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi olmaqla, digər hər hansı şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir.
44. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
45. Həmin Qanununa görə: Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
46. Göründüyü kimi, Qanunun qüvvəyə mindiyi xx.xx.2001-ci il tarixədək qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, həmin torpaqların onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.
47. Cavabdeh orqanın nümayəndəsi X16 da məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, həmin torpaq sahəsinin İddiaçı xeyrinə qərar verilməsinə heç bir etirazları yoxdur.
48. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 15 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
50. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 15 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Gəncə şəhəri Nizami bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva